lakin növbəti kəskin məsələni ortaya atmaqla müzakirənin qərar
qəbul edilməsinə qədər uzanmasına imkan vermir. Başlıca qeyri-
loyal üsul da məhz bu şəkildə rejissorluğa ehtiyac duyur.
Daha incə təxribat tezisin çeynənmiş bir ifadə ilə, adi mülahizə
ilə, adi ifadələrlə əvəz edilməsindən ibarətdir. Yoxsa adi populist
şüarları təxribatdan başqa nə adlandırmaq mümkündür? Bu fəndə
aldananlar ən az müqavimət yolunu tutur, hadisənin səbəblərini
yox, nəticələrini müzakirə edirlər.
Nümayiş əleyhinə dəlillər
(mübahisədə sübutlar) əsaslandırma
və sübut əməliyyatlarının təftişi və onlann həqiqətə bənzər müla
hizələrlə dəyişdirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Bura isbat
da qəsdən yol verilən səhvlər, sofızmlər aiddir. Nümayiş əleyhinə
yönəldilmiş aşağıdakı dəlilləri göstərmək mümkündür.
1. Nümunəvi əməliyyatlar əvəzinə istifadə edilən sofizm və pa-
ralogizmlər. Paralogizm - qəsdən edilməmiş səhvdir. Ondan fərqli
olaraq sofizm - qarşı tərəfi dolaşdırmaq məqsədi ilə buraxılan səhvdir.
Belə üsul üçün əsas dilin xüsusiyyətlərindən (sinonimlik,
omonimlik, amfıboliya, çoxmənalılıq, qrammatik formanın iki
mənalılığı) istifadə, məntiqi yanlışlıq (ardıcıllıqda, müəyyənləş-
dirmədə, eyniləşdirmədə yanlışlıq), təfəkkür, yaxud əməli prinsip
lərin qəsdən dəyişdirilməsi səciyyəvidir.
2. İsbatın uzadılması (kreditlə isbat və təkzib) - belə üsul adətən
isbat əvəzinə «Biz bu fikrin həqiqiliyini isbat etməyəcəyik...», «Biz
yalan olması hamı üçün aşkar olan bu dəlil üzərində dayanmayaca
ğıq», yaxud «Hələlik daha əhəmiyyətli olanları nəzərdən keçirək»
kimi boş ifadələrdən istifadə edilməsində ifadə olunur.
Belə dəlil ikimənalı şəkildə istifadə edilə bilər. Bir tərəfdən,
polemikanın gərginliyi hansısa əsas olana üstünlük verməklə,
ikinci dərəcəli olanları diqqətsiz qoymaq zərurəti yarada bilər. La
kin digər tərəfdən, isbatın uzadılması metodu insanları yanıltmaq
vasitəsi də ola bilər.
3. Yalançı aksiomatik dəlilin əsasında belə bir inam dayanır
ki, əgər hamıya məlum olan nə isə varsa (hamı tərəfindən qəbul
edilən, hamı tərəfindən bəyənilən), deməli bu, həqiqətdir (bu ol
malıdır, buna istənilən şəkildə çalışmaq lazımdır və s ).
291
4.
Qəti şəkildə isbat olunmuş müddəa - yuxarıdakı dəlilin
növlərindən biridir. Əsaslandırmada belə dəlil «müasir elm sübut
etmişdir k i.. . » tipli mülahizələrin köməyi ilə irəli sürülür. Belə bir
dəlil bu gün qəzet səhifələrində daha çox rast gəlinən formada:
«Alimlərin fikrincə, bu hadisə...» şəklində ola bilər. Bel dəlillərin
qarşısına dəqiq suallar, konkret dəqiqləşdirmələrlə çıxmaq lazım
dır və nəticədə, adətən, belə dəlillərin daşı daş üstündə qalmır.
Protokol əleyhinə yönəldilmiş dəlillər mübahisə predmeti üzrə
hər iki tərəfin qəbul etdiyi hökmləri saxtalaşdırmaq məqsədi daşı
yan üsullardan ibarətdir.
Dəlillərin köməyi ilə əsaslandırma sahəsi dəyişdirilir, qarşı
tərəfə onun demədiyi fikirlər aid edilir yaxud əksinə, onun öz te
zisini müdafiə etmək üçün əvvəl dedikləri inkar edilir. Bu qeyri-
qanuni üsula qarşı yeganə əks üsul müzakirə protokolunun dəqiq
aparılmasıdır.
Şəxsiyyətə yönəldilən dəlillər qeyri-qanuni üsulların ən əhə
miyyətli qrupunu təşkil edir.
1.
Dəyənək dəlilləri elə dəlillərdir ki, qarşı tərəf nə isə qor
xunc təhlükə qarşısında onları qəbul etməyə məcbur olur. Belə də
lillərin aşkar mahiyyəti soyğunçunun «pul kisəsi, ya ölüm!» təkli
fində əks olunur. İstənilən hədə dəyənək dəlilinin növlərindən biri
hesab edilir.
Polemikada analoji dəlildən istifadə edildikdə, hədə mübadilə
sinə keçməyin mənası yoxdur. Yadda saxlamaq lazımdır ki, qüvvə
ilə təzyiq hansı yaxşı məqsədlərlə tətbiq edilməsindən asılı olma
yaraq, qarşılığında yalnız əks təsir doğura bilər.
Mübahisədə də, mexanika qanunlarında olduğu kimi, təsir əks
təsirə bərabərdir. Hədə mübadiləsinə çevrilmiş mübahisəni çox pis
vəziyyət yaranmamış kəsmək məsləhətdir. Həyəcanların soyuma
sı zəruridir. Bəlkə də, ağzından hədə qaçırmış opponentə özünə
gəlmək və belə addımın nə qədər yanlış olduğunu görmək imkanı
vermək lazımdır.
Mübahisənin sonrakı mərhələsinə yalnız belə növ dəlillərdən
istifadəni pisləyən konvensiya qəbul edildikdən sonra başlamaq
olar.
292
2. İftira, ifşaetmə cəhdləri - siyasi əsaslandırmalarda geniş
yayılmış dəlillərdən olub, düz yolla mübarizə aparmağı bacarma
yan və “ağına-bozuna baxmayan” opponent tərəfindən istifadə edi
lir. Bu, qarşı tərəfin dəlillərinə olan etibarı qırmaq səyləridir.
Bu zaman müxtəlif ifşaedici şaiyələr, “vicdansız” məlumatlar,
sensasiyalı iftiralar və s. istifadə edilir. İfşa «nə qədər çox şərləsən,
o qədər həqiqətə yaxın olar» (oğru elə bağırdı, doğrunun bağn ya
rıldı) prinsipinə əsaslanılır.
Bu metodikada informasiyanın ağlasığmazlığı qəsdən - şüurlu
surətdə təşkil edilir. Birincisi, ona görə ki, məhz belə informasiya
şok vəziyyəti yaradır, ikincisi isə, qeyri-adi həqiqəti təsdiq etmək
də, inkar etmək də eyni dərəcədə çətindir.
Bu növ dəlillərin əsasında müxtəlif şayiələrin şişirdilməsi durur.
Şayiələr informasiyanın yayılmasının xüsusi, alternativ formasıdır.
Şayiələr «qanunu»nun belə bir formulası mövcuddur: şayiə hadisəni
mühümləşdirərək onu ikimənalılığa çevirmək funksiyasıdır.
Bu «qanun»a görə şayiələrə qarşı çıxmaq, onları təkzib və izah
etmək, gecikmiş ətraflı məlumat vermək yalnız şayiələrin canlan
masına səbəb olur, çünki bütün göstərilən vasitələr bu formulanın
tərkib hissələrindən yalnız birinin - ikimənalılığın aradan qaldırıl
masına istiqamətlənmişdir.
Lakin ikimənalılığı aradan qaldırmaq üçün göstərilən səylər nə
qədər çox olarsa, o qədər də fakta diqqət artacaq, çünki mütənasib
şəkildə ikinci gücləndirici vasitə - hadisənin mühümlük meyarı
artacaq.
Bu səbəbdən, şayiənin aradan qaldırılmasının çarəsi ikimə
nalılığın vaxtında aradan qaldırılmasından asılıdır. Hadisə haq
qında tam (vaxtında və birmənalı) informasiya şayiəni çoxaldan
ikimənalılığı heçə endirir.
Bu, şayiə yaratma funksiyasını sıfra yaxınlaşdırır. Ən yax
şısı isə şayiə üçün əsəsın yaradılmamasıdır. Necə deyərlər, əgər
şayiənin yaranması üçün səbəb olmasa, şayiə də olmayacaq.
3. Damğalar və birbaşa təhqirlər - qeyri-mütəşəkkil mübahi
sə zamanı əvəz çıxmağa rəvac verən üsuldur. Bu, siyasi polemika
nın ən aşağı səviyyəsinin göstəricisidir.
293
Yüklə Dostları ilə paylaş: |