Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə101/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   124

•  Açıqürəklilik  -  başqalarına  öz  daxili  aləmini  açmağa  hazır 
olmaq  və  bunun  ətrafdakılarla  sağlam,  möhkəm  əlaqələr yaradıl­
masına səbəb olduğuna qəti inamın mövcudluğu;
•  Hisslərin qəbul edilməsi  -  öz hisslərini  ifadə  etmək və baş­
qalarının emosional təsirlərini  qəbul  etməyə hazır olmaq bacarığı.
•  Özünüdərketmə -  şəxsi həyatına və davranışlanna tədqiqatçı 
münasibət,  başqalarından  səni  necə  qəbul  etmələrinə  aid istənilən 
informasiyanı  eşitməyə  və  bu  zaman  özünüqiymətləndirmə  apar­
mağa hazır olmaq.
İnsan öz şəxsiyyətinin aşağıdakı xüsusiyyətlərini dərk etdikdə, 
başqalarını da yaxşı başa düşməyə başlayır.
•  şəxsi tələbatlarını və öz dəyər meyarlarını, fərdi iş texnikasını;
•  Öz  perseptiv  bacarıqlarını,  yəni  ətraf  aləmi  subyektiv  ya­
naşma  olmadan  qavramaq  bacarığım,  bu  və  ya  digər  problemlə, 
şəxsiyyətlərlə,  sosial  qruplarla  əlaqədar  əvvəllər  yaranmış  mənfi 
fikirləri hiss etdirməməyi;
•  Ə traf mühitdəki yenilikləri  qəbul etməyə hazır olmağı;
•  Başqa  sosial  qrupların  və  yad  mədəniyyətlərin  norma  və 
dəyərlərinin başa düşülməsində şəxsi imkanlarını;
•  Ə traf mühit amillərinin təsiri ilə əlaqədar öz hislərini və psi­
xoloji vəziyyətini;
•  Özünün  ətraf  mühiti  fərdiləşdirmək  üsullarını,  yəni  ətraf 
aləmdə  nəyi  isə  özününkü  hesab  edirsə  ona  münasibətdə  sahiblik 
hissinin yaranmasını  əsaslandıran səbəbləri.
K om m unikasiya  m ədəniyyətinin səviyyəsinin yüksəldilm əsi 
aşağıdakı  sosial-psixoloji  bacarıqların  inkişafına  yö n əld il­
m əlid ir:
•  Psixoloji  baxımdan  düzgün  və  şərait baxımından  uyğun  ol­
duqda ünsiyyətə daxil  olmaq;
•  Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığım stimullaşdırmaq;
•  Ünsiyyətin  bitmə  «nöqtəsini»  psixoloji  baxımdan  düzgün 
müəyyənləşdirmək;
•  Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixo­
loji xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
•  Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq;
310


•  Psixoloji  baxımdan  həmsöhbətin  emosional  ahənginə  kök­
lənmək;
•  Ünsiyyətdə təşəbbüsü ələ almaq və saxlamaq;
•  Ünsiyyətdə tərəfdaşı «arzuolunan reaksiyaya» təhrik etmək;
•  Ünsiyyət tərəfdaşının  sosial-psixoloji  əhval-ruhiyyəsini  for­
malaşdırmaq və «idarə etmək»;
•  Ünsiyyətdə mövcud olan psixoloji maneələri d əf etmək;
•  Artıq gərginliyi  aradan qaldırmaq;
•  Həmsöhbətə həm psixoloji,  həm  də fiziki baxımdan «uyğun 
gəlmək»;
•  Jestləri,  duruşu,  davranış  ritmini  vəziyyətə  müvafiq  olaraq 
seçmək;
•  Qarşıya  qoyulmuş  kommunikativ  vəzifəyə  uyğun  səfərbər 
olmaq.
Nitq fəaliyyətinə, daha dəqiqi, nitq mədəniyyətinə aid olan bi­
lik,  bacarıq  və  vərdişlər  kommunikasiya  mədəniyyətinin  mühüm 
tərkib  hissəsidir.  Nitq  fəaliyyətində  üç  istiqaməti  göstərmək  olar: 
məzmun, ifadəlilik və sövqedici (təhrikedici).
Nitqin məzmun istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi 
və əsaslandırılmış olması  ilə xarakterizə edilir.
Nitqin  ifadəliliyi  onun  emosional  çalarlan  ilə  bağlıdır:  nitq 
parlaq,  obrazlı, təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
Nitq  fəaliyyətinin  sövqedici  istiqaməti  onun  insanların  fikir, 
duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən 
qavranılma  dərəcəsi  onun  məzmun,  ifadəlilik  və  sövqedicilik  isti­
qamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə nitq mədəniyyətinin əsas göstəriciləri sıra­
sına aşağıdakıları  aid etmək mümkündür:
•  Lüğət  tərkibini  (dinləyiciləri  təhqir  edən  (ədəbsiz)  ifadələr, 
jarqon sözlər və dialektizmlər istisna edilir);
•  Söz ehtiyatını (o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici 
və ifadəli,  əlvan olur və dinləyiciləri  az yorur,  çox təsir edir, yadda 
qalır və cəlb  edir);
•  Tələffüzü  (Müasir  Azərbaycan  dilində  norma  Azərbaycan 
ədəbi  dili hesab  edilir);
311


•  Qrammatikanı  (işgüzar  nitq  qrammatikanın  ümumi  qay­
dalarına  əməl  edilməsini,  həmçinin  bəzi  spesifik  xüsusiyyətlərin 
nəzərə  alınmasını  tələb  edir,  məs.,  işgüzar  nitqdə  əsas  yeri  fellər 
yox,  i simlər tutmalıdır);
•  Üslubiyyatı  (yaxşı  nitq  üslubuna  artıq  sözlərə  yol  verilmə­
məsi,  düzgün söz sırası,  standart,  çeynənmiş ifadələrdən çəkinmək 
kimi tələblər verilir).
H ər bir  şəxsiyyətin  inkişaf xüsusiyyətləri,  onun  daxili  aləmi­
nin və işgüzar mühitinin fərdiliyi təkrarsız kommunikasiya mədə­
niyyəti haqqında danışmağa imkan verir. Yadda saxlamaq lazımdır 
ki,  kommunikasiya  mədəniyyəti  sosial-psixoloji  təlim  prosesində 
inkişaf etdirilə bilər.
İşgüzar ünsiyyətin növləri 
Eyni sahədə çalışanların ünsiyyəti 
geniş  mənada ünsiyyətdən  onunla fərqlənir ki,  belə ünsiyyət pro­
sesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur.
İşgüzar ünsiyyətdə tərəf -m üqabillə qarşılıqlı əlaqələri kəsmək 
(ən azı,  hər iki tərəf üçün itkilər olmadan) mümkün deyil.
İşgüzar  ünsiyyətin  əhəmiyyətli  hissəsini  xidməti  ünsiyyət, 
yəni  insanların təşkilat daxilində,  iş vaxtında həyata keçirilən qar­
şılıqlı  fəaliyyəti tutur.
Lakin işgüzar ünsiyyət -  xidməti ünsiyyətə nisbətən daha geniş 
anlayışdır,  çünki  həm  də  muzdlu  işçilərin və fərdi  işəgötürənlərin 
qarşılıqlı  fəaliyyətini  əhatə  edir  və  təkcə  təşkilatlarda  yox,  ən 
m üxtəlif səviyyəli  işgüzar qəbullarda,  seminarlarda,  sərgilərdə və 
s. baş verir.
İşgüzar ünsiyyət 
-fəaliyyət,  informasiya və təcrübə mübadi­
ləsinin baş tutduğu qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir.
İşgüzar ünsiyyəti  şərti olaraq birbaşa (bilavasitə təmas) və do­
layısı  ilə  (bilvasitə  -   tərəfdaşlar  arasında  zaman-məkan  məsafəsi 
mövcud  olur)  növlərinə  ayırmaq  mümkündür.  Birbaşa  işgüzar 
ünsiyyət dolayısı ilə ünsiyyətə nisbətən daha böyük nəticəyə, emo­
sional təsir və təlqin gücünə malikdir.
İki  işgüzar  ünsiyyət  növünü  fərqləndirirlər:  verbal  və  qeyri- 
verbal.  Verbal  ünsiyyət  (latın  dilində  verbalis  -   şifahi)  sözlərin 
köməyi  ilə  qurulur.  Qeyri-verbal ünsiyyətdə  informasiyanın  ötü­
312


Yüklə

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə