Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə96/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   124

Əgər  onun  ilkin  məqsədi  qarşıdurma  yaratmaq,  opponenti 
düşünülməmiş addım atmağa təhrik etməkdirsə, belə dəlildən isti­
fadə edilməsi vacib hesab edilə bilər.
Ancaq əslində qarşılıqlı  damğalamalar (şərləmələr) və təhqir­
lərə  əl  atmaq təkcə  özünə yox,  həm  də mübahisə mövzusuna hör­
mət baxımından yolverilməzdir.
Belə  dəlillər  mübahisənin  davaya  çevrilməsinin  birbaşa  əla­
mətidir. Bütün sahələrdə olduğu kimi, polemikada da geriyə dönü­
şü olmayan proseslər var. Bu səbəbdən, belə vəziyyətdən çıxmağın 
ən  səmərəli yolu  - təhqirə məruz  qalmaq istəmədiyinizə görə mü­
zakirələrin dayandırılmasıdır.
Qarşı  tərəfin qeyri-qanuni üsullardan istifadəsinin qarşışısının 
alınmasına  təminat  əsaslandırma  dairəsinin  dəqiq  müəyyənləşdi­
rilməsi  ola bilər.
Qeyri-qanuni üsulların qəbul edilməməsi - onların mübahisənin 
səmərəli  təşkili  qaydalarını,  polemika  mədəniyyətini,  konsensusa 
doğru  çalışmanı,  fikir plüralizmini,  müzakirə  azadlığını  və  s.  po­
zan fəaliyyət və dəlillər kimi qiymətləndirilməsi ilə bağlıdır.
Lakin mübahisə zamanı üsulların seçilməsində məsuliyyət da­
şımayan  qarşı  tərəfin  “yersiz”  dəlillərinin  obyektinə  çevrilməmək 
üçün opponentlərinizi  seçərkən diqqətli olmalısınız. Hər kəslə, hər 
şeyə görə mübahisə etmək olmaz.
Aristotel  «Topika»  (ümumi  dəlil,  fikri  ifadə  edərkən  ümumi 
dəlillərdən istifadə etmək bacanğı) əsərində bununla əlaqədar çox 
maraqlı, tam dəqiq tövsiyələr vermişdir.  O yazırdı ki, hər qabağına 
çıxanla mübahisə etmə, ancaq o adamla mübahisəyə girişmək olar 
ki,  onun deyəcəyi  nalayiq  sözlərə görə  sonradan  xəcalət çəkəcəyi 
qədər ağlı olsun ki,  o sözləri  heç deməsin.
Aristotelə görə, yalnız o kəslə mübahisə etmək olar ki, o, nəsi­
hətlərlə yox,  dəlillərlə  mübahisə  edə bilir,  qarşı  tərəfin  dəlillərini 
dinləyir.
Nəhayət,  o  adamla  mübahisə  etmək  olar  ki,  o,  kifayət  qədər 
ədalətlidir  və  haqlı  olmadıqda,  həqiqətin  qarşı  tərəfə  məxsus  ol­
duğunu  gördükdə  bunu  ləyaqətlə  qəbul  edə  bilər.  Aristotelin  bu 
məsləhətləri bu gün də köhnəlməyib.
294


Əsaslandırmanın  ritorik aspekti 
Ritorika natiqlik  sənətinin 
nəzəriyyəsidir.  Qədim  dövrlərin  böyük  natiqi  M ark  Tulli  Siseron 
natiqin vəzifələrini belə xarakterizə edirdi:
1.  Deməyə söz tapmaq.
2.  Tapdıqlarını  nizama salmaq.
3.  Ona söz forması vermək.
4.  Hər şeyi yaddaşında möhkəmləndirmək.
5.  Düzgün tələffüz etmək.
6.  Dinləyicilərin hüsn-rəğbətini qazanmaq.
7.  İşin mahiyyətini şərh etmək.
8.  Mübahisəli məsələni müəyyənləşdirmək.
9.  Öz mövqeyini möhkəmləndirmək.
10.  Qarşı tərəfin rəyini təkzib etmək.
11.  Yekunlaşdırarkən  öz  ifadələrinin  parlaqlığını,  qarşı  tərəfin 
zəifliyini qabartmaq.
Ritorika natiqin  şəxsiyyətinə,  onun  dilinə,  nitqin  sürəti və rit- 
minə,  mimika və jestlərdən  istifadəsinə,  nitqdə  materialın yerləş- 
dirilməsinə,  ritorik fiqurlara aid çox tələblər işləyib hazırlamışdır.
Ritorikaya  uyğun  olaraq,  materialın  yerləşdirilməsi  əsas  böl­
mələrin aşağıdakı  sabit sxemi ilə müəyyən olunmalıdır:  giriş, əsas 
hissə,  nəticə.
Girişin  məqsədi  diqqəti  cəlb  etmək,  əvvəlcədən  anlamağa və 
fikirlərinə şərik olmağa hazırlamaqdır.
Əsas  hissə,  adətən,  mövzunu  zaman  ardıcıllığı  ilə  şərh  edən 
nəql və mövzunu məntiqi  ardıcıllıqla izah edən təhlil hissəsinə bö­
lünür.  Təhlil həm də isbat və təkzibləri  özündə birləşdirir.
Bəzən  təhlildən  əvvəl  sualın  qoyuluşu  və  onun  hissələrə  ay­
rılması  aparılır.  Ritorikanın tələblərinə müvafiq olaraq nəql  nitqin 
predmeti haqqında müəyyən ardıcıllıqla söylənilir.
Nəqlə aydınlıq,  qısalıq və həqiqətəuyğunluq tələbləri verilir.
Aydınlıq nəqli  başa düşülən,  təbii  şəkildə  qurulmuş  etməlidir. 
Qısalıq nəqli  yaddaqalan  etməlidir,  onun başlıca prinsipi  ölçüdür, 
yəni  zəruri  ilə  kifayət  arasında  mövqe  tutulmasıdır.  Həqiqətə­
uyğunluq  nəqli  inandırıcı  etməlidir.  Onun  əsas  prinsipləri  yerinə 
düşmə və məqsədə müvafiqlikdir.
295


İsbat və təkzibin qarşısında müəyyən prinsip və qaydalara uy­
ğun olaraq inandırmaq və əsaslandırmaq vəzifəsi  durur.
Burada  dəlillərin və  əks  dəlillərin  qruplaşdınlmasım  (ən  mü­
hümlərini  əvvələ və  axıra,  zəiflərini  -   ortaya),  onların  inkişafını, 
ziddiyyətli olmamasını, dolğunluğunu, kifayətliyini nəzarətdə sax­
lamaq tələb olunur.
Nitqin yekunu  dinləyicilərin  yaddaşında  deyilənlərin  ümumi 
mənzərəsini  canlandırmalı,  deyilənlərdən  nəticə  çıxarmağa  sövq 
etməli, dinləyicilərdə lazımi hissləri oyatmalı, onları müəyyən fəa­
liyyətə səsləməlidir.
8.4.Şifahi nitq b acarıqlarının 
təkm illəşdirilm əsi
İfadənin düzgün seçilməsi 
Fikrin düzgün ifadə olunması üçün 
çıxış edən şifahi nitqin xüsusiyyətlərini nəzərə almalıdır, yəni o öz 
fikirlərini  kommunikativ  məqsədə,  nitqin  predmetinə,  həmçinin 
konkret vəziyyətə uyğun  olaraq  aydın və inandıncı  şəkildə  açıq­
lamalıdır.
İnandırıcılıq yalnız  natiqin  problemi  bilməsi  ilə yox,  həm  də 
aşağıdakı məsələlərlə izah edilir:
•  O, vəziyyəti yaxşıca «tutur»  (ilk növbədə öz dinləyicilərinin 
təfəkkür tərzini və nitq üslubunu nəzərə alır);
•  O,  dinləyicilərə  öz  fikirlərini  ən  yaxşı  şəkildə  çatdınr,  yəni 
onları  düşündürməyə nail  olur,  bunu yaddaqalan,  “ikibaşlı”  olma­
dan və mütləq anlaşıqlı formada edə bilir.
Auditoriya qarşısında öz fikirlərini anlaşıqlı şəkildə şərh etmək 
zərurəti  dinləyicilərin  informasiyanı  dərk etməsinin xüsusi şəraiti 
ilə  əlaqədardır:  dinləyici  vəziyyətdən  asılı  olaraq,  natiqə və  onun 
söylədiklərinə (şifahi ünsiyyət forması) oxucunun kitab müəllifinə 
olan  münasibətindən  (yazılı  ünsiyyət  forması)  fərqli  münasibət 
bəsləyir.
Anlamanı  asanlaşdırmaq  məqsədilə  öz  fikirlərinizi  kifayət 
qədər geniş və  ətraflı  izah  edin.  Bu  məqsədlə  psixoloji  və funksi­
296


Yüklə

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə