Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------221------------------------------------ 
 
intellektual  agentlər  cəlb  olunur. 
İntellektual agentlər 
(proqram  robotları)  biliklərin  tapılması  üçün  sənədlərin 
daxilində  işləyə  və  ya  Veb-də  axtara  bilir,  sonra  isə 
biliklərlə lazımi formatda geri qayıda bilirlər. 
İntellektual  sistemlər  proses  və  obyektlər  haqqında 
öz  biliklərini  sistemə  ötürən  mütəxəssislərlə  birgə 
hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin 
çıxarılması  və  ya  biliklərin  daha  düzgün  və  korrekt  əldə 
olunmasından  ibarətdir.  Bu  texniki,  psixoloji,  istehsal  və 
sosial  xarakterli  amilləri  özündə  saxlayan  çətin  və  çox 
zəhmət  tələb  edən  bir  prosesdir.  Sözügedən  prosesdə 
biliklər  mühəndisi  əsas  rol  oynayır.  Biliklər  mühəndisi 
tapşırıqları  müəyyənləşdirmək,  mühüm  anlayışları  aydın-
laşdırmaq  və  bu  anlayışlar  arasında  qaydaların 
müəyyənləşdirilməsi  və  formalaşdırılması  üçün  uzun 
zaman kəsiyində ekspertlə birgə işləyir. Biliklər mühəndisi 
predmet oblastını yaxşı bilməli, biliklərin formalaşması və 
təqdim  olunması  metodlarına  malik  olmalı  və  müxtəlif 
vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır.  
Ekspert  intellektual  sistemə  predmet  oblastının 
öyrənilməsinə  kömək  edə  biləcək  vəziyyətdə  və  arzuda 
olmalıdır.  O  dərk  etməlidir  ki,  intellektual  sistemlər  iş 
yerində  gələcəkdə  onu  “əvəz”  etmək  üçün  deyil,  əksinə, 
ona kömək etmək üçün nəzərdə tutulub. 
Biliklər  mühəndisi  adətən  determinləşdirilmiş  daxili 
quruluşu  olmayan,  nisbətən  pis  müəyyən  olunmuş 
tapşırıqlarla  işləməli  olur.  Ekspertlər  öz  təcrübi 
fəaliyyətində 
bu 
tapşırıqları 
məsələnin 
bütün 
parametrlərinin  təhlilini  qeyri-mümkün  edən  məsələnin 
həll  operativliyi  şərtləri  və  ya  problemin  mənasının  başa 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------222------------------------------------ 
 
düşülməsində  olan  çatışmazlıqları  empirik  qaydalar  olan 
evristikalardan istifadə etməklə həll edirlər. Buna görə də 
tapşırıqların  həllində  intellektual  sistemlər  evristik 
prosedurların yerləşdirilməsinə çalışırlar. 
Biliklər  mühəndisinin  işində  çətin  məqam  ekspertə 
predmet 
konsepsiyalarını 
müəyyənləşdirən 
və 
formalaşdıran  tədqiqat  biliklərinin  strukturlaşdırılmasına 
cəhd zamanı kömək edilməsidir. 
Konkret  şəxsə  aid  olan  biliklərin  əldə  olunması  ilə 
əlaqəli 
iş, 
yəni 
biliklərin 
çıxarılması 
biliklərin 
mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır. 
İntellektual  və  ekspert  sistemlər  üçün  biliklərin 
çıxarılmasının  xüsusiyyətləri  nədədir?  Bu  sualın  cavabı 
digər  bir  sualın  –  “Haradan,  nə  və  necə  çıxarmalı?” 
sualının cavabındadır. 
Bilikləri  haradan  çıxarmalı?  İntellektual  və  ekspert 
sistemlər  üçün  biliklər  mənbəyi  rolunda  dərsliklər,  sorğu 
kitabçaları,  konkret  predmet  oblastına  aid  araşdırılmış 
materiallar, iqtisadi informasiya və s. çıxış edə bilir. 
Buna baxmayaraq  biliklərin  klassik  mənbəyi  həmin 
sahənin  ekspertidir  ki,  onun  da  biliklərini  sistem 
hazırlayıcısı  rolunda  çıxış  edən  biliklər  mühəndisi 
mənimsəyir. 
Bəs  ekspert  kimdir?  Bu,  ya  adi  icraçıdan  fərqlənən 
yüksək  ixtisaslı  mütəxəssisdir,  ya  da  xam  və  ya  təzə 
işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, predmet 
oblastında  ekspertin  bacarığı  nə  qədər  yüksəkdirsə, 
tapşırığın həlli üçün onun istifadə etdiyi biliklərin təsvirinə 
ehtiyacı  da  bir  o  qədər  aşağıdır.  Votermen bunu bilik 
mühəndisliyinin paradoksu  adlandırmışdır.  Əgər  biz 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------223------------------------------------ 
 
ekspertdən  soruşsaq  ki,  hər  hansı  bir  tapşırığı  yerinə 
yetirərkən  konkret  nə  iş  görür,  o  buna  cavab  olaraq 
özünün  ağlı  kəsdiyi  formada,  lakin  mühakimələrin  real 
prosesindən  tamam  ayrı  olan  bir  prosesi  izah  edəcək  ki, 
burada da ehtiyatlı olmaq lazımdır. 
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin 
daxili  modelləri  ilə  sistemli  hala  düşür  və  eyni  zamanda 
ekspertin  konkret  vəziyyətdə  ilk  dəfə  qarşılaşdığı  prob-
lemin  həlli  onun  yaddaşından  seçilir  və  seçim  ümumi 
qanunauyğunluqlar  şəklində  süurlu  olaraq  müəyyən 
olunur. 
Hansı  bilikləri  seçmək  (nəyi  çıxarmaq?).  Əgər 
sistemin funksiyaları müəyyənləşibsə, onda təbii olarq ən 
vacib  olanı  bu  funsiyaların  reallaşması  üçün  lazım  olan 
çıxarış qaydalarını əldə etməkdir. 
Hər  şeydən  əvvəl,  bu, 
baza  quruluşudur. Problem 
oblastının baza quruluşunu formalaşdıran obyekt, anlayış 
və  atributları  saymaq  və  sahənin  xüsusiyyətlərini  bilmək 
vacibdir.  Obyekt,  bilik  və  anlayışlar  arasında  əlaqə 
qaydalar çıxarışı vasitəsilə təşkil edilir. 
Daha sonra 
şüurluluq  meyarları  (kriteriləri)  ortaya 
çıxır,
 yəni nəyə görə ekspert problemi məhz bu üsulla həll 
edir?  Ola  bilər,  bu  üsul  yüksək  evristik  qiymətə  malikdir 
və  ya  uğursuzluq  hallarına  hazırlıqlıdır?  Bu  üsula  hansı 
formada kömək etmək olar? 
Ekspert  tərəfindən  istifadə  olunan  vasitələrə, 
məsələn, həllin qəbulunda istifadə edilən modellər aiddir. 
Bilikləri  necə  seçmək  lazımdır?  Aşağıdakı  cədvəldə 
sahənin  eksperti  və  sahənin  təsviri  üzrə 
biliklərin  çıxarış 
metodları verilmişdir. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə