Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə94/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   124

Əgər opponentiniz bu tələni  hiss etməyəcəksə,  ətalət qanunu­
na uyğun  şəkildə  onu da rədd  edəcək və bununla da  sizin mövqe­
yinizi  təsdiq  etmiş  olacaq.  Sizə  də yalnız bu  müddəanı  öz  dəlillər 
sahənizdə qeydə almaq qalacaq.
Mübahisənin əxlaq kodeksi 
Səmərəli qurulmuş mübahisənin 
qaydalarını  pozan,  müzakirə  mövzusunun  sahəsinə  əvvəldən  ya­
lan olan dəlillər daxil edən, mübahisəli  müddəaları kənar suallarla 
əvəz edən üsullar m übahisədə qeyri-qanuni hesab edilir.
Mövzudan yayınma 
-  ən geniş yayılmış (qeyri-loyal) qeyri  - 
qanuni üsuldur.  Onun tətbiqi m üxtəlif şəkildə ola bilər.  O,  əvvəllər 
müzakirəyə  təqdim  edilməmiş  tezislərdən  istifadədə  ifadə  oluna 
bilər.  Onun  digər  növü  öz  tezis  və  ya  dəlilinizin  daraldılması, 
həmçinin qarşı tərəfin əsaslandırma sahəsinin genişləndirilməsi, ya­
xud məhdudlaşdırılması ilə əlaqədardır. Əsaslandırma təcrübəsində 
bu,  müzakirə  predmetinin  gizlicə başqa tezislərlə  əvəzlənməsi  və 
mövqelərin səhv qiymətləndirilməsi və s.  ilə nəticələnir.
Mövzudan yayınma opponentlərdən birinin kənar tezisləri  in­
kişaf etdirməsində, tezis və dəlillərin qiymətləndirilməsi meyarla­
rının pozulmasında,  ciddi  təsdiq tələbinin  əsaslandırma  sahəsində 
razılaşdırılmamış meyarlarla əvəz edilməsində aşkara çıxa bilər.
Mövzudan yayınma üsulundan  istifadəyə  mane  olma vasitəsi 
kimi  əsaslandırma  sahəsinin,  mübahisə  predmetinin,  mübahisəli 
müddəanın,  tərəflərin tezislərinin və  polemikanın  apanlması  qay­
dalarının dəqiq müəyyənləşdirilməsini göstərmək olar.
Şəxsiyyətə yönələn  d əlil üsulu  mübahisə  subyektinə  müraciət 
vasitəsi  kimi  çıxış  edir.  O,  mübahisə  predmetinin  dəyişdirilərək 
mübahisə edənlərin şəxsi keyfiyyətlərinə keçirilməsində ifadə olu­
nur; daha çox tərəflərin m üxtəlif ittihamlarını, şəxsi keyfiyyətlərinin 
dəyərləndirilməsini, faktı və isbatı yox, ittihamı və “yarlık asmanı” 
əks etdirir.
Bu  üsulun  m üxtəlif növlərindən  biri  nüfuzlu  şəxsiyyətə  isti­
nad etmə,  isbatın  sitatlarla əvəz edilməsi  ola bilər.  Mübahisədə bu 
üsuldan istifadə edilməsi  onun səmərəliliyini  pozur.
Belə bir sual meydana çıxır ki, kiminsə nüfuzuna istinad etmə, 
ilkin  mənbələrdən  sitat  gətirilməsi  mübahisədə  nə  dərəcədə  dəlil
288


ola bilər? Aydındır ki,  bu,  yalnız sitat gətirmək üçün sanballı  dəlil 
olmadıqda  mümkündür.  Nüfuza  istinad  etməklə  yalnız  bir  şeyə 
nail  olmaq  mümkündür:  sizin  mövqeyiniz  də  həmin  məktəbin, 
istiqamətin,  dünyagörüşü  yaxud  ideoloji  mövqeyin  çərçivəsində 
inkişaf etdiyini təsdiq etmək.
Auditoriyaya yönələn dəlil -   dinləyicilərə,  tamaşaçılara,  oxu­
culara müraciətdə ifadə olunur. Mövqeyinizin müdafiəsi məqsədilə 
auditoriyaya müraciət edilməsi, mübahisə edənləri  ayırmağa çağı­
rışlar etmək, onların əhval-ruhiyyəsindən, psixoloji vəziyyətindən, 
maraqlarından, bağlılıqlarından, rəğbət və nifrətlərindən istifadə -  
bütün bunlar həmin üsulun m üxtəlif formalarıdır.
Öz vasitələrini  seçərkən çox da tələbkar olmayan opponent au­
ditoriyanın  hüsn-rəğbətini  qazanmağa  çalışaraq  onunla  əylənir,  səs 
çoxluğu üsulu ilə bu və ya digər məsələni həll etməyə çağırışlar edir.
Auditoriyaya yönələn  dəlil  istənilən üsulla  qələbə  əldə  etmək 
istəyən adamın əlində ən güclü dəlildir. Və qeyd etmək lazımdır ki, 
bu  dəlilin  dağıdıcı  qüvvəsi  ona  qarşı  qoyulan  konstruktiv üsullar­
dan daha qüvvətlidir.
İş  burasındadır ki,  bu  dəlilin  qüvvəsi  (onun tətbiqinin dağıdı­
cı  qüvvəsi)  məhz  onlara ünvanlanan  kütlə  subyektinin  şüurunda, 
əhval-ruhiyyəsində, psixologiyasında toplanan daxili gərginliklərlə 
şərtlənir.
Bu dəlil  qarışıqlıqların, tətillərin,  dövlətçiliyə və konstitusiya­
ya  zidd  m üxtəlif fəaliyyətlərin  detonatoru  ola  bilər.  Bu  səbəbdən 
də həmin üsulun qarşısını ala biləcək yeganə səmərəli vasitə (onun 
ekstremal  təzahür  formaları  -fitnəkarlıqlar,  təhrikedici  çağırışlar 
və  s.  mövcud  olduqda):-  kütlə  subyektinin  şüurunun  auditoriya­
ya müraciət amilinin bant çəlləyi üçün qığılcım rolunu oynayacaq 
səviyyəyə çatdınlmamasıdır.
G üc  tətb iq   etm əldə  əsaslandırm a  üsulu  da  qeyri-qanuni 
üsullara aiddir. Belə əsaslandırma m üxtəlif növ hədələrlə əlaqədar­
dır. Onlann əhatə dairəsi çox geniş ola bilər: əgər təklif edilən baxış 
qəbul  edilməzsə,  sualın müzakirəsinin  dayandırilması  hədəsindən 
tutmuş  qarşı  tərəfin  mövqeyini  bir  sıra  kodekslərlə,  ümumbəşəri 
əxlaqi  dəyərlərlə, yaxud  sinfi  maraqlarla bir araya sığmayan kimi
289


təfsir etmək hədəsinə qədər müxtəlif qeyri-loyal üsullar bura daxil­
dir.  Onların sırasına mübahisədə m üxtəlif süründürməçiliklər, req­
lamentin  uzadılması,  qarşı  tərəfin  və  dinləyicilərin  aldadılması, 
sensasiya arxasınca qaçmaq, ifşa oyunu oynamaq və s.  də daxildir. 
Bu üsulların bəzilərini ümumi əsaslarda birləşdirmək mümkündür. 
Məsələn,  reqlament  əleyhinə  yönəldilmiş  bir  qrup  dəlil  mövcud­
dur.  Bunlar  mübahisəni  istənilən  üsulla  pozmağa  yönəlmiş  qey­
ri-qanuni  fəndlərdir.  Onlara m üxtəlif növ hərəkətlər,  qeyri-adi  bə­
yanatlar,  fitnəkarlıqlar  aiddir.  Reqlamentin  pozulmasının  daha 
kəskin  forması  kimi  heç  bir  əsas  olmadan  müzakirədən  çıxmaq 
üsulunu göstərmək mümkündür. Bəzən bu, «Əgər burada məni ba­
şa  düşmürlərsə,  mən  zalı  tərk  etməyə  məcburam»,  «əgər  mənim 
dəlillərimi  nəzərə  almırlarsa,  mübahisə  etməyin  də  mənası  yorx- 
dur» və s.  tipli bəyanatlarla müşayiət olunur.
M übahisə reqlamentinin  əleyhinə yönəldilmiş  dəlillərin  digər 
növü-  təşəbbüsün  şişirdilməsi  ola  bilər.  Bu  üsulun  da  kobud  və 
incə  formaları  mövcuddur.  Birinciyə  mübahisə  edən  qarşı  tərəfə 
danışmaq  imkanı  verməmək:  ayaqlan  yerə  döymək,  fit  çalmaq, 
qışqırmaq,  qarşı tərəfi  dinləməmək,  əllər ilə qulaqlan  qapamaq və 
s.daxildir.
Mitinq  demokratiyası  şəraitində  keçən  müasir  proseslər  bu 
üsulun tətbiqinin m üxtəlif formalannı yaradır. B u üsulun tətbiqinin 
ikinci  növü  ondan  ibarətdir  ki,  mübahisə  edən  «boğazını  zora  sa­
lın),  qarşı  tərəfə  danışmaq  imkanı  vermədən  bütün  reqlament 
müddətini m üxtəlif fikirlər söyləməklə məşğul olur.
Mübahisənin  predmetini  təhrif  edən  dəlillər  mübahisədə 
təxribat adlandınlır. Təxribat da çox kobud və açıq-aşkar ola bilər. 
Məsələn,  bir  an  əvvəl  deputatların  statusu  haqqında  mübahisə 
edirdilər, lakin artıq kiminsə araya atdığı bir sözlə ekoloji vəziyyəti 
müzakirə  edirlər.  Bu  məsələ  ilə  bağlı  qərar  qəbul  etməmiş,  ar­
tıq  diqqətləri  milli  mədəniyyətin  xilası  məsələlərinə  yönəlmiş 
olur.  Bir  mövzudan  digərinə  sıçrayışların  müşahidə  edildiyi  belə 
mübahisələr,  adətən, mitinq müzakirələri üçün səciyyəvidir.
Belə  mübahisələrin  yaxşı  rejissorları,  adətən,  daha  aktual 
məsələlər  üzrə  insanların  fikirlərini  söyləmələrinə  şərait  yaradır,
290


Yüklə

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə