Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə99/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   124

si  şərhetmə  tərzi  ilə  kağıza  yazılmış  mətni  həqiqətən  inandırıcı 
nitqə çevirə bilsin.
Yaxşı çıxış etmək üçün sadəcə lazımi nitq üsullarına yiyələnmiş 
olmaq kifayət etmir.  Bu üsulların tətbiqi  öz fikirlərini daha inandı­
rıcı  şəkildə şərh etməkdə natiqə kömək edər.
Hər  şeydən  əvvəl,  dinləyicilər üçün  aydın,  anlaşıqlı və  müm­
kün qədər dialekt xüsusiyyətləri  olmadan danışın.
Çox şey sizin sözləri nə qədər aydın ifadə etməyinizdən asılıdır.
Həm  kobud  dialekt  tərzindən,  həm  də  sözlərin  qəsdən  təhrif 
edilərək tələffüz olunmasından çəkinin.
Çox  da  sürətlə  yox,  orta  sürətlə  danışın;  bu,  xüsusilə  verilən 
məlumatların dinləyicilər tərəfindən qəbul və dərk edilməsi prose­
sinin böyük səy tələb etdiyi hallarda zəruridir; burada natiq, əlbəttə 
«çapmamalıdır».
Nitqin  sürətini  onun  məzmunundan  asılı  olaraq  tənzimləyin. 
Mühüm  və  mürəkkəb  fikirlərin  söylənilməsi  zamanı  nitqinizin 
sürətini  azaldın.  Az  mühüm  və  informasiya  əhəmiyyəti  olmayan 
cümlələri  sürətlə deyin.
Səsinizlə nitqin yerinə yetirdiyi vəzifələr baxımından əhəmiy­
yətli  hissələrini:  sözləri,  anlayışları,  cümlə  üzvlərini,  cümlələri 
vurğulayın.  Bu,  auditoriyaya diqqətini  ən mühüm olanlar üzərində 
cəmləməkdə kömək edər.
Mümkün  qədər,  müntəzəm  şəkildə  dinləyicilərlə  (tək  biri  ilə 
yox) göz təması yaratmağa çalışın.
İfadələri  sürətlə  nəzərdən  keçirin.  Onların  tələffüzü  vaxtı  bir 
anlıq «şparqalkadan»  ayrılın və sonra yenidən mətnə qayıdın.  N it­
qin  sürətinin  azaldılması  hesabına  (mətnin  gözlərlə  sürətli  oxun­
ması,  söz-səs  ötürülməsinin  ləngidilməsi)  müəyyən  ifadələrin  zə­
ruri təsirinə nail  olmaq mümkündür.
M üxtəlif ixtisarlardan  istifadə  edin.  Bu,  sözləri  tam  şəkildə, 
mülayim  sürətlə  tələffüz  etməyə  və  auditoriya  ilə  göz  təmasını 
həyata keçirmək üçün vaxt qazanmağa imkan verər.
Nitqin mətninin xarici tərtibatı m üxtəlif ola bilər. Mətni iki in­
te rv a ls, bölgülərə ayırmaqla, yan xətləri az olmaqla, nömrələnmiş 
səhifələrdə yazmaq mümkündür.  Belə format, xüsusilə natiqin tri­
bunasının olmadığı hallarda çox rahatdır.
303


Bu halda ayn-ayn cümlələri səhifədə aşağıdakı kimi yerləşdirmək 
tövsiyə  olunur:  birinci  cümlə  soldan  sağa,  səhifənin  ortasına  qədər; 
ikinci isə üç interval aşağıda və səhifənin sağ tərəfində çap edilir.
İm provizə İctimai təcrübə və informasiya fəaliyyəti üçün hazır 
mətnlər üzrə çıxış etmə mühüm və zəruridir.  Lakin kommunikativ 
vəzifələrin  həlli  baxımından  nitqin  sərbəst  şərhi,  yəni  improvizə 
edilmiş nitq çox mühümdür.
Bu, təkcə çoxlarının istədiyi kimi, natiqlərin, nəhayət, öz çıxışla­
rım kağızdan oxumaqdan  əl çəkməsini arzulaması ilə yekunlaşmır.
Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, bir çox hallarda din­
ləyicilərin diqqətini cəlb edib  saxlamaq, onlarla zəruri  əlaqə yaratmaq 
baxımından improvizə edilmiş nitq daha yararlıdır. Auditoriyaya təsir 
göstərməyin bu imkanından natiqlər geniş istifadə etməlidirlər. Bu, hər 
şeydən əvvəl, konfranslar, yaxud iclaslarda edilən çıxışlara aiddir.
Çıxış  edən  «nitqi  söyləməyə  borcludur»,  burada  «improvizə 
edilmiş  nitqlə  çıxış  edənin  cəsarəti»  haqqında  və  «ümumiyyətlə, 
sərbəst danışmaq cəsarəti»  haqqında danışmaq lazımdır.
•  İmprovizə edilmiş (sərbəst) nitqin hansı xüsusiyyətləri möv­
cuddur?
•  Bu,  sadəcə söz almaq və hər hansı hazırlıq olmadan öz fikir­
lərini dinləyicilərə nitq şəklində çatdırmaq deməkdirmi?
•  Şərhin sərbəst tərzinin auditoriyaya təsiri nə ilə izah olunur?
İmprovizə olunmuş (sərbəst) nitq deyərkən, hazırlıqsız nitq nə­
zərdə tutulmur.  Burada kompozisiya baxımından yaxşı  tərtib  olun­
muş və hazırlanmış mətndən asılı olmayan nitq nəzərdə tutulur.
İmprovizə edilmiş nitqin «kağız üzrə» nitqdən mühüm fərqləri 
aşağıdakılardan ibarətdir:
•  Natiq çıxışa diqqətlə hazırlaşsa da, onun məzmununu sistem­
ləşdirsə də, nitqin kompozisiyasını müəyyənləşdirsə də, nitqin tam 
mətnini  yazmaqdan və onu  auditoriya qarşısında sadəcə oxumaq­
dan imtina edir;
•  Natiq yalnız nitqin məzmununun əsas yerlərini yazılı surətdə 
qeydə  almaqla  kifayətlənir  (tezislər,  əsas  bəndlər,  mülahizələr 
şəklində),  qeydlərini müvafiq şəkildə sistemləşdirir və çıxış zama­
nı  onlardan proqram kimi istifadə edir.
304


Beləliklə,  sərbəst  nitq  tezislər  üzrə  nitqdir.  Əsas  məsələlər 
əvvəlcədən qeyd edilir, lakin natiq öz fikirlərini yalnız əsaslandırma, 
isbat,  qiymətləndirmə mərhələlərində,  yəni  nitq fəaliyyəti  zamanı 
təfəkkür hesabına formalaşdırır.
Natiq  tərəfindən  qeydə  alınmış  açar  söz,  yaxud  sözlər  qrupu 
onun  şüurunda  geniş  həcmli  məzmuna  çevrilir.  Assosiasiyanın 
köməyi  ilə  meydana  çıxan  bu  məzmun  nitq  prosesində üslubi  və 
qrammatik baxımdan formalaşdırılır və hazır cümlə şəklini  alır.
Bu proses zamanı  şüurda aşağıdakı fikir planlaşdırılır və tələf­
füz edilmək üçün hazırlanır:
•  Bu  -yaradıcılıq  prosesidir:  dinləyicilər  tərəfindən  axtanş, 
qərarın  qəbul  edilməsi  prosesi  kimi  qiymətləndirilir.  Bununla  da 
improvizə  edilmiş  nitqin  canlılığı  və  cazibə  qüvvəsi  izah  edilir 
(təsadüfi  deyil  ki,  hazır mətndən istifadə  etməyən natiqlərin  daha 
sərbəst və təravətli  danışdıqları  qəbul  edilir);
•  Natiq nitqin materialına nə qədər yaxşı bələddirsə, o öz fikir­
lərini  o qədər asan formalaşdıra bilir.
Müstəsna hallarda, təcrübəli natiqlər predmetə və şifahi  nitqin 
vərdişlərinə tam yiyələnmiş olduqda çıxışlarının tezislərini kağıza 
qeyd etməkdən imtina edə bilərlər.
Nitqin  planını  düşünərkən,  ilk  növbədə  aşağıdakıları  nəzərə 
almaq vacibdir.  Çıxış üçün materialı  artıqlaması  ilə seçin.  Bu sizə 
həmin materialdan inamla istifadə etmək imkanı verir.
İlk  növbədə,  müvafiq  sahədə  sanballı  biliklərin  mövcudluğu 
nitq  zamanı  inamlı  olmağa imkan verir.  Əgər bu biliklər mövcud 
deyilsə,  natiq  materialdan  sərbəst  şəkildə  istifadə  edə  bilmirsə,  o 
halda uğursuzluq labüddür.
Natiqə qarşıdakı  çıxışa lazımi  şəkildə hazırlaşmağa aşağıdakı 
tövsiyələr 
kömək göstərə bilər.
Hər şeydən əvvəl aşağıdakı  suala cavab vermək vacibdir:  qar­
şıdakı  çıxışın  əsasında  hansı  tələb  durur,  natiq  bunları  nə  şəkildə 
təmin edə bilər?
Ümumi  problemli  icmal  üçün  aşağıdakı form adan  istifadə 
etm ək mümkündür.
Vəziyyətin təhlili: bu problemli vəziyyət üçün nə xarakterikdir?
(Hadisə və mahiyyət arasındakı əlaqə haqqında məlumatlar).
305


Yüklə

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə