Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------189------------------------------------ 
 
manipulyasiyası  ilə  bağlı  məsələlərin məğzini  təşkil  edir. 
Müasir EHM-lərin  arxitekturası  hesablamaların  avto-
matlaşdırılmasına 
yönəldildikdən sonra simvol 
dəyişdirmələri ilə  müqayisədə  hesabi  işlənmələrin xüsusi 
çəkisi sürətlə  azaldı.  Bu,  EHM-dən istifadənin 
səmərəliliyinin azalmasına 
və 
məsələlərin həllə 
hazırlanması  və  proqramlaşdırılmasının  mürəkkəbləş-
məsinə 
səbəb oldu. Digər tərəfdən də, 
proqramlaşdırmanın  öyrənilməsi zərurəti EHM-in kütləvi 
tətbiqini ləngidirdi.  Bu  şərait kütləvi istifadəçilər üçün 
nəzərdə  tutulan və  daha  çox  simvol  emalına  yönəldilmiş 
yeni nəsil EHM-lərin yaradılmasını zəruri etdi. 
 
İnformasiya-hesablayıcı 
məntiqi sistem 
(İHMS) yeni nəsil EHM-lər sinfinə aiddir. Bu sistem 5 əsas 
blokdan ibarətdir: 

 
İşçi yaddaş sahəsi olan həlledicilər; 

 
BBİS (BB və VB ilə birlikdə - BBİS-biliklər bazasının 
idarəetmə sistemi, BB –biliklər bazası, VB-verilənlər 
bazası); 

 
Ünsiyyət prosessoru (linqvistik prosessor); 

 
İzahetmə alt sistemi; 

 
Etibaretmə alt sistemi. 
Biliklər  bazasında  mürəkkəb  strukturlaşdırılmış 
informasiya  semantik  şəbəkə  şəklində  saxlanılır  ki,  bu 
şəbəkənin də təpələri (informasiya vahidləri) öz aralarında 
adlandırılmış  münasibətlər sistemi ilə  əlaqələndirilmişdir. 
Biliklərlə  aparılan  bütün  əməliyyatlar informasiya 
vahidlərində  (freymlərdə,  siyahılarda,  ssenarilərdə  və  s.) 
saxlanan informasiyanın emalı üzrə semantik şəbəkələrdə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------190------------------------------------ 
 
icra edilir. Məsələn,  
К
i
  qiymətli  Ф
i
  freymində 
S
i
adlı 
slotlarda (yuvalarda) saxlanan informasiya həm sabit 
(konstant), həm də  xüsusi  yaradılmış  faktların  bitkin 
toplusu ola biləndir. Bəzi slotların qiyməti bitkin bir 
Р
1
, P
2

..., 
Р
п
 kimi sabit faktlar cədvəli ilə bağlı ola bilir. Odur ki, 
verilənlər bazası  daha mürəkkəb strukturun, yəni  biliklər 
bazasının  tərkibinə  daxil olur. Biliklər üzərində  aparılan 
bütün  əməliyyatlar, yəni  semantik  şəbkələrdə  axtarış 
(naviqasiya),  şəbəkələrin yenidən  qurulması,  informasiya 
vahidlərində  saxlanan informasiyanın  emalı, biliklərin 
emalı, bütün bunlar məntiqi nəticəçıxarma prosedurları ilə 
sıx 
bağlıdır. 
Bu 
sistemdə 
biliklər 
bazasının 
zənginləşdirilməsi və  bilik  axtarışı  zamanı  zəruri olan 
deduktiv nəticəçıxarma prosedurları bazada saxlanan ayrı-
ayrı  müşahidələr və  faktlar  əsasında  yeni  informaiya 
alınması üçün istifadə edilən gerçəyəbənzər nəticəçıxarma 
prosedurları ilə birlikdə tətbiq edilir.  
Linqvistik prosessorlarda şəbəkə tipli qrammatikadan 
(Vuds, Konvey sxemlərindən,  genişləndirilmiş  keçidlər 
şəbəkələrindən)  geniş  istifadə  edilir.  Bu  qrammatikadakı 
prosedurlar  açıq-aşkar  produksion  xarakter  nümayiş 
etdirir  ki, bu da hökmən məntiqi nəticəçıxarma 
problemlərinə 
gətirir. Produksion tipli ekspert 
sistemlərinin 
informasiya-hesablayıcı  məntiqi sistem  kimi 
gerçəkləşdirilməsi zərurəti məntiqi nəticəçıxarma 
mexanizmlərinin yaradılması vəzifəsini irəli sürür. 
İnformasiya-hesablayıcı  məntiqi sistemdə  cürbəcür 
məntiqi nəticəçıxarma  mexanizmləri gerçəkləşdirilmişdir 
ki,  bunlar  da  aşağıdakı  məsələləri həll etməyə  imkan 
verir: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------191------------------------------------ 
 
-problem  oblastının  müəyyən  anlayışlar  və  bu 
anlayışlar arasındakı münasibətlər sistemi (bu sistem həm 
də təsvirlərin avtomatik zənginləşdirilməsini təmin edir) ilə 
təsviri; 
-təsvirlərin dəyişdirilməsinin müxtəlif proseslərinin və 
funksional məntiqlər  əsasında  funksional  asılılıqların 
təhlili; 
-problem  oblastındakı  qanunauyğunluqlar  barədə 
gerçəyəbənzər nəticəçıxarmalara gətirən məntiqi 
quraşdırıcı  tipli  prosedurlar  əsasında  problem  oblastında 
yeni obyektlərin  quraşdırılması  və  onların  münasibətlər 
sisteminə daxil edilməsi. 
İnformasiya-hesablayıcı  məntiqi sistem  işlənib 
hazırlanarkən məntiqə  “dil-hesablama” cütlüyü, bu 
cütlükdəki dilə  isə  “sintaksis-semantika” cütlüyü kimi 
baxılır.  
Bu  yanaşma  problem  oblastını  və  həmin oblastda 
məsələ  həlli ilə  bağlı  bütün  prosedurları  təsvir etməyə 
imkan verir. Bu yanaşma göstərir ki, EHM arxitekturasının 
qurulmasının  ənənəvi üsuluna alternativ mövcuddur. 
İnformasiya-hesablayıcı məntiqi sistemin əsas xüsusiyyəti 
odur  ki,  burada  qarşılıqlı  fəaliyyət göstərən məntiqi 
sistemlər bir-birinə qətiyyən bənzəmir. 
Sonda göstərək ki, 
informasiya-hesablayıcı  məntiqi 
sistem aşağıdakı ampulalarda istifadə edilə bilər: 
-çox güclü biliklər  bazası  və  ya  geniş  inkişaf  etmiş 
vasitələrə malik, o sıradan, inkişaf etmiş birbaşa və dolayı 
sorğular dili olan, sonrakı versiyalarında isə şifahi (səs dili 
ilə) giriş-çıxışlı və qrafik interfeysli intellektual interfeys; 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------192------------------------------------ 
 
-ekspert sistemi və  ya biliklərə  əsaslanan ixtiyari 
başqa intellektual sistem; 
-hibrid sistem. Bu o halda mümkündür ki, 
informasiya-hesablayıcı  məntiqi sistem  tətbiqi proqram 
paketləri ilə işləyən EHM-lə birləşdirilsin. 
 
İntellektual  sistemlər üçün nəzərdə  tutulan 
paralel arxitekturalı maşınPAMİR sisteminin ən vacib 
xüsusiyyəti  odur  ki,  bunun  arxitekturası  dalğavari 
asinxron  proseslərə  əsaslanır.  Bu  proseslərin  dinamikası 
məsələlərin həll  dinamikasını  əks  etdirir.  PAMİR 
sistemində, həmçinin,  assosiativ  axtarışla,  qeyri-
mərkəzləşdirilmiş  mübadilə  üsulları,  “elan  lövhələri”nin 
köməyi ilə  idarəetmə,  axınlar  sxemləri və  s.  ilə  bağlı 
müxtəlif ideyalar reallaşdırılmışdır. 
PAMİR  sistemində  statik və  dinamik  şəbəkələrdə 
dalğavari  proseslərin vahid mövqedən təşkili  nəzərdə 
tutulmuşdur. Biliklərin təqdim edilməsi sistemləri, məntiqi 
nəticəçıxarma,  sorğulara  cavabların  axtarışı 
aktiv  şəbəkə 
verilənlər  bazası  (AŞVB)  arxitekturasında  gerçəkləşdirilir. 
Aktiv  şəbəkə  verilənlər  bazası  müntəzəm  əlaqəli bircins 
mühitdir.  Buradakı  təpələrdə  birtip  ixtisaslaşdırılmış 
prosessorlar yerləşdirilmişdir.  Aktiv  şəbəkə  verilənlər 
bazasının  daxil  olduğu  multiprosessor mühiti məhz bu 
dalğavari  paralel  prosessorlarla  gerçəkləşdirilir. Sözü 
gedən  dalğavari  paralel  prosessorların  hasil  etdiyi 
verilənlər istifadəçilər üçün və  həmçinin, məntiqi 
nəticəçıxarma alt sistemi üçündür. Aktiv şəbəkə verilənlər 
bazasında  olan bloklar həm bütövlükdə  sistemin 
tərkibində, həm də ayrıca fəaliyyət göstərə bilir. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə