Lakin bir çıxış daxilində bir-birini təkzib edən «Bazar iqtisa
diyyatına keçid üçün xüsusi mülkiyyət lazım deyil» və «Xüsusi
mülkiyyət olmadan bazar iqtisadiyyatı üzrə heç bir islahat müm
kün deyil» hökmlərindəki belə ziddiyyətlər natiqə olan inamı qırır
və onun bütün səylərini heçə çıxarır.
Hökmlərin əsaslandırılmış olması tələbinə əməl edilməsi din
ləyiciləri nəyə isə inandırmaq, müəyyən hərəkətlərə təhrik etmək
lazım gəldikdə xüsusilə mühümdür. Nəyinsə həqiqət olmasına
inam həm də təlqin əsasında yaranır.
Lakin işgüzar ünsiyyət zamanı çağırış və inandırmalarla heç
bir şey əldə etmək mümkün deyil. Sağlam düşüncəyə malik insana
mütləq niyə başqa şəkildə yox, məhz belə düşündüyünüzü izah et
məlisiniz, həm də bunu elə bir şəkildə etməlisiniz ki, o özü sizin
gəldiyiniz nəticələrlə, yaxud təkliflərinizlə maraqlansın.
Hökmləri məntiqi şəkildə necə əsaslandırmaq lazımdır?
N itqi qurarkən sübutların üç ünsürdən ibarət olan m əntiqi qu
ruluşunu nəzərə alm aq lazımdır.
1. Əsaslandırmaq istədiyiniz fikir tezis adlanır. Tezis aşağıdakı
suala cavab verir: «Biz nəyi isbat edirik?»
Yuxanda haqqında danışdığımız hökmlərin müəyyənliyi tələbi
daha çox məhz tezisə aiddir. O, hökmün başqa şəkildə anlaşılmasının
mümkünlüyünü aradan qaldırmalıdır. Hökmün qeyri - dəqiqliyi ilə
bağlı məntiq kursunda danışılan məşhur bir lətifə vardır: «Tələbə öz
dostuna deyir: «İki kiloqram portağal al; mərc gəlirəm ki, mən onu
bir dəfəyə yeyərəm». Mərcləşirlər. Dostu portağal alır. Tələbə on
lardan birini götürüb yeyir və «məhz həmin portağalı nəzərdə tutub
“onu” demişdim, deyərək, mən mərci uddum» söyləyir.
Tezis mümkün qədər konkret olmalıdır. «Ümumi» şəkildə for-
malaşdınldıqda, o, sadəcə, düzgün olmaya bilər. Məsələn, «Alimlər
həyatdan ayn düşüblər», yaxud «Bütün sahibkarlar fırıldaqçıdır» və s.
2. Tezisi sübutun əsası adlandırılan tutarlı dəlillərlə möhkəm
ləndirmək lazımdır. Dəlillər «Nəyi sübut edirik?» sualına cavab
verir. Sübut üçün əsas: faktların məcmusu; statistik məlumatlar;
nəzəri qaydalar, məsələn, hüquqi, yaxud iqtisadi qanunlar; həyat
təcrübəsinə əsaslanan hökmlər və s. ola bilər.
52
3.
Sübutun üçüncü ünsürü nümayişdir. O, tezisin hansı dəlil
lərdən, necə meydana çıxdığım göstərir. Nümayiş «Necə sübut
edirik?» sualına cavab verir. O, bizim mühakimələrimizin gedişini
nümayiş etdirir.
Hökmləri bilavasitə (müşahidə yolu ilə) və mühakimələr
vasitəsilə (məntiqi əqli nəticə) sübut etmək mümkündür.
Birinci tələb - dəlillər tezislə bilavasitə əlaqədar olmalıdır. Əks
halda, ilkin məqsəddən tamamilə uzaq olan nəyi isə sübut etmək
mümkündür.
İkinci tələb - dəlillər həqiqi, yəni əvvəllər isbat edilmiş ol
malıdır. Bu tələbə əməl edilmədikdə, düzgün olmayan əsaslanma
(əgər dəlil kökündən yalandırsa), yaxud əsasın qabaqcadan duyul
ması (əgər dəlil kimsə tərəfindən sübut edilməyibsə) kimi səhvlər
meydana çıxa bilər. Yalançı əsaslara söykənən nəticə əvvəlcədən
səhvdir - yəni yalan ola bilər.
Dəlillərə verilən üçüncü tələb - onların tezisdən asılı olmadan
əsaslandırılmış olmasıdır. Əgər bu belə deyilsə, «isbatda dairə»
səhvi meydana çıxır.
Dördüncü tələb - dəlillər nəticə əldə etmək üçün kifayət qədər
olmalıdır, yəni nəticəyə gəlməmək mümkün olmayacaq, əks hal
da, «nəticə olmaycaq» səhvi meydana gələcək. Məsələn, keçmişdə
pis oxumuş bir neçə şagirdin sonradan biznesmen olması biznesdə
biliklərin lazım olmaması demək deyil.
H ökm lərin (əqli nəticə) növləri Hökmlər iki növ olur: de-
duktiv və induktiv (ehtimallı). Ehtimallı hökmlərin növləri kimi,
induksiya üzrə, bənzətmələr üzrə və nəticədən səbəbə gedən
mühakimələri göstərmək olar.
- deduksiya üzrə mühakimələr zamanı, adətən, müəyyən ümu
mi müddəadan çıxış edirlər; sonra xüsusi hal ona uyğunlaşdırılır
və ümumidən xüsusiyə aid nəticə çıxarılır. İki mühakimədən ibarət
olan deduktiv hökmlər (əqli nəticələr) sillogizm adlanır. Məsələn:
1. A li m əktəblərin tələbələri xarici d il öyrənirlər.
2. G ünel - tələbədir
G ünel xarici d il öyrənir {burada və sonralar xətt «nəticə» sö
zünü əvəz edəcək).
53
Umumi müddəa hökm üçün böyük, xüsusi hal isə kiçik əsasdır.
Böyük əsasın həqiqiliyinə xüsusi diqqət yetirmək lazımdır. Əgər
o, həqiqətə uyğun deyilsə, yaxud köhnəlmişsə, yaxud bəhs etdiyi
niz hadisəyə aid deyilsə, ona aid nəticə düzgün olmayacaq və ya
mənasız, cəfəng olacaq. Məsələn,
1. Ali təhsil - uğur əldə etməyin təminatıdır.
2. Məmmədovun ali təhsili var.
M əm m ədov uğur əldə edib.
Deduktiv hökmlərin bu xüsusiyyəti hələ Qədim Yunanıstanda,
natiqlik sənətinin vətənində məlum idi. Məsələn, nəyi istəsələr sü
but edə bilən sofıstlərin söz xəzinəsindən məhşur bir nümunə:
1. İtirmədiyim hər şey mənimdir.
2. Mən buynuzlanmı itirməmişəm.
M ənim buynuzlarım var.
Bu «mühakimə» buynuzlunun sofızmi adlanır. Bu şəkildə
«sofızm» sözü biclik mənasını verir. Mənasız, cəfəng nəticə bu
rada və bir sıra digər sofızmlərdə ona görə yaranır ki, böyük əsas
yanmhəqiqətdir, axı, bu hökm yalnız həmin insanın əvvəlcədən
malik olduğu əşyalar üçün doğrudur.
Deduktiv hökmlərlə bağlı digər geniş yayılmış səhv - eyni ter
minin böyük və kiçik əsaslarda m üxtəlif mənalarda işlədilməsidir.
Məsələn:
1. Gümüş - kimyəvi elementdir.
2. Qonşunun itinin adı - Gümüşdür.
Q onşunun iti kim yəvi elementdir.
1. İnsan kosmik fəzaya uçuşlar edir.
2. Bizim direktorumuz insandır.
D irektorum uz kosm ik fəzava uçuşlar edir.
Bəzən deduktiv mühakimələrdə böyük əsas şübhəsiz həqiqət
kimi buraxılır. Belə ixtisar edilmiş, azaldılmış sillogizm entim em a
adlanır. Məsələn:
2. Bu məhsulun keyfiyyət sertifikatı var.
Onu ala bilərik.
54
Yüklə Dostları ilə paylaş: |