Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə11/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   124

tərəfindən yaradılmış ritorik ideyalar və hərtərəfli fəaliyyət ritorika­
nın bir fənn kimi təşəkkülünə və gecikmiş Avropa mədəniyyətində 
onun sonrakı inkişafına həlledici təsir göstərmişdir.
Ötüb  keçmiş zamanlara nəzər salarkən,  qeyd etməmək  olmaz 
ki, XIX əsrdə Avropada bütövlükdə nitq mədəniyyətinin səviyyəsi, 
sözə münasibət indikindən, yüz ildən artıq vaxt keçməsinə baxma­
yaraq,  daha yüksək idi. Bu niyə baş vermişdir?
Bu,  heç  də  sadə  məsələ  deyil  və  bunun  dərin  sosial-tarixi 
kökləri vardır:
XX əsrdə olduqca tez-tez həqiqətin yalançı örtüyü, yalan aləti, 
insanları  idarəetmə  vasitəsi  kimi  istifadə  edilən  söz  özünün  ilkin 
dəyərini,  müqəddəs  (mərasimi)  mənasının  böyük bir hissəsini  iti­
rib,  hiperinflyasiya  zamanı  pul  vahidi  kimi  devalvasiyaya  uğra­
yıb  (qiymətdən  düşüb).  Çox  məşhur  misallarla  bu  həqiqəti  isba­
ta  yetirmək  olar.  Məs.,  Sovet  hakimiyyəti  qurulan  kimi  özündən 
əvvəlki siyasi cərəyanlar haqqında (deyək ki, Azərbaycanda M üsa­
vat partiyası haqqında) olmazın iftiralar, keçmiş haqqında cürbəcür 
hədyanlar, sosializm və gələcək haqqında rəngarəng təriflər, xülya­
lar uyduruldu,  Stalin “millətlərin atası”, Lenin “dahi rəhbər”, “əziz 
baba”  kimi  təqdim  olundu,  ’’Kommunizm  qalib  gələcək”,  ” Sov. 
IKP-yə eşq olsun” kimi şüarlar insanların beyninə “pərçim edildi” . 
Bu təbliğatın təsiri altında insanlar 2-ci Dünya müharibəsi illərində 
“ Stalin  uğrunda”  deyib  güllə  qabağına  atıldı,  1953-cü  ildə  Stali­
nin  vəfatını  ən  böyük  faciə  kimi  yaşadı.  Ancaq  bir  neçə  il  sonra 
xalq Stalini vətən xaini kimi tanıdı, heykəlləri uçuruldu, Xruşşovu 
sevməyə  dəvət  olundu.  Sonra  məlum  oldu  ki,  Xruşşov  da  yaxşı 
adam  deyilmiş,  Brejnevə  şüarlar  deyildi,  axırda  məlum  oldu  ki, 
ümumiyyətlə  70  il  gedilən  yol,  deyilən  sözlər  səhv  imiş,  Leninin 
də heykəlləri və şüarları götürüldü, yenə fərqli fikirlər səsləndirildi. 
Beləliklə, insanların sözə inamı  sarsıldı...
Qeyd  etmək  lazımdır  ki,  məsələn,  amerikalılar,  avropalılar 
və  yaponlar  inanırlar  ki,  nitq  ünsiyyətinin  saflaşm ası  cəm iyyətin 
təkm illəşdirilm əsi və inkişafının mühüm vasitəsidir.
Sosioloqlar müəyyən  etmişlər ki,  müasir insan  iş vaxtının  65 
%-ni  şifahi  ünsiyyətdə keçirir.  Amerikalı  alimlərin məlumatlarına
33


görə,  Yer  kürəsinin  orta  statistik  vətəndaşının  ömrünün  2,  5  ili 
söhbətə sərf edilir. Bu o deməkdir ki, hom o-sapiens -  şüurlu insan 
hom o eloquens -  danışan  insan  olmuş və bu  cür  də  qalmaqdadır. 
Bir  çox  hallarda  insan  həmsöhbətinə  təkcə  informasiya  vermək 
üçün  yox,  həm  də  məqsədli  -  ona  təsir  göstərmək,  onu  inandır­
maq,  öz  tərəfinə  çəkmək,  sevindirmək,  onun  fikrini  dəyişdirmək, 
dediklərini təkzib etdirmək məqsədilə danışır.
34


II  FƏSlL
NİTQ  MƏDƏNİYYƏTİ
2.1.  R itorika və nitq mədəniyyəti
Nitq və nitq  mədəniyyəti  haqqında  ümumi anlayış 
«Nitq» 
termini bir yox, üç mənaya malikdir:  1) nitq fəaliyyət, proses kimi, 
məsələn:  nitq  mexanizmləri,  nitq  fəaliyyəti,  zədə  nəticəsində  nit­
qin itirilməsi; 2) nitq məhsul, yaxud yazılı və ya şifahi mətn kimi, 
məsələn:  nitqin qrammatik quruluşu, beş yaşlı  uşağın nitqinin ya­
zılması;  3) natiqlik janrı:  məhkəmə prosesində vəkilin nitqi,  Sise- 
ronun ən qısa nitqi.
«Nitq mədəniyyəti» ifadəsi bu üç halın hər birinə, amma müx­
təlif şəkildə aid edilə bilər.
B irinci  halda,  nitq  mədəniyyəti  dedikdə  nitq  texnikasına  sər­
bəst və  qüsursuz  şəkildə  malik  olmaq,  yaddaşın  lazım  olan  sözü 
ani olaraq və dəqiq şəkildə seçməyə hazır olması, tələffüz qüsurla­
rının  olmaması,  nitq tənəffüsünün və  səsin inkişafı,  nitqin zəngin, 
məntiqi qanunlara tabe olan təfəkkür əsası və s. bu qrupun tələbləri 
dilin sistemi və vasitələri  ilə yalnız dolayısı ilə bağlıdır, buna görə 
də bir qayda olaraq,  dilçilər,  nitq mədəniyyəti  üzrə kitabların mü­
əllifləri tərəfindən nəzərdən keçirilmir.
İkinci halda, «nitq mədəniyyəti» termininin mənası dil vasitə­
lərinin -  cümlədə və mətnin digər tərkib hissələrində fonetik,  lek­
sik, qrammatik əlaqələrin seçilməsi və istifadəsi  ilə bağlıdır.
Üçüncü  halda,  natiqin  nitq  mədəniyyətini janrın  qanunlarına 
əməl  edilməsi,  nitqdə  qoyulan  problemlərin  həlli  (natiqin  kütlə 
qarşısında  özünü  aparmaq  bacarığına  qədər)  kimi  başa  düşmək 
olar.
35


«Nitq  mədəniyyəti»  ifadəsi  qeyri-peşəkar  mühitdə,  yəni 
cəmiyyətin  sıravi  üzvləri  arasında  (dil  kollektivində)  sözün  geniş 
mənasında dərk edilir:  subyekt nitq  səhvlərinə yol  vermir (yazıda 
orfoqrafik),  aydın və başa düşülən  şəkildə,  bəzən  ifadəli  və gözəl 
damşır, səsini və intonasiyasını idarə edir, nəzakət və etiket qayda­
larına əməl edir.
Nəticədə,  təhsilli,  müəyyən  bir  dilin  daşıyıcısı  olan  insanın 
özünəməxsus  nitq  portreti  yaranır.  Yeri  gəlmişkən,  xarici  dilləri 
bilmək dilin daşıyıcısı olan  şəxsiyyətin portretini zənginləşdirir.
Ədəbi dilə yaxşı yiyələnmiş filoloqlar həmsöhbətini öyrətmək­
dən və ona yersiz iradlar tutmaqdan  çəkinirlər.  Onlar dözümlülük 
göstərirlər, çünki bilirlər ki, dildə dəyişmələrin, variantların hədsiz 
çoxluğu  mövcuddur,  onlar  hətta  ən  ciddi  normaların  da  necə 
dəyişdiyini,  semantikada,  tələffüzdə dəyişmələrin nə qədər böyük 
olduğunu yaxşı bilirlər.
«Həyat  kimi  canlı»  (N.V.Qoqol)  olan  dil  daim  yeniləşir,  nitq 
mühitində təzə sözlər və köhnə  sözlərin yeni  mənaları, yeni  quru­
luşlar meydana çıxır, başqa dillərdən yeni formalar alınır.
Xalq  deyimlərində  nitqin  əsas  mənəvi  meyarları  özünü  cəm­
ləmişdir:  danışmağa  tələsmə,  nitqdə  əsas  -  fikirdir;  xoş  sözlər 
söyləməkdə xəsislik etmə; ağzına gələni danışma- susmaq daha yax­
şıdır. {boş-boş danışma; söz quş kimidir, ağızdan çıxdı, geri dönməz; 
ağızdan çıxan söz-yaydan çıxan ox kimidir; danışmaq gümüşdür sə, 
susmaq qızıldır;  bir ağzın iki qulağın var- bir de,  iki eşit və s.) Xalq 
yalam,  böhtanı,  qeybəti  pisləyir,  nitqin  xarici  gözəlliyinə,  hikmətli 
sözə, savadlı danışıığa bir qədər təbəssümlə, ancaq həm də hörmətlə 
yanaşır,  (nitq mədəniyyətinin özünəməxsus şəkildə dərk edilməsi)
Xalq müdrikliyində nitq ilə bağlı baş verən müasir dəyişikliklər 
əsasən praqmatikdir:  nitqin dəqiqliyi,  aydınlığı  (başa düşülmə),  iti 
zəkalılıq,  xarici  dillər bilmək,  ünsiyyətcillik (əlaqə yarada bilmək 
bacarığı),  çevik reaksiya.
İnsanın və bütün  cəmiyyətin  mədəni  səviyyəsi  haqqında nitqə 
əsasən rəy söyləyirlər. Axı bütün əsrlər boyu nitq və dil formaların­
da insan mədəniyyətinin imkanları nitqdə ifadə olunurdu. Hətta elm 
belə, əsasən nitqdə formalaşır, bütün təhsil  sahələri də verbaldır.
36


Yüklə

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə