• Açıqürəklilik - başqalarına öz daxili aləmini açmağa hazır
olmaq və bunun ətrafdakılarla sağlam, möhkəm əlaqələr yaradıl
masına səbəb olduğuna qəti inamın mövcudluğu;
• Hisslərin qəbul edilməsi - öz hisslərini ifadə etmək və baş
qalarının emosional təsirlərini qəbul etməyə hazır olmaq bacarığı.
• Özünüdərketmə - şəxsi həyatına və davranışlanna tədqiqatçı
münasibət, başqalarından səni necə qəbul etmələrinə aid istənilən
informasiyanı eşitməyə və bu zaman özünüqiymətləndirmə apar
mağa hazır olmaq.
İnsan öz şəxsiyyətinin aşağıdakı xüsusiyyətlərini dərk etdikdə,
başqalarını da yaxşı başa düşməyə başlayır.
• şəxsi tələbatlarını və öz dəyər meyarlarını, fərdi iş texnikasını;
• Öz perseptiv bacarıqlarını, yəni ətraf aləmi subyektiv ya
naşma olmadan qavramaq bacarığım, bu və ya digər problemlə,
şəxsiyyətlərlə, sosial qruplarla əlaqədar əvvəllər yaranmış mənfi
fikirləri hiss etdirməməyi;
• Ə traf mühitdəki yenilikləri qəbul etməyə hazır olmağı;
• Başqa sosial qrupların və yad mədəniyyətlərin norma və
dəyərlərinin başa düşülməsində şəxsi imkanlarını;
• Ə traf mühit amillərinin təsiri ilə əlaqədar öz hislərini və psi
xoloji vəziyyətini;
• Özünün ətraf mühiti fərdiləşdirmək üsullarını, yəni ətraf
aləmdə nəyi isə özününkü hesab edirsə ona münasibətdə sahiblik
hissinin yaranmasını əsaslandıran səbəbləri.
K om m unikasiya m ədəniyyətinin səviyyəsinin yüksəldilm əsi
aşağıdakı sosial-psixoloji bacarıqların inkişafına yö n əld il
m əlid ir:
• Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun ol
duqda ünsiyyətə daxil olmaq;
• Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığım stimullaşdırmaq;
• Ünsiyyətin bitmə «nöqtəsini» psixoloji baxımdan düzgün
müəyyənləşdirmək;
• Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixo
loji xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
• Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq;
310
• Psixoloji baxımdan həmsöhbətin emosional ahənginə kök
lənmək;
• Ünsiyyətdə təşəbbüsü ələ almaq və saxlamaq;
• Ünsiyyətdə tərəfdaşı «arzuolunan reaksiyaya» təhrik etmək;
• Ünsiyyət tərəfdaşının sosial-psixoloji əhval-ruhiyyəsini for
malaşdırmaq və «idarə etmək»;
• Ünsiyyətdə mövcud olan psixoloji maneələri d əf etmək;
• Artıq gərginliyi aradan qaldırmaq;
• Həmsöhbətə həm psixoloji, həm də fiziki baxımdan «uyğun
gəlmək»;
• Jestləri, duruşu, davranış ritmini vəziyyətə müvafiq olaraq
seçmək;
• Qarşıya qoyulmuş kommunikativ vəzifəyə uyğun səfərbər
olmaq.
Nitq fəaliyyətinə, daha dəqiqi, nitq mədəniyyətinə aid olan bi
lik, bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm
tərkib hissəsidir. Nitq fəaliyyətində üç istiqaməti göstərmək olar:
məzmun, ifadəlilik və sövqedici (təhrikedici).
Nitqin məzmun istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi
və əsaslandırılmış olması ilə xarakterizə edilir.
Nitqin ifadəliliyi onun emosional çalarlan ilə bağlıdır: nitq
parlaq, obrazlı, təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
Nitq fəaliyyətinin sövqedici istiqaməti onun insanların fikir,
duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən
qavranılma dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti
qamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə nitq mədəniyyətinin əsas göstəriciləri sıra
sına aşağıdakıları aid etmək mümkündür:
• Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr,
jarqon sözlər və dialektizmlər istisna edilir);
• Söz ehtiyatını (o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici
və ifadəli, əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda
qalır və cəlb edir);
• Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan
ədəbi dili hesab edilir);
311
• Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qay
dalarına əməl edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin
nəzərə alınmasını tələb edir, məs., işgüzar nitqdə əsas yeri fellər
yox, i simlər tutmalıdır);
• Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilmə
məsi, düzgün söz sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək
kimi tələblər verilir).
H ər bir şəxsiyyətin inkişaf xüsusiyyətləri, onun daxili aləmi
nin və işgüzar mühitinin fərdiliyi təkrarsız kommunikasiya mədə
niyyəti haqqında danışmağa imkan verir. Yadda saxlamaq lazımdır
ki, kommunikasiya mədəniyyəti sosial-psixoloji təlim prosesində
inkişaf etdirilə bilər.
İşgüzar ünsiyyətin növləri
Eyni sahədə çalışanların ünsiyyəti
geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət pro
sesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur.
İşgüzar ünsiyyətdə tərəf -m üqabillə qarşılıqlı əlaqələri kəsmək
(ən azı, hər iki tərəf üçün itkilər olmadan) mümkün deyil.
İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət,
yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qar
şılıqlı fəaliyyəti tutur.
Lakin işgüzar ünsiyyət - xidməti ünsiyyətə nisbətən daha geniş
anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin
qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən
m üxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və
s. baş verir.
İşgüzar ünsiyyət
-fəaliyyət, informasiya və təcrübə mübadi
ləsinin baş tutduğu qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir.
İşgüzar ünsiyyəti şərti olaraq birbaşa (bilavasitə təmas) və do
layısı ilə (bilvasitə - tərəfdaşlar arasında zaman-məkan məsafəsi
mövcud olur) növlərinə ayırmaq mümkündür. Birbaşa işgüzar
ünsiyyət dolayısı ilə ünsiyyətə nisbətən daha böyük nəticəyə, emo
sional təsir və təlqin gücünə malikdir.
İki işgüzar ünsiyyət növünü fərqləndirirlər: verbal və qeyri-
verbal. Verbal ünsiyyət (latın dilində verbalis - şifahi) sözlərin
köməyi ilə qurulur. Qeyri-verbal ünsiyyətdə informasiyanın ötü
312
Yüklə Dostları ilə paylaş: |