Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə100/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   124

Vəziyyətin  dəyişdirilməsinin  zəruriliyinin  əsaslandırılması: 
vəziyyət niyə dəyişdirilməlidir?
(Səbəblərin gizlədilməsi  ilə əsaslandırma).
Vəziyyətin  dəyişdirilməsi  haqqında  təklif:  vəziyyəti  necə 
dəyişdirmək lazımdır?
(Dəyişiklik həyata keçirilərkən fəaliyyətin forması).
Bunlara müvafiq olaraq nitqinizin məqsədini müəyyənləşdirin: 
mülahizələrinizlə nəyə nail  olmaq istəyirsiniz?
Bu  zaman  nitq  vəziyyətinin  meydana  gəlmə  səbəblərini  və 
şəraitini,  hər şeydən əvvəl  isə auditoriyanın tərkibini nəzərə alın.
Özünüzdən şərhin predmeti haqqında nə bildiyinizi  soruşun.
Məsələ  haqqında  əlinizdə  olan  biliklərinizi  qısa  tezislər 
şəklində  kağıza  qeyd  edin.  Əmin  olun  ki,  elə  bu  mərhələdə  çıxış 
üçün müəyyən material toplamış olacaqsınız.
Dinləyicilərin bu mövzudan irəli  gələn hansı  suallarına cavab 
verməli olacağınızı dəqiq müəyyənləşdirin.
Dinləyicilər üçün mövzunun  dəyərini,  onun  ictimai  və xüsusi 
əhəmiyyətini xarakterizə edin.
Özlüyünüzdə işin mahiyyətinə, səbəb və nəticəsinə, nəzəri əsasına 
və təcrübə ilə əlaqəsinə, zaman dəyərinə aid suallara cavab verin.
Çıxış  üçün  çatışmayan  materialı  toplayın,  onun  istifadə  üçün 
nə dərəcədə yararlı  olmasını yoxlayın,  fıkrinizcə  ən mühüm  d a n ­
lan  seçin.
Bu mərhələdə mövzu ilə bağlı xüsusi ədəbiyyatdan, internetdən, 
sorğu kitabçalanndan, jurnallardan və informasiya xarakterli digər 
mənbələrdən istifadə edin.
Əsaslandırmanın mühüm məqamlannı dərindən düşünün.
Dinləyicilərinizin  həyat təcrübəsini,  peşə bilikləri  səviyyəsini 
nəzərə alın.
Çıxış  üçün  yararlı  olan  materialı  əsas  tematik  komplekslərə 
bölməyə çalışın.
Nitqi  nədən  başlayacağınızı,  əsas  hissədə  hansı  mühüm 
məsələləri,  həm  də  digər  mövqelərin,  nəzər  nöqtələrinin  tənqidi 
şəkildə  nəzərdən  keçirilməsini  işıqlandıracağınızı,  yekunda  nəyi 
xüsusi  qeyd edəcəyinizi müəyyənləşdirin.
306


Nitqin tezislərini hazırlayın; bu zaman ayn-ayn hissələri icmal 
şəklində yerləşdirin.
İmkan daxilində, əsas informasiyanı,  sitat və tərifləri bütünlüklə 
kağıza yazın.  Tezislər  əsasında  məqsədə  nail  olmaq  mərhələlərini, 
məsələn,  sualları,  ümumiləşdirmələri,  əks fikirlərin araşdırılmasını, 
fərziyyəni, müxtəlif təkrarlan («başqa sözlə deyilsə») dəqiq göstərin.
Əgər şifahi çıxış vərdişləriniz yoxdursa, siz də özünüzü o qədər 
inamlı  hiss  etmirsinizsə,  nitqinizi  özünüz  üçün  ucadan  söyləyin 
(lakin güzgü qarşısında yox).
Əgər  nitqinizi  diktofona  yazmaq  imkanınız  varsa,  öz  nitq 
tərzinizi, xüsusilə intonasiyanızı,  şərhin sürəti və ritmini, nidalann 
(ah,  of...) işlədilməsini təhlil edin.
Diqqətinizi nitqin məzmununun əsas məsələlərində cəmləyərək, 
çıxış  edəcəyiniz  materialı  yaddaşımzda  möhkəmləndirməyə  səy 
göstərin.
Heç  bir  halda  nitqi  əzbərləmək  lazım  deyil:  siz  şərhin  ana 
xəttini itirə bilərsiniz.
307


IX  FƏSİL
İŞGÜZAR RİTORİKA
9.1.  İşgüzar ünsiyyət mədəniyyəti
Kommunikasiya mədəniyyəti 
-  insanların işgüzar tərəfdaşla- 
nyla  psixoloji  əlaqə yaratmağa,  ünsiyyət prosesində  dəqiq  qavra­
ma  və  anlamaya  nail  olmağa,  işgüzar  tərəfdaşların  davranışını 
proqnozlaşdırmağa,  bu  davranışı  arzuolunan  səmtə  yönəltməyə 
imkan verən, bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili 
sahəsindəki bilik və bacarıqlardır.
Kommunikasiya  mədəniyyətinin  əsasında  ünsiyyətin  hamı 
tərəfindən  qəbul  edilmiş  mənəvi  tələbləri  durur:  hər bir  fərd  tək­
rarsızdır,  dəyərlidir.  Onlarla  münasibətdə  nəzakətlilik,  ədəblilik, 
mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alın­
malıdır.
Nəzakətlilik -   bu,  insanlara,  onların  ləyaqətinə  hörmətli  mü­
nasibətin salamlaşmada ifadəsidir ki, özünü səsin intonasiyasında, 
mimika və jestlərdə göstərməlidir. Nəzakətliliyin əksi - kobudluq­
dur. Kobud qarşılıqlı münasibətlər təkcə mədəni  səviyyənin aşağı- 
lığının göstəricisi yox, həm də iqtisadi kateqoriyadır. Hesablanmış­
dır ki,  kobud rəftar nəticəsində işçilər əmək məhsuldarlığında orta 
hesabla  17 % itirir.
Ədəblilik  -  özünü  istənilən  vəziyyətlərdə,  xüsusilə  də  mü­
naqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaq­
dır.  Ədəbli  davranış,  xüsusilə  həqiqətin  axtarılmasına  həsr  edilən 
və bu zaman yeni  konstruktiv ideyaların meydana çıxdığı, fikir və 
əqidənin  sınağa  çəkildiyi  mübahisələr  zamanı  xüsusilə  mühüm­
308


dür. Lakin əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla 
müşayiət olunursa,  adi  qovğaya çevrilir.
Mdrifdtlilik də kommunikasiya mədəniyyətinin mühüm tərkib 
hissələrindən  biridir.  Mərifət  hissi,  əw əla,  ölçü,  ünsiyyətdə  sər­
hədləri  gözləmək  duyğusudur  ki,  bunlan  nəzərə  almamaq  qarşı 
tərəfi  incidə,  çətin vəziyyətə  sala  bilər.  Mərifətsizlik  qarşı  tərəfin 
xarici  görkəmi,  hərəkəti,  yaxud  şəxsi  həyatı  ilə bağlı  başqalarının 
eşitdiyi  şəkildə  söylənilən  iradlar,  dərdinə  şərik  olmalar və  s.  for­
mada əks oluna bilər.
Ünsiyyətdə  təvazökarlıq  qarşı  tərəfin  qiymətləndirməsinə 
təmkinlə yanaşmaq,  zövqünə,  əqidəsinə hörmət etmək  deməkdir. 
Təvazökarlığın əksi lovğalıq,  açıq-saçıqlıq,  ədabazlıqdır.
D əqiqlik də  işgüzar münasibətlərin uğurlu  olmasında mühüm 
əhəmiyyətə malikdir.  Həyat fəaliyyətində  istənilən  formada veril­
miş  vədlərin  və  qəbul  edilmiş  öhdəlilkərin  dəqiq  şəkildə  yerinə 
yetirilməsi olmadan işləri idarə etmək çətindir.  Qeyri-dəqiqlik çox 
zaman əxlaqsız davranışla -  yalanla,  aldatma ilə yanaşı gedir.
Xeyirxahlıq  -   bu,  hər  şeydən  əvvəl,  birinci  olaraq  hörmət 
göstərmək,  başqa adamı  narahatlıqdan və xoşagəlməzlikdən xilas 
etməkdir.
Kommunikasiya  mədəniyyətinin  yüksək  səviyyəsi  adamda 
aşağıdakı  şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
•  Empatiyalar -  dünyanı  başqalarının gözləri  ilə görmək,  on­
lar kimi dərk etmək bacanğı;
•  Xeyirxahlıq- hörmət,  rəğbət,  bəzi  hərəkətləri  bəyənməsələr 
də, insanları başa düşmək bacanğı, başqalanm müdafiə etməyə ha­
zır olmaq;
•  M ötəbərlik- başqalan ilə ünsiyyət zamanı özü olaraq qalmaq 
bacanğı;
•  Konkretlik  -  öz  həyəcanlan,  fikirləri,  hərəkətləri  haqqında 
konkret damşmaq,  suallara birmənalı  cavab vermək bacanqlan;
•  Təşəbbüskarlıq -  «daim irəliyə getmək», təmas qurmaq, fəal 
müdaxilə  tələb  edən  vəziyyətlərdə  başqalannın  nə  isə  edəcəyini 
gözləmədən hansısa işləri başlamağa hazır olmaq bacanqlan;
•  Səmimilik - səmimi  danışmaq və “düz dolanmaq” bacanğı;
309


Yüklə

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə