Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə90/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   124

•  Birbaşa  opponentə  xahişlə,  razılaşmağa  çağırışla,  yaxud 
hədələrlə  müraciət  edilməsi  («Mən  hökuməti  bu  qanun  layi­
həsindən imtina etməyə çağırıram»),
3.  D inləyicilər
Birbaşa dinləyicilərə xahişlə, hədələrlə və s. müraciət edilməsi.
•  Xahişlər,  çağırışlar,  tələblər -  bunlar  dinləyiciləri  bilavasitə 
müəyyən fəaliyyətə yönəldən  sözlərdir.  Ya müzakirə edilən  prob­
lemin  məzmununa  («Xahiş  edirəm,  mənim  mövqeyimi  müdafiə 
edəsiniz»),  ya  da  diskussiyanın  formal  tərəflərinə  («Düzgün  və 
bitərəf  olun»)  aid  olur,  bir-birindən  nüfuzluluq  dərəcəsinə  görə 
fərqlənir.
•  Aşağıdakı  prinsiplə  qurulan  hədələr:  «Əgər  mənim  fikrim 
qəbul  edilməzsə,  bu,  gələcəkdə  sizin üçün  mənfi  nəticələrə  gətirə 
bilər».
•  «Öz tərəfinə çəkmək»  - ya dinləyicilərin əhəmiyyətliliyini, 
özünəhörmətini  yüksəldən  («Vaxtınızı  uzun  müddət  almayaca­
ğam»),  ya  da  çıxış  edənə  müsbət  münasibət  yaradan  («Partiya­
nı  təşəbbüslərin  həyata  keçirilməsinin  təminatçısı  hesab  edin») 
fikirlər.
•  M əcbur etmə («Siz bunu etməlisiniz»),
•  Vadar etmə («Bunu bilməməyiniz mümkün deyil ki...»).
•  «Emosional zərbə»  - dinləyicilərin diqqətini  cəlb  etmək, ya­
xud  onları  təəccüb,  çaşqınlıq vəziyyətinə  salmaq  məqsədilə  onla­
rın  emosional  qıcıqlandınlmış  reaksiyasını  doğuran  faktların  çat­
dırılması.
Beləliklə,  istənilən  diskussiyanın  gedişində  onun  bütün  işti­
rakçılarına  psixoloji  təsir  həyata  keçirilir.  Lakin  strategiyaların, 
məzmun  və  mövqe  təsirlərinin  bütün  çoxluğuna  baxmayaraq, 
başlıca  məsələ  dəyişilməz  olaraq  qalır:  opponentlərin  fikirləri  nə 
qədər fərqli olsa da,  ehtiraslar nə qədər qızışsa da, hamı tərəfindən 
qəbul  edilmiş  etik  sərhədləri  pozmaq  olmaz,  çünki  hələ Aristotel 
loqos 
və 
pafosla 
yanaşı, elmi ritorikanın digər mühüm kateqoriya­
sını göstərirdi - bu, 
etos 
idi.
276


8.3.  Ə saslandırm a
Əsaslandırmanın  taktikası 
Əsaslandırmanın  taktik  bölümü 
onun  praktik formalarının  öyrənilməsinin  ekspozisiyalarından  bi­
rini izah edir.
«Taktika»  termini,  adətən,  hərbi  hazırlıq  və  fəaliyyətin 
nəzəriyyə və təcrübəsinin,  ictimai-siyasi,  idman və ümumiyyətlə, 
mübarizənin məqsədinə nail  olmağın,  düşmən üzərində qələbənin 
üsul və vasitələrini  özündə ehtiva edir.
Taktika  anlayışı  həmçinin  strategiya  adlanan  ümumi,  böyük 
xətt  çərçivəsində  hansısa  xüsusi  məqsədə  çatmaq  vasitələrini 
xarakterizə edir.
Əsaslandırmaya  tətbiq  edildikdə,  taktikanı  müəyyən  metodi­
ka,  fəaliyyət sxemi,  niyyət,  süjet kimi dəyərləndirmək olar.
Taktika,  əw əla,  öz  dəlillərini  maksimum  səmərəli  şəkildə 
keçirməyə;  ikincisi,  qarşı  tərəfin  dəlillərinin  təsirliliyinin  aşağı 
düşməsinə  nail  olmağa;  üçüncüsü,  seçilmiş  metodikaların  kömə­
yilə  dəlillər mübadiləsinə  fəal  şəkildə  nəzarət  etməyə;  dördüncü­
sü,  taktikaya ümumi  strateji məqsədləri ifadə etməyə imkan verən 
üsul, yaxud üsullar sistemindən ibarətdir.
Taktik  üsulların  xüsusiyyəti  onların  opponentə  qarşı  bitərəf 
mövqedə olması və əsaslandırmanın səmərəli  qaydalarının heç bi­
rini pozmamasıdır.
Ən ümumi taktik tövsiyə «Qarşı tərəfə çətinliklər yarat» prin­
sipidir.
D igərtaktiküsul -  «öz məqsədləri üçün qarşı tərəfin dəlil və ehti­
yatlarından istifadə edilməsi»dir. Bu, qarşı tərəfin dəlillərinin onun 
öz tezislərini təkzib  etmək üçün tətbiqi,  onun  əsaslandırmalarının 
məqsəd,  vasitə  və  motivlərinin  aydınlaşdırılması  üçün  istifadəsi 
mənasını verir.
Daha  geniş  yayılmış  taktik  üsullardan  biri  dəlillərin  m ərkəz­
ləşdirilm əsi üsuludur.  Onun mahiyyəti «Güc birlikdədir!» prinsipi 
ilə ifadə olunur. Bu üsul öz tərəfinə elə dəlillərin toplanmasıdır ki, 
onların hər biri  digərlərindən asılı  olmayaraq,  öz tezisini müdafiə,
277


yaxud qarşı tərəfin tezisini təkzib  edir və həqiqi xüsusiyyətlərinə, 
həqiqi əsaslarına, təfsir üsuluna görə qruplaşdırılır.
Dəlillərin  mərkəzləşdirilməsi  taktik  üsulunun  tətbiqinin  eyni 
zamanda bir neçə məqsədi vardır.
Onlardan  birincisi  məzmuna  aiddir.  O,  müzakirə  obyektinin 
hərtərəfli öyrənilməsi zərurəti ilə şərtlənir.
İkinci məqsəd taktik məqsədin özüdür,  o,  qarşı tərəfin əsaslar 
silsilənizin  bir  hissəsinə  fəal  hücumlar  etməsi  şəraitində  (hətta 
uğurlu olsa belə) bu hücumların təsirini minimuma endirir.
Belə üsul digər dəlillər və tezisə zərər vermədən hücuma məruz 
qalaraq təkzib edilmiş dəlildən, «Kral öldü - yaşasın kral» prinsipi 
üzrə  imtina  etməyə imkan verir.  Dəlil  təkzib  edilir,  lakin  o,  digər 
dəlillərin,  bütünlükdə  dəlillər  sahəsinin  əsaslandırılmış  olmasının 
üzərinə  şübhə kölgəsi  salmır.  Daha doğrusu,  hətta əsaslandırılmış 
tezisin etibarlılığına inam yaradır.
Əgər şəxsi dəlillərinizin mərkəzləşdirilməsi taktik uğura səbəb 
olursa,  qarşı  tərəfin  dəlillərinin  mərkəzləşdirilməsi  buna  əks-təsir 
göstərir.  Qarşı  tərəfin  bu  üsulu  neytrallaşdırması  (zərərsizləşdir- 
məsi) vasitəsi dəlillərin mərkəzləşdirilməsinin pozulması ola bilər.
Onun mahiyyəti dünyanın özü kimi qədim olan «Parçala, hökm 
sür»  prinsipindən  ibarətdir.  Konkret  əsaslandırma  təcrübəsində 
bu  prinsipin  tətbiqi  qarşı  tərəfin  qüvvələrinin  parçalanması,  onun 
mövqeyinin bütünlüyünün pozulmasında ifadə olunur.
Göstərilən  üsulun tətbiqi  qarşı  tərəfin  dəlillər  sistemində  zəif 
hissənin  axtarılması  və  məhz  həmin  hissəyə,  birincisi  zəif dəlili 
«yıxmaq»,  ikincisi,  qarşı  tərəfin  ərazisindəki  zəif hissənin  digər 
hissələrlə  əlaqəsini  aşkarladıqda,  bütünlükdə  əks  mövqenin  əsas­
landırılmasına şübhə kölgəsi salmaqdan ötrü məqsədyönlü hücum­
larla şərtlənir.
Belə  üsul  yalnız  o  zaman  səmərəli  olur  ki,  zəif dəlilin  digər 
dəlillər və ümumilikdə  başlıca mövqeyin  əsaslandırılması  ilə uy­
durma yox,  həqiqi  əlaqələrini  tapmaq  mümkün  olsun.  Lakin  bu, 
hazırlıq işinin ünsürlərindən yalnız biridir.
Mərkəzləşdirmənin pozulması  üsulunun tətbiqinə hazırlıq işi­
nin digər zəruri hissəsi bu əlaqənin illüstrasiyasıdır.  Bu,  protokola
278


Yüklə

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə