92
IV sinifdə əlavə material kimi yalnız yerindən hündürlüyə tullanma verilmişdir. Dartınma
vərdişi
yaradan materiallara (dartınma və cisim atmaq) az vaxt ayrılmış, mütəhərrik oyunlar sistemsiz
verilmişdir.
Orta məktəb proqramında gimnastikanın əsas rolu göstərilmiş – lakin metodiki hissədə dəyişiklik
olmamış, ardıcıllıq prinsipinə əməl olunmayıbdır.
Nəzəri hissəyə bir saat vaxt ayrılmışdır ki, bunu müəllim istədiyi vaxt keçə bilərdi. Akrobatika,
turnikdə və halqalarda hərəkətlər yaş səviyyəsinə uyğun tərtib edilməmişdi.
1938-1939-cu illərdə çapdan çıxmış ibtidai məktəblərin bədən tərbiyəsi proqramları
103
da bir-
birinin eyni olub, əvvəlki proqramları təkrarlayır və heç bir əsasılı irəliləyiş nəzərə çapmır.
Tədris planlarında müsbət irəliləyiş yalnız Böyük Vətən müharibəsi illərində oldu (1941- 45). Həmin
dövrdə şagirdlərin bədən tərbiyəsinə verilən saatlar artmışdı. VIII-IX siniflərdə həftə-
də 4 saat, X sinifdə isə 5 saat olmuşdur. Buna görə də tədris planı məktəblilərin
vətənpərvərlik hissini
yüksəltmək və fiziki hazırlığını
artırmaq zəruriyyətindən, o, 4 dəfə dəyişdirildi. III-IV, V-VII siniflərdə bədən tərbiyəsi dərsləri müvafiq
şəkildə həftədə 2,3 saata, VIII-IX siniflərdə isə daha çox 5 saata çatdırıldı. 1941-1942-ci tədris
ilində qalan siniflərdə tədris yükü 1 saat olmuşdur.
Azərbaycan SSR ümumtəhsil məktəblərində bədən tərbiyəsinin tədris planları üzrə həftəlik
dərs saatları (1941-45-ci illər)
Cədvəl 1.
T ə d r i s i l l ə r i
Siniflər 1941-42 1942-43 1943-44 1944-45
1 1 1 1 1
II 1 1 1 1
III 1
2 2 2
IV 1 2 2 2
V 1 3 3 3
VI 1 3 3 3
VII 1 3 3 3
VIII 1 4 4 4
IX 1 4 4 4
X 1 5 5 5
Proqramda
hərbi vətənpərvərliyə, hərbi idman təliminə diqqət artırıldı. Bu proqram üçün əsgəri
mükəlləfiyyət haqqındakı qanuna əsasən V-VIII siniflərdə ibtidai hərbi hazırlıq, VII-X siniflərdə isə
çağırışaqədər hazırlıq təlimi keçməyə uyğun olaraq tərtib edilmişdir. Proqram şagirdləri «ƏMHO»,
«ƏMH» normalarını ödəməyə hazırlayan material üzərində qurulmuşdu. Proqram materialı gimnastika,
yüngül atletika, mütəhərrik və idman oyunlarından ibarət idi.
1941-1942-ci il proqramlarında bədən tərbiyəsinin vəzifəsi xeyli dəqiqləşmiş, təhsil və tərbiyəvi
işlərə xidmət etməyə yönəldilmişdir. Həmin proqramda III-IV sinif üçün nəzəri məlumatlar ayrıca
verilmiş, III sinifdən başlayaraq qısa söhbətlərlə (5-7 dəqiqə) şagirdlərə minimum
məlumatlar verilməsi
tövsiyə olunmuşdu.
III sinif üzrə nəzəri məlumatlarda səhhəti möhkəmlətmək və özünü gələcək əməyə və müdafiə
fəaliyyətinə hazırlamaq üçün necə məşğul olmaq üzrə qısa məlumatlar verilirdi. IV sinifdə məlumat
yalnız əmək fəaliyyətinə hazırlıqla əlaqədar olaraq öyrədilir
104
. Proqramda III-V siniflər üçün sağlamlıq
103
Ибтидаи мяктяб програмлары. Азярняшр, Бакы, 1938-39-ъу илляр.
104
а) Ибтидаи мяктяб програмлары. Азярняшр, Бакы, 1941-ъи ил;
б) 1942-ъи ил програмы 1941-ъи ил програмынын тякрар няшридир
93
vasitələri və əməyə, müdafiəyə hazırlıq hərəkətlərinə aid məlumatlar sadalanır,
məzmunu və öyrədilmə
yolları göstərilmirdi.
24 oktyabr 1942-ci il SSRİ Xalq Komitəsinin qərarı və SSRİ Xalq Müdafiə Komissarlığının
təsdiqi ilə bütün ibtidai siniflərdə 1942-43-cü tədris ilindən başlayaraq hərbi –fiziki hazırlıq keçilməyə
başlandı. Bu qərar Az.SSR XMK-nın 1946-cı ildə çap etdirdiyi «Məktəblərin I-IV sinif şagirdlərinin
fiziki hazırlığı üçün proqramlar»ının tərtibinin əsası oldu
105
. Həmin proqramlarda uşaqlara ilk hərbi
biliklərin mənimsədilməsi də əsas vəzifə kimi qarşıya qoyoulmuşdu. Bu proqram hərbi-fiziki hazırlıq
məqsədi güdsə də, öz əhəmiyyətini itirməyərək respublika məktəblərində uzun müddət müvəffəqiyyətlə
tətbiq edildi.
Həmin proqram hərbi-fiziki hazırlıq mahiyyəti daşısa da,
məktəblərimizdə uzun müddət
müvəffəqiyyətlə fəaliyyət
göstərmişdi. Bu illərdə fiziki tərbiyənin məlum təşkili formaları ilə bərabər, hərbi-idman, hərbiləşdirilmiş
yürüşlər, gəzinti, hərbi-kütləvi idman yarışları (kütləvi gimnastika, yüngül atletika tədbirləri və s.), hərbi
atıcılıq və hərbi müdafiə dərsləri də keçirilirdi.
Müharibədən sonrakı illərdə məktəblilərin fiziki tərbiyəsini daha da inkişaf etdirmək məqsədi ilə
yeni bədən tərbiyəsi proqramları
106
qəbul olundu.
Burada il ərzində idman növü üzrə saatların bölgüsü verilməmiş, X, VIII-X siniflərdə müvafiq surətdə 4,3
saat, digər siniflərdə isə 1 saat azaldılmışdı. 1945-46 tədris ilinin planı 1955-56-cı dərs
ilinə qədər
qüvvədə qalmışdı. 1955-58-ci illərdə tədris planlarında dərs yükü həftədə 2 saat olsa da, VII sinifdə 1 saat
olmuşdu.
1954-cü il proqramında isə bəzi müsbət dəyişikliklər edilmişdi: oğlan və qızlar üçün proqramlar
ayrıca verilmiş, hər bir idman növü üzrə dərs saatı nəzərdə tutulmuşdu, mütəhərrik oyunlara xüsusi saatlar
müəyyənləşdirilmişdi.
1955-ci ildəki proqramlar
107
sonrakı illərdə təkrarən nəşr olunmuş (1956-59-cu illər), orada
məlumatlar yalnız bəzi şəxsi və ictimai gigiyena ilə məhdudlaşdırılmışdır.
Məktəb haqqında Qanun (1958) fiziki tərbiyənin məzmununda ciddi dəyişikliklər aparmağı tələb
edirdi. Buna görə də yeni bədən tərbiyəsi proqramları qəbul olundu. Proqram 2 hissədən : I hissə
məktəblər üçün
ümumi material olan gimnastika, yüngül atletika, nəzəri məlumatlar, mütəhərrik və idman
oyunları; II hissə məktəbin ümumi və yerli şəraiti nəzərə alınmaqla seçmə proqram bölməsindən ibarət
idi.
Proqramlar
108
1963 ildə yenidən dəyişildi. O, 1954-cü və digər illərdə nəşr olunmuş
proqramlardan müsbət mənada fərqlənirdi: 1) dərs saatları rüblər üzrə bölünmüş (V-VIII siniflər); 2)
fiziki hərəkətlərin gigiyenasına aid məlumatlar verilmiş (VI-XI siniflər). Lakin IX-X siniflərdə bölgü
aparılmamışdır.
1958-66-cı illərdə yalnız 1958-59-cu tədris ilində XI sinif üçün dərs saatı nəzərdə tutulmamışdı.
1961-64-cü tədris ilində XI sinifdə dərs yükü 1 saat, 1964-66-cı illərdə isə IX sinifdə bir o qədər saat
olmuşdu. Qalan tədris illərində bütün siniflər üçün həftədə 2 saat planlaşdırılmışdı.
Həmin illərdə məktəblərimizdə pioner oyunları, məktəblilərin beynəlxalq yarış və görüşlərindən,
ümumdünya
105
Мяктяблярин Ы-ЫВ синиф шаэирдляринин физики щазырлыьы цчцн програмлар, Азярняшр, Бакы, 1946.
106
Физическое воспитание учашихсйа Ы-ЫВ классов.Программа и организационно-методические указанийа
Уч.педгиз,1949:Йеддииллик вя орта мяктяблярин В-ВЫЫЫ синиф шаэирдляринин бядян тярбийяси.Програм вя
тяшкилати-методик эюстяришляр.Азярняшр, Бакы,1950-ъи ил.
107
Орта мяктяб програмлары. Бядян тярбийяси Ы-Х синифляр цчцн. Редактор:М.Мирзяйев, Бакы, Азярняшр, 1955.
108
Сяккизиллик мяктяб програмлары. Бядян тярбийяси.Бакы, Азярняшр, 1963.