Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə97/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   124

onal  ehtiyatlardan  -   kommunikativ  formalardan  istifadə  edin. 
Bura  suallar,  təkrarlar,  ümumiləşdirmələr,  sadalamalar,  təsvirlər, 
keçidlər,  şərh  edilənə  təkrar  qayıdılması,  əlavələr  edilməsi  və  s. 
daxildir. ~
Nitq  söyləyərkən  fərasətlilik,  dinləyicilərin  diqqətini  cəlb  et­
mək  və  özündə  saxlamaq  üsullarını  tətbiq  edin.  Nitqinizi  rən­
garəng  etməyə  çalışın.  Dinləyiciləri  gərginlikdə  saxlayın;  bu, 
dinləyicilərin dörddə birinin çıxışda söylənilən informasiyanı qav­
ramaqla,  dörddə üçünün  isə yuxu  ilə mübarizə  aparmaqla məşğul 
olması vəziyyətindən sizi  çıxara bilər.
Diqqətin cəlb edilməsi və saxlanılması üsulları 
Aşağıda sa­
dalanan  ixtiraçılıq  üsullarının hansından  istifadə  etməyiniz konk­
ret  situasiyadan,  səbəb  və  məqsəddən,  nitqin  predmetindən,  sizin 
niyyətlərinizdən və auditoriyadan asılıdır.
Bu  üsullardan  istifadə  yuxu  effektindən  qaçmağa  kömək  edə 
bilər.
1.  Gözlənilməzlik.  Nitqdə dinləyicilər üçün naməlum və göz- 
lənidlməz olan informasiyadan, həmçinin «canlandıncı təsir» gös­
tərən ifadələrdən istifadə edin.
2.  «Fitnəkarlıq». Qısa müddət üçün dinləyicilərdə şərh edilən 
informasiya  ilə  razılaşmamaq  reaksiyası  yaradın,  bu  mərhələdən 
dinləyiciləri  konstruktiv  nəticələrə  gəlməyə  hazırlamaq,  fikrinizi 
dəqiqləşdirmək  və  mövqelərinizi  daha  dəqiq  müəyyənləşdirmək 
üçün yararlanın.
3.  Hiperbola. Auditoriyanın çıxışın predmetinə olan marağını 
artırmaq  üçün  şişirtməkdən  çəkinməyin;  bu,  hadisələr,  proseslər 
və insanların davranışı arasında əlaqələri aşkara çıxarmağa kömək 
edər.  Lakin sonradan,  artıq şişirtmə olmadan toxunulan problemlə 
bağlı öz mövqeyinizi dəqiq ifadə etməyi də unutmayın.
4.  Proqnozlaşdırma. Real faktlara əsaslanaraq, gözlənilən ha­
disələri  proqnozlaşdırın ki,  dəyərləri,  əsas maraqlan,  tələbləri,  is­
təkləri lazımi qədər qabarda biləsiniz.
5.  Bütün  «lehinə»  və  «əleyhinəələrin  qarşılıqlı  müqayisəsi. 
Dinləyiciləri icmal  şəklində hər hansı fikrə, tədbirə,  konsepsiyaya 
aid özünüzün «lehinə» və «əleyhinə»  dəlillərinizlə tanış edin. Bü-
297


tiin dəlilləri qarşılaşdırdıqdan sonra problemin düzgün həlini tapın, 
bu zaman zidd dəlillərdən istifadə edin:  «Lakin əslində...»
6.  Qərar  qəbul  etmək  imkanının  başqasına  verilməsi.  Müza­
kirə  predmetini  aydınlaşdırmaq  üçün  tərəfdaşlarınızın  qərar  qəbul 
etmək və komplektləşdirmək qabiliyyətlərindən geniş şəkildə istifadə 
edin;  müvafiq  sualların  qoyulması  hesabına tərəfdaşlarınızı  təfəkkür 
proseslərinə cəlb edin; bu zaman öz dəlillərinizi gətirməkdən çəkinin.
7.  Nüfuza müraciət edilməsi. Fikirlərinizin düzgünlüyünü təs­
diq  etmək üçün  dinləyicilərin  və  elmin  nüfuzlu  şəxsiyyətinə  isti­
nad edin.
8.  Həyəcanlanma. Sizi dinləyicilərəbağlayanxüsusi hadisələri 
həvəslə təsvir edin, auditoriya və mövzu üçün əhəmiyyətli ola bilə­
cək ən xırda ünsürləri və dinləyiciləri həyəcanlanlandıran mövzula­
rı  əldən buraxmayın.
9.  Qeyri-formal elementin daxil edilməsi.  Nitqin  predmetini, 
auditoriyanın  davranışını  nəzərə  alaraq  özünüzün  bir  vaxtlar  bu­
raxdığınız səhvləri və onların nəticələrini açıqlayın. Bu və ya digər 
problemə  belə  səhv  yanaşmadan  necə  qaça  bildiniz?  Onun  yeni 
həllini  göstərin.  Bu,  dinləyicilərin  gərginliyini  və qabaqcadan ya­
ranmış yanlış  qənaətə  əsaslanmalarım  aradan qaldırmağa və onla­
rın fikrinin sizin xeyrinizə dəyişilməsinə kömək edər.
10.  Dramatikləşdirmə.  Əyani  və  cəlbedici  şəkildə  izah  edin, 
nitqi  şüurlu  surətdə  dramatikləşdirin  ki,  dinləyicilər  özlərini  həm 
tamaşanın iştirakçıları,  həm də həyatda hiss etsinlər.
11.  Birbaşa daxil olma.  Əgər sizin tərəfdaşlarınız nitqin pred- 
meti  ilə tanışdırlar və  zəruri  ilkin biliklərə malikdirlərsə,  uzun  gi­
rişdən  imtina  edin;  həmin  anda  əsas  olandan  danışmağa başlayın. 
Bu  sizi  onlara hər şeyi  lap  əvvəldən izah etmək zərurətindən xilas 
edər və problemi  şərh etmək üçün vaxt qazanmaq imkanı yaradar.
12.  Yumor. Öz nitqinizi «qurutmayın». Gülməli, paradoksal nü­
munələr gətirin, nəqlinizi  sizi əhatə edən insanlann həyatından şən 
zarafatlar,  məzəli  əhvalatlarla  qanşdınn.  Dinləyicilərə  düşünmək 
və istirahət etmək imkanı verin.
13.  Ekspressiya (təsirli danışıq). Əlbəttə, konkret nitq vəziyyə­
tindən  (rəsmi  və  qeyri-rəsmi  nitq)  asılı  olaraq,  nitqin  ifadəliliyini
298


artıran vasitələrdən imtina etməyin.  Şüurlu  surətdə, xüsusilə,  əgər 
əvvəlcədən hazırlanmış mətn  olmadan çıxış edirsinizsə, vərdiş et­
diyiniz üslubdan hiss olunacaq  qədər fərqlənən ifadələrdən (qəfil, 
üslubi baxımdan gözlənilməz, yadda qalan, diqqəti cəlb edən təsirli 
leksik vasitələrdən) istifadə edin.
Hər hansı bir fikri daha çox qabartmaq üçün bəzi natiqlər təsirin 
tədricən artırılması üsuluna müraciət edirlər:  onlar üslub baxımın­
dan neytral ifadələri təsir qüvvəsi çox olan ifadələrlə (məsələn, ob­
razlı müqayisələrlə) müşayiət edirlər.
Bir daha qeyd olunmalıdır ki, yuxanda haqqında danışılan bu 
və  ya  digər  üsuldan  istifadə  konkret  nitq  vəziyyətindən  və  nati­
qin  şəxsiyyətindən asılıdır.  Belə üsullann  kommunikasiya aktının 
nəzərə alınması ilə tətbiqi kifayət qədər səmərəli ola bilər, lakin on- 
lan  ayırmaq və  nitqin  məzmunundan  kənarda nəzərdən keçirmək 
düzgün deyil.
Onlar özlüyündə xüsusi bir dəyərə malik deyil və vəzifələrinə 
müvafiq  dəyərləndirilməlidirlər:  bu  üsullardan  ağıllı  şəkildə,  iş­
güzar ünsiyyət zamanı  fikirlərin  çatdırılması  vasitəsi kimi istifadə 
etmək lazımdır.
Elm i  m əlum atlarda  obrazlılıq  Təcrübəli  natiqlər  obrazlı 
nitqin  təsirli  üslub  vasitələrini  şüurlu  şəkildə  tətbiq  edirlər:  onlar 
yeknəsəq nitqin yuxugətirici  təsirinə  qarşı  «yumulan  gözlərə qarşı 
üsyan!» prinsipinə əsasən mübarizə aparır, həmsöhbətlərinin iclasda 
sadəcə iştirakı  ilə  kifayətlənmirlər:  onlar üçün  müvafiq problemin 
müzakirəsində hər kəsin konstruktiv və tənqidi iştirakı mühümdür.
Öz  fikirlərini  tərəfdaşlarına  əyani  şəkildə  izah  etmək  üçün 
natiq  obrazlı  müqayisələrdən  geniş  istifadə  edir.  O,  dinləyicilərin 
təxəyyülündə  müvafiq  mənzərələri  canlandırır,  onların  diqqətini 
gəlb  edir,  bəhs  olunan  mövzuya  maraq  oyadır  və  təfəkkürü  fəal­
laşdırır.
Elmi mətnlərin fərqləndirici əlamətləri, hər şeydən əvvəl, pred- 
metin  obyektiv  (mücərrəd)  şərhi,  terminlərin  maksimal  dəqiqliyi 
və informasiyanın yığcamlığıdır.
Burada söhbət obrazlı ifadələrin,  sətiraltı fikirlərin, yaxud ori­
jinal  cümlələrin tətbiqi hesabına dinləyicilərə estetik təsirdən yox,
299


Yüklə

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə