Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə29/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   124

Ona  münasibətdə  aşağıdakı  mövqedən  çıxış  etmək  məqsə­
dəmüvafiqdir:
•  Diskussiya zamanı onu ən fəal mövqe tutmağa həvəsləndirmək;
•  Onun  diskussiyaya  səbəb  olan  məsələ  ilə  əlaqədar  pozi­
tiv  mövqeyini  söhbətin  digər  iştirakçıları  ilə  bölüşməsinə  səy 
göstərmək;
•  Gərgin  vəziyyətlərdə  müdafiə  və  köməyi  məhz  ondan 
gözləmək olar.
3. «Hər şeyi bilən» 
O, hər şeyi hamıdan yaxşı bildiyinə əmin­
dir.  Onun  hər  bir  məsələ  haqqında  öz  rəyi  var  və  o,  həmişə  söz 
istəyir.
Onunla  ünsiyyət  zamanı  aşağıdakı  qaydalara  əməl  etmək  la­
zımdır:
•  Onu söhbəti aparan adamla yanaşı  əyləşdirmək lazımdır;
•  Arabir,  nəzakətlə  ona  başqalarının  da  öz  fikrini  bildirmək 
istədiyini xatırlatmaq lazımdır;
•  Ondan  xahiş  etmək  lazımdır  ki,  başqalarına  da  qərarın  for- 
malaşdınlmasında iştirak etməyə imkan versin;
•  Ona  aralıq  fikirləri  yekunlaşdırmaq  və  formalaşdırmaq  im­
kanı yaratmaq lazımdır;
•  Bəzən ona xüsusi, mürəkkəb suallar vermək lazımdır; zərurət 
yarandıqda həmin  suallara  söhbət iştirakçılarından başqa birisi  də 
cavab verə bilər.
4.  Boşboğaz  Tez-tez  mərifətsiz  şəkildə,  həm  də  xüsusi  bir 
səbəb olmadan söhbətin gedişinə müdaxilə edir.  Söhbətin digər iş­
tirakçılarının onun uzun-uzadı fikirlərini dinləyərkən itirdiyi vaxta 
əhəmiyyət vermir.
Ona necə münasibət bəsləməli:
•  H ər şeyi bilənlə olduğu kimi, onu da söhbəti aparanla, yaxud 
digər nüfuzlu insanla yanaşı  əyləşdirməli;
•  Söhbətin  mövzusundan  kənara  çıxdığı  zaman  onu  yekun 
muülahizəni  söyləməklə dayandırmalı;
•  Əgər  o,  söhbətin  mövzusundan  çox  kənara  çıxarsa,  danış­
dıqları  ilə  müzakirə  olunan  məsələ  arasında hansı  əlaqəni  gördü­
yünü soruşmalı;
90


•  Hər bir söhbət iştirakçısından rəy  soruşmaq;
•  Əvvəlcədən  (yaxud fasilədən  sonra) ayn-ayn  çıxışların və bü­
tün söhbətin müddətini məhdudlaşdırmaq, reqlament müəyyən etmək.
5.  Q orxacaq  Bu  həmsöhbət  tipi  kütləvi  çıxışlarda  özünə 
kifayət  qədər inamlı  olmaması  ilə xarakterizə  olunur.  O,  başqala­
rına axmaq, yaxud gülünc görünə biləcək bir fikir söyləməkdənsə, 
susmağa üstünlük verir.
Belə həmsöhbətlə xüsusilə diqqətli  olmaq lazımdır:
Ona aydın,  konkret suallar vermək lazımdır;
Öz fikirlərini  inkişaf etdirməsi üçün ona xeyirxahlıq,  maraqlı- 
lıq nümayiş etdirmək;
Əgər  o,  hər  halda  danışmaq  qərarına  gəlibsə,  qeyri-refleksiv 
dinləmə  tətbiq  etmək  və  söhbətin  digər  iştirakçılarını  da  buna 
təşviq etmək;
Aydınlaşdırma  üsulundan  istifadə  edərək,  ona  öz  fikirlərini 
formalaşdırmaqda yardım etmək;
Onun ünvanına istənilən lağetmələr və  sarkazmlann  qarşısını 
qəti  surətdə almaq;
•  «Hamı üçün fikrinizi öyrənmək maraqlı olardı» kimi ruhlan­
dırıcı ifadələrdən istifadə etmək;
•  Onun fikirlərinin bütün pozitiv cəhətlərini qeyd etmək, lakin 
bunu təkəbbürlə etməmək.
6. Soyuqqanlı, təkəbbürlü həmsöhbət 
Belə insan qapalı olur. 
Çox zaman özünü yad hiss edir və belə də davranır, işgüzar söhbətə 
daxil olmur, çünki bunu səy göstərməyə və diqqətəlayiq hesab etmir.
Bu halda, istənilən üsullarla aşağıdakıları etmək vacibdir:
•  Onu maraqlandırmaq, problemin müzakirəsinə cəlb etmək;
•  Hisslərin  əks  olunması  üsulundan  istifadə  etmək,  məsələn, 
ona  belə  müraciət  etmək:  «Deyəsən,  siz  deyilənlərlə  o  qədər  də 
razı  deyilsiniz?  Əlbəttə,  hamımıza bunun  səbəbini  bilmək maraq­
lıdır»,  fasilədə isə onun belə davranışının  səbəblərini  aydınlaşdır­
mağa çalışmaq lazımdır.
7. 
Marağı  olmayan  həmsöhbət 
Söhbətin  mövzusu  onu  qə­
tiyyən  maraqlandırmır.  O,  bütün  söhbət  müddətini  «yatmaq»  is­
təyərdi.
91


Bu səbəbdən aşağıdakı işləri görmək lazımdır:
•  Ona  məlumatlandıncı  xarakter  daşıyan  suallar  verməklə 
söhbətə cəlb etmək;
•  Onun  nəzər  nöqtəsini  aydınlaşdırmağa  çalışarkən,  cavabı 
«hə», yaxud «yox» olacaq suallar verməkdən çəkinmək;
•  Ona söhbətin mövzusu ilə bağlı özünü daha məlumatlı hesab 
etdiyi  sahələrdən suallar vermək;
•  Şəxsən  onu  nələrin  maraqlandırdığını  aydınlaşdırmağa  səy 
göstərmək.
8. 
İddialı adam 
Belə həmsöhbət tənqidə dözümsüzdür.  O nə 
birbaşa,  nə  də  dolayısı  ilə  deyilən  tənqidi  qəbul  etmir.  O  özünü 
başqalarından yüksəkdə duran adam sayır və belə də davranır.
Ona münasibətdə mövqeyinizin əsas ünsürləri aşağıdakılardır:
•  Ona qonaq rolu oynamağa imkan vermək olmaz;
•  Vaxtaşırı müzakirə edilən məsələ ilə bağlı  söhbət iştirakçıla­
rından hər birinin ayn-aynlıqda fikrini  soruşmaq lazımdır;
•  Həm  söhbətdə iştirak edənlərin,  həm  də etməyənlərin ünva­
nına heç bir tənqidi fikrin səslənməsinə yol verməmək;
•  Onun  «ümumiyyətlə»  tərzinə  görə  qıcıqlanmamaq.  Yadda 
saxlamaq  lazımdır  ki,  sizin  məqsədiniz  -  söhbətin  «burada»  və 
«indi»,  əməli  surətdə keçirilməsidir;
•  Müəyyən  zamana  qədər  onunla  razılaşmaq  lazımdır,  bu 
onun  sizin  əleyhinizə  çıxmaq  arzusunu  azaldacaq  və  əks  dəlillər 
gətirməsinin qarşısını  alacaq.  Bu  halda:  «Siz tamamilə haqlısınız. 
Nəzərə almısımzmı ki?..» kimi ifadələrdən istifadə edilməlidir.
9.
 
«Nə üçün»çü 
Adama elə gəlir ki, bu həmsöhbət yalmz sual­
lar vermək üçün yaranıb. Bu sualların real əsası varmı, yoxsa onlar 
uydurmadırmı  - bunun heç bir əhəmiyyəti yoxdur.  O,  sadəcə  ola­
raq soruşmaq həvəsi ilə alışıb-yanır.  Belə həmsöhbətlə necə rəftar 
etməli?
Bu halda aşağıdakı tədbirlər kömək edə bilər:
•  İnformasiya  xarakterli  suallara  həmin  an,  yerindəcə  cavab 
vermək;
•  Qrup  halında  söhbət  zamanı,  onun  mövzuya  aid  suallarının 
cavablandırılmasına bütün iştirakçıları  cəlb etmək;
92


Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə