Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə98/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   124

anlayışların  son  dərəcə  dəqiq  seçilməsindən,  nitqdə  informasiya­
nın  sıxlığından,  əsaslandırılmış  işgüzar  üslubdan  (elmin  funksio­
nal üslubu) gedir ki,  o da özünəməxsus estetik təsirə malikdir.
Bununla yanaşı,  natiq dinləyicilərini təkcə məlumatlandırmaq 
yox,  həm  də  inandırmaq  istədikdə,  obrazlılığa  elmi  mətnlərdə  də 
rast  gəlinir;  dilin  ifadə  vasitələrindən  (məsələn,  metaforalardan) 
təfəkkür  və  əsaslandırmanın  mühüm  istiqamətlərini  qabartmaq 
məqsədilə istifadə olunur.
Kütləvi  auditoriya  qarşısında  çıxışdan  əvvəl  elmi  üslub  təq­
dim  olunan  informasiyanın  ümumi  anlaşıqlılığını  təmin  etmək 
məqsədilə danışıq  nitqinin  elementləri  ilə:  dinləyicilərin  səmərəli 
və  emosional  təfəkkür proseslərinin  formalaşdınlmasına və  dərk- 
edilmənin  fəallaşdınlmasına  xidmət  edən  şərhlə  dolğunlaşdınla 
bilər.
Əgər  fikirlərinizin  dinləyicilərin  şüuruna  çatmasını  və  asan 
yadda qalmasını  istəyirsinizsə,  orijinal cümlələrdən çəkinməyin.
Dinləyicilərə  kompüterlə  idarə  olunan  və  hər  cür  duyğudan 
məhrum  «danışan  maşın»  lazım  deyil;  onlar  natiqin  şəxsiyyətini 
görmək istəyirlər. Bu səbəbdən.
•  Öz fikirlərini  dinləyiciləri  heç cəlb  etməyən  qəlib  ifadələrlə 
çatdırmaq;
•  Yazılı elmi nitqin anlaşılması çətin, yığcam dili ilə danışmaq 
lazım deyil.
Elmi  konfransa uyğun  olan  (müvafiq  sahə  üzrə  mütəxəssis -  
iştirakçılar  bəzən  gündə  10-15  qısa  elmi  məruzə  dinləməli  olur­
lar)  mətnlər heç  də  həmişə  digər nitq vəziyyətlərinə və  istehsalat 
təcrübəsinə uyğun olmur.
Natiq özündən fərqli olaraq, müzakirə edilən məsələyə o qədər 
də bələd olmayan,  daxilən həmin məlumatları  qəbul  etməyə hazır 
olmayan,  o  cümlədən,  bu  həcmdə  informasiyanı  anlamağa vərdiş 
etməmiş insanlar qarşısında çıxış etməli ola bilər.
Əvvəlcədən  yazılmış  mətn  üzrə  nitq 
Nitqi  təhlil  edərkən, 
təkcə  onun  daha  çox üstünlük təşkil  edən  əsas  məqsədləri  (infor- 
masiyaverici,  inandırıcı,  yönəldici)  dəyərləndirilmir.  Bu  zaman 
həm də onun şərhi üsulu mühümdür.
300


Bu  baxımdan  əvvəlcədən  yazılmış  (oxunan  nitq)  nitq  ilə 
improvizə edilmiş (sərbəst) nitq bir-birindən fərqləndiriləir.
Nitqin  hazırlanması  zamanı  natiq onun bütün  məzmununu ta­
mamilə  kağıza  qeyd  edir:  o,  dinləyicilərə  hazır  məmi  oxuyaraq 
müraciət edir.
Bu zaman o,  müntəzəm  olaraq auditoriya ilə göz təmasına gir­
məli, həmçinin dinləyicilərə təsir edən digər nitq vasitələrini (vurğu, 
nitqin  sürəti,  fasilələr,  intonasiya  və  s.)  nəzərə  almalıdır.  Əks  hal­
da,  nitq «dolğunluq təsiri  olan» yeknəsəq oxuya çevrilər; yeknəsəq 
nitqlə isə aclığım dəf edə bilməzsən, amma boğazına qədər doymuş 
olarsan.
Bu qeyd «hazır nitqlərin» əleyhinə yönəldilməyib;  çox zaman 
təcrübədə  onlara  ehtiyac  yaranır  (məsələn,  söylənilənlərin  dəqiq 
yoxlanıldığı və sənədləşdirildiyi  elmi məruzə zamanı).
Əgər şərh edilən materialın həcmi və onun əsas müddəalarının 
əhəmiyyəti  nitqin  tezislər  üzrə  sərbəst  şərhinin  mümkünlüyü­
nü  yolverilməz  edirsə,  yaxud  çıxış  zamanı  meydana  çıxa  biləcək 
mümkün «kələ-kötürlüyü» aradan qaldırmaq lazımdırsa, həmçinin 
əgər  natiqin  hansısa  bir  qüsuru  ona  kağızsız  çıxış  etmək  imkanı 
vermirsə,  əvvəlcədən tam mətni hazırlamaq lazım gəlir.
Yuxanda  deyilənlərdən,  əvvəlcədən yazılm ış  mətn üzrə  nitq 
üçün hansı nəticələr meydana çıxır
?
Əgər siz «kağız üzrə» çıxış etməyə hazırlaşırsınızsa, özünüzdən 
soruşun ki, improvizasiya etmək, yəni mətndən asılı  olmayan şərh 
forması sizin məqsədlərinizin həyata keçirilməsi üçün sərfəlidirmi?
Sərbəst şərh formasının mümkünsüzlüyü obyektiv prinsiplərə 
əsaslanırmı?
Hazır  mətnlərə  üstünlük  verməyinizi  lazımi  təcrübənizin  ol­
maması ilə, yaxud digər subyektiv səbəblərlə izah etmək olarmı?
Şərh üsulunu seçərkən bütün nitq vəziyyətlərini  kompleks  şə­
kildə nəzərə alın və nitqin məqsədini,  predmetini və əhəmiyyətini 
qarşınızda duran vəzifə ilə bağlayın.
Çıxışın  mətnini  hazırlayarkən  dinləyicilərin  xüsusi  psixoloji 
əhvalını nəzərdən qaçırmayın: onlar sizin fikirlərinizin məzmununu 
asanlıqla və tez mənimsəməlidirlər.
301


Nitqinizin  anlaşıqlı  olması  üçün  aydın  və  asan  yadda  qalan 
cümlələrdən istifadə edin.
Cümlələrin  psixoloji  baxımdan  məqsədyönlü  quruluşuna  və 
həcminə üstünlük verin. Qısa, asan cümlələr mülahizəni dinləyicilər 
üçün  daha  anlaşıqlı  edər.  Əgər  elmi  məruzədə  25  sözdən  artıq 
həcmə  malik  cümləyə  rast  gəlinirsə,  bu,  mətnin  müzakirə  edilən 
problemlə  daimi  təmasda  olmayan  dinləyicilər  tərəfindən  qavra- 
nılmasını  əhəmiyyətli  dərəcədə çətinləşdirir.
Əgər  sizin  nitqinizin  mətni  az  anlaşılan  mürəkkəb  quruluşlu 
cümlələrlə  ağırlaşdınlmışsa,  onların  «kökündən  çıxarılması»  ilə 
əsaslı  şəkildə məşğul  olmaq lazım gələcək.
Çıxışa hazırlaşarkən  mütləq  evdə  nitqin  mətnini  ucadan  oxu­
yun.  Çox  uzun,  oxunması  üçün  nəfəsinizin,  dinləyicilərinizin  isə 
səbrinin çatmayacağı  dolaşıq cümlələri özünüz də görəcəksiniz.
Əgər  fikirlərinizin  dinləyicilərin  şüuruna  çıxışın  məqsədinə 
müvafiq  şəkildə  çatmasını  istəyirsinizsə,  onları  aydın  ifadə  edin. 
Anlaşılmazlıqlardan  qaçmaq  üçün  istifadə  etdiyiniz  terminlərin 
mənasını  düzgün müəyyənləşdirin.
Fikirlərin  sadə  şərhi  sizin  mülahizələrinizin  inandıncılığının 
əsas  şərtidir.  Əsaslandırmadan  imtina  edilməsi  və  siyasi  şüarla­
ra  çox  aludəçilik  nümayiş  etdirilməsi  nitqinizin  təsirliliyini  əhə­
miyyətli dərəcədə azaldır.
Nəzərə  alın:  nitqinizin inandıncılığı  onun uzunmüddətliliyin- 
dən (bu müddət normal  ölçülərə müvafiq olmalıdır) yox,  auditori­
yaya stimullaşdırıcı təsir göstərən məzmunundan asılıdır.
Dinləyicilər  söz  çoxluğuna  üstünlük  verən  natiqin  fikirlərini 
çox da həvəslə dinləmirlər:  doğrudur, ona danışmağa mane olmur­
lar, lakin lazımi  diqqəti  də göstərmirlər.
Təntənəli nitqdər, məlum olduğu kimi, çox zaman «kağızdan» 
oxunur.  Bu halda yadda saxlamaq vacibdir ki, nitqin ikinci hissəsi 
dinləyicilərə  birincidən  ikiqat  uzun  görünür  (bu,  hamıya  məlum 
olan psixoloji qanunauyğunluqdur).
Şərhetmə  tərzi 
Çıxış  edənin  öz  nitqini  laqeyd  və  yeknəsəq 
şəkildə,  sanki  hansısa  vacib  tapşırığı  yerinə  yetirirm iş  kimi  ka­
ğızdan  oxumaması  mühümdür.  Əksinə,  o,  çalışm alıdır  ki,  xüsu­
302


Yüklə

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə