Bu halda ayn-ayn cümlələri səhifədə aşağıdakı
kimi yerləşdirmək
tövsiyə olunur: birinci cümlə soldan sağa, səhifənin ortasına qədər;
ikinci isə üç interval aşağıda və səhifənin sağ tərəfində çap edilir.
İm provizə İctimai təcrübə və informasiya fəaliyyəti üçün hazır
mətnlər üzrə çıxış etmə mühüm və zəruridir. Lakin kommunikativ
vəzifələrin həlli baxımından nitqin sərbəst şərhi, yəni
improvizə
edilmiş nitq çox mühümdür.
Bu, təkcə çoxlarının istədiyi kimi, natiqlərin, nəhayət, öz çıxışla
rım kağızdan oxumaqdan əl çəkməsini arzulaması ilə yekunlaşmır.
Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, bir çox hallarda din
ləyicilərin diqqətini cəlb edib saxlamaq, onlarla zəruri əlaqə
yaratmaq
baxımından improvizə edilmiş nitq daha yararlıdır. Auditoriyaya təsir
göstərməyin bu imkanından natiqlər geniş istifadə etməlidirlər. Bu, hər
şeydən əvvəl, konfranslar, yaxud iclaslarda edilən çıxışlara aiddir.
Çıxış edən «nitqi söyləməyə borcludur», burada «improvizə
edilmiş nitqlə çıxış edənin cəsarəti» haqqında və «ümumiyyətlə,
sərbəst danışmaq cəsarəti» haqqında danışmaq lazımdır.
• İmprovizə edilmiş (sərbəst) nitqin hansı xüsusiyyətləri möv
cuddur?
• Bu, sadəcə söz almaq və hər hansı hazırlıq olmadan öz fikir
lərini dinləyicilərə nitq şəklində çatdırmaq deməkdirmi?
• Şərhin sərbəst tərzinin auditoriyaya təsiri nə ilə izah olunur?
İmprovizə olunmuş (sərbəst) nitq deyərkən, hazırlıqsız nitq nə
zərdə tutulmur. Burada kompozisiya baxımından yaxşı tərtib olun
muş və hazırlanmış mətndən asılı olmayan nitq nəzərdə tutulur.
İmprovizə edilmiş nitqin «kağız üzrə» nitqdən mühüm fərqləri
aşağıdakılardan ibarətdir:
• Natiq çıxışa diqqətlə hazırlaşsa da, onun məzmununu sistem
ləşdirsə də, nitqin kompozisiyasını müəyyənləşdirsə də, nitqin tam
mətnini yazmaqdan və onu auditoriya qarşısında sadəcə oxumaq
dan imtina edir;
• Natiq yalnız nitqin məzmununun əsas yerlərini yazılı surətdə
qeydə almaqla kifayətlənir (tezislər, əsas bəndlər, mülahizələr
şəklində), qeydlərini müvafiq şəkildə sistemləşdirir və çıxış zama
nı onlardan proqram kimi istifadə edir.
304