Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

 61
dayanmalarına yol verməməli, eyni hərəkətlər çox təkrarlanmamalı, eyni təsir göstərən yüklərə 
məhdudiyyət qoyulmalıdır. Hərəkətlər növbələşdirilməli və müxtəlif növ əzələ qruplarına təsir 
göstərilməlidir. 
              Kiçik məktəbyaşlı uşaqların ürək-qan-damar sistemi tələb edir ki,  ağır yük qaldırmağa, maneəni 
müqavimətlə keçməyə və gərginliklə icra olunan hərəkətlərə məhdudiyyət qoyulmalıdır. 
              İbtidai məktəbdə qamət hərəkətlərinə geniş yer ayrılmalıdır. Çünki qamət hərəkətləri orqanizmin 
normal həyat sürməsinə, sklet və sklet əzələlərinin inkişafına da kömək göstərir. 
              Uşaqların hərəkət etməyə böyük ehtiyacları vardır. Bu şərtlə ki, hərəkətlər müxtəlif olsun, kiçik 
fasilələrlə icra olunsun. Fasilə etmədən uzun müddət hərəkətlərin yerinə yetirilməsi ürək  əzələlərinə 
mənfi təsir göstərə bilər. 
              Kiçik  məktəbyaşlarında oğlan və  qızların fiziki inkişafında fərqlər mövcuddur. Lakin I-II sinif 
şagirdlərinin fiziki inkişaf xüsusiyyətləri imkan verir ki, bunlar üçün eyni hərəkətlərdən istifadə edilsin. 
III sinifdən başlayaraq isə  oğlanların hərəkətləri qızlara nisbətən çətinləşdirilir. Onlara müqaviməti 
dəfetmə, yükün qaldırılması və aparılması, qaçış müddətinin artırılması, hündürlüyün yüksədilməsi, atma 
məsafəsinin uzadılması verilməlidir. Qızlara rəqs, ritmik, qamət üçün hərəkətlər daha çox verilir. 
              Təbii amillər.  
Uşaqların fiziki tərbiyəsində  təbiətin təbii qüvvələri mühüm yer tutur. Sudan, havadan və günəş 
şüalarından düzgün istifadə uşaqların sağlamlığında xüsusi rol oynayır, fiziki inkişafını, dözümlülüyünü 
artırır. Vaxtlı-vaxtında  çimmək, səhərlər bədəni yaş dəsmalla silmək, təmiz və açıq havada gəzintilərə və 
səyahətə çıxmaq sağlamlıq üçün vacibdir. Su, hava və günəş amilləri fiziki hərəkətlər və milli oyunlarla 
müşahidə olunduqda bu sağlamlığı möhkəmləndirməklə, fiziki hazırlığı artırır, estetik zövqü inkişaf 
etdirir. Buna görə də yay aylarında meşədə gəzmək, çay və dəniz sahillərində olmaq, günəş vannası qəbul 
etmək olduqca faydalıdır. Günəş şüası olmayan yerlərdə xəstəliklər də artır. Bir atalar sözündə deyildiyi 
kimi «Günəş girməyən evə tez-tez həkim girər». Həmin baxımdan sinif otaqlarına günəş şüaları düşməli, 
otaqların havası təmiz olmalıdır. 
              Gün rejimi/ 
 qida, yuxu, iş (təhsil), istirahət, idman və gigiyena rejiminin birliyindən əmələ gəlir. Söylənilənlərin hər 
gün eyni vaxtda icrası məktəblinin gün rejimi kimi qəbul olunur. Belə ki, məktəblinin fəaliyyət növlərinin 
hər gün eyni vaxtda, eyni ardıcıllıqla təkrarlanması gün rejimidir. 
              Şagirdlərin hərəkət gün rejiminə isə  səhər gimnastikası, tənəffüslərdə  təşkil olunan oyunlar, 
idman bölmə məşğələlərinin təşkili daxildir. 
              Gigiyenik amillərə  -  şəxsi və ictimai gigiyena daxildir. Bədənin təmiz saxlanılması, bədənə 
qulluq edilməsi, geyimin, yataq otağının,  dərs ləvazimatlarının səliqəli və təmiz saxlanılması və s. şəxsi 
gigiyenaya aiddir. 
              İctimai gigiyena isə sinif otaqlarının, məktəb partalarının, idman ləvazimatlarının, qurğularının 
münasib və  təmiz olması  və i.a. daxildir. Bunların təhsil prosesində  nəzərə alınması  uşaqların sağlam, 
gümrah böyüməsində mühüm şərtdir. 
 
 


 62
II. 2.  «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin səciyyəvi xüsusiyyətləri 
 
2.1«Fiziki tərbiyə və onun tədrisi metodikası 
 fənninin mahiyyəti 
              Ölkəmizdə fiziki mədəniyyətin və idmanın inkişaf etdirilməsində bu sahədə hazırlanan pedaqoji 
kadrlardan çox asılıdır. İbtidai sinif müəllimi hazırlayan pedaqoji fakültələrdə bədən tərbiyəsi və idmana 
xüsusi    diqqət yetirilməli, onların bu sahədəki bilik, bacarıq və  vərdişləri yüksək səviyyədə olmalıdır. 
Çünki gələcək nəslin fiziki mədəniyyətinin yüksədilməsi məhz kiçik məktəbyaşlılardan başlayır. 
              Sinif müəllimləri şəraitdən asılı olaraq şagirdlərlə sinif formasında və yaxud fərdi olaraq bədən 
tərbiyəsi məşğələlərini təşkil etməyi və kompleks hərəkətlər verməyi bacarmalı, kütləvi idman tədbirləri, 
müxtəlif oyunlar təşkil edib keçirməyi bacarmalıdırlar. Gələcəyin sinif müəllimləri – hazırkı pedaqoji 
fakültənin tələbələri bədən tərbiyəsi və  idman üzrə  zəruri bilik, bacarıq və  vərdişləri praktik 
məşğələlərdə, mühazirə  və seminarlarda, müstəqil olaraq idmanla məşğul olmaqla, habelə bu sahədə 
mövcud ədəbiyyatları öyrənməklə qazanmalıdırlar. 
              «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni vasitəsi ilə fiziki tərbiyənin tarixinə  dair qısa 
məlumat verilir, onun əhəmiyyəti izah olunur, fiziki tərbiyənin metodikası öyrənilir. 
              Pedaqoji fakültənin məzunları gimnastika, mütəhərrik oyunlar, yüngül atletika və kros hazırlığı, 
habelə idman oyunları üzrə bilik, bacarıq və  vərdişlərə yiyələnməli, ibtidai siniflərdə fiziki tərbiyə 
məşğələlərini, eləcə  də sinifdən və  məktəbdənxaric işləri təşkil etməyi bacarmalıdırlar. Sinif müəllimi 
həm də məşğələyəqədər səhər gimnastikasını, böyük tənəffüslərdə və bayramlarda məktəblilərlə əyləncə 
və müxtəlif növ oyunlar təşkil etməlidirlər. 
 
                      
                       2.2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin vəzifələri 
              «Fiziki  tərbiyə  və onun tədrisi metodikası» fənninin tədrisinin mühüm vəzifələrinə ölkənin 
müstəqilliyini qorumaq, vətəni sevmək, vətən yolunda canından keçmək, türk dünyasının bütövlüyünü 
təmin etməyə kömək göstərmək, islam dəyərlərini qoruyub saxlamaq və s. üzrə mövcud bilik, bacarıq və 
vərdişlərlə silahlandırmaq. Qeyd etməliyik ki, bu keyfiyyətlərin aşılanması  təkcə fiziki mədəniyyətin 
tədrisi metodikası fənninin deyil, həm də orta və ali məktəblərimizdə təlim olunan bütün fənlərin başlıca 
vəzifələridir. 
              «Fiziki  tərbiyə  və onun tədrisi metodikası» fənninin  əsas üstün cəhətlərindən və spesifik 
vəzifələrindən biri tədris-elmi və təcrübi fənn olmasıdır. 
              Gələcəyin sinif müəllimləri bilməlidirlər ki, göstərilən metodiki fənn cəmiyyətimizdə yaşayan 
insanların sosial şəraitinin yaxşılaşdırılmasında, əhval-ruhiyyəsinin yüksədilməsində, cəmiyyətin ictimai-
siyasi həyatında mühüm rol oynayır. Deyilənlər isə  həmin fənnin metodoloji əsaslarını  təşkil etməklə 
bərabər, Azərbaycan xalqının milli adət-ənənələrindən, milli oyunlardan bəhs edir. 
              «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni qısa da olsa insan orqanizminin vahid olmasını, 
fiziki hərəkət və oyunlarda, təbii amillər və gigiyenik tədbirlərlə orqanizmə müsbət təsir etməyin 
mümkünlüyünü öyrədir. Bu fənn bundan əlavə, bir çox milli fiziki tərbiyə sisteminin olmasını (alman, 
fransız, isveç və i.a.) nəzərə çatdırmaqla yanaşı, bu sistemlərin də hər birinin özünəməxsus ictimai-siyasi, 
pedaqoji-psixoloji, tibbi-bioloji əsaslarının mövcudluğunu izah edir. Ən başlıcası isə bu fənnin idman-
təcrübi bir fənn kimi spesifik xarakteri təsdiq olunur.  
              «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tələbələrə pedaqoji bilik, bacarıq və vərdişlər 
aşılayır ki, bütün bunlar da gələcək müəllimlərin  şagirdlərlə  təlim-tərbiyəvi iş aparmalarına,  şagirdlər 
arasında ünsiyyət yaratmağın forma və metodlarını mənimsəməyə, təbliğatı işlər görməyə zəmin yaradır. 
              Pedaqoji fakültələrin tələbələri sıra təlimi, akrobatika, müvazinət saxlamaq, cisim atmaq, yeriş, 
qaçış, toplarla hərəkətlər, həmçinin qamət üçün hərəkətlərin metodikasını və icrasını bilməlidirlər. 
              Həmin fənnin başlıca vəzifələrindən biri də təlim metod və prinsiplərini, komanda verməyi, onu 
yerinə yetirməyi, hərəkəti icra edənlərə kömək etməyi, zədələnmələrin qarşısını almağı, ilk tibbi yardım 
göstərmək qaydasını gələcək sinif müəllimlərinə öyrətməkdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə