Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə109/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   124

kin bu zaman danışanlar heç də həmişə onların quruluşuna aid nor­
malara əməl etmirlər. Belə norma pozulmalarına aşağıdakılar aiddir:
•  Bağlayıcılann  düzgün  seçilməməsi:  məsələn,  «əgər  malın 
reklamı yaxşı aparılırsa, o zaman saüş səviyyəsi yüksəlin) (burada 
«əgən>  əvəzinə «nə zaman» işlədilməli idi);
•  İki  eyni  mənalı  bağlayıcınm  yanaşı  işlədilməsi  (lakin,  bax­
mayaraq,  sanki,  elə bil ki və s.);
•  «əgər»  bağlayıcısının  şərt budaq  cümləsində  təkrar  edilmə­
si,  məsələn:  «əgər  bu  tövsiyələrdən  istifadə  edilsə  və  əgər  firma 
öz  maliyyə  vəziyyətini  əvvəlki  səviyyədə  saxlaya bilsəydi,  yaxşı 
olardı»  (burada  I budaq  cümləsində feil  şərt şəklində,  2-cidə  arzu 
şəklindədir və ikinci «əgən> artıqdır);
•  Eyni  bağlayıcılann,  yaxud  bağlayıcı  sözlərin  ardıcıl  olaraq 
budaq cümlələrdə işlədilməsi: «Şirkətin fıliallannm inkişafı elə sü­
rətlə gedir ki, bizə elə gəlir ki, ümid etmək olar ki, onlar çox tezlik­
lə rəqabət qabiliyyətinə malik olacaqlao>.
N itqin dəqiqliyi və aydınlığı:  istənilən işgüzar söhbətə verilən 
ən mühüm tələbdir. İşgüzar nitqin dəqiqliyi dedikdə, mülahizələrin 
danışanın fikrinə uyğunluğu başa düşülür.  İşgüzar insanın nitqinin 
dəqiq olması üçün sözlərin onlann ehtiva etdiyi mənalara uyğun iş­
lədilməsi tələb edilir. Mülahizələrin dəqiqlik və aydınlığı qarşılıqlı 
surətdə əlaqədardır.  Dəqiqlik nitqə aydınlıq verir,  aydınlıq  isə  də­
qiqlikdən irəli gəlir.
Bununla  yanaşı,  işgüzar  söhbətdə  sözlərdən  istifadə  zamanı 
heç də həmişə dəqiqliyə əməl edilmir.  Çətin kitab leksikası ilə lov­
ğalanmaq  kimi  pis vərdiş  sadə və  anlaşıqlı  danışmağa mane  olur. 
Mülahizələrin dəqiqlik və aydınlığına xarici  sözlərdən istifadə xü­
susilə zərər vurur. Çox zaman xarici  sözlərdən həqiqi mənasını an­
lamadan istifadə edilməsi də bununla yanaşı gəlir.
Bəzi  hallarda  şifahi  işgüzar nitqin  dəqiqliyi  terminlərin  sino- 
nimliyi  nəticəsində  pozulur.  Məsələn,  çıxış  edənin  gah  «boşluq», 
gah da «vakuum», gah «su elektrik stansiyası», gah da «hidroelek­
trik stansiyası» ifadələrini işlətməsi mənfi haldır.
İşgüzar  danışıqda yeni  anlayışları  bildirmək üçün  çox  zaman 
xarici  sözlərdən milli dilin söz yaradıcılığı modellərinə uyğun ola­
334


raq  istifadə  edilir.  Nəticədə  «Şlüzləmək»  («şlüz»  sözündən),  şta- 
belləmək («ştabel»  sözündən)  «vizitkalaşmaq»,  («vizitka»  sözün­
dən) kimi qəribə terminlər meydana çıxır.
Həmçinin,  nitqdə artıq  adət edilmiş,  dildə  sabitləşmiş termin­
lərin xarici  tərzə  uyğun  düzəldilmiş yeni,  işgüzar nitqdə  çox  isti­
fadə edilən ifadələrlə əvəz edilməsini də qanunauyğun hesab etmək 
olmaz.  Bunlar professionalizm lər  adlanır  və  m üxtəlif  istehsalat 
proseslərini,  istehsal  alətlərini,  xammalı,  əldə  olunan  məhsulu  və 
s.  ifadə etmək üçün işlədilir.
Xüsusi  anlayışların  rəsmi  elmi  adını  bildirən  terminlərdən 
fərqli  olaraq,  professionalizmlər  «yanrəsmi»  sözlər  kimi  qəbul 
edilir və ciddi  elmi xarakter daşımır.
Professionalizmlərin (xüsusi sahə vahidləri) onların ümumişlək 
qarşılıqlarından üstünlüyü, mütəxəssis olmayanlar üçün ümumi bir 
ada malik olan yaxın  anlayışları  fərqləndirmək üçün istifadə  edil­
mələridir.  Bunun hesabına eyni  peşə  sahibləri  üçün xüsusi  leksika 
fikirlərini  dəqiq və lakonik ifadə etmək vasitəsidir.
Lakin professionalizmlər qeyri-mütəxəssisə rast gəldikdə onla­
rın informasiya dəyəri itir.  Bu səbəbdən biznesmenlərin danışığın­
da  professionalizmlərdən  istifadə  arzuolunan  deyil  və  onlan  söz­
dən istifadənin qüsurlarına aid etmək lazım gəlir.
İşgüzar nitqin aşkar qüsurlarına: «necə deyərlər, başa düşürsü­
nüzmü, bilirsinizmi, yəni,  deməli, belə» və s. p a ra zit sözlərdən is­
tifadə də aid edilir.  Belə sözlər işgüzar nitqi gözəlləşdirmir, yalnız 
dinləyiciləri əsəbiləşdirir.  Əməli  olaraq, onlar faydasızdır.
Parazit  sözlər - haqqında danışılmasına ehtiyac  olan dil  hadi­
səsidir.  Bu,  sözün  düzgün  seçilməsi  problemi  kimi  bir  problem­
dir.  Parazit sözlər maneədir,  həm  də kiçik maneə deyil.  Onlar nit­
qi  yayğınlaşdınr,  onun  gücünü  və  emosionallığını  alır.  Bir qayda 
olaraq, bu sözlər sizin danışdıqlannızda inamlı  olmadığınızı  sübut 
edir.  Lakin bir çoxları  onlara o  qədər vərdiş  edib  ki,  nitqlərindəki 
bütün fasilələri  onlarla doldururlar.
Bitkin bir fikri ifadə edən cümlələr, söz qrupları arasında fasilə 
olmalıdır.  Onlan  nə  ilə  isə  doldurmağa  ehtiyac  yoxdur.  Bundan 
başqa, arası kəsilmədən hansısa səsləri tələffüz etməklə, siz özünü­
335


zü  həmsöhbətinizə  nə  söyləmək  haqqında  düşünmək  imkanından 
məhrum etmiş olursunuz.
Qəlib  və  dəftərxana terminlərindən  işgüzar nitqdə istifadə ta­
mamilə qanunauyğundur, lakin bu, heç də o demək deyil ki, onlar­
dan həddindən  artıq  istifadə  etməyə  ehtiyac var.  Halbuki,  bir çox 
biznesmenlərin  nitqi  məhz belə  sözlərin bolluğundan ziyan  çəkir, 
çünki bu sözlər nitqə cansız - formal xarakter verir və onu ehtiyac 
olmadığı  halda  mürəkkəbləşdirir.  Məsələn:  «Alınan  maşınlara il­
kin xidmət adi  sürücü  alətlərindən istifadə  edilən təmir bazasında 
yerinə yetirilin).
Nitqin  qeyri-dəqiqliyi  ilə  əlaqədar  yol  verilən  səhvlərin  bir 
qismi  biznesmenlərin zəruri təhsilə malik olmaması və xüsusi ter­
minologiyadan  zəif baş  çıxarması  ilə  əlaqədardır.  Onlar  çox  za­
man özlərinə aydın olmayan sözləri tanış, yaxud səslənmə etibarilə 
oxşar  sözlərlə  əvəz  edirlər.  Belə  ki,  bəziləri  «mütəhərrik»  sözünü 
«m ühənib),  «reflyuks»  sözünü  «refleks»,  «uayt-spirit»  sözünü 
«spirt», «silindrli»  sözünü «  silindr kimi» və s. ilə əvəz edirlər.
İşgüzar adamlann  nitqinə  adi  danışıq  dilindəki  loru  sözlər və 
müvafiq terminlərin yerində işlədilən sex jarqonlanm n daxil olma­
sı  da  çatdınlan  məlumatın  dəqiqliyini  azaldır.  Bir  sıra  şirkətlərin 
təqdimetmə  mərasimi  zamanı  onlann  nümayəndələri  istehsal 
edilən  texnikanın  istismar  keyfiyyətlərini  izah  edərkən  deyirlər: 
«naqillərin  qırılışı  istisna  edilmişdin),  «qabarıq  kənarın  əyişi  yol 
verilən həddədin), «fırçaların asılm ası tez aradan qalxın), «izolya- 
siyanın sürüşü baş vermin).
Şifahi  işgüzar  nitqin  dəqiqliyi  və  aydınlığı  təkcə  söz  və  ifa­
dələrin məqsədyönlü  seçilməsi  ilə  şərtlənmir.  Sözlərin ifadə  daxi­
lində  əlaqə  normalarına  dəqiq  əməl  edildiyi  qrammatik  quruluş­
ların  seçilməsi  də  çox  mühümdür.  Sözləri  söz  birləşmələrinin 
tərkibində  m üxtəlif şəb id ə  birləşdirmək  imkanı  ibm ənalılıq  ya­
rada bilir. Məsələn; «Belə işarələnən başqa mallar yoxdun) (başqa 
mallar, yaxud belə işarələnən nəzərdə tutulduğu dəqiq aydın deyil).
Nitqin  aydın  olmamasına  həm  də  sözlərin  cümlədə  sırasının 
uğursuz seçilməsi  səbəb ola bilər. Məsələn:  « Bir neçə min insanın 
dörd  bu  tip  avtomat  xidmətindədin>.  Bu  ifadədə  xəbər  vasitəsiz
336


Yüklə

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə