Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə26/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   124

•  şəxsiyyətlərarası - opponentlərin ünsiyyətin yuxanda sadala­
nan istənilən növündə şifahi əlaqəsi.
Təşkilatlarda məlumatlann üfüqi  axınlanna  şaquli  axınlardan 
daha çox rast gəlinir.  Bunun  səbəblərindən  biri  insanlann  öz tay- 
tuşlan ilə sərbəst və açıq danışmağa yaş fərqi  olanlarla danışmaq­
dan daha artıq həvəs göstərməsidir.
Daha çox dörd kommunikativ rolu fərqləndirirlər:
•  «qoruqçu»  - eyni  kommunikasiya şəbəkəsində informasiya­
nın (məlumatın) başqa adama axınına nəzarət edir;
•  «rəylərin  lideri»  - bəzi  başqa  insanlann  fikir və  davranışla- 
n na  təsir  göstərmək  im kanlanna  malikdir  (qeyri-formal  şəkildə 
təsir);
•  «rabitəçi»  -  kommunikasiya  şəbəkəsində  qruplaşmalar  ara­
sında birləşdirici həlqə;
•  «sərhədçi»-  kommunikasiya  şəbəkəsində  təşkilati  əhatə  ilə 
yüksək əlaqə dərəcəsinə malik olan insan.
Ü nsiyyət səriştəsi -  başqalan  ilə zəruri  əlaqələri  yaratmaq və 
davam etdirmək.
Səmərəli  ünsiyyət  üçün  aşağıdakılar  xarakterikdir:  tərəfdaşlar 
arasında  qarşılıqlı  anlaşma  əldə  olunması,  ünsiyyət  vəziyyəti  və 
məqsədinin  daha  yaxşı  anlaşılması  (vəziyyətin  başa  düşülməsində 
daha  çox  müəyyənliyə  nail  olunması  problemlərin  həllinə  kömək 
edir, daha az vəsait sərf etməklə məqsədə nail olunmasım təmin edir).
Ünsiyyət  səriştəsi  şəxsiyyətlərarası  qarşılıqlı  münasibətlərin 
müəyyən  dairəsində  səmərəli  əlaqələrin  yaradılması  üçün  zəruri 
olan daxili  ehtiyatlar sistemi kimi nəzərdən keçirilir.
Pis ünsiyyətin səbəbləri:
•  Stereotiplər -  ayn-ayn  şəxslər,  yaxud vəziyyətlərə  aid bəsit 
rəylər;  nəticədə  insanlann,  vəziyyətin,  problemlərin  obyektiv 
təhlili və anlaşılması  alınmır;
• Qabaqcadan  yaranmış  yanlış  qənaət  -  şəxsi  fikirlərinə  zidd 
olan hər bir şeyi, yeni,  qeyri-adi nə varsa,  rədd etmək meyli  («Biz 
inanmaq  istədiklərimizə  inanınq»).  Nadir  hallarda  dərk  edirik 
ki,  hadisələrin  başqalan  tərəfindən  şərh  edilməsi  bizim  özümüz 
tərəfindən olduğu kimi  qanunidir;
81


• İnsanlar arasındakı  pis münasibət -  əgər insanın  sizə müna­
sibəti düşməncəsinədirsə, onu sizin fikirlərinizin ədalətli olduğuna 
inandırmaq çox çətindir.
• Həmsöhbətinin diqqət və marağının olmaması  - insan məlu­
matın  özü  üçün  əhəmiyyətli  olduğunu  dərk  etdiyi  zaman  maraq 
yaranır:  bu məlumatın köməyi  ilə arzu olunanı  əldə etmək,  yaxud 
hadisələrin arzuolunmaz inkişafının qarşısını  almaq mümkündür;
• Faktlara əhəmiyyət verməmək -  kifayət qədər fakt olmadığı 
halda nəticələr çıxarmaq vərdişi;
• Mülahizələrin qurulmasında səhvlər - sözlərin düzgün seçilmə- 
məsi, məlumatın mürəkkəbliyi, zəif inandırıcılıq, məntiqsizlik və s.
• Ünsiyyət  üçün  düzgün  olmayan  strategiya  və  taktikanın 
seçilməsi.
Ünsiyyətin  aşağıdakı  strategiyalarını  müəyyən  etmək  müm­
kündür:
1.  açıq-qapalı ünsiyyət;
2.  monoloji-dialoji;
3.  rollu  (sosial  rolundan  asılı  olaraq)  -  şəxsiyyətli  («ruhi» 
ünsiyyət).
Açıq ünsiyyət -   öz  nəzər nöqtəsini  ətraflı  ifadə  etmək arzusu 
və bacarığı, həmçinin başqalarının mövqeyini nəzərə almağa hazır 
olmaq.  Qapalı  ünsiyyət -  öz nəzər-nöqtəni,  öz münasibətini  aydın 
şəkildə ifadə etməyi,  həmsöhbətinə mövcud olan məlumatı  çatdır­
mağı istəməmək, yaxud bacarmamaq.
Qapalı  ünsiyyətdən  istifadə  olunmasına  aşağıdakı  hallarda 
haqq qazandırıla bilər:
1)  əgər  məsələ  ilə  bağlı  səriştəlilik  səviyyəsində  əhəmiyyətli 
dərəcədə  fərq  varsa  və  «aşağıda  duran  tərəfin»  səriştəlilik  səviy­
yəsinin yüksəldilməsinə zaman və qüvvə sərf etmək mənasızdırsa;
2)  əgər münaqişəli vəziyyət yaranıbsa; bu halda qarşı tərəfə öz 
hiss və planlarınızı açmaq məqsədəuyğun deyil.
Açıq  ünsiyyətlər  qarşılıqlı  müqayisə  mümkün  olduğu,  lakin 
məsələ  ilə  bağlı  mövqelərin  eyniliyi  olmadığı  halda  səmərə  ve­
rir  (fikir  və  ideyalar  mübadiləsi).  Ünsiyyətin  aşağıdakı  növləri 
m üəyyən edilm işdir:
82


•  «m askaların  təm ası»  -  həmsöhbətin  şəxsi  xüsusiyyətlərini 
başa düşmək və nəzərə almaq meylləri olmadıqda formal ünsiyyət 
meydana gəlir, bu zaman vərdiş olunmuş maskalardan (nəzakətlilik, 
ciddilik,  laqeydlik,  təvazökarlıq,  mərhəmətlilik  və  s.)  -   həqiqi 
hissləri,  həmsöhbətinə  münasibəti  gizlətməyə  imkan  verən  üz 
ifadələrindən, jestlər və standart ifadələrdən istifadə olunur;
•  B əsit  -   digər  insanı  lazım  olan,  yaxud  mane  olan  obyekt 
kimi  qiymətləndirirlər:  əgər lazım  olandırsa,  fəal  surətdə  əlaqəyə 
girirlər,  əgər mane olandırsa -  uzaqlaşdırır, yaxud aqressiv, kobud 
atmacalar ünvanlayırlar.  Əgər müsahibindən istədiyini  almış olur­
larsa, ona maraqlan itir və bunu gizlətmirlər;
•  Form al - rollu -  ünsiyyətin həm məzmunu, həm də ünsiyyət 
vasitələri  reqlamentləşdirilir;  həmsöhbətin  şəxsiyyətini  öyrənmək 
əvəzinə onun sosial  rolunu öyrənməklə kifayətlənirlər;
•  İşgüzar  -   həmsöhbətin  şəxsiyyəti,  xüsusiyyətləri,  xarakte­
ri,  yaşı,  əhval-ruhiyyəsi  nəzərə  alınır,  lakin  iş  maraqlannın  şəxsi 
münasibətlərdən daha əhəmiyyətli olması əsas götürülür;
•  M ənəvi, şəxsiyyətlərarası - dostlann ünsiyyəti; bu zaman xü­
susi  söz  və  ifadələrdən  istifadə  etmədən,  istənilən  mövzudan  söz 
açmaq  olar.  Dostunuz  sizi  üzünüzün  ifadəsindən,  hərəkətinizdən, 
səsinizin  tonundan  başa  düşər.  Belə  ünsiyyət  o  zaman  mümkün 
olur ki, hər bir iştirakçı həmsöhbətini yaxşı tanıyır, onun yanaşma­
sını, inam və münasibətlərini  əvvəlcədən duya bilir.
•  M anipulyasiyaedici  -   həmsöhbətin  şəxsiyyətinin  xüsusiy­
yətlərindən  asılı  olaraq,  m üxtəlif  üsullar  (yaltaqlıq,  qorxutma, 
«gözdən  pərdə  asma»,  yalan,  xeyirxahlıq  nümayiş  etdirmə  və  s.) 
vasitəsilə ondan “xeyir əldə etməyə” yönəldilir;
•  K übar(ziyalı) -  bunun mahiyyəti  mövzusuzluqdan ibarətdir, 
yəni  insanlar  düşündüklərini  yox,  belə  hallarda  deyilməsi  lazım 
olanı  deyirlər;  bu,  qapalı  ünsiyyətdir,  çünki  insanların  bu  və  ya 
digər məsələ haqqında rəyi heç bir əhəmiyyət daşımır və ünsiyyətin 
xarakterini  müəyyən etmir.
K übar(ziyalı)  ünsiyyətin kodeksi:
1. 
nəzakətlilik,  mərifətlilik  -  «başqasının mənafelərini  nəzərə 
al»;
83


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə