Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə92/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   124

Lakin bu heç də onların düzgün, yaxud yanlış, yerində, yaxud 
yersiz,  anlaşıqlı,  yaxud  mənasız,  müəyyən  mövzuya  aid,  yaxud 
heç bir şeyə  aid  olmayan,  cavab tələb  edən,  yaxud ritorik (cavaba 
ehtiyacı olmayan) ola bilməsi mənasını vermir.
Sualların çoxunda əlavə informasiya, alternativ olanlar arasın­
da  seçim  edilməsi  tələb  olunur.  Adətən,  belə  suallar «yoxsa»  tip­
li  suallar  adlanır.  Onların  məntiqi  forması  aşağıdakı  şəkildə  olur: 
A yoxsa B?(Azərbaycan  dilində bəzən “mı”  ədatı  “yoxsa”nı  əvəz 
edir.) Məsələn:  «Siz öz məzuniyyətinizi  istirahət evində, yoxsa id­
man düşərgəsində keçirirsiniz?» Belə suallar ayırıcı adlanır. Bəzən 
ayırıcı  suallar daha mürəkkəb formada olur:  «Ahəqiqətənmi B-dir, 
yaxud C-dirmi?» Yaxud:  «Üçbucağın bütün bucaqlarının iti yaxud 
kor bucaq olması  doğrudurmu?» Bu zaman ayırıcı  suallann yanlış 
olmaması  qaydasına  əməl  edilməsi  zərurəti  meydana  çıxır.  Sadə 
ayırıcı  sualda (A, yaxud B?) soruşulan alternativlərdən biri  həqiqi 
olmalıdır.  Əks halda, bütün sual yanlışa çevrilir.
Mürəkkəb ayırıcı «Ahəqiqətənmi В ...» sualında alternativlərdən 
biri təsdiq olunmalıdır.  Əks halda bu sual da yanlışa çevrilmiş olar.
Sualın tam olması üçün tələb edilən alternativlərin sayı kifayət 
qədər  olmalıdır.  Belə  ki,  üçbucağın  bucaqlan  haqqındakı  sualı 
yanlış  hesab  etmək olmaz,  lakin  o,  tam  deyil,  çünki  iti  və  kor bu­
caqlardan başqa düz bucaqlar da mövcuddur.
Suallar təkcə yanlış, yaxud yarımçıq yox,  həm  də m ənasız ola 
bilər,  məsələn,  «Üçbucağın bütün bucaqlarının  qırmızı, yaxud ya­
şıl olması doğrudurmu?» sualı da «İsti, möhkəm və ağdırmı?» sua­
lı kimi mənasız (düşünülməmiş) suallar sırasına aiddir.
Sual tələbin bir növü, cavab isə tələb edilən məlumatın təqdim 
edilməsidir  (yaxud  əksinə).  İstənilən  sualda  əldə  edilməsi  tələb 
olunan  informasiyaya  yönəlmiş  ünsür  mövcuddur.  Doğrudur, 
çox  zaman  bu  yönəldilmə  dolayısı  ilə,  aydın  olmayan  şəkildədir. 
Məsələn,  «Ververley»  romanım  kim yazıb?»  sualında bu  adda bir 
romanın mövcudluğu nəzərdə tutulur və əgər belə bir roman möv­
cuddursa, deməli, onun müəllifi də olmalıdır.
Yuxanda  qeyd  edilən  sual  mövcud  informasiyaya  əlavələr 
olunmasını  tələb  edən  suallara  aiddir.  Belə  suallann  qrammatik
282


əlaməti «kim?», «nə zaman?», «Nə üçün», «kim tərəfindən?» və s. 
kimi bilavasitə sual  sözləri  olacaq.
Bu  növ  suallarda  da  onlann  düzgünlüyü  haqqında  fikir 
yürütmək imkanı verən ünsürlər mövcuddur. Bu, hər şeydən əvvəl, 
sualın hissələrinin məna uyğunluğu ilə bağlıdır.  Əgər bu uyğunluq 
pozulmuşdursa,  sual yanlış olur.
Müəyyən mülahizənin həqiqiliyini dəqiqləşdirən suallar möv­
cuddur.  Məsələn,  «Marsda həyat varmı?»  Belə  sualların qramma­
tik əlaməti mı (4) sual ədatıdır.  Onlar elə «mı  sualları» adlandırılır. 
Düzgünlük tələbi bu növ suallara da aid edilir.
Digər sual  növləri  sırasında şərti  sualları  da göstərmək müm­
kündür.  «Naqilin müqaviməti  artdıqda şəbəkədəki  gərginliyin  art­
ması  doğrudurmu?» Belə  sual  aşağıdakı  şəkildə olur:  «Əgər A  ..., 
ondaB»; birləşdirici suallar: «Aristotelin Makedoniyalı İsgəndərin 
müəllimi  və  sillogistikanın banisi  olması  doğrudurmu?»;  m üqayi- 
səedici suallar:  «Bürünc alüminiumdan möhkəmdirmi?»
Beləliklə, əsaslandırmada vaz keçilməli suallar sırasına aşağı­
dakıları  aid etmək olar:
1.  yalançı alternativə malik suallar;
2. terminlərin  çoxmənalılığının,  sinonimlərin  mövcud  olduğu 
suallar;
3.  anlayışların həcminin mütənasibliyinin pozulmasına əsasla­
nan suallar;
4. mənasız alternativə malik suallar;
5. tərkibində ziddiyyət olan suallar;
6. tərif və təsnifat qaydalarının pozulmasına əsaslanan suallar.
Suallardan taktiki istifadə onlardan əsaslandırmada taktiki üsul
kimi  istifadə edilməsini  nəzərdə tutur.  Belə üsullar sırasına sualla­
rın  bəzi  vəziyyətləri  aydınlaşdırmaq,  əlavə  informasiya  istəmək 
məqsədi  ilə  yox,  taktiki  üstünlük  əldə  etmək  məqsədi  ilə  istifadə 
edildiyi  bütün  hallar daxil  edilir.  Çox  zaman bu,  reqlamentin,  mü­
bahisə əməliyyatının müxtəlif qayda pozulmaları ilə əlaqədar olur.
Belə  qayda  pozulması  sualların  sayının  həddindən  artıq  çox 
olmasıdır.  Mübahisə konvensiyası  dəlilin xüsusi növü kimi  sualla­
rın mütləq cavablandırılmasını tələb  edir.
283


Əgər  sual  diqqətsiz  (cavabsız)  qalırsa,  bu  o  deməkdir  ki,  ya 
opponent  qoyulmuş  suala  cavab  vermək iqtidannda  deyil  (lazımi 
informasiyaya malik deyil),  ya da cavab vermək istəmir.  Həm bu, 
həm də digər hal pisdir.
Hər iki halda bu, taktiki məğlubiyyətə aparır.  Lakin bir tərəfin 
digər  tərəfə  hədsiz  çox  sayda  sual  verməsi  halında  ilk  baxışdan 
həlledilməz  görünən  vəziyyət  yaranır:  suallara  cavab  verməmək 
olmaz,  lakin  hamısına  cavab  vermək  də,  sadəcə,  mümkün  deyil. 
Misal: 
B ir gün M olla Nəsrəddin çöldə suvarma ilə m əşğul imiş. Bir 
cavan oğlan yaxınlaşır ki, Molla, eşitmişəm sən ağıllı adamsan, sənə 
40 sual hazırlamışam.Onları bir-bir verim, yoxsa hamısını birdən? 
M olla  deyir  ki,  hamısını  birdən  soruş.Cavan  sualları  deyə-deyə 
M olla öz işini görür,  elə ki suallar bitir, M olla deyir:  “ay oğul,  ca­
vabları  bilmirəm ”  Oğlan  təəccüblənir  ki,  bəs  dedilər sən  hər  şeyi 
bilirsən, mən də bir saatdır sualları deyirəm,  elə bayaqdan deyəydin 
bilmirəm,  mən  çıxıb gedəydim  də...M olla  cavab  verir  ki,  ay  bala, 
m ən də sənin suallarına 2 saat cavab verməliydim,  onda bu suvar­
m anı kim  edəcəkdi, dedim bilmirəm,  canım qurtardı,  vəssalam...
Buna  qarşı  əks  üsul  sualların  seleksiyası  olmalıdır.  Sualları 
mənasız  və  mənalı  olanlara  ayırmaq  və  mənasızları  kənara  qoy­
maq (rədd etmək) lazımdır.
Yerdə qalan  suallar arasında düzgün və yanlış  olanlarını  ayır­
maq  lazımdır.  Yanlışlardan  imtina  edilərək,  qalanlarını  mövzusu 
olan və olmayanlar şəklində ayrımaq lazımdır.
Nəhayət,  mənalı,  düzgün,  mövzusu  olanlardan  da  yalnız 
yerində  olanlan  (məhz  müzakirə  mövzusuna  aid  olanlan)  ayırıb, 
onlara cavab vermək lazımdır.
Seleksiya prosesinin özü qarşı tərəfi  suallardan sui-istifadədən 
çəkindirir,  çünki  istənilən  keyfiyyətsiz  sualın  rədd  edilməsi  onun 
öz mövqelərini  zəiflətməsi,  özünə olan inamını  azaltması  ilə nəti­
cələnir.
Əgər bundan sonra da sualların sayı  azalmırsa,  müzakirə kon­
vensiyasına  suallann  sayının  məhdudlaşdırılması  əlavəsinin  edil­
məsi  təşəbbüsü  ilə  çıxış  etmək  lazımdır,  çünki  saysız-hesabsız 
suallar mübahisəli vəziyyətin müzakirəsinin gedişini  ağırlaşdırır.
284


Yüklə

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə