Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə102/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   124

rülməsi vasitəsi kimi duruş tərzi, jestlər, mimikalar, intonasiya, ba­
xışlar,  ərazidə yerləşmə və s.  çıxış edir.
İşgüzar  ünsiyyət  m üxtəlif  üslublarda  həyata  keçirilə  bilər. 
Ünsiyyətin üç əsas üslubunu fərqləndirirlər:
•  mərasim  -   burada  tərəf-müqabillərin  əsas  vəzifəsi  sosium- 
la  əlaqələrin  saxlanması,  cəmiyyətin  bir üzvü  kimi  özü  haqqında 
anlayışların möhkəmləndirilməsindən ibarətdir.  Mərasim ünsiyyə­
tində tərəfdaş  sosial,  peşə,  şəxsiyyət rolundan asılı  olmayaraq yal­
nız zəruri  atributdur,  burada onun fərdi xüsusiyyətləri  əhəmiyyətli 
deyil;
•  manipulyativ (vasitə) -  bu halda tərəfdaşa xarici məqsədlərə 
çatma vasitəsi kimi baxılır. Peşə vəzifələrinin böyük çoxluğu məhz 
manipulyativ ünsiyyəti nəzərdə tutur. Mahiyyəti etibarilə, istənilən 
təlim,  inandırma,  idarəetmə  həmişə  manipulyativ  ünisyyəti  əhatə 
edir;
•  humanist -   hər  iki  tərəfdaşın  təsəvvürlərinin  birgə  dəyişdi­
rilməsinə  yönəldilir,  anlaşılma,  dərdinə  şərik  olma,  mehribanlıq 
kimi insani tələbatların təminatını nəzərdə tutur.
Humanist ünsiyyət, əsasən xaricdən (məqsəd, şərait, vəziyyət, 
stereotiplər)  yox,  daha  çox  daxildən  (fərdilik,  əhval-ruhiyyə,  tə­
rəfdaşa  münasibət)  determinasiya  olunur  (qanunauyğunluqlar  və 
səbəblərdən asılılıq).  Bu ünsiyyətdə,  başqa növlərə nisbətən,  daha 
çox fərdilikdən asılılıq aydın görünür.
Tərəfdaş necə varsa, lazım olan və olmayan funksiyalara, mü­
hüm və qeyri-mühüm  keyfiyyətlərə bölünmədən  qəbul  edilir.  Bu­
nunla yanaşı,  elə  vəziyyət  ola bilər  ki,  nəinki  bu  ünsiyyət,  hətta 
onun ayn-ayn ünsürləri də yersiz olar.
Bundan başqa, hər bir insana istənilən şəraitdə onun hərəkətlə­
rinə səciyyəvi xüsusiyyətlər verən şəxsi üslubu, yaxud davranış və 
ünsiyyət modeli xasdır.
Fərdi  ünsiyyət  üslubu  fərdi  xüsusiyyətlərdən,  şəxsi  keyfiy­
yətlərdən,  həyat təcrübəsindən,  insanlara münasibətdən,  həmçinin 
mövcud cəmiyyət üçün səciyyəvi olan ünsiyyət növündən asılıdır.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: iş­
güzar söhbət;  işgüzar danışıqlar;  mübahisə,  diskussiya,  polemika;
313


işgüzar müşavirə;  kütlə  qarşısında  çıxış;  telefon  danışıqları;  işgü­
zar məktublaşma.
İşgüzar söhbət müəyyən  suallar,  yaxud problemlərlə  əlaqədar 
informasiya, yaxud fikir mübadiləsidir.  İşgüzar söhbətlərin nəticə­
lərinə əsasən qərar qəbul  edilməsi,  saziş bağlanması vacib deyil.
İşgüzar söhbət bir sıra vəzifələri yerinə yetirir.  O cümlədən:
•  eyni işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti;
•  işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və ope­
rativ işlənməsi;
•  artıq  başlanmış  işgüzar  tədbirlərə  nəzarət  və  onların  əlaqə­
ləndirilməsi;
•  işgüzar fəallığın stimullaşdınlması və s.
İşgüzar  söhbət  danışıqlardan  əvvəl,  yaxud  danışıqlar prosesi­
nin tərkib hissəsi  ola bilər.
İşgüzar danışıqlar -  maraqlı tərəflərin ünsiyyəti prosesində ra­
zılaşdırılmış  qərar  qəbul  edilməsinin  əsas  vasitəsidir.  İşgüzar  da­
nışıqlar həmişə konkret məqsədə malikdir və razılaşma,  saziş, mü­
qavilələrin bağlanmasına yönəldilir.
Mübahisə  -   fikirlərin  toqquşması,  müəyyən  bir məsələyə  aid 
fikir müxtəlifliyi, tərəflərin hər birinin öz nəzər nöqtəsini  müdafiə 
etdiyi  mübarizə.  M übahisə  disput,  polemika,  diskussiya və  s.  for­
malarda həyata keçirilir.
İşgüzar müşavirə - problemlərin mütəxəssislər qrupu tərəfindən 
açıq, kollektiv müzakirəsi üsulu.
Kütlə qarşısında çıxış - çıxış edən tərəfindən m üxtəlif səviyyəli 
informasiyanın  nitqin  qurulması  və  natiqlik  sənətinin  qayda  və 
prinsiplərinə əməl etməklə geniş auditoriyaya ötürülməsi.
İşgüzar  məktublaşma  -   mətnin  xüsusi  üsulla  ötürülməsi  ilə 
əlaqədar m üxtəlif məzmunlu  sənədlərin ümumiləşdirilmiş adı.
Yuxan təşkilatlardan gələn məktublarda, bir qayda olaraq, gös­
tərişlər,  xəbərdarlıqlar,  xatırlatmalar,  izahatlar,  sorğular olur.  Tabe 
təşkilatlar yuxan təşkilatlara məlumatlar və sorğular göndərir. Təş­
kilatlar bir-biri ilə xahiş, təklif, təsdiq,  məlumat, bildiriş xarakterli 
məktub mübadiləsi edir. Məktublaşma işgüzar ünsiyyət forması ki­
mi işgüzar və şəxsi-rəsmi  növlərə bölünür.
314


İşgüzar məktub  - bir təşkilatın adından başqasına göndərilmiş 
korrespondensiyadır  (məktub).  O,  kollektivə,  yaxud  hüquqi  şəxs 
kimi  çıxış edən bir adama ünvanlana bilər.
Belə  korrespondensiyaya (məktublaşmaya)  kommersiya,  dip­
lomatik  və  digər  məktublar  aiddir.  Təşkilatın  xüsusi  şəxsi  tərə­
findən xüsusi  şəxsə ünvanlanan işgüzar məktub xüsusi rəsmi mək­
tubdur.  İşgüzar yazışmalar hazırda da bir sıra etik və etiket norma 
və  qaydalarına  əməl  etmənin  vacibliyini  qoruyur  ki,  onlar  belə 
məktublaşmalan  insaniləşdirərək,  dəftərxana  xüsusiyyətini  məh­
dudlaşdırır.
Telefon danışığı.  ( burada  söhbət  məişətimizə  son  illər  sürətlə 
daxil  olmuş mobil telefonlardan yox,  yalnız  stasionar telefonlardan 
gedir)  Telefon  insanı  çox  qüdrətli,  yaxud  tamamilə  hakimiyyətdən 
məhrum etməyə qadir olan bir vasitədir. O, çağırılmamış qonaq kimi 
xoşagəlməz ola, sizi əsas işinizdən ayıra, evinizdə, yaxud idarənizdə 
tamhüquqlu  sahibə  çevrilə  bilər.  O,  sizin  vaxtınızın  əsas  hissəsini 
əlinizdən ala da bilər. Telefon zənginə cavab verərkən siz öz evinizin 
qapılarını taybatay açırsınız və ora kefi istəyən hər kəsin daxil olma­
sına izn verirsiniz. Heç təəccüblü olmaz ki, belə saymazlıq və kobud 
deyilsə, sırtıqlıq telefonu ciddi stresslərə, anlaşılmazlıqlara, müxtəlif 
növ çətinliklərə və xoşagəlməzliklərə səbəb edər.
Telefon  danışıqları  işgüzar  həyatda  mühüm  yer  tutur.  M ütə­
xəssislərin hesablamalarına görə,  telefon  danışıqlarına iş vaxtının 
27 % sərf edilir. Evdə, bəzən işdə, hətta istirahətdə olarkən telefon­
la nə qədər işqüzar danışıqlar aparmaq lazım qəlir!  Əgər insan tele­
fon  ünsiyyəti  mədəniyyətinə  yiyələnməyibsə,  danışıq  aparmanın 
elementar qaydalarını bilmirsə, yaxud onlara əhəmiyyət vermirsə, 
bu,  onun nüfuzunu  əşhəmiyyətli  dərəcədə aşağı  salar,  işgüzar hə­
yatına ziyan qətirər, fəaliyyətin səmərəliliyini azaldar.
Məsələni telefon damşıqı vasitəsilə həll etməyin peşəkar baca­
rıqlarına malik olmaq həmsöşhbətə və bütün ətrafdakılara xoş təsir 
bağışlayır,  danışanın  nüfuzunu yüksəldir,  onun  işinin uğuruna kö­
mək edir, qarşıya qoyulmuş məsələləri həll etməsinə imkan yaradır.
İşgüzar  adamlar telefon  danışıqları  vasitəsilə  zəruri  informa­
siya  mübadiləsi  edir,  nə  haqda  isə  razılıq  əldə  edir  (görüş,  birgə
315


Yüklə

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə