Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə105/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   124

Bütün bunlar ünsiyyətin kommunikativ texnikası  olmadan hə­
yata  keçirilə  bilməz.  Ona yiyələnmə  səviyyəsi  işçinin  peşəyə ya- 
rarlılığının ən başlıca göstəricisidir.
Başqa sözlə, peşəkar işçi  aşağıdakıları bacarmalıdır:
•  Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
•  Ünsiyyəti təşkil etməyi;
•  Şikayət və ərizələri araşdırmağı;
•  Ünsiyyətin  bacarıq  və  üsullarına,  taktika  və  strategiyasına 
yiyələnməyi;
•  Danışıqlar aparmağı,  işgüzar müşavirəni idarə etməyi;
•  Münaqişələrin qarşısını  almağı və onları həll  etməyi;
•  Sübut etməyi və əsaslandırmağı, dəlillər göstərməyi və inan­
dırmağı,  razılıq əldə etməyi,  söhbət,  diskussiya,  dialoq,  mübahisə 
aparmağı;
•  Psixoterapiya həyata keçirməyi,  həmsöhbətindəki  stressləri, 
qorxu hissini  aradan qaldırmağı,  onun davranışını idarə etməyi.
Ünsiyyətin  idarə  edilməsinin  sosial-psixoloji  metodları  möv­
cuddur:  yoluxdurma,  təlqinetmə,  təqlidetmə,  inandırma,  dəb, 
məcburetmə.
Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə­
tin təbii  şəkildə və qeyri-iradi  qəbul  edilməsidir.
Təlqinetm ə-  bir  subyektin  başqasına  fəal  surətdə  təsir 
göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin 
mənbəyə  inamın  güclülüyü  və  təlqinedici  təsirə  müqavimətin  ol­
maması  şəraitində baş verir.
Təqlidetmə- bir insan tərəfindən başqa insanın müəyyən davra­
nış nümunəsinin, damşıq tərzinin və s. təqlid edilməsidir.  Təqlidin 
ən  kütləvi  təzahürü  dəbə  uyğunlaşma,  xüsusilə,  geyim,  danışıq 
tərzinin  düşünmədən  təkrarlanması  və  özünü  cəmiyyətin  pərəstiş 
etdiyi  ən m üxtəlif insanlar kimi  aparmaqdır.
İnandırm a  -   bir  insanın  dünyagörüşünün  başqa  birisinin  ba­
xışlar  sisteminə  köçürmək  üçün  edilən  məqsədyönlü  təsir  olub, 
şəxsiyyətin  şüur sahəsinə təsirin  əsas üsuludur.  Onun  məqsədi  in­
formasiyanın  mənimsənilməsi  zamanı  şəxsiyyyətin  təfəkkürünü 
fəallaşdırmaq, inamım formalaşdırmaqdır.
322


İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös­
tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır. 
Bu  təfəkkür formasında  nə  haqdasa  anlayışlar,  ötürülən  informa­
siyaya inam  mövcuddur.  Bütün  bunlar  sadə-dərketmə xarakterinə 
malikdir.
Yalnız  şəxsiyyət  adi  dərketmə  sərhədlərini  aşaraq,  hansısa 
hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, 
onun şüurunda inamlar, yəni  şəxsi mövqe yaranır.
İnandırma insanlara təsir göstərmənin metodu kimi  nadir hal­
larda ayrıca tətbiq  olur.  O,  daim  təqlid  və təlqinetmə ilə  qarşılıq­
lı  fəaliyyət  göstərir.  Bu  anlayışlar  arasında  fərq  ondan  ibarətdir 
ki,  inandırma  insanların  onlara  ünvanlanan  informasiyanı  şüurlu 
surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa­
siyanı  düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna,  auditori­
yanın əhval-ruhiyyəsinə əsaslanaraq,  yaxud  ictimai  fikrin təzyiqi, 
şəxsi dəyərlər sistemi əsasında qəbul  etməsini nəzərdə tutur.
Bu cür psixoloji təsiri  mühazirə dinləyərkən,  kütləvi  teatr,  id­
man  tədbirləri  keçirilərkən  müşahidə  etmək  mümkündür.  Təqlid 
və  təlqinin  yüksək  nəticələrə  malik  olmasını  göstərən  ən  parlaq 
nümunələr dəb və şayələrdir.
Təlqinetmə  daha  mürəkkəb  metoddur.  Bu,  insanın  iradəsinin 
ziddinə  onun  söz,  yaxud  digər  bir vasitə  ilə  lazım  olan  psixoloji 
vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir.
Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə 
zamanı  məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud 
ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu­
rada obraz ( daha dəqiqi -  obyekt)  informasiyanın dərk edilməsində 
əsas  rol  oynayır.  Təlqinetmə  zamanı  isə  məqsədə  çatma  bilavasitə 
emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
M dcburetmə -  əvvəlki metodlarla müqayisədə insanlara təsirin 
ən  zorakı  üsuludur,  çünki  insanları  öz  arzu və inam lanm n  əksinə 
getməyə məcbur etməyi  nəzərdə tutur.
Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün ar­
zuolunmaz nəticələrdən  qorxmaq dayanır.  Etik baxımdan məcbu- 
retməni yalnız müstəsna hallarda,  məsələn,  məsələ hüquqi  qayda-
323


lann,  yaxud  cəmiyyətin  əxlaq  normalarının  pozulmasına  qədər 
gedib çatdığı halda haqlı  saymaq olar.
Ünsiyyət  prosesində  inandırma,  təlqinetmə,  təqlidetmə  və 
məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi ki­
mi  tətbiq  olunur.  Rəhbər  işçi  yığıncaqların,  m üxtəlif kütləvi  gö­
rüş  və  müşavirələrin  keçirilməsi  zamanı  onlardan  ağılla  istifadə 
etməyi bacarmalıdır.
Ünsiyyət üslubuna təsir göstərən am illəri nəzərdən keçirək:
1.  Auditoriyanın tərkibi. Burada onun mədəni-təhsil, milli, yaş, 
psixoloji və peşəkarlıq keyfiyyətlərini  səciyyələndirən hər bir məsə­
lənin nəzərə alınması vacibdir. M üxtəlif auditoriyalar yaxşı kommu­
nikasiya təsirinin əldə edilməsi üçün xüsusi yanaşma tələb edir.
2.  Çıxışın materialının məzmunu və xarakteri. Məsələn, peşə­
kar fəaliyyətin  aktual  məsələlərinin işıqlandırıldığı  çıxışda avtori­
tar intonasiya,  sərt mülahizələr  yolverilməzdir.İnsanlara daha çox 
inam  nümayiş  etdirmək,  çıxış  prosesində  onlarla məsləhətləşmək 
lazımdır.  Bu zaman dostyana şəkildə fikir mübadiləsi, biliklərinizi 
qarşılıqlı  surətdə  zənginləşdirmək  arzusunun  açıq  göstərilməsi 
kommunikativ ünsiyyətin etibarli variantıdır.
3.  Çıxış  edənin  öz  şəxsi-işgüzar  keyfiyyətlərini,  insanlara  şərh 
etmək  istədiyi  problemlərə  peşəkar  bələdliyini  obyektiv  şəkildə 
qiymətləndirməsi. Elmi-iqtisadi və əməli hazırlığım qiymətləndirərkən 
nə çox yüksəyə qalxmaq, nə də olduqca aşağı enmək lazımdır.
Şəxsi  kommunikasiya  keyfiyyətlərini  tənqidi  şəkildə  qiymət­
ləndirmək  lazımdır.  Çıxış  edən  ünsiyyət  texnikası  üzərində  ciddi 
düşünməli, ünsiyyət prosesində özünü nəzarətdə saxlamalıdır.
İşgüzar ünsiyyətin bir neçə növü mövcuddur:
•  Mentorçu - öyrədici, nəsihətamiz;
•  Ruhlandırıcı  -  insanları  ruhən  yüksəldən,  onlara öz mənəvi 
qüvvələrinə və şəxsi keyfiyyətlərinə inam aşılayan;
•  Qarşıdurma  yaradan  -   insanlarda  etiraz  etmək,  razılaşma­
maq arzusu doğuran;
•  İnformasiya verən- dinləyicilərə müəyyən məlumatların ve­
rilməsinə,  onların yaddaşında hansısa biliklərin  bərpa  edilməsinə 
yönəldilən.
324


Yüklə

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə