Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə91/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   124

yazdırılma,  diqqəti  cəlb  edən  xüsusi  vurğulama  (kütlə  qarşısında 
diskussiya  üçün),  buna  həsr  olunmuş  xüsusi  sual,  mətbuatda  çap 
edilmə  və  s.  ola  bilər.  Yalmz  bundan  sonra  dəlillərin  mərkəzləş- 
dirilməsinin  pozulması  üsulunun  dağıdıcı  qüvvəsinə  güvənmək 
mümkündür.
Şərti  olaraq  isbatın  ağırlığı  adlandıra  biləcəyimiz  taktik 
üsuldan  da  istifadə  etmək  mümkündür.  Bu  üsulun  tətbiqi  ondan 
ibarətdir  ki,  təcrübənin  göstərdiyi  kimi,  daha  çox  sübut  etmək, 
dəlillərlə  əsaslandırmaq  məcburiyyətində  qalan  tərəf  sonda  ən 
əlverişli vəziyyətdə olur.
Bu, əw əla, dəlillərin vaxtından əvvəl sərf olunmasına gətirib çı­
xarır ki, nəticədə daha güclü dəlilləri əsaslandırmanın tamamlanması 
üçün  axıra  saxlamaq  mümkün  olmur,  ikincisi,  mövqeləri  tamamilə 
açır və zəif bəndi tapıb, ona hücum edilməsini asanlaşdırır.
«Həqiqət  susmaqdadır!»  prinsipi  ilə  ifadə  olunan  göstərilən 
taktiki  üsul  sübutun  bütün  ağırlıqlarını  qarşı  tərəfin  üzərinə  qoy­
maqdan ibarət olan taktikanın əsasını təşkil  edir.
Bu üsulun tətbiqində qarşı  tərəfin  çox  söz  söyləyəcəyini  göz­
ləmək çətindir (lakin belə bir hal  olarsa,  ondan mütləq istifadə et­
mək  lazımdır).  Taktikanın  vəzifəsi  qarşı  tərəfi  öz  dəlillərini  daha 
geniş və  ətraflı,  yaxud  müvafiq  şəkildə  daha çox  dəlildən  istifadə 
etməklə izah etməyə yönəltməkdir.
Dəlillərin mərkəzləşdirilməsi və qarşı tərəfin dəlillərinin mər- 
kəzləşdirilməsinin pozulması, eləcə də isbatın qarşı tərəfin üzərinə 
qoyulması  üsullarının  məntiqi  yekunu  punktuasiya  (fasilə) üsulu­
nun tətbiqidir.
Adı  çəkilən üsul  daha qüvvətli  dəlilləri  sona  saxlamaq,  «adə­
tən, sonuncu danışan qalib gəlir» prinsipinə əməl edərək, axıra ya­
xın söz almaq və danışmağı tövsiyə edir.  Şübhəsiz, bunu belə izah 
etmək lazımdır: o adam qalib gəlir ki, o, axırıncı danışır və ehtiyat­
da saxladığı  ən güclü dəlillərindən istifadə edir.
Taktiki  üsullar sırasına,  həmçinin artıq baş verm iş fa k tın  p o s­
tulatı (isbatsız qəbul edilm əsi),  qarşı tərəfi zərbənin istiqam əti ba­
xım ından  çaşdırmaq,  hücumun  gözlənilm əz  olması,  m üdafiə  olu­
narkən hücum etm əyi və hücum edərkən m üdafiə olunm ağı tövsiyə
279


edən  taktik m üdafiə  metodları,  taktik kompromislər,  sərfəli  olm a­
yan şəraitdə, ya xu d  uyğun olmayan zamanda m übarizədən yayın­
maq kimi üsullar daxildir.
İki  tərəfli  kəskin dəlil də  çox  səmərəlidir.  Bu üsuldan  istifadə 
onunla əlaqədardır ki,  elə dəlillər sırası mövcuddur ki, ondan (mü­
əyyən  şəraitdə)  həm  bu  tərəfin,  həm  də  qarşı  tərəfin  əleyhinə  is­
tifadə oluna bilər.
Heç  də  səbəbsiz  deyil  ki,  klassik  hüquqşünaslıqda  istintaqa 
ifadə verilməsi zamanı şübhəlinin, yaxud müttəhimin söylədiyi hər 
bir söz ittihamın qüvvətiəndirilməsi üçün istifadə oluna bilər.
Gözlə  görünəni  isbat  etməmək  tövsiyəsi  də  mühüm  taktiki 
üsullardandır.  Məlumdur ki,  həqiqətin isbat edilməsi üçün çox söz 
tələb  olunmur.  Həm  də isbat üçün çox sözdən istifadə edilm əsi is­
batı tənqid və təkzib üçün açıq edir.
Nəhayət, bir qayda olaraq, gözlə aşkar görünən ya aksiomatik, 
ya da adi, bayağı olur ki, bunu da dəlillərdəki ümumilik və bayağı­
lıq isbat edir.
Bu qaydanın pozulması siyasi əsaslandırmalarda daha çox isbat 
obyektinin özünün hörmətdən salınmasına, dəlillərin bayağılaşma- 
sına səbəb olur, onları boş bəyannamələrə çevirir.
Digər taktiki qaydanı qüvvətli dəlilin hazırlanması qaydası ad­
landırmaq olar.  Əməli olaraq, bu, qüvvətli  dəlildən müvafiq hazır­
lıq olmadan istifadə edilməməsi tövsiyəsində ifadə oluunr.
Taktika  auditoriyanı  qüvvətli  dəlili  qavramağa  hazırlayacaq 
dəqiqləşdirici  suallann  qoyulmasında,  müvaiq  dəlillərin  irəli  sü­
rülməsində ifadə oluna bilər.
Adı çəkilən taktik qayda iki digər qayda ilə sıx şəkildə əlaqədardır:
1.  qüvvətli dəlil naminə, əsas dəlillər silsiləsinə şübhə kölgəsi sa­
la biləcək bütün zəif və şübhəli sübutlardan imtina edilməsi zəruridir;
2.  qüvvətli dəlili hazır fakt kimi yox,  nəticə, mülahizə,  hökm 
kimi fəaliyyətə daxil etmək daha yaxşı olar. Bunun nəticəsində də­
lilin gücü ikiqat artır.
Əgər  bilavasitə  sübut  dolayısı  ilə  sübutla,  əkslikdən  isbatla 
möhkəmləndirilərsə, qüvvətli dəlilin təsiri daha böyük olar. Əgər is­
bat üçün birbaşa zidd əsaslar götürülürsə, bu, əksliklərlə nəticələnir.
280


Beləliklə,  nəinki  bu  dəlilin  təsiri  qüvvətlənir,  həm  də  onun 
təkzib edilməsi yollan kəsilir, meydana çıxa biləcək şübhələr dağılır.
Dəlillərin aynlması və birləşdirilməsi qaydası da mühüm takti­
ki üsul hesab edilir. Hərfi mənada bu, qüvvətli dəlilləri bir-birindən 
ayn, zəifləri isə onlann təsirini qüvvətləndirmək məqsədilə birlikdə 
işlətmək mənasını verir.
Bu üsulun tətbiqi  zəif dəlillərin birlikdə istifadəsi  nəticəsində 
onlann bir-birini  qarşılıqlı  surətdə tamamlaması və tənqid edildik­
ləri halda daha az taktiki dağılmalara məruz qalmalan ilə şərtlənir. 
Qüvvətli  dəlillərin  birləşdirilməsi  isə  məqsədəuyğun  deyil.  Onla­
nn  hər biri müstəqil uğurlu taktiki fayda verməlidir.
Bir sıra xüsusi taktiki tövsiyələr də mövcuddur.  Məsələn:  əgər 
kiçik  sübut  kifayət  edirsə,  böyük  sübutdan  istifadə  etməmək;  bu 
mübahisədə  tələb  edilməyəni  izah  etməmək;  həmçinin  prinsip 
etibarilə  izah  edilməsi  mümkün  olmayan,  izahı  üçün  heç bir fak­
tın,  ya  da  işçi  fərziyyənin  olmadığı,  özünüzün  də  sonadək  başa 
düşmədiyiniz, inanmadığınız fikri izah etməmək.  Taktika şərhlərdə 
dolaşıqlığa yol  verməməyi,  faktlara  nəsihətlərlə,  aforizmlərlə  ca­
vab verməməyi tövsiyə edir.
Prosesə  rəsmi  nəşrlərin,  mətbuatın  və  ictimai  rəyin  cəlb 
edilməsi  çox  zaman  tamamilə  əks  təsir  yaradır.  Bu  zaman  rəsmi 
mövqedən istifadə,  bəzən isə qarşı  tərəflə haqq-hesabın  süni  şişir­
dilmiş  dəlillər  hesabına  aydınlaşdırılması  opponentinizə  «təhqir 
edilmiş və alçaldılmış»,  «çarmıxa çəkilmiş əzabkeş»,  «qüvvətlilər 
tərəfindən təqib edilən zavallı»  şöhrəti yaradır və s.
Əsaslandırmada  suallar  və  onlara  cavablar  əhəmiyyətli  rol 
oynayır.  Suallar  dəlillərin  xüsusi  növünə  çevrilir  və  aydınlaşdır­
ma,  həqiqətə  şübhə  oyatma,  məlumatın  dəqiqləşdirilməsi,  əsas­
landırmada istinad olunan vasitə kimi istifadə oluna bilir.
Sualların köməyi  ilə dərkedici,  problemli  situasiyalar yaradıla 
və nəhayət,  suallar həm taktiki  üsul,  həm  də m üxtəlif növ fəndlər 
kimi istifadə oluna bilər.
Standart şəkildə yoxlanılan (həqiqiliyi yoxlanılan və saxtalaş­
dırılan)  hökm və  mülahizələrdən  fərqli  olaraq,  sualları  açıq-aşkar 
həqiqi, yaxud yalan kimi qiymətləndirmək mümkün deyil.
281


Yüklə

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə