(1-ci əsas buraxılıb: Keyfiyyət sertifikatı olan məhsulu almaq olar).
Ümumi qanunauyğunluğa müvafiq olan xüsusi hal həqiqətə
uyğun olmadıqda nəticənin səhv olması təbiidir. Məsələn:
1. Bu il 300 bal toplayan bütün abituriyentlər jurnalistika
fakültəsinin tələbəsi oldular.
2. Fidan 300 bal toplayıb.
Fidan jurnalistika fakültəsinin tələbəsi oldu.
Aydındır ki, əgər Fidan kimya fakültəsinə girmək üçün sənəd
veribsə, deməli Fidanın jurnalistika fakültəsinin tələbəsi olmasına
aid nəticə yalan olacaq.
- İndi ehtim allı hökmləri nəzərdən keçirək.
İnduktiv hökmlərdə bir hadisəyə aid faktlar sırasından
ümumiləşdirmə edilir, yəni xüsusidən ümumiyə yönəlmiş nəticə
çıxarılır. Məsələn:
1. A firmasında mühasib əvəzçiliklə işləyir.
2. В firmasında mühasib əvəzçiliklə işləyir.
3. C firmasında mühasib əvəzçiliklə işləyir.
4. Ç firmasında mühasib əvəzçiliklə işləyir.
Bütün firm alardakı m ühasiblər əvəzçiliklə işləyir.
Aydındır ki, induksiya üzrə hökm yalnız həqiqətəbənzər, ya
xud təxmini xarakterə malikdir: tamamilə dəqiq nəticə əldə etmək
üçün şəhərin bütün firmalarını nəzərdən keçirmək lazım gələrdi.
Tam induksiya heç də həmişə mümkün olmur.
İnduksiya nəticəsində alınan nəticələrin həqiqiliyinin yüksəl
dilməsi üçün həmin hadisəyə aid mümkün qədər çox fakt nəzərdən
keçirilməlidir. Əgər çıxış edən özünə bu zəhməti vermirsə, o, «ya
lan, yaxud tələsik çıxarılmış ümumiləşdirmə» səhvinə yol verə bilər.
Təsadüfi faktlar əsasında çıxarılmış nəticənin düzgün olmamaq
ehtimalı daha çoxdur. Yeri gəlmişkən, dinləyicilər bir çox hallarda
heç o nəticəyə gəlməyə imkan verməzlər; onların arasından kimsə
etiraz edə bilər: «Amma mən bilirəm ki...» ( və əsaslandırılmamış
hökmün əleyhinə dəlillər gətirər).
Əgər nəticə çıxarmaq üçün əldə çox sayda fakt yoxdursa, o
zaman cəmi iki analoji hadisəni müqayisə edərək nəticə çıxarıl
ması mümkündür. Analogiya (müqayisə, bənzətmə) - nəticə əldə
55
etməyin ən az ciddi olan üsuludur. Ondan yalnız müqayisə edilən
hadisələrin ən mühüm əlamətləri oxşar, aralarındakı fərq isə çox
cüzi olduqda istifadə etmək məqsədəuyğundur.
Yalnız bu halda hadisənin digər əlamətlərində də oxşarlıq ol
ması haqqında nəticə çıxarmaq mümkündür. Həkimlər xəstələrini
müqayisənin köməyi ilə inandırmaq istədikdə, «bu cür hadisə tez-
tez olur» analogiyasından; din xadimləri: «Qaranlıq otaqda biz in
sanı görə bilmərik, lakin onun mövcudluğunu hiss edərik; biz Al
lahı görmürük və eşitmirik, ancaq onu öz qəlbimizdə hiss edirik»
bənzətməsindən istifadə edirlər.
Analogiya üzrə mühakimələri idarə rəhbərinin müşavirədəki
çıxışlarında da eşitmək mümkündür: «Yeddinci şöbə daim öz
planının öhdəsindən gəlmir, halbuki altıncı şöbənin əməkdaşları
da eyni şəraitdə, eyni həcmdə iş görürlər, iki nəfər də analıq
məzuniyyətindədir, amma işlərini yerinə yetirirlər. Deməli, yed
dinci şöbənin iş həcminin azaldılması haqqında heç bir söz eşitmək
istəmirəm. Onlar bacanr, istəsəniz siz də bacararsınız».
Lakin bu nümunədə şöbələrdə işləyənlərin sayı, onlann məlu
mat bazası, şöbələrə verilən tapşırıqların həcmi bir-birindən fərq
lənsəydi, analogiya hüquqi olmazdı.
Ehtimallı hökmlərin daha bir növü nəticədən səbəbə gedən
qərardır. Həmin qərar bu sxem üzrə verilir:
Əgər A varsa, deməli В də var.
В varsa, demək, ehtimal ki, A da var.
M ə s ə l ə n :
Əgər yağış yağırsa, asfalt yaş olur.
Asfalt yaşdırsa, ehtimal ki, yağış yağıb.
Bu hökmün birinci mühakiməsində haqqında danışılan ha
disələr bir-birinə səbəb-nəticə asılılığı ilə bağlanıb. Bəzən səhv
mühakimələrə də rast gəlinir. Onlarda hadisələrin adi xronoloji
əlaqəsi səbəb-nəticə əlaqəsi kimi qəbul edilir, yəni bu əsasda bir
hadisə digərinə əsas olur, birinci ikincinin səbəbi hesab edilir.
Bu səhv belə adlanır: «bundan sonra, deməli bu səbəbdən».
Bu səhvə aid nümunəyə baxaq: İşgüzar ünsiyyət kursuna orta yaş
56
lı bir qadın yazılır. O, kursda məşğul olmaq istəməsinin səbəbini
belə izah edir: «Sizin kurslarda bizim katibəmiz təhsil almışdı.
Bundan sonra təsisçi onu firmanın direktoru təyin etdi, mənim isə
vəzifəmi aşağı saldı. Bilmək istəyirəm: o burada nələri öyrənib ki,
o saat vəzifəsini bu qədər yüksəl diblər». Yaxud, yaşlı bir kişi turist
firmasına müraciət edir:”Mənim evimdə kirayədə yaşayan tələbə
qız tətil günlərində Dubaya getmişdi. Ev kirayəsini zorla ödəsə də,
Dubayda onu qarşılayıblar, bahalı oteldə yerləşdiriblər, 10 gün ye
yib-içib, gələndə də cibinə xeyli pul qoyublar, deməli, Dubayda
qayda belədir, mən də ora getmək istəyirəm.”
Bunun, təəssüf ki, insanlara xas məntiqi səhv olduğunu qədim
məsəl də sübut edir: « Xoruz belə düşünür ki, o banlamasa, səhər
açılmaz».
Gördüyümüz kimi, öz hökmlərini əsaslandırmaq asan iş deyil.
Məntiqi mədəniyyətə yiyələnmək hökmlərdə yol verilən səhvlərdən
qaçmaqda, çıxışlarınızı inandıncı etməkdə sizə kömək edər.
2.3. N itq norm ası
N itq norm ası anlayışı İstənilən xalqın dili sosial hadisədir.
Çünki o, yaradıcısı və daşıyıcısı olan cəmiyyətlə birlikdə daimi in
kişafdadır. Bu səbəbdən də nitq norması tarixi hadisədir, o hazırkı
zamanda ən geniş yayılmış nitq variantlarından ibarətdir.
Dil sisteminin ictimai əlaqələr prosesində seçilmiş və
möhkəmləndirilmiş, daha sabit, ənənəvi reallaşmasının birliyi nitq
norması adlanır.
Norma müəyyən ərazi, yaxud şəhərin dili əsasında formalaşır.
Məsələn, müasir Azərbaycan ədəbi dilinin tələffüz normala
rı əsasən Bakı sakinlərinin orta dialekti və nitqi əsasında forma
laşmışdır. Ədəbi dilin inkişafı prosesində dialektlərə, dilin digər
növləri tərəfə də meyllər baş verir.
Bir qayda olaraq, yazılı nitqin normaları şifahi nitqin normala
rından əvvəl müəyyənləşir. Hazırda yazılı və şifahi nitqin norma
larının yaxınlaşması meylləri mövcuddur.
57
Yüklə Dostları ilə paylaş: |