Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə27/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   124

2.  razılaşma,  qəbul  etmə  -  «başqasım  inkar  etmə»,  «etiraz 
etməkdən çəkin»;
3.  rəğbət - «xeyirxah, xoşrəftar ol».
Əgər  həmsöhbətlərdən  biri  nəzakətlilik,  digəri  isə  koopera- 
tivlik  prinsipini  əsas  götürürsə,  onlar  anlaşılmaz,  səmərəsiz  bir 
ünsiyyət vəziyyətinə  düşə bilərlər.  Deməli,  ünsiyyət qaydaları  ra­
zılaşdırılmış olmalı və hər iki iştirakçı onlara əməl etməlidir.
Ünsiyyətin  taktikası 
-  ünsiyyət  texnikasına  bələd  olma  və 
ünsiyyət qaydalarına yiyələnmə əsasında konkret şəraitdə ünsiyyət 
strategiyasının həyata keçirilməsi.  Ünsiyyət texnikası -  danışmaq 
və dinləmək kimi konkret ünsiyyət bacarıqlarının birləşdirilməsidir.
3.2.  Ünsiyyət vasitələri
İnsanlar arasında qarşılıqlı anlaşmamn mürəkkəb sosial-psixo­
loji  prosesi  olan ünsiyyət aşağıdakı  əsas kanallar vasitəsilə həyata 
keçirilir:  nitq  (verbal-  latın  sözü  olan  verbalis  -   şifahi,  söz  )  və 
qeyri-nitq  (qeyri-verbal).  Nitq ünsiyyət vasitəsi  kimi  eyni  zaman­
da informasiya (məlumat) mənbəyi, həm də həmsöhbətlə qarşılıqlı 
fəaliyyət üsulu kimi çıxış edir.
Nitq ünsiyyətinin strukturuna (tərkibinə) aşağıdakılar daxildir:
1.  Söz və  ifadələrin  mənası  («İnsanın  şüuru  onun  nitqinin  ay­
dınlığında aşkara çıxını).  Sözün düzgün istifadəsi, onun ifadəliliyi 
və  anlaşıqlılığı,  ifadənin  düzgün  qurulması  və  onun  aydınlığı, 
səslərin,  sözlərin  düzgün  tələffüzü,  ifadəliliyi  və  intonasiyanın 
mənası mühüm rol oynayır.
2.  Nitq  səs  hadisələri:  nitqin  sürəti  (sürətli,  orta,  aram),  səsin 
yüksəkliyinin  (ahəngdar,  kəskin)  modulyasiyası  (artırılıb-azaldıl­
ması),  səsin  tonu  (yüksək,  alçaq),  ritmi  (bərabər  ölçülü,  qırıq-qı­
rıq),  tembri  (gurultulu, xırıltılı,  batıq),  intonasiya,  nitqin  diksiyası 
ilə  şərtlənir.  Müşahidələr  göstərir  ki,  ünsiyyət  zamanı  ahəngdar, 
sakit, ölçülü-biçili danışıq tərzi daha cəlbedici olur.
3.  Səsin  ifadəlilik  keyfiyyətləri  -  ünsiyyət  zamanı  meydana 
gələn xarakterik,  xüsusi  səslər nəzərdə tutulur (gülüş,  ağlama,  pı­
84


çıltı,  ah və  s.); yayındıncı  səslər (öskürək);  sıfır səsləri  (pauza) və 
burun səsləri  («hmmm-hmmm»,  «e-e-e» və s.).
Tədqiqatlar göstərir  ki,  insanın  gündəlik  əlaqə  aktında  sözlər 
7%, səslər və intonasiyalar -38 %, qeyri-nitq qarşılıqlı təsirləri -  53 
% təşkil edir.
Səs  - təsirli  nitqin ifadəsi  kimi  emosional  vəziyyətlərin xüsu­
siyyətlərinə uyğun olur.  O, bir danışığın gedişi boyu dəyişilə bilər. 
Səsin çox dəyişməsi  daxili həyəcanın səviyyəsini xarakterizə edir.
«Mis kimi  cingildəyən səs»-  enerji,  möhkəmlik,  qətiyyətlilik- 
dən  xəbər  verir.  Riyakarcasına-mehriban,  ürəkvuran-yumşaq  səs 
danışanın səmimi olmadığını göstərir. Monoton səs çox zaman da­
nışanın  sıxıldığını  göstərir.  Nitqin  intonasiyasında  səsin  melodi­
yası, tembri,  qüw ətliliyi,  danışığın sürəti,  pauza və vurğu birlikdə 
əks olunur.
Ünsiyyətin qeyri-verbal 
vasitələrini aşağıdakı elmlər öyrənir:
1.  kinesika  insanın  hiss  və  duyğularının  xarici  təzahürlərini; 
m im ika  -   üz  əzələlərinin  hərəkətini;  jestika -  bədənin  ayn-ayrr 
hissələrinin jest hərəkətlərini, pantom im ika- bütün bədənin moto- 
rikasınr:  pozalart,  qaməti, təzimləri, yerişi öyrənir.
2.  Takesika  -   ünsiyyət  zamanı  olan  təm aslan  -   əlsıxmalan, 
öpüşməni, toxunmaları, sığallamaları, itələmələri və b.k.  öyrənir.
3.  Proksem ika ünsiyyət zamanı insanların fəzada yerləşmələ­
rini tədqiq edir və insan ünsiyyəti zamanı  aşağıdakı məsafə zona­
larını müəyyən edir:
•  İntim zona (15-45  sm) -  bu zonaya yalnız yaxın, yaxşı  tanış 
olan insanlar buraxılır; onun üçün etibarlılıq, yüksək olmayan səs, tak- 
til təmas, toxunmalar xarakterikdir.  Tədqiqatlar göstərir ki, intim zo­
nanın pozulması  orqanizmdə müəyyən fizioloji dəyişikliklərə -  ürək 
döyüntülərinin sürətlənməsi, adrenalinin səviyyəsinin yüksəlməsi, qa­
nın başa axmasının sürətlənməsi və s. kimi hallara səbəb olur, ünsiyyət 
zamanı  intim  zonaya  vaxtsız  daxil  olunması  həmişə  həmsöhbət 
tərəfindən onun toxunulmazlığına təcavüz kimi qəbul edilir.
•  Şəxsi, yaxud fərdi zona (45-120 sm)- dostlar və həmkarlarla 
söhbət  üçündür  və  tərəfdaşlar  arasında  vizual-görmə  əlaqəsini 
nəzərdə tutur;
85


•  Sosial  zona  (120-400  sm)  bu  tələbə  adətən  kabinetlərdə, 
müəllimlər  otağında  və  digər xidməti  yerlərdə,  bir  qayda  olaraq, 
o  qədər  də  yaxşı  tanımadıqları  insanlarla  rəsmi  görüşlər  zamanı 
əməl olunur;
•  Kütləvi zona (400 sm-dən yuxan) - mühazirə auditoriyasın­
da, mintinqdə və başqa yerlərdə böyük insan qruplan ilə ünsiyyəti 
nəzərdə tutur.
M im ika  -   üz  əzələlərinin  daxili  emosional  vəziyyəti  ifadə 
edən  hərəkəti  olub,  insanın  keçirdiyi  həyəcanlar  haqqında həqiqi 
məlumat  verir.  Mimik  ifadələr  70%-dən  çox  məlumat  daşıyır, 
yəni insanın gözləri, baxışlan, üzü deyilən sözlərdən daha çox şey 
söyləməyə qadirdir.
Məsələn, məlum olmuşdur ki, əgər söhbət zamanı insan gözlə­
rini  söhbət müddətinin üçdən birindən az zamanda həmsöhbətinin 
baxışlan  ilə  qarşılaşdınrsa,  demək öz  informasiyasını  gizlətməyə 
çalışır, yaxud yalan danışır.
Öz xüsusiyyətlərinə görə baxış işgüzar ola bilər. Bu zaman in­
san  gözlərini  həmsöhbətinin  alnı  ərazisinə  dikir və  ciddi  işgüzar­
lıq  atmosferi  yaratmağı  nəzərdə  tutur;  kübar  -  bu  zaman  baxışlar 
həmsöhbətin gözlərindən aşağı (dodaqlara qədər) səviyyəyə yönəlir. 
Bu,  sərbəst kübar ünsiyyəti  atmosferinin yaranmasına kömək edir; 
intim - bu zaman baxışlar həmsöhbətin gözlərinə yox, üzdən aşağı - 
bədənin sinə səviyyəsində digər əzalarına yönəlmiş olur.
Mütəxəssislər qeyd edir ki, belə baxış ünsiyyət tərəflərinin bir- 
birinə böyük marağının  göstəricisidir;  çəpəki  baxış  həmsöhbətinə 
tənqidi, yaxud şübhəli münasibətdən xəbər verir(“Əyri oturaq, düz 
danışaq”-müdrik el  məsəli bu psixoloji  durumdan yaranmışdır).
Alın,  qaşlar,  ağız,  gözlər, burun,  çənə - üzün bu hissələri  əzab, 
qəzəb,  sevinc, heyrət,  qorxu,  nifrət, xoşbəxtlik,  maraq,  kədər və s. 
kimi  əsas insan emosiyalarını  (yaxud duyğularını) ifadə edir. Həm 
də müsbət duyğular -sevinc, məhəbbət, heyrət-daha tez aşkarlanır; 
mənfi  emosiyalar- kədər, qəzəb, nifrət daha çətin qavranılır.
Qeyd  etmək  vacibdir  ki,  insanın  həqiqi  duyğularının  dərk 
edilməsində əsas yeri qaşlar və dodaqlar tutur. Elmi cəhətdən sübut 
edilmişdir ki,  üzün  sol  tərəfi  insan  emosiyalarını  daha tez əks et­
86


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə