rülməsi vasitəsi kimi duruş tərzi, jestlər, mimikalar, intonasiya, ba
xışlar, ərazidə yerləşmə və s. çıxış edir.
İşgüzar ünsiyyət m üxtəlif üslublarda həyata keçirilə bilər.
Ünsiyyətin üç əsas üslubunu fərqləndirirlər:
• mərasim - burada tərəf-müqabillərin əsas vəzifəsi sosium-
la əlaqələrin saxlanması, cəmiyyətin bir üzvü kimi özü haqqında
anlayışların möhkəmləndirilməsindən ibarətdir. Mərasim ünsiyyə
tində tərəfdaş sosial, peşə, şəxsiyyət rolundan asılı olmayaraq yal
nız zəruri atributdur, burada onun fərdi xüsusiyyətləri əhəmiyyətli
deyil;
• manipulyativ (vasitə) - bu halda tərəfdaşa xarici məqsədlərə
çatma vasitəsi kimi baxılır. Peşə vəzifələrinin böyük çoxluğu məhz
manipulyativ ünsiyyəti nəzərdə tutur. Mahiyyəti etibarilə, istənilən
təlim, inandırma, idarəetmə həmişə manipulyativ ünisyyəti əhatə
edir;
• humanist - hər iki tərəfdaşın təsəvvürlərinin birgə dəyişdi
rilməsinə yönəldilir, anlaşılma, dərdinə şərik olma, mehribanlıq
kimi insani tələbatların təminatını nəzərdə tutur.
Humanist ünsiyyət, əsasən xaricdən (məqsəd, şərait, vəziyyət,
stereotiplər) yox, daha çox daxildən (fərdilik, əhval-ruhiyyə, tə
rəfdaşa münasibət) determinasiya olunur (qanunauyğunluqlar və
səbəblərdən asılılıq). Bu ünsiyyətdə, başqa növlərə nisbətən, daha
çox fərdilikdən asılılıq aydın görünür.
Tərəfdaş necə varsa, lazım olan və olmayan funksiyalara, mü
hüm və qeyri-mühüm keyfiyyətlərə bölünmədən qəbul edilir. Bu
nunla yanaşı, elə vəziyyət ola bilər ki, nəinki bu ünsiyyət, hətta
onun ayn-ayn ünsürləri də yersiz olar.
Bundan başqa, hər bir insana istənilən şəraitdə onun hərəkətlə
rinə səciyyəvi xüsusiyyətlər verən şəxsi üslubu, yaxud davranış və
ünsiyyət modeli xasdır.
Fərdi ünsiyyət üslubu fərdi xüsusiyyətlərdən, şəxsi keyfiy
yətlərdən, həyat təcrübəsindən, insanlara münasibətdən, həmçinin
mövcud cəmiyyət üçün səciyyəvi olan ünsiyyət növündən asılıdır.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: iş
güzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika;
313
işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgü
zar məktublaşma.
İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar
informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar söhbətlərin nəticə
lərinə əsasən qərar qəbul edilməsi, saziş bağlanması vacib deyil.
İşgüzar söhbət bir sıra vəzifələri yerinə yetirir. O cümlədən:
• eyni işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti;
• işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və ope
rativ işlənməsi;
• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqə
ləndirilməsi;
• işgüzar fəallığın stimullaşdınlması və s.
İşgüzar söhbət danışıqlardan əvvəl, yaxud danışıqlar prosesi
nin tərkib hissəsi ola bilər.
İşgüzar danışıqlar - maraqlı tərəflərin ünsiyyəti prosesində ra
zılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar da
nışıqlar həmişə konkret məqsədə malikdir və razılaşma, saziş, mü
qavilələrin bağlanmasına yönəldilir.
Mübahisə - fikirlərin toqquşması, müəyyən bir məsələyə aid
fikir müxtəlifliyi, tərəflərin hər birinin öz nəzər nöqtəsini müdafiə
etdiyi mübarizə. M übahisə disput, polemika, diskussiya və s. for
malarda həyata keçirilir.
İşgüzar müşavirə - problemlərin mütəxəssislər qrupu tərəfindən
açıq, kollektiv müzakirəsi üsulu.
Kütlə qarşısında çıxış - çıxış edən tərəfindən m üxtəlif səviyyəli
informasiyanın nitqin qurulması və natiqlik sənətinin qayda və
prinsiplərinə əməl etməklə geniş auditoriyaya ötürülməsi.
İşgüzar məktublaşma - mətnin xüsusi üsulla ötürülməsi ilə
əlaqədar m üxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adı.
Yuxan təşkilatlardan gələn məktublarda, bir qayda olaraq, gös
tərişlər, xəbərdarlıqlar, xatırlatmalar, izahatlar, sorğular olur. Tabe
təşkilatlar yuxan təşkilatlara məlumatlar və sorğular göndərir. Təş
kilatlar bir-biri ilə xahiş, təklif, təsdiq, məlumat, bildiriş xarakterli
məktub mübadiləsi edir. Məktublaşma işgüzar ünsiyyət forması ki
mi işgüzar və şəxsi-rəsmi növlərə bölünür.
314
İşgüzar məktub - bir təşkilatın adından başqasına göndərilmiş
korrespondensiyadır (məktub). O, kollektivə, yaxud hüquqi şəxs
kimi çıxış edən bir adama ünvanlana bilər.
Belə korrespondensiyaya (məktublaşmaya) kommersiya, dip
lomatik və digər məktublar aiddir. Təşkilatın xüsusi şəxsi tərə
findən xüsusi şəxsə ünvanlanan işgüzar məktub xüsusi rəsmi mək
tubdur. İşgüzar yazışmalar hazırda da bir sıra etik və etiket norma
və qaydalarına əməl etmənin vacibliyini qoruyur ki, onlar belə
məktublaşmalan insaniləşdirərək, dəftərxana xüsusiyyətini məh
dudlaşdırır.
Telefon danışığı. ( burada söhbət məişətimizə son illər sürətlə
daxil olmuş mobil telefonlardan yox, yalnız stasionar telefonlardan
gedir) Telefon insanı çox qüdrətli, yaxud tamamilə hakimiyyətdən
məhrum etməyə qadir olan bir vasitədir. O, çağırılmamış qonaq kimi
xoşagəlməz ola, sizi əsas işinizdən ayıra, evinizdə, yaxud idarənizdə
tamhüquqlu sahibə çevrilə bilər. O, sizin vaxtınızın əsas hissəsini
əlinizdən ala da bilər. Telefon zənginə cavab verərkən siz öz evinizin
qapılarını taybatay açırsınız və ora kefi istəyən hər kəsin daxil olma
sına izn verirsiniz. Heç təəccüblü olmaz ki, belə saymazlıq və kobud
deyilsə, sırtıqlıq telefonu ciddi stresslərə, anlaşılmazlıqlara, müxtəlif
növ çətinliklərə və xoşagəlməzliklərə səbəb edər.
Telefon danışıqları işgüzar həyatda mühüm yer tutur. M ütə
xəssislərin hesablamalarına görə, telefon danışıqlarına iş vaxtının
27 % sərf edilir. Evdə, bəzən işdə, hətta istirahətdə olarkən telefon
la nə qədər işqüzar danışıqlar aparmaq lazım qəlir! Əgər insan tele
fon ünsiyyəti mədəniyyətinə yiyələnməyibsə, danışıq aparmanın
elementar qaydalarını bilmirsə, yaxud onlara əhəmiyyət vermirsə,
bu, onun nüfuzunu əşhəmiyyətli dərəcədə aşağı salar, işgüzar hə
yatına ziyan qətirər, fəaliyyətin səmərəliliyini azaldar.
Məsələni telefon damşıqı vasitəsilə həll etməyin peşəkar baca
rıqlarına malik olmaq həmsöşhbətə və bütün ətrafdakılara xoş təsir
bağışlayır, danışanın nüfuzunu yüksəldir, onun işinin uğuruna kö
mək edir, qarşıya qoyulmuş məsələləri həll etməsinə imkan yaradır.
İşgüzar adamlar telefon danışıqları vasitəsilə zəruri informa
siya mübadiləsi edir, nə haqda isə razılıq əldə edir (görüş, birgə
315
Yüklə Dostları ilə paylaş: |