Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə33/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   124

Neqativ keyfiyyətlərin nümayişinin «ləngidilməsi» və gizlədil­
məsi  onunla  nəticələnir  ki,  onlar  bu  dövr  üçün  «söndürülür»  və 
ünsiyyətdə heç bir rol oynamır.
III  mərhələnin  nailiyyəti  ilkin  «qarşılıqlı  anlaşmanın  hiss 
edilməsi»  olmalıdır.  Həmsöhbətiniz belə  hesab  edir ki,  sizin  key­
fiyyətlərinizi,  ya  da,  heç  olmazsa,  arzularınızı  başa  düşür və  eyni 
zamanda,  özünün də başa düşüldüyünü «hiss edir».
Siz və tərəfdaşınız həmsöhbətin şəxsi keyfiyyətlərini  qəbul  et­
mək  imkanını  əldə  etməyə  başlayırsınız.  Məhz  bu  da  ünsiyyətin 
fəallaşmasına səbəb  olur.
IV  mərhələ 
Ünsiyyət üçün  təhlükəli olan keyfiyyətlərin aşka­
ra çıxarılması. Adətən, hər bir insanın başqalarından gizlətdiyi bir 
sıra xüsusiyyətləri  mövcuddur.  Gizlətmənin  səbəbləri  müxtəlifdir. 
Onları  nəzərə  almaq  lazımdır  ki,  münasibətləri  qurarkən  düzgün 
istiqamət  götürmək  mümkün  olsun.  Bəzi  keyfiyyətləri  ünsiyyət 
üçün  təhlükə  törədəcəklərindən  çəkinildiyinə,  digərlərini  -   sosi­
al  baxımdan  bəyənilmədiklərinə  görə  (paxıllıq,  biclik,  yaltaqlıq, 
xainlik və  s.) gizlədirlər.  Lakin  insamn  hamıya göstərməkdən ya­
yındığı  xüsusiyyətləri  sırasında  elələri  də  var  ki,  o,  bunları  özü­
nün  «zəifliyi»  sayır  və  nümayiş  etdirmək  istəmir.  Bəzən  çətin, 
yaxud  qorxulu  vəziyyətlərdə  baş  verən  davranışlarla  əlaqədar 
olan  keyfiyyətlər,  məsələn,  qətiyyətsizlik,  yaxud  qorxaqlıq  baş­
qalarından  gizlədilir.  Bəzən  münasibətlərin  inkişafına  mane  olan 
keyfiyyətləri (məsələn, inamsızlıq, şübhəlilik) də ört-basdır edirlər, 
çünki onlar ya ətrafdakı insanların mənfi münasibəti ilə (əhəmiyyət 
verməmək,  yuxandan-aşağı  baxmaq,  nifrət  və  s.)  bağlıdır,  ya  da 
digər şəxsin əzilməsi (aqressiv davranış,  avtoritarlıq) üçün istifadə 
olunur.
Ünsiyyətin I V  mərhələsinin əsas vəzifələri -  əvvəlki  mərhələ­
lərdə  aşkara  çıxanlmamış  olsa  da,  insana xas  olan  keyfiyyətlərin 
axtanşı. Onlar əvvəllər sıxıldığı, tam şəkildə nümayiş etdirilmədiyi, 
yaxud, birbaşa gizlədildiyi, qarşılan alındığı üçün aşkara çıxmadı­
ğına görə, onlan üzə çıxarmaq lazımdır.
Digər  vəzifə  bütün  başqalanna  nisbətdə  daha  təhlükəli  olan 
keyfiyyətlərin  gücünü,  onlann  meydana  çıxmasının  mümkünlük
102


dərəcəsini, həmçinin bu keyfiyyətlərin yararlı olacağı vəziyyətlərin 
əhatə dairəsini müəyyənləşdirməkdən ibarətdir.  Beləliklə,  konkret 
keyfiyyətlərin konkret vəziyyətlərdə meydana çıxmasının öncədən 
müəyyənləşdirilməsi təmin edilmiş olur.
I V  
mərhələnin  müsbət  amillərinə  aşağıdakıları  a id   etmək 
mümkündür:
a)  diqqətinizin  tərəf-  müqabilinizin  artıq  müəyyən  edilmiş, 
yaxud  yeni  meydana  çıxmış  keyfiyyətlərində  cəmləşdirməməyə 
yönəlmiş olması;
b) həmsöhbətinizin meydana çıxmış mənfi  keyfiyyət və emo­
siyalarının sizin tərəfinizdən tənqid edilməsi meylinin olmaması;
c) niyyətlərinizin qismən açılmış olmasının sabit münasibətlərin 
qorunub  saxlanması üçün əhəmiyyətinin dərk edilməsi;
ç) sizin də bəzi mənfi keyfiyyətlərinizin aşkara çıxacağına ha­
zır olmaq.
M ənfi amillər:
a)  Sizin  davranışınız  «keyfiyyətləri  öyrənməyə  çalışmaq» 
kimi  qiymətləndirilə bilər;
b) manevr etmə (keyfiyyətlər haqqında birbaşa suallara verilən 
boyunqaçıncı  cavablar, «başdan-başa suallar»);
c) həmsöhbətinizin mənfi keyfiyyətlərinə dair birbaşa verdiyi­
niz  suallar  (əvvəldə  bunlar  «ayağına  yazma»,  «boynuna  qoyma» 
kimi  qiymətləndirilir).
IV 
mərhələnin mexanizmləri keyfiyyətlərin aşkara çıxarılması­
nı təmin edən və onların qüvvəsini yoxlamaq imkanı verənlər kimi 
iki yerə bölünür. Məsələn,  əvvəllər sizin həmsöhbətiniz tərəfindən 
«təmkinlilik»  kimi  qələmə verilən  keyfiyyətin  onun  davranışında 
real şəkildə müşahidə olunan keyfiyyətlə müqayisə edilməsi.  Əgər 
bu  keyfiyyət  sizin  müşahidə  etdiyinizlə  uyğun  gəlirsə,  deməli  o, 
heç  nəyi  gizlətməyib.  Başqa halda,  «özündən çıxmalar»  və  qəzəb 
partlayışları  sizə əvvəllər iddia edilən təmkinliliyin real  olmadığı­
nı,  həmsöhbətinizin  hansısa  daha təhlükəli  keyfiyyətini  (məsələn, 
aqressivlik) bu ifadə altında ört-basdır etməyə çalışdığını göstərir.
Beləliklə, eyni bir keyfiyyətin müqayisəsi nəticəsində müxtəlif 
hərəkətlər əsasında razılaşdırılma, yaxud razılığın əldə edilməməsi
103


qeydə  alınır.  Bir  qayda  olaraq,  qarşılıqlı  müqayisə üçün  material, 
bir tərəfdən, əvvəllər məlumat verilən keyfiyyət, digər tərəfdən isə 
tərəfdaşın  nitq  davranışının xüsusiyyətləri,  intonasiya,  mimika və 
jestlərdən istifadəsi  ola bilər.
Ünsiyyətin  IV  mərhələsi  sizdən  aşağıdakı  prinsiplərə  əməl 
olunmasını tələb edir:
Təşəbbüs  prinsipi.  Həmsöhbətinizdən  məlumat  gözləmədən 
özünüz zəif cəhətləriniz və  şəxsiyyətinizin zəif cəhətləri  haqqında 
məlumat verməyə hazır olduğunuzu nümayiş etdirməlisiziniz.
Səmimilik prinsipi.  Müəyyən  münasibətlərin  qurulmasından 
sonra siz səmimi olmağa hazır olduğunuzu nümayiş etdirməlisiniz.
Ekvivalentlik prinsipi.  Həmsöhbətinizin  özü  haqqında  verdi­
yi  məlumatlar  qədər  və  eyni  həcmdə  özünüz  haqqında  məlumat 
verməlisiniz.
Digər mərhələlərdən  fərqli  olaraq,  bu  mərhələdə  sizin  şübhə­
lənməyinizə  və  etiraz  etməyinizə  icazə  verilir.  Mübahisələr  mü­
nasibətlərin zəruri fonunu yaradan normal hadisə hesab  edilir.
Ünsiyyətin IV mərhələsində:
a) mübahisə etmək,  amma qınamamaq;
b)  məlumatın  məzmununun  xüsusiyyətlərindən  çox  məlumat 
faktının özünə böyük əhəmiyyət vermək (keyfiyyətin istənilən aş­
karlanmasını möhkəmləndirmək);
c)  daim  sizin  özünüzün  həmsöhbətinizə  etibar  etdiyinizi  nü­
mayiş  etdirmək,  bütün  danışılanların  kimsəyə  ötürülməyəcəyinə, 
yalnız ikinizin arasında qalacağına inam nümayiş etdirmək,
ç) mübahisə yarandığı halda, onu həmin anda kəsmək olar.
Əgər  sizin  ünsiyyət  üzrə  tərəfdaşınız  mülahizələrini  söylə­
məyə can atmırsa,  psixoloji  üsullar tətbiq etmək mümkündür.  La­
kin  əw ləcə bunun başvermə  səbəbini  aydınlaşdırmaq  olar.  Həm­
söhbətiniz  sizin  tərəfinizdən  bəyənilməyəcəyindən,  yaxud  pis 
dəyərləndiriləcəyəindən  çəkindiyinə  görə  açıq  danışmaya  bilər. 
Bəs tərəfdaşınızı  fikirlərini  aşkar söyləməyə  nə,  hansı  üsullar hə­
vəsləndirə bilər?
«Şübhələrin söylənilməsi»  üsulu.  Bu üsulun  mahiyyəti  ondan 
ibarətdir ki,  həmsöhbətinizin bəzi  mülahizələrini  siz o an,  deyilən
104


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə