Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə93/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   124

!
Əgər bütün bu tədbirlər də müsbət təsir göstərməzsə, perspek­
tivsiz olduğu üçün mübahisəni kəsərək, konvensiyamn pozulması­
na görə günahı qarşı tərəfin üzərinə qoymaq lazımdır.
Suallarla aüşma da yanlış addım sayılır. Bu, konvensiyamn sual­
lardan  sui-istifadə  yolu  ilə  pozulmasının  ən  aydın  görünən  nümu­
nəsidir. Həm də burada birinci başlayan yox, hər iki tərəf günahkardır.
Taktiki üsul  kimi  burada suallara əhəm iyyət verilm əm əsi me­
todikasından istifadə edilə bilər.  Əgər opponent sualı  «eşitmirsə», 
ya da,  sadəcə,  ona əhəmiyyət vermirsə,  sualı  təkrar etmək  lazım­
dır.  Sualın təkrarı mütləq izahat və əsaslandırma ilə müşayiət olun­
malıdır, məsələn: «Sualıma cavab almadığım üçün mən onu təkrar 
etməyə məcburam».
Bunun da təsiri olmasa,  sualın istənilən şəkildə təkrarlanması, 
xüsusilə kütlə qarşısında çıxış zamanı, sizin öz mövqeyinizə mənfi 
təsir göstərə bilər,  çünki istənilən təkrar dinləyicilərdə qıcıqlanma
yaradar.
Müstəsna hallarda, sual xüsusilə mühümdürsə, əlbəttə, onu tək­
rar etmək  olar,  lakin bu halda mütləq  «Bu  sual  prinsipial  əhəmiy­
yətə malik olduğu və mən də ona cavab almadığım üçün...» izahatı 
ilə müşayiət oluna bilər. Lakin ən yaxşısı həmin sualı, sadəcə, başqa 
formada, yenildən quraraq, yaxud hissələrə ayıraraq verməkdir.
Əgər bu  üsullar  da  nəticə vermirsə,  sualı  müzakirədən  çıxar­
maq məqsədəuyğundur, lakin elə etmək lazımdır ki, bununla «bəzi 
mənfəətlər»  əldə  etmək  və  qarşı  tərəfin  «bostanına  daş  atmaq» 
mümkün olsun.
Dolayısı  ilə verilən m ücərrəd suallar,  yəni  mübahisə mövzu­
suna  birbaşa  aid  olmayan  suallar  da  suallardan  taktiki  istifadəyə 
aid  edilə  bilər.  Onlar reqlamenti  uzadır və  müzakirəni  əsas  möv­
zudan yayındırır.
Suala sualla cavab verilməsi də taktiki məqsədlərə xidmət edir. 
Belə  cavablar  heç  nəyi  aydınlaşdırmır,  yalnız  konstruktiv  dialoq 
aparmağı çətinləşdirir. Bu baxımdan onları yersiz hesab etmək olar.
Nəhayət,  suallardan taktiki istifadəyə aşağıdakı fəndləri:  audi­
toriyaya verilən sualları, ümumiyyətlə, heç bir cavab tələb etməyən 
sualları  (ritorik  suallar),  heç  kimə  ünvanlanmayan  sualları,  özü-
285


özünə  cavab  verən  sualları,  ümumiyyətlə,  hər hansı  cavabı  olma­
yan  (olması  mümkün  olmayan)  sualları,  zarafat-sualları,  fəndləri, 
kazuistik və təcrübəyə əsaslanmayan sualları  da aid etmək olar.
Suallara  mücərrəd  mülahizələr,  boşboğazlıq,  məsələyə  dəxli 
olmayan sözlər,  zarafatlar,  mimikalar, jestlər, üz-göz əyişdirmələri 
və s. yox, yalnız qətiyyətlə təsdiq edilən hökmlər cavab  ola bilər.
Əsaslandırma fəndləri və üsulları 
Bəzi taktiki üsulları qanu­
ni  fəndlər,  bicliklər kimi  təfsir  etmək  mümkündür.  Qanuni(loyal) 
fəndlər qeyri-qanunilərdən  (qeyri-loyal) onunla fərqlənir ki,  onlar 
səmərəli  təşkil  edilmiş  əsaslandırmanın  başlanğıc  qaydalarını  və 
konvensiyasını  pozmur.
E tirazın  gecikdirilm dsi  (uzadılması)  -   elə  fənd  növüdür  ki, 
mürəkkəb  vəziyyətdə  qarşı  tərəfin  dəlilinə  layiqli  cavabı  həmin 
anda  tapıb  vermək  çətin  olur.  Bu  halda  cavab  gecikdirilir,  qarşı 
tərəfin  məsələyə  bələdlik  səviyyəsini  müəyyənləşdirəcək  suallar, 
dəlilin özünə aid suallar və s. verilir.
Göstərilən  üsulun  tətbiqində  qanunilik  (loyallıq)  və  qeyri- 
qanunilik(qeyri-loyallıq) ölçüsü olduqca şərtidir. Əgər gözlənilməz 
sual nəticəsində şok (pərtlik) yaranmışdırsa, onda özünüzə gəlmək 
üçün vaxt qazanmağınız tamamilə yolveriləndir.
Gözlənilməz  dəlil,  sadəcə,  əlavə  izahat  verilməsini  tələb  edə 
bilər.  Bu  kimi  hallarda,  yəqin ki,  etirazın gecikdirilməsi tamamilə 
yerinə  düşər.  Lakin  qarşı  tərəf  qüvvətli  dəlilə  cavab  verməkdən 
tamamilə  qaçmağa  çalışırsa  və  bu  məqsədlə  reqlamentin  uzadıl­
masından istifadə edirsə, bu üsul  qeyri-qanuni hesab edilə bilər.
Təzyiqin  artırılması  taktiki  üsulunun  tətbiqi  zamanı  dəlillər 
silsiləsindəki  hər  bir  dəlil  özündən  əvvəlkindən  daha  qüvvətli, 
əhəmiyyətli və əsaslandırılmış olmalıdır.
Belə  sistem   qarşı  tərəfin  ona  çətinlik  yaratmış  hansısa  sualı 
ört-basdır  etmək,  cavabdan  qaçmaq  təşəbbüsünün  dərk  edilməsi 
zamanı  işə  salınır.  Bu  halda  təzyiq,  dəlillərin  məhz  bu  hissəsinə 
basqı taktikası  əsaslandırılmış olar.
Belə əsaslandırmanın məqsədi  aydın və şəffafdır:  qarşı tərəfin 
dəlillər  sistemindəki  zəif  bəndi  axıradək  «sıxmaq»,  təşəbbüsü 
əldən verməmək,  elə bu mərhələdəcə qalib  gəlmək.
286


Nəzərdən keçirilən üsulun qanuni, yaxud qeyri-qanuni  olması 
da olduqca şərtidir və əsaslandırmanın əxlaqi  sahəsinə aiddir.
Əgər qarşı tərəf,  boks terminlərindən istifadə etsək,  nokdaun- 
dadırsa, ona özünə gəlmək üçün vaxt vermək, yoxsa «son zərbə»ni 
vurmaq sizin əxlaqi keyfiyyətlərinizin seçimidir.
Əgər qarşı tərəfin dəlillər sistemindəki zəif bənd sizin məqsəd­
yönlü fəaliyyətiniz nəticəsində aşkar olmuşdursa, bu zaman həmin 
sistem yeni dəyər qazanır - onun darmadağın olması taktikanın zə­
ruri  şərtinə çevrilir.
Tələ  - bu üsul -  bu dəlil  qarşı tərəfi müəyyən mövzu sahəsinə 
cəlb  etmək üçün xüsusi  olaraq dövriyyəyə buraxıla bilər.
Əsaslandırma  üsulu  kimi  tələ  çox  m üxtəlif  şəkilli  ola  bilər. 
Məsələn,  qarşı tərəfin diqqətini  dəyişdirmək məqsədilə,  özünüzün 
guya zəif cəhətinizi  - «axilles dabanınızı» təsvir etməklə fikirləri o 
hissəyə yönəltmək.
Bu,  aşağıdakı faydalan qazanmaq imkam yaradır:
1) opponentin fəaliyyəti müəyyən mənada nəzarət altında olur;
2) o  sizin  əvvəlcədən  hazırladığınız  sahədə  dəlillər  mübadilə­
sini  həyata keçirir;
3) opponentin diqqəti  sizin  mövqeyinizin həqiqətən zəif hissə­
lərindən yayındınlır;
4) qarşı  tərəfə təqdim  edilmiş  suallann  gücləndirilm iş  m üza­
kirəsi  mübahisəyə  aynlm ış  vaxtın  limitinin,  sadəcə,  bitməsinə 
səbəb  olur.  Bəzən  məğlubiyyətdlən  qaçmaq üçün  məhz  bu  tələb 
edilir.
Tələ qarşı tərəfin təzyiqinə, yaxud onun qeyri-qanuni fəndlərinə 
qarşı  müdafiə reaksiyası da ola bilər.
Belə  ki,  əgər  qarşı  tərəf  sizin  istənilən  dəlilinizə  qarşı  onun 
isbatsız  olduğunu  söyləyirsə,  onda  onun  əsaslandırmasını  məhz 
onun özünə qarşı çevirmək və bununla onu özünün qurduğu tələyə 
salmaq lazımdır.
Məsələn,  əgər mübahisədə hər şeyi tamamilə inkar edən qarşı 
tərəfin mövqelərini  sarsıtmaq üçün mühüm olan bir fikri yeritmək 
lazım  gəlirsə,  onu  sizin  öz  mövqeyinizə zidd olan hökm  şəklində 
irəli  sürmək lazımdır.
287


Yüklə

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə