Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə14/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   124

3.  Hansı  şəraitdə?  -   şəraitin  qiymətləndirilməsi  nitqin 
qiymətləndirilməsinə də kömək edəcək.
4.  Nə danışır?  - nitqin məzmununun,  təşkilinin,  quruluşunun, 
danışanın, yazanın mövqeyinin qiymətləndirilməsi.
5.  Nə üçün? -  məqsədi nədir? Açıq, yaxud gizli,  şəxsi, yaxud 
ümumidir?
6.  Fikri  necə  ifadə edir?  -  nitq bacarıqlarının,  dilə yiyələnmə 
səviyyəsinin,  qeyri-verbal  vasitələrdən,  üslub  və  normalardan 
istifadə bacarıqlarının qiymətləndirilməsi.
7.  Nəhayət,  nitqin  nəticəsi  necədir?  -   əgər nəticə  (əks-əlaqə) 
cavab,  dialoqda replika formasındadırsa,  o halda qiymətlər zənciri 
təkrar olunur.
Bu,  ritorikanın  məqsədlərini  müəyyənləşdirərkən  ünsiyyətin 
xatırladılan alqoritmlərindəndir.
2.2.  T əfəkkür mədəniyyəti.
N itqin m əntiqi
Məntiq  nitq  mədəniyyətinin  əsası  kimi 
Nitqin  təfəkkür 
əsasına toxunmadan nitq mədəniyyətindən danışmaq mümkündür­
mü? Əgər hətta danışanın ədəbi normalara qüsursuz əməl  etdiyini 
nəzərdə tutsaq,  məntiqsiz,  məntiq elminin əsas qanun və qaydala­
rına əməl olunmayan nitq yaxşı hesab oluna bilərmi?
M əntiq də ritorika kimi, insan haqqında ən qədim elmlərdən bi­
ridir, o düzgün təfəkkürün qanun və formalarını öyrənir. «Məntiq», 
«məntiqi»  anlayışları  dünyada  artıq  çoxdan  düşüncənin,  ağlın  və 
təbii əlaqələrin sinoniminə çevrilmişdir.
M əntiq dərketmənin,  intellektin və onun inkişafının aləti kimi 
çıxış  edir.  Belə  ki,  hələ  e.ə.  IV  əsrdə Aristotel  özünün  «Məntiq» 
əsərində  məntiqi  silsilələrin  elə  bir  səviyyəsinə  nail  olmuşdu  ki, 
onlar heç də hər bir müasir natiqə müəssər olmamışdır.
Köhnə ritorikalarda  söyləniləcək nitqin  fikri,  məntiqi  qurulu­
şunun  normaya  salınması  kəşf adlanırdı.  Sadəcə  xəyal,  fantaziya
43


yox,  təfəkkür  əsasının yaradılması,  yaradıcılıq  hesab  edilirdi:  bi­
rinci  mühakimə  özündən  sonrakı  mülahizəni  hazırlayır,  m əntiqi 
zəncir yaradırdı.
Bu  gün  nitqin  fikri  əsası  eyni  məntiqi  qanunlar  əsasında for­
malaşır  və  orta,  hətta  bəzi  hallarda  ali  məktəblərdə  məntiqin 
öyrənilməsindən  imtina  edilsə  də,  məntiq  qanunları  və  qaydaları 
humanitar və xüsusilə təbiət fənləri,  bədii  ədəbiyyat,  publisistika, 
hətta danışıq dili vasitəsilə insanlar tərəfindən mənimsənilir, çünki 
dil məntiqlə son dərəcə sıx bağlıdır və cümlələrin əsasında məntiqi 
konstruksiyalar dayanır.
Dil  şüurla,  nitq  təfəkkürlə  əlaqədardır,  onlar  bir-birindən  ay­
rılmazdır.
Nitqin qurulmasında istifadə edilən əsas məntiq növləri:
•  Form al  m əntiq  -   təfəkkür  formalarını:  anlayışlar,  onların 
tərifləri,  hökmlər,  onların  birləşməsi,  əqli  nəticələr,  sillogizmlər, 
ümumiləşdirmələr, nəticələr və s.  öyrənir;
•  D ialektik m əntiq - təfəkkürü onun inkişafında, ziddiyyətlərdə, 
sübut və təkziblərdə,  diskussiya və polemikalarda,  mübahisələrdə, 
əksliklərin mübarizəsində öyrənir;
•  R iyazi  m əntiq  -   mücərrəd  quruluşlarda  yüksək  dəqiqlik 
və  etibarlılığı  təmin  edən  riyazi  modelləri  tətbiq  etməklə  eyni 
vəzifələri yerinə yetirir.
Nitq  aktında,  deməli  həm  də  ritorikadakı  qanun  və  qaydalar 
fikri və dil konktruksiyalannın, yəni cümlələrin, ifadəüstü quruluş­
ların, mürəkkəb  sintaktik məntlərin, mətn hissələrinin, ən nəhayət, 
bütün mətnin düzgünlüyünü təmin etməyə yönəldilib.
Bu mənada məntiq ümumi  nitq mədəniyyətinin bir hissəsidir, 
çünki  təfəkkür  məntiqi  öz  funksiyasına  görə  dil  normasına  uy­
ğundur.  Hər  ikisi  insanlar  arasında  intellektual  əlaqələrin  etibar­
lılığım  təmin  edir,  həm  onda,  həm  də  o birində,  adətən,  ünsiyyət 
təcrübəsində yol verilən səhvlərin siyahısı və tipologiyası vardır.
Antik  ritorikada  topikaya  (bir fikri  ifadə  etmək  üçün  ümumi 
dəlillərdən  istifadə  etmək  bacanğı)  böyük  əhəmiyyət  verilirdi. 
Aristotelin  kitablarından  biri  də  belə  adlanır.  Ritorikada  istifadə 
edilən top, yaxud «ümumi yerlərdən» nümunələr:
44


a) cins və növ,  onların subordinasiyası;
b) səbəb və nəticələr,  onlardan istifadə;
c) əlamətlər, xassələr, keyfiyyətlər, onlardan istifadə.
M ətnin  məntiqi  qurulmasının  yazan,  yaxud  danışanın  nə
şəkildə isə əldə etdiyi  faktlara,  dürüst materiala ehtiyacı  var.  M a­
terialın  mənbələri  -   subyektin  illərdən  bəri,  onilliklərlə  topladığı 
ümumi təhsilliliyi və mədəniyyəti, həyat təcrübəsidir.
Birinci, başqa adamlar tərəfindən toplanmış bilvasitə təcrübə, 
ikinci bilavasitə subyektin özü tərəfindən toplanmış təcrübədir.
Birinci  üstünlük  təşkil  edir  və  bu  da  təbiidir;  lakin  nitqdə, 
söylənilən mülahizələrdə, xüsusilə də elmi,  siyasi, işgüzar, kütləvi 
mətnlərdə,  bu  təcrübələrin  hər  ikisinin  birləşməsi,  materialın 
seçilməsi və onun quruluşunun müəyyənləşdirilməsi baş verir.  Bu 
prosesdə mülahizənin məqsədi, danışanın mövqeyi və məntiqi, nit­
qin aparatı və mexanizmləri  aparıcı yer tutur.
Mülahizənin qurulmasındakı məntiqi vasitə plandır, ilkin plan 
sxematik  və  4-5  bənddən  ibarət  olur,  sonradan,  toplanmış  mate­
rial  artdıqca  və  quruluşu  formalaşdıqca,  seçim,  qaydaya  salma 
prosesində plan tədricən mürəkkəbləşir,  ona yanm m addələr əlavə 
olunur.
Planlar  sadə,  mürəkkəb  və  kiçik  -   mikromövzulu,  yəni  daha 
kiçik  hissələrə  ayrılması  mümkün  olmayan  şəkildə  olur.  Plan 
nəinki  zəruridir,  hətta  qaçılması  mümkünsüzdür:  insan  psixikası­
nın,  şüurlu fəaliyyətin xüsusiyyəti belədir.
İnsan quruluş verdiyi, yaratdığı hər şeyi əvvəlcə modelləşdirir, 
sxem, plan şəklində qeyd edir (bununla o, məsələn, öz şanını həmişə 
eyni həndəsi  şəkildə quran, lakin bunu instinktiv şəkildə edən (hər 
halda,  insanlar an haqqında belə düşünürlər) andan fərqlənir).
Planı mütləqləşdirmək lazım deyil:  onun vəzifəsi  - xidmətidir. 
Söylənilən  nitqdə  yaxud  yazılmış  mətndə  plan,  adətən,  əks  olun­
mur.  Lakin  «Mən  həmişə  plansız  yazıram»  deyənlər  səhv  edir, 
çünki  fikrimizdə  plan  hər  halda  mövcud  olur;  əgər  plana  kifayət 
qədər diqqət yetirilirsə, mətnin keyfiyyəti yüksəlmiş olur.
Plana müvafiq olaraq,  mətn fəsillərə,  bölmələrə, yanmbölmə- 
lərə,  nəhayət,  abzaslara  bölünür,  şifahi  ifada  isə  fasilələrlə  ayn-
45


Yüklə

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə