Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə10/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   124

ölkələrinin  mədəniyyətləri,  bir  qədər  aşkar  şəkildə  olmasa  da,  ri­
torika ideyalarının,  metod və təcrübəsinin təsirini  hiss etmişdir və 
bu  gün  də  hiss  etməkdədir.  Qədim  əlyazmalarda  ritorikanın  ilahi 
mənşəyindən  danışılır:  Yupiter  Merkurini  yanına  çağırmış  və  in­
sanlara  Ritorikanı  bəxş  etməyi  tapşırmışdı.  Bu  əfsanəyə  görə  ri­
torika  bəşər  mədəniyyətinin  başlanğıcıdır.  Mövcud  olduğu  2500 
il  ərzində ritorikanın mahiyyəti m üxtəlif şəkildə şərh olunmuşdur. 
Burada üç əsas şərhi fərqləndirmək olar:
1. 
Qədim  yunanlar ritorikanı  «inandırma  məharəti»  kimi  şərh 
edirdilər.  Platonun,  Sokratın,  Aristotelin,  həmçinin  digər  filosof 
və  ritorlann  fikrincə,  monoloji  nitq  dinləyiciləri  öz  inamına  cəlb 
etmək məqsədi daşıyır.
2. 
Roma mədəniyyəti dövründə ritorika deyərkən «yaxşı danış­
maq məharəti» başa düşülürdü və bu anlayış Kvintilian tərəfindən 
dəqiq  formalaşdırılmışdı.  Burada  məharət  nitqin  həm  ünsiyyət 
vasitəsi baxımından, həm də estetik xüsusiyyətlərinə görə optimal- 
laşdınlmasını tələb  edirdi.
3  Orta əsrlərdə və İntibah dövrünün başlanğıcında ritorika «nit­
qin bəzədilməsi  məharəti»  kimi təqdim edilir.  Beləliklə,  dərketmə 
(fikir,  idrak)  bir  növ  öz  ifadəsindən  (dildən)  ayrılır,  halbuki  ilkin 
olaraq  ritorika  fikir-nitq  birliyini  möhkəmləndirmək  məqsədi  da­
şıyırdı.  Bundan  başqa,  həmin  dövrdən  başlayaraq,  ritorika  təkcə 
şifahi yox,  həm də yazılı  mətnə əsaslanmağa başlayır.
Əlbəttə,  ritorikanın  sadalanan  üç  tarixi  tərifindən  heç  biri 
tamamilə  onun  müəyyən  dövrdəki  inkişafına aid  edilə bilməz,  bu 
təriflər yalnız obyekti m üxtəlif tərəflərdən əks etdirir.
Ritorika  daha ümumi  şəkildə təsiretm ə  ustalığıdır.  Onun  əsa­
sında  iki  əsas  kateqoriya  durur:  başadüşmə və  iradə.  Ritor  insan­
lara təsir edərək,  onlara müəyyən fikirləri, hissləri,  qərarları təlqin 
etməyə,  onların şüur, ürək və iradəsinə sahib olmağa səy göstərir.
Hər bir təsir fəaliyyət olduğu üçün, ritorika da fəaliyyətdir. Ri­
torikada nitq geniş mənada akt,  məqsədyönlü fəaliyyət kimi  qəbul 
edilir.
Bir  fəaliyyət  kimi  ritorika  klassik  anlamda  aşağıdakıları  nə­
zərdə tutur:
30


1.  müəyyən xassə (təbii, yaxud fitri keyfiyyət);
2.  metod, yaxud qayda və tövsiyələrin sistemli  şəkildə şərhi;
3.  praktika,  yaxud  modellərin  öyrənilməsi  və  bənzətmə  ilə 
birlikdə çıxışları yazmaqda çalışmalar;
Nitq əlaqəsinin müasir nəzəriyyəsində ritorika :
1.  natiqlik ustalığı  haqqında elm kimi;
2.  natiqlik sənətinə aid qaydalar toplusu, yaxd tədris fənni kimi;
3.  natiqlik sənətindən həddindən artıq istifadə kimi başa düşülür.
Natiqlik  sənətinin  nəzəriyyəsi  kimi  ritorikanın  vəzifəsi  in­
san  nitqinin  gözəlliyinin,  qüdrətinin  və  məntiqiliyinin,  sözün  bu 
xüsusiyyətlərinin insanın hiss, iradə və şüuru ilə uyğunlaşdırılınası 
və  sözdə  gözəl  və  eybəcərin,  zəruri  və  qeyri-zərurinin,  şüurlu  və 
şüursuzun bütün mümkün təzahürlərinin hərtərəfli  öyrənilməsidir.
Tədris fənni kimi ritorikanın məqsədi potensial natiqlər və po­
tensial  dinləyicilərə natiqlik ustalığının öyrədilməsi yolu ilə onları 
nitqdən  ziyan  vurmaq  məqsədilə  istifadədən  çəkindirməkdir.  Bu 
halda ritorikanın vəzifəsi  sözlə bütün gözəl,  zəruri və şüurlu olan­
ları ifadə etmək, bütün eybəcər,  lazımsız və şüurlu olmayanları ta­
nımaq bacarığını  öyrətməkdir.
Beləliklə,  ənənəvi  ritorika  gözəl  danışıq  nəzəriyyəsi,  usta­
lığı  və  sənəti  kimi  müəyyən  edilir.  Bu,  əməli  bacarıq,  ustalıq  və 
sənətkarlığın antik sinkretizmini bu günə qədər mühafizə etmiş az­
saylı humanitar fənlərdən biridir.
Lakin ritorikanın ənənəvi, hamı tərəfindən qəbul edilmiş tərifi 
o  qədər  də  qaneedici  deyil,  belə  ki,  bu  tərifdə  əsas  anlayış  olan 
gözəl  nitq  özü  də  şərh  olunmalıdır.  Niyə?  Ona görə ki,  təklif olu­
nan  ritorika  kursunun  (bu  konsepsiya  müasirdir,  ritorik  intibah 
dövründə,  XX  əsrin  sonlarında meydana gəlmişdir,  o zaman  artıq 
ritorika uzun bir inkişaf yolu keçmişdi) yaradılmasını  əsaslandıran 
linqvokulturoloji  konsepsiya gözəl  nitq  anlayışının m üxtəlif tarixi 
dönəmlərdə, m üxtəlif mədəniyyətlərdə eyni  şəkildə anlaşılmadığı­
nı nəzərə alır.
Bu,  onu  göstərir  ki,  gözəl  danışıq  və  hansı  nitqin  çox  gözəl, 
nümunəvi  (yəni  ritorik  ideal,  nümunə)  hesab  edilə  bilməsi  haq­
qında anlayışlar tarixən dəyişkəndir. Bundan başqa, xalqın ümumi
31


mədəniyyətinin  mühüm  hissəsini  təmsil  edərək,  bu  mədəniyyətin 
spesifikliyini  əks etdirir.
Ritorika - gözəl  danışıq haqqında elm  antik dünyada ( Qədim 
Yunanıstan və Qədim Roma,  e.ə.  V-IV əsrlər) meydana gəlmişdir. 
Ritorikanın bir fənn kimi meydana gəlməsi müvafiq ödəniş əvəzində 
istənilən şəxsə cəmiyyət qarşısında nitq söyləməyi öyrətməyə razı 
olan sofıstlərin fəlsəfi və natiqlik fəaliyyəti ilə bağlıdır.
Qeyd  edək  ki,  təşəkkülünün  ilk  mərhələlərində  ritorika 
nəzəriyyədən  çox,  nitq  ustalığım  öyrətmək  təcrübəsi  idi.  Qədim 
Yunanıstanda «sənət»  və  «ustalıq»  anlayışları  eyniyyət təşkil  edir 
və techne (“texnika”  sözü də buradan yaranmışdır)  sözü ilə  ifadə 
olunurdu.
Müasir dövrdə yaxşı nitq -  bir «ədəbi həndəsə», güclü təfəkkür 
fəaliyyətinin nəticəsi, dəqiq istifadə edilən sözlərdən məntiqi şəkildə 
qurulmuş mütənasib bir binadır.  Bu,  qadın kimi zərif və bəzəkli  ol­
maqdan çox, kişi kimi mərd məntiqə malik və ciddi nitqdir.
Düşünmək  olar ki,  gözəl  danışığın  müasir idealı  onun  qədim 
dövrlərdən bəri  müəyyənləşdirilmiş əlamətlərini  mühafizə edir və 
elə  əvvəlki  kimi  nitqdə fikrin,  gözəllik və xeyirxahlığın birləşmiş 
üçlüyü üzərində qurulur.
Ritorikanın tədris fənni kimi meydana gəlməsinin qanuna­
uyğunluqları. 
Ritorik  idealın  qaynaqlarını  öyrənmək  arzusu  çox 
təbiidir.  Biz  ritorik  intibah  dövründə  yaşayınq  və  bu  dövrün  ən 
əhəmiyyətli  xüsusiyyəti  ilkin  mənbələrə,  klassik  antik ritorikanın 
meydana gəlməsi, formalaşması və çiçəklənməsi dövrünə müraciət 
edilməsidir.
M üasir söz mədəniyyətinin kökləri antik ritorik klassikaya ge­
dib çıxır. Lakin klassik ritorika o qədər çoxşəkilli,  m üxtəlif növlü- 
dir, antik dövrdə ritorik ideyalann həyatiliyi o qədər dərin və zəngin 
məzmuna malikdir ki, bütün bu müxtəlifliklər və zənginliklər ara­
sında  öz  mədəniyyətimiz  tərəfindən  daha  dolğun  qəbul  edilən, 
doğma  nitq  ənənələrinə  qüvvətli  təsir  göstərmiş  nümunələri  tap­
maq çətinlik törədir.
Sokratın, Platonun dialoqlarında əks olunmuş və Platonun şa­
girdi, bu ideyalan  «Ritorika» traktatında inkişaf etdirmiş Aristotel
32


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə