Əgər onun ilkin məqsədi qarşıdurma yaratmaq, opponenti
düşünülməmiş addım atmağa təhrik etməkdirsə, belə dəlildən isti
fadə edilməsi vacib hesab edilə bilər.
Ancaq əslində qarşılıqlı damğalamalar (şərləmələr) və təhqir
lərə əl atmaq təkcə özünə yox, həm də mübahisə mövzusuna hör
mət baxımından yolverilməzdir.
Belə dəlillər mübahisənin davaya çevrilməsinin birbaşa əla
mətidir. Bütün sahələrdə olduğu kimi, polemikada da geriyə dönü
şü olmayan proseslər var. Bu səbəbdən, belə vəziyyətdən çıxmağın
ən səmərəli yolu - təhqirə məruz qalmaq istəmədiyinizə görə mü
zakirələrin dayandırılmasıdır.
Qarşı tərəfin qeyri-qanuni üsullardan istifadəsinin qarşışısının
alınmasına təminat əsaslandırma dairəsinin dəqiq müəyyənləşdi
rilməsi ola bilər.
Qeyri-qanuni üsulların qəbul edilməməsi - onların mübahisənin
səmərəli təşkili qaydalarını, polemika mədəniyyətini, konsensusa
doğru çalışmanı, fikir plüralizmini, müzakirə azadlığını və s. po
zan fəaliyyət və dəlillər kimi qiymətləndirilməsi ilə bağlıdır.
Lakin mübahisə zamanı üsulların seçilməsində məsuliyyət da
şımayan qarşı tərəfin “yersiz” dəlillərinin obyektinə çevrilməmək
üçün opponentlərinizi seçərkən diqqətli olmalısınız. Hər kəslə, hər
şeyə görə mübahisə etmək olmaz.
Aristotel «Topika» (ümumi dəlil, fikri ifadə edərkən ümumi
dəlillərdən istifadə etmək bacanğı) əsərində bununla əlaqədar çox
maraqlı, tam dəqiq tövsiyələr vermişdir. O yazırdı ki, hər qabağına
çıxanla mübahisə etmə, ancaq o adamla mübahisəyə girişmək olar
ki, onun deyəcəyi nalayiq sözlərə görə sonradan xəcalət çəkəcəyi
qədər ağlı olsun ki, o sözləri heç deməsin.
Aristotelə görə, yalnız o kəslə mübahisə etmək olar ki, o, nəsi
hətlərlə yox, dəlillərlə mübahisə edə bilir, qarşı tərəfin dəlillərini
dinləyir.
Nəhayət, o adamla mübahisə etmək olar ki, o, kifayət qədər
ədalətlidir və haqlı olmadıqda, həqiqətin qarşı tərəfə məxsus ol
duğunu gördükdə bunu ləyaqətlə qəbul edə bilər. Aristotelin bu
məsləhətləri bu gün də köhnəlməyib.
294
Əsaslandırmanın ritorik aspekti
Ritorika natiqlik sənətinin
nəzəriyyəsidir. Qədim dövrlərin böyük natiqi M ark Tulli Siseron
natiqin vəzifələrini belə xarakterizə edirdi:
1. Deməyə söz tapmaq.
2. Tapdıqlarını nizama salmaq.
3. Ona söz forması vermək.
4. Hər şeyi yaddaşında möhkəmləndirmək.
5. Düzgün tələffüz etmək.
6. Dinləyicilərin hüsn-rəğbətini qazanmaq.
7. İşin mahiyyətini şərh etmək.
8. Mübahisəli məsələni müəyyənləşdirmək.
9. Öz mövqeyini möhkəmləndirmək.
10. Qarşı tərəfin rəyini təkzib etmək.
11. Yekunlaşdırarkən öz ifadələrinin parlaqlığını, qarşı tərəfin
zəifliyini qabartmaq.
Ritorika natiqin şəxsiyyətinə, onun dilinə, nitqin sürəti və rit-
minə, mimika və jestlərdən istifadəsinə, nitqdə materialın yerləş-
dirilməsinə, ritorik fiqurlara aid çox tələblər işləyib hazırlamışdır.
Ritorikaya uyğun olaraq, materialın yerləşdirilməsi əsas böl
mələrin aşağıdakı sabit sxemi ilə müəyyən olunmalıdır: giriş, əsas
hissə, nəticə.
Girişin məqsədi diqqəti cəlb etmək, əvvəlcədən anlamağa və
fikirlərinə şərik olmağa hazırlamaqdır.
Əsas hissə, adətən, mövzunu zaman ardıcıllığı ilə şərh edən
nəql və mövzunu məntiqi ardıcıllıqla izah edən təhlil hissəsinə bö
lünür. Təhlil həm də isbat və təkzibləri özündə birləşdirir.
Bəzən təhlildən əvvəl sualın qoyuluşu və onun hissələrə ay
rılması aparılır. Ritorikanın tələblərinə müvafiq olaraq nəql nitqin
predmeti haqqında müəyyən ardıcıllıqla söylənilir.
Nəqlə aydınlıq, qısalıq və həqiqətəuyğunluq tələbləri verilir.
Aydınlıq nəqli başa düşülən, təbii şəkildə qurulmuş etməlidir.
Qısalıq nəqli yaddaqalan etməlidir, onun başlıca prinsipi ölçüdür,
yəni zəruri ilə kifayət arasında mövqe tutulmasıdır. Həqiqətə
uyğunluq nəqli inandırıcı etməlidir. Onun əsas prinsipləri yerinə
düşmə və məqsədə müvafiqlikdir.
295
İsbat və təkzibin qarşısında müəyyən prinsip və qaydalara uy
ğun olaraq inandırmaq və əsaslandırmaq vəzifəsi durur.
Burada dəlillərin və əks dəlillərin qruplaşdınlmasım (ən mü
hümlərini əvvələ və axıra, zəiflərini - ortaya), onların inkişafını,
ziddiyyətli olmamasını, dolğunluğunu, kifayətliyini nəzarətdə sax
lamaq tələb olunur.
Nitqin yekunu dinləyicilərin yaddaşında deyilənlərin ümumi
mənzərəsini canlandırmalı, deyilənlərdən nəticə çıxarmağa sövq
etməli, dinləyicilərdə lazımi hissləri oyatmalı, onları müəyyən fəa
liyyətə səsləməlidir.
8.4.Şifahi nitq b acarıqlarının
təkm illəşdirilm əsi
İfadənin düzgün seçilməsi
Fikrin düzgün ifadə olunması üçün
çıxış edən şifahi nitqin xüsusiyyətlərini nəzərə almalıdır, yəni o öz
fikirlərini kommunikativ məqsədə, nitqin predmetinə, həmçinin
konkret vəziyyətə uyğun olaraq aydın və inandıncı şəkildə açıq
lamalıdır.
İnandırıcılıq yalnız natiqin problemi bilməsi ilə yox, həm də
aşağıdakı məsələlərlə izah edilir:
• O, vəziyyəti yaxşıca «tutur» (ilk növbədə öz dinləyicilərinin
təfəkkür tərzini və nitq üslubunu nəzərə alır);
• O, dinləyicilərə öz fikirlərini ən yaxşı şəkildə çatdınr, yəni
onları düşündürməyə nail olur, bunu yaddaqalan, “ikibaşlı” olma
dan və mütləq anlaşıqlı formada edə bilir.
Auditoriya qarşısında öz fikirlərini anlaşıqlı şəkildə şərh etmək
zərurəti dinləyicilərin informasiyanı dərk etməsinin xüsusi şəraiti
ilə əlaqədardır: dinləyici vəziyyətdən asılı olaraq, natiqə və onun
söylədiklərinə (şifahi ünsiyyət forması) oxucunun kitab müəllifinə
olan münasibətindən (yazılı ünsiyyət forması) fərqli münasibət
bəsləyir.
Anlamanı asanlaşdırmaq məqsədilə öz fikirlərinizi kifayət
qədər geniş və ətraflı izah edin. Bu məqsədlə psixoloji və funksi
296
Yüklə Dostları ilə paylaş: |