Vəziyyətin dəyişdirilməsinin zəruriliyinin əsaslandırılması:
vəziyyət niyə dəyişdirilməlidir?
(Səbəblərin gizlədilməsi ilə əsaslandırma).
Vəziyyətin dəyişdirilməsi haqqında təklif: vəziyyəti necə
dəyişdirmək lazımdır?
(Dəyişiklik həyata keçirilərkən fəaliyyətin forması).
Bunlara müvafiq olaraq nitqinizin məqsədini müəyyənləşdirin:
mülahizələrinizlə nəyə nail olmaq istəyirsiniz?
Bu zaman nitq vəziyyətinin meydana gəlmə səbəblərini və
şəraitini, hər şeydən əvvəl isə auditoriyanın tərkibini nəzərə alın.
Özünüzdən şərhin predmeti haqqında nə bildiyinizi soruşun.
Məsələ haqqında əlinizdə olan biliklərinizi qısa tezislər
şəklində kağıza qeyd edin. Əmin olun ki, elə bu mərhələdə çıxış
üçün müəyyən material toplamış olacaqsınız.
Dinləyicilərin bu mövzudan irəli gələn hansı suallarına cavab
verməli olacağınızı dəqiq müəyyənləşdirin.
Dinləyicilər üçün mövzunun dəyərini, onun ictimai və xüsusi
əhəmiyyətini xarakterizə edin.
Özlüyünüzdə işin mahiyyətinə, səbəb və nəticəsinə, nəzəri əsasına
və təcrübə ilə əlaqəsinə, zaman dəyərinə aid suallara cavab verin.
Çıxış üçün çatışmayan materialı toplayın, onun istifadə üçün
nə dərəcədə yararlı olmasını yoxlayın, fıkrinizcə ən mühüm d a n
lan seçin.
Bu mərhələdə mövzu ilə bağlı xüsusi ədəbiyyatdan, internetdən,
sorğu kitabçalanndan, jurnallardan və informasiya xarakterli digər
mənbələrdən istifadə edin.
Əsaslandırmanın mühüm məqamlannı dərindən düşünün.
Dinləyicilərinizin həyat təcrübəsini, peşə bilikləri səviyyəsini
nəzərə alın.
Çıxış üçün yararlı olan materialı əsas tematik komplekslərə
bölməyə çalışın.
Nitqi nədən başlayacağınızı, əsas hissədə hansı mühüm
məsələləri, həm də digər mövqelərin, nəzər nöqtələrinin tənqidi
şəkildə nəzərdən keçirilməsini işıqlandıracağınızı, yekunda nəyi
xüsusi qeyd edəcəyinizi müəyyənləşdirin.
306
Nitqin tezislərini hazırlayın; bu zaman ayn-ayn hissələri icmal
şəklində yerləşdirin.
İmkan daxilində, əsas informasiyanı, sitat və tərifləri bütünlüklə
kağıza yazın. Tezislər əsasında məqsədə nail olmaq mərhələlərini,
məsələn, sualları, ümumiləşdirmələri, əks fikirlərin araşdırılmasını,
fərziyyəni, müxtəlif təkrarlan («başqa sözlə deyilsə») dəqiq göstərin.
Əgər şifahi çıxış vərdişləriniz yoxdursa, siz də özünüzü o qədər
inamlı hiss etmirsinizsə, nitqinizi özünüz üçün ucadan söyləyin
(lakin güzgü qarşısında yox).
Əgər nitqinizi diktofona yazmaq imkanınız varsa, öz nitq
tərzinizi, xüsusilə intonasiyanızı, şərhin sürəti və ritmini, nidalann
(ah, of...) işlədilməsini təhlil edin.
Diqqətinizi nitqin məzmununun əsas məsələlərində cəmləyərək,
çıxış edəcəyiniz materialı yaddaşımzda möhkəmləndirməyə səy
göstərin.
Heç bir halda nitqi əzbərləmək lazım deyil: siz şərhin ana
xəttini itirə bilərsiniz.
307
IX FƏSİL
İŞGÜZAR RİTORİKA
9.1. İşgüzar ünsiyyət mədəniyyəti
Kommunikasiya mədəniyyəti
- insanların işgüzar tərəfdaşla-
nyla psixoloji əlaqə yaratmağa, ünsiyyət prosesində dəqiq qavra
ma və anlamaya nail olmağa, işgüzar tərəfdaşların davranışını
proqnozlaşdırmağa, bu davranışı arzuolunan səmtə yönəltməyə
imkan verən, bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili
sahəsindəki bilik və bacarıqlardır.
Kommunikasiya mədəniyyətinin əsasında ünsiyyətin hamı
tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: hər bir fərd tək
rarsızdır, dəyərlidir. Onlarla münasibətdə nəzakətlilik, ədəblilik,
mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alın
malıdır.
Nəzakətlilik - bu, insanlara, onların ləyaqətinə hörmətli mü
nasibətin salamlaşmada ifadəsidir ki, özünü səsin intonasiyasında,
mimika və jestlərdə göstərməlidir. Nəzakətliliyin əksi - kobudluq
dur. Kobud qarşılıqlı münasibətlər təkcə mədəni səviyyənin aşağı-
lığının göstəricisi yox, həm də iqtisadi kateqoriyadır. Hesablanmış
dır ki, kobud rəftar nəticəsində işçilər əmək məhsuldarlığında orta
hesabla 17 % itirir.
Ədəblilik - özünü istənilən vəziyyətlərdə, xüsusilə də mü
naqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaq
dır. Ədəbli davranış, xüsusilə həqiqətin axtarılmasına həsr edilən
və bu zaman yeni konstruktiv ideyaların meydana çıxdığı, fikir və
əqidənin sınağa çəkildiyi mübahisələr zamanı xüsusilə mühüm
308
dür. Lakin əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla
müşayiət olunursa, adi qovğaya çevrilir.
Mdrifdtlilik də kommunikasiya mədəniyyətinin mühüm tərkib
hissələrindən biridir. Mərifət hissi, əw əla, ölçü, ünsiyyətdə sər
hədləri gözləmək duyğusudur ki, bunlan nəzərə almamaq qarşı
tərəfi incidə, çətin vəziyyətə sala bilər. Mərifətsizlik qarşı tərəfin
xarici görkəmi, hərəkəti, yaxud şəxsi həyatı ilə bağlı başqalarının
eşitdiyi şəkildə söylənilən iradlar, dərdinə şərik olmalar və s. for
mada əks oluna bilər.
Ünsiyyətdə təvazökarlıq qarşı tərəfin qiymətləndirməsinə
təmkinlə yanaşmaq, zövqünə, əqidəsinə hörmət etmək deməkdir.
Təvazökarlığın əksi lovğalıq, açıq-saçıqlıq, ədabazlıqdır.
D əqiqlik də işgüzar münasibətlərin uğurlu olmasında mühüm
əhəmiyyətə malikdir. Həyat fəaliyyətində istənilən formada veril
miş vədlərin və qəbul edilmiş öhdəlilkərin dəqiq şəkildə yerinə
yetirilməsi olmadan işləri idarə etmək çətindir. Qeyri-dəqiqlik çox
zaman əxlaqsız davranışla - yalanla, aldatma ilə yanaşı gedir.
Xeyirxahlıq - bu, hər şeydən əvvəl, birinci olaraq hörmət
göstərmək, başqa adamı narahatlıqdan və xoşagəlməzlikdən xilas
etməkdir.
Kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda
aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
• Empatiyalar - dünyanı başqalarının gözləri ilə görmək, on
lar kimi dərk etmək bacanğı;
• Xeyirxahlıq- hörmət, rəğbət, bəzi hərəkətləri bəyənməsələr
də, insanları başa düşmək bacanğı, başqalanm müdafiə etməyə ha
zır olmaq;
• M ötəbərlik- başqalan ilə ünsiyyət zamanı özü olaraq qalmaq
bacanğı;
• Konkretlik - öz həyəcanlan, fikirləri, hərəkətləri haqqında
konkret damşmaq, suallara birmənalı cavab vermək bacanqlan;
• Təşəbbüskarlıq - «daim irəliyə getmək», təmas qurmaq, fəal
müdaxilə tələb edən vəziyyətlərdə başqalannın nə isə edəcəyini
gözləmədən hansısa işləri başlamağa hazır olmaq bacanqlan;
• Səmimilik - səmimi danışmaq və “düz dolanmaq” bacanğı;
309
Yüklə Dostları ilə paylaş: |