Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------185------------------------------------ 
 
etdiyi  funksiyalar  baxımından  hesablayıcı  şəbəkələrdə 
istifadə edilən rabitə prosessoruna yaxındır. 
Müasir  maşınların  daxili  dili  prinsipial  surətdə  fərqli 
olan iki sinfə  aid elementləri  -  əmrləri  və  verilənləri 
əhatə edir. Məsələnin həll alqoritmini təyin edən proqram 
həllin  gedişində  heç bir dəyişikliyə  uğramayan  müəyyən 
əmrlərin  ciddi  ardıcıllığından  ibarətdir.  Verilənlər  isə 
dəyişdirməyə  məruz qalan obyektlərdir və  onlar proq-
ramın  tərkibinə  bilavasitə  daxil olmurlar. Bu cür fərqli 
olmalarına  baxmayaraq,  nə  verilənlərdə, nə  də  əmrlərdə 
onları bir-birindən fərqləndirəcək heç bir əlamət yoxdur.  
Dinamik  arxitekturalı  maşındakı  daxili  dil  (DAR  dili) 
həm  quruluşca,  həm də  icra  baxımından  bir-birinə  çox 
yaxın  olan  proqram  elementlərindən təşkil  edilmişdir  ki, 
bu elementlərin hər biri də  dinamik  avtomat  şəbəkənin 
avtomatına  uyğundur.  İstənilən proqram elementi həm 
icra oluna bilən, həm də  dəyişikliyə  məruz qalan obyekt 
ola biləndir. 
Dinamik  arxitekturalı  maşındakı  proqram  proqram 
elementləri  şəbəkəsinə  uyğundur  və  məsələ  həlli 
prosesində  ilkin  şəbəkədən məsələnin həlli nəticəsinə 
uyğun gələn son şəbəkəyə çevrilir. 
Sonda qeyd edək  ki,  makrokonveyerli  hesablayıcı 
kompleksdə  MAYAK  adlı  proqramlaşdırma  dilindən, 
dinamik  arxitekturalı  maşında  isə  RYAD dilindən istifadə 
olunur. 
Dinamik 
arxitekturalı 
maşınların 
nəzəri və 
eksperimental tədqiqi göstərmişdir  ki,  onlardan  istifadə 
edilərkən sistem və  tətbiqi proqram təminatlarının  həcmi 
bir rəqəm mərtəbəsi qədər, yəni 10 dəfə kiçilir və bununla 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------186------------------------------------ 
 
yanaşı,  standart  element  bazasından  istifadə  edilməsinə 
baxmayaraq, səmərəli məhsuldarlığı 1-2 rəqəm mərtəbəsi 
qədər, yəni 100 dəfəyə  yaxın  artır.  Bu,  eyni  zamanda 
(paralel)  işləyən  prosessorların  sayının  artırılması 
hesabına  mümkün  olur.  Dinamik  arxitekturalı  maşında, 
mahiyyətcə, insan kollektivində  olduğu  kimi,  ümumi 
məsələnin nisbətən sərbəst alt məsələlərə  parçalanması 
(dekompozisiyası) və bunların paralel icrası baş verir.  
 
FUNKS
İONAL YANAŞMA ƏSASINDA DAXİLƏN 
İNTELLEKTUALLAŞDIRILMIŞ SİSTEM 
 
Funksional  yanaşma  ideyası  analoq  və  rəqəmsal 
hesablamaların 
müqayisəsi nəticəsində 
meydana 
atılmışdır. 
Misala baxaq. Fərz edək  ki,  aşağıdakı  funksiyanı 
hesablamaq qələb olunur: 
F(x) = H (G(x), K(x)). 
P(x)  funksiyasına  xas  olan  “təbii paralelizm” P(x) 
paralel  hesablamaları  üçün  idarəetmə  sxemini  aşağıdakı 
şəkildə olduğu kimi təsəvvür etməyə imkan verir. 
Analoq  hesablamalarında 
P(x)  funksiyası  keçici 
proseslərdəki dəqiqliklə 
G, K və H bloklarının hər üçündə 
eyni zamanda paralel hesablanır. 
Rəqəmsal maşınlarda isə hesablama prosesi, ideyası 
struktur  proqramlaşdırma  metodologiyasına  söykənən, 
ciddi  iyerarxik  xarakterli  ardıcıl  hesablama  aktlarından 
təşkil  olunur. 
G, K  və  H  bloklarında  baş  verən hər bir 
hesablama  aktından  sonra  nəticə  digər  blokun  girişinə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------187------------------------------------ 
 
ötürülür.  Analoq  hesablamalarında  da  iyerarxiklik 
mövcuddur, lakin bu, funksional xarakter daşıyır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək.4. P(x) funksiyasının paralelləşdirilməsi 
 
Rəqəmsal sistemlərdə,  analoq  maşınlarında  əldə 
edilmiş  hesablamaların  paralelləşdirilməsinə  yaxın  olan 
paralelləşməyə  nail  olmaq  üçün  freym  anlayışından 
istifadə  edilir. Freym tam müəyyənləşmiş  strukturu 
olmayan və  dinamik qiyməti  ilə  xarakterizə  olunandır. 
Çünki  sistemin  işləməsi prosesində  freym dəqiqləşdirilə 
biləndir.  Bu  yanaşma,  giriş  verilənlərin tamamilə  təyin 
edilmədiyi  halda  da  proqramın  işləməsinə, yəni məsələni 
həll etməsinə imkan verir. Bu, qarışıq hesablamaları yada 
salır.  
Baxdığımız,  verilənlərdən  çıxış  etməklə  qurulmuş 
idarəetmə  sxemli hesablamalar modeli obyekt-istinad 
modelləri sinfinə aiddir.   
 






İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------188------------------------------------ 
 
Sistem iki səviyyəlidir.  Yuxarı  səviyyədə  məsələlərin 
və  sorğuların  (icra  tapşırıqlarının)  situasion  təsvirinin 
relyasiya dili gerçəkləşdirilir. Aşağı səviyyə isə hes-ablayıcı 
model səviyyəsidir. Bu səviyyədə  əsas  anlayış  obyekt 
anlayışıdır.  Obyektlər 2 tipdir: 1) atomlar (bunlar 
hesablama prosesində dəyişməyən statik obyektlərdir), 2) 
freymlər (bunlar dinamik obyektlərdir). Statik obyektlərin 
ən  kiçik  yığımı  2  atomdan  ibarətdir: 
T  (doğru)  və  P 
(yalan). 
Sistem fəaliyyət göstərərkən atoma iqtibas o atomun 
şəklinə  göstərişdir.  Freymə  iqtibas isə  həmin freymin 
saxlandığı  gerçək  yaddaş  elementinin  ünvanıdır.  Digər 
prosessorlardan  asılı  olmayaraq  verilmiş  yaddaş 
elementində  lokal dəyişiklikləri icra etmək  üçün  sifariş 
qəbul  edib  işləyə  bilən mücərrəd  prosessor  yaddaş 
elementləri ilə əlaqəlidir. Bu mücərrəd prosessor sifarişin 
icrası  zamanı  yeni  sifarişlər  doğurub,  onları  digər 
prosessorlara göndərə bilir. Konkret prosessora daxil olan 
sifarişlər ardıcıl icra olunur. Qeyd olunmuş (sabit) əmrlər 
yığımı mövcuddur ki, bunlar da sifarişlərlə birlikdə ötürülə 
bilir. 
 
SİMVOL DƏYİŞDİRMƏLƏRİNƏ (EMALINA) 
YÖNƏLDİLMİŞ EHM-LƏR 
 
Yeni nəsil  EHM-lərin  meydana  çıxması  mətnlərin 
emalı,  axtarışı  və  çeşidlənməsi məsələlərinin həllinin 
məğzini təşkil edən simvol dəyişdirmələrinə olan tələbatın 
artması ilə bağlıdır. Simvol dəyişdirmələri həm də biliklərin 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə