Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə111/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   124

Düzgün  necə  söyləməli  və  anlaşıqlı  necə  söyləməli  olduğu­
muz haqqında yuxanda danışılmışdı. Burada necə gözəl söyləməli 
olduğumuz barədə danışacağıq.
Ritorika auditoriyaya istənilən təsiri göstərməyi bacarmaq üçün 
kütlə  qarşısında  çıxışlara hazırlıq və  bu  çıxışlann  söylənilməsi  qa- 
nunlannı şərh edir. Xüsusi olaraq qeyd edək ki, bu, sadəcə şifahi nitq 
vasitəsilə  informasiyanın  gözəl  şəkildə  çatdınlması  haqqında  elm 
olmayıb, həm də nitqin təsirliliyini təmin edən,  sözü başqa insanlara 
təsir vasitəsinə çevirən konkret qayda və qanunlar toplusudur.
Gözəl  danışığın qanun və qaydalarını bilmək iş adamları üçün 
xüsusilə mühümdür.  Onlara əhəmiyyət verməmək - bir çox sahib­
karların  uğursuzluqla  qarşılaşmasının,  peşəkar  biznesmenlər  və 
istehlakçılar arasında nüfuzlarının aşağı olmasının əhəmiyyətli  sə­
bəblərindən  biridir.  Bu  səbəbdən,  natiqlik  sənətinin  mahiyyətinin 
ümumi  cizgilərini  təsvir edək.  Ritorika ünsiyyət fəaliyyətinə  əhə­
miyyətli dərəcədə təsir göstərən aşağıdakı amillərin nəzərə alınma­
sını tələb edir:
1)  auditoriyanın  tərkibi,  onun  mədəni-təhsillilik,  milli,  yaş  və 
peşə xüsusiyyətlərini;
2)  çıxışın  özünün  məzmununu  və  xarakterini.  Burada  avtoritar 
ton,  hökmlərin  qətiliyi  yolverilməzdir.  İnsanlara  inam  nümayiş 
etdirmək,  çıxış prosesində onlarla məsləhətləşmək vacibdir;
3)  məruzəçinin  şəxsi  işgüzar  keyfiyyətlərini  obyektiv  şəkildə 
qiymətləndirməsi,  insanlar  qarşısında  çıxış  etdiyi  məsələlərdə  sə­
riştəli  olması.  Öz hazırlığını  nə hədsiz yüksək,  nə də çox zəif qiy­
mətləndirməmək.
X idm əti  nitq   etiketi  Nitq  etiketi  normalarına  əməl  edilməsi 
istənilən işgüzar söhbətin aparılmasının zəruri şərtidir. Nitq etiketi­
nin əsasını nəzakətlilik təşkil edir ki,  o da hər şeydən əvvəl, salam ­
lamam  nəzərdə  tutur.  Qədim  dövrlərdən  bəri  insanlar  bir-birinə 
hörmətlərini  salamlamalar vasitəsilə bildirirlər.
Hamı tərəfindən qəbul olunmuş etiketə əsasən kişinin qadınla, 
yaşca kiçik olanın böyük olanla, vəzifə pilləsində aşağıda duranın 
yuxanda duranla birinci  salamlaşması  nəzərdə tutulsa da,  biznes­
340


men  yaşca  kiçik  olanın,  yaxud  mövqecə  ondan  aşağıda  duranın 
birinci salamlaşmasını gözləməməlidir. Həmsöhbətinizi birinci sa­
lamlamalısınız.
Əgər qadın kişini birinci salamlayırsa, kişi bunu xüsusi hörmət 
əlaməti kimi qəbul etməlidir. Qadını küçədə salamlayan kişi şlyapa 
və əlcəklərini çıxarmalıdır.  Əgər kişi kimi isə müəyyən məsafədən 
salamlayırsa, yüngülcə təzim  etməli,  əli  ilə  şlyapasına toxunmalı, 
yaxud onu azca qaldırmalıdır.
Bu qayda digər baş geyimlərinə -  qış papaqları, xizək papağı, 
kepka, yaxud beretə şamil edilmir. İstənilən halda bu qayda qadına 
şamil  edilmir.  Əgər  qadın  hər halda  əlcəyini  çıxarırsa,  bu,  xüsusi 
hörmət əlamətidir.
Yaşlı qadın və kişilərə münasibətdə bu, norma olmalıdır. İstəni­
lən halda,  salamlama anında ağızda siqaret olmamalıdır, həmçinin 
əli cibdə saxlamaq olmaz.  Qadınlar başlarını azca əyərək,  salamla­
maya  gülümsəməklə  cavab  verməlidirlər.  Onlar  əllərini  jaketin, 
plaşın, yaxud paltonun ciblərindən çıxarmaya bilərlər.
Kişilərin görüşərkən bir-birinin əlini sıxması həmişə tövsiyə olu­
nur,  qadınlarla  bu,  qarşılıqlı  razılaşmaya  əsasən  ola  bilər.  Təsadüfi 
deyil ki, hələ qədim zamanlarda əlsıxma dostluq və sülh bildirirdi.
Kişini  qadına təqdim  edərkən  qadın birinci  əlini  uzadır.  Eyni 
üstünlük  həm  bir  qədər  yaşlı  adamlara,  həm  də  yaş  pilləsi  üzrə 
böyüklərə  aiddir:  yaşca böyük  qadın  əlini  birinci  olaraq  özündən 
kiçiyə uzadır, qadın - kişiyə, rəhbər işçi - tabeliyində olana.
Küçədə salamlama əlaməti  olaraq qadının əlini öpmək olmaz, 
bunu  yalnız  müəyyən  qapalı  məkanda  etmək  məqbuldur.  Bizdə 
yalnız  ərli  qadının  əlini  öpmək  qəbul  edilmişdir.  Qadının  əlini 
öpərkən onu çox yüksəyə qaldırmaq lazım deyil,  özünüz bir qədər 
əyilməyə çalışın.
Kişilər bir-biri ilə salamlaşarkən əlcəklərini çıxarmaya bilərlər. 
Lakin əgər salamlaşanlardan biri artıq əlcəyini çıxanbsa, digəri  də 
bunu etməlidir.  Küçədə yolla keçən dayananı  salamlamalıdır.
Əlsıxma zamanı  salamlanan  şəxsin  əlini  çox bərk  sıxmaq  la­
zım deyil. Bu qaydanı kişilər, xüsusilə qadının əlini sıxarkən yadda 
saxlamalıdır.
341


Tanışlar  küçədə,  yaxud  həmkarlar  müəssisədə  rastlaşarkən 
əlsıxmalar vacib  deyil.  Qəbula  gələn  idarə  rəhbərinin  otağına  da­
xil  olduqda «Sabahınız xeyir»,  «Salam» və  s.  tipli  salamlamalarla 
kifayətlənmək olar. Bu zaman başınızı yüngülcə əyib, gülümsəmək 
yetərlidir.
Əlsıxmanın təşəbbüskarı, demək olar ki, həmişə qadın olmalıdır. 
Lakin bəzi hallarda qadın, həmçinin kişi özlərindən yaşca çox böyük 
və xidməti mövqecə yüksək şəxsə birinci olaraq əl uzatmamalıdır.
Ümumi  müddəalar  mövcuddur:  əlsıxma  təşəbbüsünü  yaşca 
böyük  göstərməlidir,  qadın  əlini  kişiyə,  evli  qadın-  subay  qadına 
uzatmalıdır;  cavan  oğlan  yaşca  özündən  böyükolanın,  yaxud  ərli 
qadının əlini birinci  sıxmağa tələsməməlidir.
Kiminsə  əlini  sıxarkən,  adətən,  kişilər qısa salamlama sözləri 
söyləyirlər: «Salamlar .  », «Sizi görməyimə (sizinlə görüşməkdən) 
çox  şadam»,  ”Xoş  gördük”,  «Hər  vaxtınız  xeyir».  Kişini 
salamlayarkən, nəzakətlilik qaydalarına əsasən soruşmaq lazımdır: 
«Xanımınız  necədir?»  «Uşaqlarınız  necədirlər?»,  «Ananız  özünü 
necə hiss edir?» və s.
Əgər  bir  neçə  adamın  olduğu  otağa  daxil  olarkən  oradakı­
lardan  birinin  əlini  sıxmaq  istəyirsinizsə,  etiketə  əsasən  mütləq 
digərlərinə də əlinizi uzatmalısınız.
Həmsöhbətə  müraciətlə  bağlı  nitq  etiketinin  müəyyən  qayda­
ları  mövcuddur.  «Siz»  müraciəti  müraciət  edənin  mədəniyyətinin 
göstəricisi  olub,  tərəf-müqabilinə,  yaxud  həmkarına  (həm  də 
özünə)hörməti ifadə edir.
Yaxşı  tərbiyə  almış  və  mərifətli  işgüzar  insan  istər bilavasitə 
rəisi,  istər  tabeçiliyində  çalışan,  istər  yaşca  ondan  böyük,  istərsə 
kiçiklə  söhbət  etməyindən  asılı  olmayaraq,  həmişə  bu  nəzakətli 
müraciət formasından istifadə edir.
İşgüzar şəraitdə «Sən» müraciəti arzuolunmazdır. Bu müraciətə 
yalnız  qarşılıqlı  ola  bildikdə,  yaxud  qeyri-formal  münasibətlərə 
əsaslandıqda yol verilə bilər.
Bir-biri  ilə  yaxşı  tanış  olan  işgüzar  tərəfdaşlar,  həmçinin  öz 
iş  yoldaşlarına  adı  və  “müəllim”  sözü,  yaxud  soyadına  «cənab» 
sözünü əlavə etməklə müraciət edilə bilər.
342


Yüklə

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə