Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə3/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

Ümid  edirik ki,  bu vəsait  sizə gözəl  danışmağın  nəzəriyyə və 
ustalığına yiyələnməkdə  kömək  edəcək.  Əminik  ki,  bu təkcə  xü­
susi  qabiliyyətlərdən  -   vergi  və  istedaddan  yox,  həm  də  insanın 
əməksevərliyindən,  məqsədyönlülüyündən  asılıdır və  deməli,  hər 
bir öyrənmək istəyən üçün tamamilə əlçatandır.
8


I  FƏSİL
KLASSİK VƏ  MÜASİR  RİTORİKA
1.1.  R itorikanın tarixindən
Antik  dünyada,  Orta  əsrlərdə,  İntibah  və  Maarifçilik 
dövrlərində ritorika
Artıq  iki  min  beş  yüz  ildən  bəri  Avropa  mədəniyyətinin  in­
kişafına xidmət edərək,  gah  heyranlıq  doğuran,  gah  heç  kəs tərə­
findən  qəbul  edilməyən  ritorika  elm  sahəsi  kimi  təxminən  e.ə.  V 
əsrdə cəmiyyətin praktik tələbinə cavab olaraq meydana gəlmişdir. 
O zaman  siyasi  məsələlər xalq yığıncaqlarında,  camaat qarşısında 
həll  olunurdu.  Çox  böyük  insän  kütləsinin  toplandığı  yerlərdə 
məhkəmələr qurulur, bayramlar, yas mərasimləri, dostluq görüşləri 
keçirilirdi.
Qədim  Yunanıstanın  ritorik  təlimi  bizə  şöhrətli,  tanınmış  na­
tiqlər  olan  Demosfenin,  Litsinin,  Sokratın,  Periklin  (onlar hamısı 
ictimai  xadim,  yüksək  təhsil  almış  insanlar  idi)  nitqlərindən  nü­
munələr və natiqlik ustalığına yiyələnmək üçün hazırlanmış nəzəri 
əsərlər - Qorginin, Aristotelin, Platonun qələmindən çıxmış kitab­
lar şəklində gəlib çatmışdır.
Natiqlik ustalığı  e.ə.  VI-III əsrlər qədim yunan ədəbiyyatının, 
həmçinin Sokratın ( 469-399), Platonun (430/427-347), Aristotelin 
(384-322)  adlan  ilə bağlı  olan  fəlsəfənin  əsasında və müsbət mə­
nada əhatəsində inkişaf etmişdir.
Ritorika ilk zamanlardan həm incəsənət, həm də elm kimi inki­
şaf edirdi. Ritorikaya aid kitablann yaradılması təhsil məqsədlərinə 
görə zəruri idi, bu sahədə Sirakuzamn, Attikanın, Afinanın ritorika 
məktəbləri  apancı  rol  oynayırdı.  Bu  məktəblərə  7  yaşlı  oğlanlan
9


qəbul  edir və onlara 21  yaşınadək təlim keçirdilər.  Burada fəlsəfə, 
məntiq,  ədəbiyyat,  dil,  riyaziyyat  öyrədilirdi.  Amma  aparıcı  fənn 
ritorika idi və heç də təəccüblü deyil ki, ritorikaya aid ilk traktatlar 
bu məktəblərə rəhbərlik edən natiqlər tərəfindən yazılmışdı.
Adətən  onların  sırasında  birinci  filosof-  sofıst  Qorginin  (e.ə. 
493-376) adı çəkilir. Onun əsərləri bizim günümüzə tam halda gəlib 
çatmamışdır.  M üasir  dövrdə  Platonun  «Qorgi»  dialoqu  bəllidir. 
Həmin dialoqda onun əsas elmi mövqeyi  şərh olunur.  Qorgi ritori­
kanı  tədris  edərkən  çox  səyahətlər  etmiş  və  bu  zaman  Olimpiya 
və Delfıya bayramları  üçün nitqlər də hazırlamışdır. Aşağıdakı  fi­
kir də  ona məxsusdur:  söz çox  böyük hökmdardır.  O,  çox kiçik və 
tamamilə gözəgörünm əz  bir  bədənə  m alik olsa da,  m öcüzəli  işlər 
görür.  Belə  ki,  o  həm  qorxunu  qova  bilər,  həm  kədəri  m əhv  edər, 
həm sevinc gətirər,  həm rəhm oyadar...  Sözə m əxsus olan inandır­
m a qüvvəsi həm də ruhu istədiyi kim i form alaşdırır. B iz burda İnci­
lin ilk  cüm ləsini -   “Öncə söz olmuşdur,  söz A llahın olmuşdur,  söz 
A llah olm uşdur ” xatırlatm aya bilmərik. ”
Ellinlər (yunanlar) ənənəvi  ritorikanı  sözlə inandırma,  nitq us­
talığı  kimi  qiymətləndirirdilər.  Ellin  ritorlannın  fikrincə,  ritorika­
nın üç ayrılmaz əsası var:  mənəviyyat,  müdriklik (həqiqət) və akt­
yorluq  bacarığı;  eyni  zamanda,  onlar  savadlılıq,  mədəniyyət  və 
natiqlik istedadına da böyük dəyər verirdilər. Düzdür, sonralar Sise- 
ron deyəcəkdi:  «Şair doğulurlar, natiq olurlar» - lakin heç şübhəsiz
onun özünə də Yupiter tərəfindən böyük istedad bəxş olunmuşdu.
Köhnə, yaxud kanonik ( nümunəvi) ritorika beş hissəyə bölü­
nürdü:
1.  İnvensiya -  tərcümədə mənası  «fikrin kəşf edilməsi», yaxud 
nitqin məzmununun hazırlanması;
2.  D ispozisiya (mövqe tutma), yaxud kompozisiya- rus ritorika­
larında-yerləşmə (adətən nitqin janrı ilə əlaqələndirilirdi);
3.  Elokusiya  (bəlağət)  və  ornament -   ifadə  və  bəzəmə;  bu  so­
nuncu  və  ən  geniş  hissə  sonralar  aparıcı  mövqeyə  yüksəldi  (dil 
vasitələrinin, üslubun, nitq mədəniyyətinin seçilməsi, poetika);
4.  M em oria (yaddaş üçün müxtəsər qeyd)- hazırlanmış mətnin 
yadda saxlanması, yaddaşın,  onun yüksək hazırlığının məşqi;
10


5. 
Aksiya, yaxud ifa - nitqə qüsursuz yiyələnmə, şifahi ifadəlilik 
ustalığı,  özünü idarə etmək bacarığı, jestlər və s.
Qədim  ənənələrə  müvafiq  olaraq,  ritorikanın  digər  elmlərlə 
əlaqələrini müəyyənləşdirmək mümkündür.  Onu:
m əntiqlə - nitqi mühakimələr, sübutlar, əsaslandırmalar, eyniy­
yət və kifayət qədər əsaslandırma qanuni an;
fəlsəfə  ilə -  əxlaq,  mənəviyyat problemləri,  xeyir və  şər,  xoş­
bəxtlik və əzab,  dünyagörüşü problemləri;
siyasətlə  -  hakimiyyət və  azadlıq,  mülkiyyət,  ictimai  münasi­
bətlər, müharibə və sülh problemləri;
hüquqsünaslıqla -  insan hüquqlan,  məhkəmə praktikası; 
filologiya ilə -  dil,  onun vasitələri, üslublan,  nitqin ifadəliliyi, 
prosodiya (hecalann tələffüz üsulu), ədəbiyyat, poetika, janrlar, te­
atr birləşdirir.
İnandırma, həqiqətəuyğunluq məsələsi çox qəti şəkildə qoyulur­
du -  ellinlər mövqelərində dönməz idilər:  məlum olduğu kimi,  Sok­
rat, Demosfen əqidələrindən dönməkdənsə, ölümü üstün tuturdular.
O  dövrün ritorikasındakı  filoloji  məsələlər üzərində bir qədər 
ətraflı dayanmağa dəyər: yüksək və aşağı üslublar, bədii və işgüzar 
üslublar,  həmçinin  prosodik  (tələffüz)  kateqoriyalar-  nitqin  ritmi, 
intonasiyanın  yüksəkliyi,  səslənmə  qüvvəsi,  nitqin  sürəti,  vurğu, 
fasilə kimi məsələlərə xüsusi olaraq diqqət yetirilir, fiqurlar və sayı 
200-ə çatan məcazlar dərindən öyrənilirdi.
İmprovizələr  kifayət  qədər  yüksək  dəyərləndirilsə  də,  hərtə­
rəfli,  fəal  hazırlığa  -söylənəcək  nitqin  mətninin  yazılmasına,  hər 
bir ifadənin cilalanmasına üstünlük verilirdi. Yeri gəlmişkən,  əgər 
bunlar olmasaydı,  Qədim Yunanıstan və Romamn böyük natiqləri 
olan -  Demosfenin,  Siseronun və başqalarının nitqləri bizə, sadəcə 
olaraq, gəlib çatmazdı.
Hərtərəfli  biliyə  malik  olan  alim,  «Metafizika»,  «Məntiq», 
«Siyasət», «Poetika», «Anälitika» əsərlərinin müəllifi,  Böyük Pla­
tonun  şagirdi  olan Aristotel  öz  dövrü üçün  çox əhəmiyyətli  əsəri­
ni-  üç  kitabdan  ibarət  «Ritorika»nı  yazmaqla insanın təfəkkür və 
mənəvi zənginliklər aləmini  əhatə etmişdi.
11


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə