Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə104/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   124

razılığa  gəlmək  lazımdır.  Bununla  siz  qəbulunuza  gəlmiş  insana 
hörmətinizi ifadə etmiş olarsınız.
6.  Əgər  telefon  danışığı  zamanı  cavabı  hazırlamaq  üçün  siz 
müəyyən müddətə telefondan uzaqlaşmalısınızsa,  həmsöhbətiniz­
dən gözləyə biləcəyini  soruşmağınız vacibdir.
7. Söhbəti zəng etmiş adam bitirməlidir- etiketin tələbləri belə­
dir. Buna görə də,  danışığı  bitirərkən həmsöhbətinin sizinlə sağol- 
laşmasını  və xəttin  o  başında  dəstəyin  yerə  qoyulmasını  bildirən 
kəsik çağırışların eşidilməsini gözləməlisiniz.
8.  Hansı  bir  səbəbdənsə  söhbət kəsilirsə,  ilk zəng  edən  adam 
yenidən zəng etməlidir.
9.  Səhv  edilmiş  zəngə  nəzakətlə  «Siz  nömrəni  səhv  salimsi­
niz»  - deyərək,  dəstəyi yerinə qoymaq lazımdır.
10.  Əgər telefonla soruşulan həmkarınız otaqda yoxdursa, ona 
nə  söyləmək lazım gəldiyini  öyrənmək və masasının üzərində ya­
zılı qeyd qoymaq lazımdır.  ( Bu zaman “gələndə Həsən müəllimə 
nə  deyək?”,  “  Kimdir  zəng  edən?”  kimi  sadə  və  cavabı  “heç... 
Sonra  zəng  edərəm,  ”  kimi  sözlər  gözlənilən  sualın  əvəzinə  im­
tina cavabı  çətin olan “Kimin zəng etdiyini  Həsən müəllimə deyə 
bilərikmi?” tipli  sualların verilməsi daha məqsədəuyğundur.)
11.  Telefon danışığının təşəbbüskarı sizsiniz.
1.  Telefon  danışığına  diqqətlə  hazırlaşın:  zənginizin  məqsədini 
düşünün,  nə  demək  istədiyinizi  müəyyənləşdirin;  zəruri  sənədləri, 
materialları bir yerə yığın;  lazım ola biləcək faktları, tarixləri,  ad və 
soyadlan, ünvanlan, telefon nömrələrini dəqiqləşdirin; aydınlaşdınl- 
malı  olan suallann siyahısım tutun; dialoq prosesində mühüm anlan 
unutmamaq üçün qarşıdakı söhbətin əsas müddəalannı qeyd edin.
2. Telefon zənginiz üçün ən optimal vaxtı müəyyənləşdirin. Bu 
vaxt həm sizin üçün, həm də həmsöhbətiniz üçün uyğun olmalıdır. 
Həmin  yerə  nə  zaman  zəng  etməyin  daha  rahat  olması  haqda  da 
düşünmək  lazımdır.  Belə  hesab  edilir ki,  işgüzar zənglər üçün  ən 
münasib vaxt müəssisənin iş gününün başladığı  vaxtdır- yəni  saat 
9-dan  10-dək.
3.  Lazım  olan  abonentlə  telefon  bağlantısına  nail  olduqdan 
sonra salamlaşın və özünüzü təqdim  edin (adınızı,  soyadınızı, və­
319


zifənizi  və  iş  yerinizi  söyləyin),  axtardığınız  şəxsin  orada  olub- 
olmadığını  müəyyənləşdirin.  Əgər  telefona  katib  cavab  verirsə, 
salamlaşın,  özünüzü  təqdim  edin  və  zənginizin  səbəbi  haqqında 
qısaca izahat verin.
4. Əgər siz səhvən «ora düşməmisiniz»sə, üzr istəyin, dinməzcə 
dəstəyi yerinə qoymayın.
5.  Əgər zəng etdiyiniz adam yerində deyilsə,  xahiş edin,  zəng 
vurduğunuzu ona söyləsinlər və sizinlə ən yaxın vaxtda nə zaman, 
hansı telefon nömrəsi vasitəsilə əlaqə saxlamağın mümkün olduğu 
barədə məlumat verin.
6.  Əgər  zəng  etdiyiniz  adamla  söhbətiniz  uzun  çəkəcəksə, 
həmsöhbətinizdən  kifayət  qədər  vaxtı  olub-olmadığım  öyrənin. 
Əgər  kifayət  qədər  vaxtı  yoxdursa,  qarşılıqlı  razılaşma  əsasında 
söhbəti hər iki tərəfi təmin edən başqa bir vaxta və saata keçirin.
7.  Hər hansı bir məsələ ilə bağlı təkrar zəng etmisinizsə,  müt­
ləq adınızı söyləyin və əvvəlki danışığınızın məzmununu həmsöh­
bətinizə xatırladın.
8.  Zəng  etdiyiniz  abonent  aramsız  olaraq  məşğuldursa,  lakin 
onunla müzakirə və həll etməli olduğunuz məsələ sonraya saxlanı­
la bilməzsə,  o  zaman  lazım  olan  nömrəni  arası  kəsilmədən,  dəfə­
lərlə, mümkün qədər fasilə vermədən yığmaq kimi ən sadə üsuldan 
istifadə etmək məsləhət görülür.
9. Kiminsə evinə axşam saat 22-dən sonra və səhər saat 9-a qə­
dər zəng etmək qeyri-etik hesab edilir.  Əgər fövqəladə halda bunu 
etmək məcburiyyətində qalmısınızsa,  mütləq üzr istəyin və zəngi­
nizin mühüm  səbəbini  izah edin.
10.  Tanış olmayan adamlann evinə zəng etmək qəbul olunma­
yıb. Belə zəng zərurəti yarandıqda, telefon nömrəsini haradan əldə 
etdiyinizi və kimin təqdimatı ilə zəng etdiyinizi  söyləməlisiniz.
İşgüzar ünsiyyətdə, xüsusilə rəhbər və işçilərin birgə fəaliyyəti 
zamanı həvəsləndirmə, tənqid, cəzalandırma kimi təsir metodların­
dan istifadə olunur. Rəğbətləndirməyə verilən əsas etik tələb onun 
düzgün  və  əmək  fəaliyyətinin  keyfiyyətinə  və  səmərəliliyinə  uy­
ğun olmasıdır.
320


Tənqid  -  tabeliyində  olan  işçilərin,  yaxud  iş  yoldaşlarının 
fəaliyyəti  ilə  bağlı  narazılığı  bildirməyin  ən  geniş  yayılmış  for­
masıdır.  Tənqid  obyektiv olmalıdır (yəni  mənfi  hərəkətdən,  baca­
rıqsızlıq  və  keyfiyyətsiz  işdən  doğmalıdır) və  konstruktiv  olaraq, 
işçiyə  onun  bacanqlanna inam  aşılamalı,  onu  daha yaxşı  iş  üçün 
səfərbər etməlidir. 
/
Cəza - töhmət, cərimə, vəzifəsini aşağı endirmə, işdən çıxarma 
şəklində həyata keçirilə bilər.  Cəzaya verilən əsas etik tələb -  on- 
lann müntəzəm və şüurlu surətdə yol verilən qüsurlara görə tətbiq 
edilmiş olmasıdır.
İşgüzar ünsiyyətin idarə edilməsi
İşgüzar  ünsiyyətin  idarə  edilməsi  insanlann  qarşılıqlı  fəaliy­
yətinin  idarə  edilməsinin  çoxsaylı  forma  və  metodlandır.  İşgüzar 
ünsiyyət  prosesində  artıq  qurulmuş  əlaqələrin  hesabına  insanlann 
hansısa  məlumatlan  qəbul  etməsi,  əhval-ruhiyyələri,  şayiələrin 
yayılması,  yaxud  yayılmasının  qarşısının  alınması,  informasiya 
mənbələrinin müdafiə edilməsi, yaxud dağıdılması baş verir.
Tamamilə  aydındır  ki,  bütün  işgüzar insanlar həm  fərdi,  həm 
də  kollektiv  səviyyədə  canlı  əlaqə  texnikasına,  həmçinin  sözlə 
davranma bacanqlanna yiyələnməlidirlər.
Ünsiyyət zamanı, ən azı, iki şəxsiyyətin qarşılıqlı təsiri baş ve­
rir;  ünsiyyət  müstəqil  insan  fəaliyyətinin  bir  növü  və  fəaliyyətin 
digər növlərinin bir atributudur.
İşgüzar ünsiyyəttəkcəişçininformalaşmasıvətəkmilləşməsinin 
yox, həm də onun mənəvi və fiziki  sağlamlığının mühüm amilidir.
Bundan başqa, ün siy y ət-b aşq a insanları, onların daxili aləmini 
dərk  etməyin  universal  üsuludur.  İşgüzar ünsiyyət  sayəsində  işçi 
özünün təkrarolunmaz şəxsi-işgüzar xassələrini formalaşdırır.
İşgüzar  ünsiyyət  m üxtəlif vəzifələri  yerinə  yetirir.  Onlardan 
başlıcalan  aşağıdakılardır:
•  Qarşılıqlı fəaliyyətin təşkili;
•  Şəxsiyyətlərarası  münasibətlərin  formalaşdırılması  və  inki­
şaf etdirilməsi;
•  İnsanlann bir-birini dərk etməsi.
321


Yüklə

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə