Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə95/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   124

lakin  növbəti  kəskin  məsələni  ortaya  atmaqla  müzakirənin  qərar 
qəbul  edilməsinə  qədər uzanmasına imkan vermir.  Başlıca  qeyri- 
loyal üsul  da məhz bu şəkildə rejissorluğa ehtiyac duyur.
Daha incə təxribat tezisin çeynənmiş bir ifadə ilə, adi mülahizə 
ilə,  adi  ifadələrlə  əvəz  edilməsindən  ibarətdir.  Yoxsa  adi  populist 
şüarları  təxribatdan başqa nə adlandırmaq mümkündür? Bu fəndə 
aldananlar  ən  az  müqavimət  yolunu  tutur,  hadisənin  səbəblərini 
yox, nəticələrini müzakirə edirlər.
Nümayiş əleyhinə dəlillər 
(mübahisədə sübutlar) əsaslandırma 
və  sübut  əməliyyatlarının təftişi  və  onlann həqiqətə bənzər müla­
hizələrlə dəyişdirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Bura isbat­
da qəsdən yol verilən  səhvlər,  sofızmlər aiddir.  Nümayiş əleyhinə 
yönəldilmiş aşağıdakı  dəlilləri göstərmək mümkündür.
1.  Nümunəvi  əməliyyatlar əvəzinə  istifadə  edilən sofizm  və pa- 
ralogizmlər.  Paralogizm  -   qəsdən  edilməmiş  səhvdir.  Ondan  fərqli 
olaraq sofizm -  qarşı tərəfi dolaşdırmaq məqsədi ilə buraxılan səhvdir.
Belə  üsul  üçün  əsas  dilin  xüsusiyyətlərindən  (sinonimlik, 
omonimlik,  amfıboliya,  çoxmənalılıq,  qrammatik  formanın  iki­
mənalılığı)  istifadə,  məntiqi  yanlışlıq  (ardıcıllıqda,  müəyyənləş- 
dirmədə, eyniləşdirmədə yanlışlıq), təfəkkür, yaxud əməli prinsip­
lərin qəsdən dəyişdirilməsi  səciyyəvidir.
2. İsbatın uzadılması (kreditlə isbat və təkzib) -  belə üsul adətən 
isbat əvəzinə «Biz bu fikrin həqiqiliyini isbat etməyəcəyik...», «Biz 
yalan olması hamı üçün aşkar olan bu dəlil üzərində dayanmayaca­
ğıq», yaxud «Hələlik daha əhəmiyyətli  olanları  nəzərdən keçirək» 
kimi boş ifadələrdən istifadə edilməsində ifadə olunur.
Belə  dəlil  ikimənalı  şəkildə  istifadə  edilə  bilər.  Bir  tərəfdən, 
polemikanın  gərginliyi  hansısa  əsas  olana  üstünlük  verməklə, 
ikinci  dərəcəli  olanları  diqqətsiz qoymaq zərurəti yarada bilər.  La­
kin  digər tərəfdən,  isbatın uzadılması  metodu  insanları  yanıltmaq 
vasitəsi  də ola bilər.
3.  Yalançı  aksiomatik dəlilin  əsasında  belə  bir  inam  dayanır 
ki,  əgər  hamıya  məlum  olan  nə  isə  varsa  (hamı  tərəfindən  qəbul 
edilən,  hamı  tərəfindən  bəyənilən),  deməli  bu,  həqiqətdir  (bu  ol­
malıdır, buna istənilən şəkildə çalışmaq lazımdır və s ).
291


4. 
Qəti  şəkildə  isbat  olunmuş  müddəa  -   yuxarıdakı  dəlilin 
növlərindən biridir.  Əsaslandırmada belə  dəlil  «müasir elm  sübut 
etmişdir k i.. . » tipli mülahizələrin köməyi ilə irəli  sürülür. Belə bir 
dəlil  bu  gün  qəzet  səhifələrində  daha  çox  rast  gəlinən  formada: 
«Alimlərin  fikrincə,  bu hadisə...»  şəklində ola bilər.  Bel  dəlillərin 
qarşısına dəqiq  suallar,  konkret dəqiqləşdirmələrlə  çıxmaq lazım­
dır və nəticədə, adətən, belə dəlillərin daşı daş üstündə qalmır.
Protokol əleyhinə yönəldilmiş dəlillər mübahisə predmeti üzrə 
hər iki tərəfin qəbul  etdiyi  hökmləri  saxtalaşdırmaq məqsədi  daşı­
yan üsullardan ibarətdir.
Dəlillərin  köməyi  ilə  əsaslandırma  sahəsi  dəyişdirilir,  qarşı 
tərəfə  onun  demədiyi  fikirlər aid  edilir yaxud  əksinə,  onun  öz te­
zisini  müdafiə  etmək üçün  əvvəl  dedikləri  inkar  edilir.  Bu  qeyri- 
qanuni  üsula  qarşı  yeganə  əks  üsul  müzakirə  protokolunun  dəqiq 
aparılmasıdır.
Şəxsiyyətə yönəldilən  dəlillər  qeyri-qanuni  üsulların  ən  əhə­
miyyətli  qrupunu təşkil edir.
1. 
Dəyənək dəlilləri  elə  dəlillərdir  ki,  qarşı  tərəf nə  isə  qor­
xunc təhlükə qarşısında onları  qəbul etməyə məcbur olur. Belə də­
lillərin aşkar mahiyyəti  soyğunçunun «pul  kisəsi, ya ölüm!» təkli­
fində əks olunur.  İstənilən hədə dəyənək dəlilinin növlərindən biri 
hesab edilir.
Polemikada analoji dəlildən istifadə edildikdə, hədə mübadilə­
sinə keçməyin mənası yoxdur. Yadda saxlamaq lazımdır ki, qüvvə 
ilə təzyiq hansı  yaxşı  məqsədlərlə tətbiq  edilməsindən asılı  olma­
yaraq,  qarşılığında yalnız əks təsir doğura bilər.
Mübahisədə də, mexanika qanunlarında olduğu kimi, təsir əks 
təsirə bərabərdir. Hədə mübadiləsinə çevrilmiş mübahisəni çox pis 
vəziyyət yaranmamış kəsmək məsləhətdir.  Həyəcanların  soyuma­
sı  zəruridir.  Bəlkə  də,  ağzından  hədə  qaçırmış  opponentə  özünə 
gəlmək və belə addımın nə qədər yanlış olduğunu görmək imkanı 
vermək lazımdır.
Mübahisənin  sonrakı  mərhələsinə  yalnız belə  növ  dəlillərdən 
istifadəni  pisləyən  konvensiya  qəbul  edildikdən  sonra  başlamaq 
olar.
292


2.  İftira,  ifşaetmə  cəhdləri  -   siyasi  əsaslandırmalarda  geniş 
yayılmış  dəlillərdən  olub,  düz yolla mübarizə  aparmağı  bacarma­
yan və “ağına-bozuna baxmayan” opponent tərəfindən istifadə edi­
lir.  Bu,  qarşı tərəfin dəlillərinə olan etibarı  qırmaq səyləridir.
Bu zaman müxtəlif ifşaedici  şaiyələr, “vicdansız” məlumatlar, 
sensasiyalı iftiralar və s. istifadə edilir. İfşa «nə qədər çox şərləsən, 
o qədər həqiqətə yaxın olar»  (oğru elə bağırdı,  doğrunun bağn ya­
rıldı) prinsipinə əsaslanılır.
Bu metodikada informasiyanın ağlasığmazlığı qəsdən -  şüurlu 
surətdə təşkil  edilir.  Birincisi,  ona görə ki,  məhz belə informasiya 
şok vəziyyəti  yaradır,  ikincisi  isə,  qeyri-adi  həqiqəti  təsdiq  etmək 
də, inkar etmək də eyni  dərəcədə çətindir.
Bu növ dəlillərin əsasında müxtəlif şayiələrin şişirdilməsi durur. 
Şayiələr informasiyanın yayılmasının xüsusi,  alternativ formasıdır. 
Şayiələr «qanunu»nun belə bir formulası mövcuddur: şayiə hadisəni 
mühümləşdirərək onu ikimənalılığa çevirmək funksiyasıdır.
Bu «qanun»a görə şayiələrə qarşı çıxmaq, onları təkzib və izah 
etmək,  gecikmiş  ətraflı  məlumat vermək yalnız  şayiələrin canlan­
masına  səbəb  olur,  çünki  bütün göstərilən vasitələr bu formulanın 
tərkib hissələrindən yalnız birinin -  ikimənalılığın aradan qaldırıl­
masına istiqamətlənmişdir.
Lakin ikimənalılığı aradan qaldırmaq üçün göstərilən səylər nə 
qədər çox olarsa,  o qədər də fakta diqqət artacaq,  çünki mütənasib 
şəkildə  ikinci  gücləndirici  vasitə  -   hadisənin  mühümlük  meyarı 
artacaq.
Bu  səbəbdən,  şayiənin  aradan  qaldırılmasının  çarəsi  ikimə­
nalılığın  vaxtında  aradan  qaldırılmasından  asılıdır.  Hadisə  haq­
qında  tam  (vaxtında  və  birmənalı)  informasiya  şayiəni  çoxaldan 
ikimənalılığı heçə endirir.
Bu,  şayiə  yaratma  funksiyasını  sıfra  yaxınlaşdırır.  Ən  yax­
şısı  isə  şayiə  üçün  əsəsın  yaradılmamasıdır.  Necə  deyərlər,  əgər 
şayiənin yaranması üçün səbəb  olmasa,  şayiə də olmayacaq.
3.  Damğalar və birbaşa təhqirlər -  qeyri-mütəşəkkil mübahi­
sə zamanı əvəz çıxmağa rəvac verən üsuldur. Bu,  siyasi polemika­
nın ən aşağı  səviyyəsinin göstəricisidir.
293


Yüklə

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə