3. Dinləyicilərlə vidalaşın.
Təbrik (təntənəli) nitqi təntənəli səbəblə əlaqədar emosio
nal ifadələrdir; onun məqsədi bayram əhval-ruhiyyəsi yaratmaq,
dinləyicilərin qəlbini isindirməkdir. Deməli, belə nitqin hazırlan
ması zamanı biz özümüzdən soruşmalıyıq: bu bayram zamanı
dinləyiciləri nə düşündürür? Bayram nitqi o zaman inandırıcı olur
ki, orada «poeziyanın nəfəsi» olsun. Təntənəli nitqin ən çox rast
gəlinən növü yubiley (fəxri) nitqidir.
Yubiley nitqinin iki növü mövcuddur: hansısa əlamətdar tarixə
- müəssisə, yaxud təşkilatın ildönümünə həsr olunmuş nitq, yaxud
cəmiyyət qarşısında xidmətləri olan şəxsiyyətin şərəfinə söylənilən
nitq. Hər iki nitq bayram xarakteri daşıyır və təntənəlidir. Bunun
la yanaşı, onlar müəyyən dərəcədə yekunlaşdıncı xarakter daşıyır.
Əlbəttə, bəzən təşkilatın bayramına həsr olunmuş yubiley nitqi sırf
işgüzar xarakterli olur, bu halda o, siyasi nitqdən az fərqlənir.
Əməkdar xadimin şərəfmə yubiley nitqi yantəntənəli və dost
luq şəraitində söylənilir, bir qayda olaraq, tərif xarakteri daşıyır.
Bu nitq yubilyara hörmət və ehtiram ifadə edir, onun ünvanına xe
yirxah hiss və arzularla zəngin olur.
Belə nitqin əsas üstünlüyü zarafat, yumor, yubilyann xasiy
yətinin dəqiq təsviri, onun həyatının mühüm anlarının xatırlan-
maşındadır. Bütün bunlar çox zaman təbriklərin, kollektiv təbrik
məktublarının, hətta xüsusi olaraq bu məqsədlə yazılmış şeirlərin
oxunması ilə müşahidə olunur.
Ekspromt, improvizə edilmiş, səmimi nitqlər xüsusilə xoş təsir
bağışlayır. Və əksinə, əvvəlcədən yazılmış, yaxud əzbərlənmiş
«nitq» təəssüf hissi doğurur.
İncəsənət xadiminin ünvanına söylənən yubiley sözləri zara
fatyana improvizə ilə, aktyorların kollektiv səhnələşdirilmiş çıxış
ları ilə, solo mahnı ifası ilə, bəzən balet nömrəsi ilə müşayiət oluna
bilər. Burada gözəl nitq üzvi şəkildə incəsənətin digər növləri ilə
birləşir və bədii tamaşanın bir hissəsinə çevrilir.
Əməkdar xadimin şərəfmə söylənilən yubiley nitqi üçün belə
bir plan təklif edilə bilər: salamlama; nitqin söylənilməsi üçün
səbəb; yubilyann həyat yolunun əlamətdar mərhələləri; onun
153
şəxsiyyətinin ən maraqlı cəhətlərinin; müsbət keyfiyyətlərinin
vurğulanması; müvafiq nümunələrin göstərilməsi; yubilyann hə
yatındakı hadisələr haqqında onun öz çıxışları ilə müşayiət olu
nan məlumatın verilməsi; yubilyann fəaliyyətinin əhəmiyyətinin
xülasəsi; minnətdarlıq ifadələri; gələcək haqqında xoş arzular.
Çox zaman bayram nitqlərinin söylənilməsi zamanı «sonsuz
növbə» yaranır. Beşinci və ondan sonrakı təbrik nitqini söyləyən
natiqin yalnız qısa, əyləncəli çıxışı uğurlu ola bilər.
M dzarüstü (xatirə,) nitq. Dünyadan köçmüş insana həsr olun
muş bu nitqlər həmişə qiymətləndiriri xarakter daşıyır. Kədərlə
dolu, bəzən hətta faciəli intonasiyaya malik belə nitqlər həmişə
təsirli olur. Dünyadan köçmüş insan haqqında, bir qayda olaraq,
el arasında deyildiyi kimi, yaxşı sözlər söylənilməsi qəbul edilib-
“Ölənin dalınca danışmazlar” . - «De mortius aut bene, aut nihil»
(Ölülər haqqında ya yaxşı danış, ya da heç danışma»).
İstənilən məzarüstü nitq kədərli olmaqla yanaşı, həm də dünya
dan köçmüş insanın qısaxasiyyətnaməsini verir, onun xoş əməlləri
haqqında danışır, çox zaman yerdə qalanlara onun yanm çıq qalmış
işlərini davam etdirməyi məsləhət görür.
Bir qayda olaraq, belə nitqlər o zaman söylənilir ki, dünya
dan köçmüş insan ictimai həyatda, elmdə, texnikada, incəsənətdə
öz əməksevərliyi, istedadı və namusluluğu ilə böyük bir iz qoyub
getmiş olsun.
Dostun məzarüstü sözü ləyaqətli və sadə olmalıdır. Bu nitqdə
«o, kim olub; bu gün o bizim üçün kimdir?» suallarına cavab ve
rilir. Ən yaxşısı, hədsiz tərifə yol vermədən dünyadan köçmüş in
sanın məziyyətləri haqqında sadə sözlər söylənilməsidir. Sonda
«Quran»dan sitat, yaxud şer parçası söylənilə bilər.
D ini natiqlik - qədim, kütlələrə böyük təsir təcrübəsinə malik
olan natiqlik növüdür. Biz burada daha çox müsəlman dini danı-
şınq.
Dini natiqliyinin əsas növü moizədir. Moizə, bir qayda olaraq,
«mütləq həqiqət»i ifadə etməsinə dair inam üzərində qurulsa da,
dinləyicilərin «həyatın mənası» haqqında düşüncələrini istisna et
mir. Onun ən səciyyəvi xüsusiyyəti əxlaqi-etik nəsihətçilikdir.
154
İnsanlara rəhmdillik, məhəbbət və xeyirxahlıqla dolu olan
moizə insana təsir vasitəsidir. Moizəçi öz fikirlərini dəlillərlə əsas
landırmağa və dəqiqliklə sübut etməyə ehtiyac görmür. O, «Al
lahın sözü» ilə danışır, belə söz isə mədrəsə, məscid qanunlarına
uyğun olaraq «təftiş edilə bilməz».
İstənilən şəkildə həqiqi biliyə can atmaq, hətta «lazımsız ma
raq göstərmə» həmişə şəriət tərəfindən pislənmişdir. Bu səbəbdən
də, istənilən dini moizə, hər şeydən əvvəl, kor inam və hər şeyin
«Allahın əlində olması» fikri üzərində qurulur.
Əvvəlcədən düşünülmüş, məsciddəki dindarların emosional
cəhətdən oyanmasına, bəzən həm də təxəyyülünə hesablanmış
moizə dini mərasim zamanı oxunur. Hərəkətlər dayanır, azan, na
maz və digər ayinlər kəsilir, minbərdə ruhani şəxs görünür və öz
«sözünü» söyləməyə başlayır.
Dini ritorika, həmçinin ümumiyyətlə ilahiyyat məzmunlu
nitqlər üçün dinin bilik üzərində üstünlüyü səciyyəvidir. Lakin
məscid, mədrəsə özünün nəsihətverici-təbligedici fəaliyyətində
artıq insanı əhəmiyyətsiz hesab etmir, əksinə, onu hansısa şəkildə
yüksəltməyə çalışır. Ruhani-natiq müasir elmlə dini inamın birli
yi haqqında danışır. Dünyəvi sevincləri inkar etməyən dini ritori
ka, eyni zamanda, «göylər»i yada salaraq, dindarlann nəzərlərini
səmalara yönəldir.
Dini natiqliyin həmçinin, dini universitetlərdə və akademiya
larda mühazirələr, məscidlərdə m üxtəlif ilahi problemlərə, bu və
ya digər dini göstərişlərin şərhinə və s. həsr olunmuş nitqlər və b.
növləri də mövcuddur. Bunlarda formal məntiqin qanunlarına əməl
edilməsi, səslənən sözlərin dəqiq seçilməsi və natiqlik sənətinin
ünsürlərini də görmək mümkündür.
Ruhlandırıcı nitqin yaradılmasının aparıcı prinsipləri aşağıda
kılardır:
1.
Təmkinli coşqunluq prinsipi. Ruhlandıncı nitq insanın his
lərinə istiqamətləndiyi üçün, onlann ifadəsində səmimi, təmkinli
və ləyaqətli olmalıdır; hədsiz emosionallıq, sentimentallıq nitqin
intonasiyasım qeyri-səmimi edir, natiq isə dinləyicilərin gözündə
ləyaqətini itirir.
155
Yüklə Dostları ilə paylaş: |