düşməsi mühümdür. Məs., təcrübəli bir müəllim öz xatirələrində
yazır ki, tələbələrimdən birinin kimya elminə çox maraqsız oldu
ğunu hiss etmişdim. Danlamaq, onu düz yola dəvət etməklə bağlı
nəsihətlər heç bir fayda vermirdi. Tələbənin dərsləri oxumaması,
hətta kimya dərslərinə gəlməməsi faktları çoxalarkən gizli yollarla
onun hobbisini öyrəndim. Məlum oldu ki, tələbə stolüstü tennislə
çox maraqlanır. Mən növbəti dəfə tələbə ilə görüşə “təsadüfən”
stolüstü tennis raketkalan ilə getdim və bu, oğlanda xüsusi ma
raq oyatdı. Biz tennis barədə geniş polemikaya girişdik, yeri
gəlmişkən qeyd edim ki, mən bu söhbətə hazırlaşmaq üçün xey
li məlumat toplamalı olmuşdum. Tennis ətrafında söhbət mənim
tərəfimdən yavaş-yavaş elmə, təhsilə, kimya sahəsinə yönəldildi
və nəticədə tələbə tədricən kimyanı da sevməyə başladı, mənim ən
yaxşı tələbələrimdən birinə çevrildi.
Eyni maraqlara malik olan insanların fikirləri çox zaman baş
qa məsələlər və onların qiymətləndirilməsində də üst-üstə düşür.
Müzakirə mövzusu olmayan, lakin hər iki tərəfi maraqlandıran
məsələlərlə bağlı söhbət zamanı müvəqqəti olaraq həmsöhbətlərin
ictimai vəziyyətləri, mövqelərindəki fərqlər aradan qalxır. Sonra
isə məhz bu, digər mövqelər arasındakı məsafənin qısalmasına
yardım edir.
Beləliklə, II mərhələnin məqsədəmüvafıqliyi birləşmə üçün
ilkin əsas (ilkin birlik) yaratmaqdan ibarətdir, sonra isə ümumi və
hər kəs üçün cəlbedici olan məsələlərdən çıxış edərək, müəyyən
müddət ərzində tərəf-müqabillər üçün paralel irəliləmək mümkün
olacaq.
Ünsiyyətin II mərhələsi üçün qarşıda duran vəzifələri aşağıda
kı kimi müəyyənləşdirmək mümkündür: mülahizələrin qurulması,
tərəfdaşla ümumi maraqlara aid məsələlərdə razılığa gəlinməsi,
onu həyəcanlandırmaq, onun davranışının xüsusiyyətləri ilə tanış
olmaq. Ümumi maraq mövzusu həm meyar, həm təşkilatçı, həm də
söhbətin əsası rolunu oynayır.
II mərhələnin mexanizmləri
Müəyyən bir əşya, yaxud möv
zuya olan maraq ona görə mühümdür ki, o, həmsöhbətin şüuru
nu bütünlükdə əhatə edir. Mövzunun müsbət emosional ahəngi
96
tərəfdaşınızın söhbəti davam etdirməyə, mövzunu dərinləşdirməyə
səy göstərməsinə xidmət edir. Eyni zamanda, həmsöhbətinizin şü
uru onu maraqlandıran məsələyə «bənd olub», ona aid olmayan,
inkişafına xidmət etməyən nə varsa, hamısını diqqət mərkəzindən
uzaqlaşdınr.
Qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində həm də eyni
maraqlar ətrafında birləşmiş insanların, adətən, eyni cür düşünməsi
əhəmiyyətli rol oynayır, çünki bu, münasibətlərin qaydaya salınma
sını asanlaşdırır. Burada diqqətin yalnız bir ümumi maraq ətrafında
birləşməsi də prinsipial məsələdir. Bu halda siz tərəfdaşınıza
nisbətən hər hansı üstünlüyünüzü (məsələn, əlavə məlumata malik
olmağınızı) nümayiş etdirməməlisiniz, həmsöhbətinizdən məlumat
alarkən qeyri-fəal mövqe tutmağın vacibliyi də buradan irəli gəlir.
П mərhələnin taktik üsulları
Sizin П mərhələdə istifadə et
diyiniz bütün taktik üsullar duyğuların qüwətləndirilməsi, yaxud
tərəfdaşın diqqətinin digər problemlərə yönəlməsinin qarşısının
alınması məqsədilə, ümumi maraqlara aid söhbətlərin fəallaşmasına
yönəldilməlidir. Aşağıdakı üsulları nümunə göstərmək mümkündür:
«Artma» üsulu. Bu və ya digər mövzuda söhbətin lap başlan
ğıcında özünüzü söylənilən müddəalara və fikirlərə laqeyd kimi
göstərə bilərsiniz; bu, tərəfdaşınızın hər hansı mülahizəsi ilə ciddi
şəkildə maraqlanmağa başladığınız ana qədər davam edə bilər. Son
ra isə ünsiyyət prosesində marağınızın artdığını nümayiş etdirin.
«Təfsilatı ilə» üsulu. Bu üsul həmsöhbətinizin şərhində ən ki
çik detallara belə maraq göstərdiyinizi sözlə ifadə etməyinizdə,
həmçinin söylənənlərin şərh olunmasını xahiş etməyinizdə əks
olunur.
«Keçirmə» üsulu. Bu üsuldan istifadə zamanı ümumi müzakirə
mövzusu kimi qəbul edilmiş məsələyə tez-tez başqa problemin ay-
n-ayn ünsürləri daxil olur, siz də həmsöhbətinizi həmin ünsürlərə
«keçirirsiniz». Bu, əsas mövzu ilə bağlı meydana çıxan gərginlikləri
istənilən başqa mövzu üzərinə keçirmək üçün imkan yaradır.
II mərhələnin əlamət və göstəriciləri:
a) hər iki tərəf üçün
eyni dərəcədə məqbul olan bir mövzunun tapılması (əsas əlamət);
b) zaman-zaman eyni mövzuya qayıdılması; c) ümumi söz və ifadə
97
fondunun meydana gəlməsi; ç) inkişaf edən maraqlar dairəsində
və hər iki tərəfi maraqlandıran məsələ ilə bağlı keçirilən söhbət
zamanı ayrı-ayrı ifadə və söz birləşmələri ixtisar olunur (əməli ola
raq, bəzi ifadələrin yalnız başlanğıcını söyləmək kifayət edir ki,
həmsöhbətiniz onu davam etdirə bilsin); f) bu mövzu üzrə məlumat
axını qəflətən yada düşən xatirələr xarakteri alır.
II m ərhələnin nəticələri Qarşılıqlı anlaşmanın yaranması hə
mişə ünsiyyət və yaxınlaşmaları davam etdirmək arzusu doğurur,
gələcəkdə mümkün qarşılıqlı fəaliyyət sahəsini genişləndirmək
üçün ilkin «dayaq məntəqələri» yaradır.
Eyni bir maraqla bağlı müntəzəm ünsiyyət gələcəkdə davam
edə biləcək ilkin qarşılıqlı fəaliyyətə yardım göstərir (əməkdaşlıq
tipi üzrə). Bu üslubun söhbətin digər mövzularına da keçməsi üçün
zəmin və imkanlar əmələ gəlir.
I I I m ərhələ Ünsiyyətin prinsiplərinin müəyyən edilməsi. III
mərhələnin əsas vəzifəsi ünsiyyətin fərdi prinsipləri haqqında mə
lumat mübadiləsi və tərəfdaşlarınızın əsas və qiymətli keyfiyyət
lərinin seçilməsindən ibarətdir.
Həmsöhbətinizin ünsiyyətin prinsipləri kimi təqdim etdiyi hər
şey (namusluluq, düzlük və s.) sizin tərəfinizdən qəbul edilməlidir.
Bu onda təkcə indi sizin tərəfinizdən söylənilən prinsipləri (və si
zin bəyan etdiyiniz şəxsi keyfiyyətlərinizi) yox, həm də sizin son
radan söyləyəcəklərinizi qəbul etməyə hazır olmaq fikrini forma
laşdırar. Bununla da, tədricən qəbul edilənlik mövqeyi sabitləşər.
Ш mərhələdə tərəfdaşımzla münasibətlərinizin bir sıra müsbət
və mənfi amilləri olacaq.
M üsbət amillər.
a) hamı üçün qəbul edilə bilən ən ümumi prinsiplərin («Mən
üzüyolayam», «həmişə müzakirələrə hazıram», «düşünürəm ki,
hər halda, hər şey qaydasına düşəcək», «mən sözü üzə deyənəm»,
«belə hesab edirəm ki, sərt danışmaq lazım deyil, insanlar inciyə
bilər» və s.) təklif edilməsi;
b) insandan gözlənilən keyfiyyətlərlə üst-üstə düşən keyfiy
yətlər nümayiş etdirmək; əgər danışan dinləyənə xoş olan fikirlər
səsləndirirsə, onların başqasına təsir qüvvəsi artır;
98
Yüklə Dostları ilə paylaş: |