Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------224------------------------------------ 
 
Biliklərin seçmə texnikasını 6 əsas sinfə bölmək olar:  

 
Köməkçi suallarla sorğu,  

 
Quruluş verilmiş sorğu,  

 
Özünü müşahidə,  

 
Öz işi haqqında hesabat,  

 
Dialoq,  

 
Tənqidi icmal.  
Öz  növbəsində,  hər  bir  sinif  bir-neçə  texniki 
metodlardan ibarətdir. Əhatəli informasiyanı biz nəzərdən 
keçirməyəcəyik,  bircə  bu  biliklərin  təhlilindən  asılı  olan 
biliklərin  seçilməsi  məqsədinin  müxtəlif  üsullarla  əldə 
olunmasını nəzərdən keçirəcəyik. 
Hesablayıcı texnika ilə işləmək bacarığı olan ekspert 
bilavasitə redaktə olunan proqram vasitəsi ilə intellektual 
sistemlə  qarşılıqlı  əlaqə  yarada  bilir.  Bu  proqram  biliklər 
bazası haqqında inkişaf etmiş dialoq interfeysi və biliklərə 
malik  olmalıdır.  Lakin,  ekspertin  proqramla  əlaqəsinin 
effektivliyi problemi ortaya çıxır. 
Biliklərin  əldə  olunmasının  daha  bir  üsulu  biliklərin 
avtomatlaşdırılmış  çıxarılışı  və  onların  biliklər  bazasına 
yazılmasıdır. 
Mütəxəssislərin  biliklərinin  avtomatlaşdırılmamış 
yığımı çox zəhmət tələb edən prosesdir. Bununla əlaqədar 
olaraq inkişaf etmiş intellektual sistemlərdə biliklərin əldə 
olunması üçün köməkçi alətlər qabaqcadan nəzərə alınır. 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------225------------------------------------ 
 
Cədvəl 2.  
Predmet ekspertindən biliklərin çıxarılması metodları 
 
Metod 
Təsvir 
İş yerində 
müşahidə 
Öz iş yerində real məsələləri həll 
edən ekspertə nəzarət etmək 
Məsələlərin 
müzakirəsi 
Konkret  məsələlərin  həlli  üçün 
verilənlər,  biliklər  və  prosedur 
formalarının üzə çıxarılması 
Məsələlərin təsviri  Hər 
bir 
mümkün 
cavab 
kateqoriyası  üçün  ekspertə  prototip 
məsələləri  təsviri  etməyi  xahiş 
etmək  
Məsələnin təhlili 
Konkret  mühakimə  addımlarının 
məntiqi əsaslarını çıxarmaq məqsədi 
ilə  həll  üçün  ekspertə  bir  sıra 
praktiki məsələləri təqdim etmək 
Sistemin son hala 
gətirilməsi 
Müsahibə  (intervyu)  zamanı  üzə 
çıxarılmış,  qaydaların  həlli  və 
istifadəsi  üçün  bir  neçə  məsələnin 
təqdim  edilməsini  ekspertdən  xahiş 
etmək  
Sistemin 
qiymətləndirilməsi 
Sistemin  işini  yoxlamağı  və 
prototip  sistemin  qayda  və  quruluş 
idarəetməsinin  tənqidini  ekspertdən 
xahiş etmək 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------226------------------------------------ 
 
Sistemin 
yoxlanması 
Ekspert  və  sistem  prototipi 
tərəfindən  müqayisə  və  qiymətlən-
dirmə 
üçün 
digər 
müstəqil 
ekspertlər tərəfindən misal gətirmək  
 
Biliklərin  çıxarılması  prosesini  asanlaşdırmaq  üçün 
İnternet  və  ya  İntranetdən  də  istifadə  oluna  bilər.  Əgər 
biliklər  mühəndisi  və  ekspertlər  müxtəlif  yerlərdədirlərsə 
elektron  intervyu  vermək  olar.  Ekspertlər,  həmçinin, 
biliklər biliklər bazasını məsafədən təsdiq və müşaiyət edə 
bilərlər.  İnternet  vasitəsi  ilə  sənədləşdirilmiş  biliklər  əldə 
oluna  bilər.  Biliklərin  identifikasiyası  (müəyyən  edilməsi) 
problemdir. Bu, intellektual agentlər tərəfindən ifadə edilə 
bilən məsələdir. 
Paylanmış  hipermedia  sistemi  olan  Veb sistemi 
vasitəsi  ilə  İnternetə  çıxışı  olan,  qeyri-rəsmi  biliklərə 
avtomatik quruluş verilməsi də aktual olaraq qalır. İnsan-
maşın  qarşılıqlı  əlaqə  kanallarının  biliklərə  əsaslanan 
imkanlarının  genişlənməsi  hipermedia texnologiyası  olan 
Veb  vasitəsilə  sistemin  inkişafı  üçün  ideal  yanaşmanı 
təmin edir. 
Bir çox axtarış Veb – mexanizmləri xüsusi tələbat və 
sorğulara görə tələb olunan informasiyanın identifikasiyası 
və çatdırılması üçün intellektual agentləri özündə saxlayır. 
Veb-mexanizm vasitəsi ilə təmin olunan informasiya 
miqdarının  eksponensional  artımı  müəyyən  hipermedia 
sistemlərində  strukturlaşdırma  metodlarının  inkişafına 
təkan vermişdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------227------------------------------------ 
 
Hipremedia  texnologiyaları  və  biliklərin  çıxarılması 
metodları  arasındakı  bu  cür  inteqrasiya  biliklərin 
çıxarılması üçün güclü alət rolunu oynaya bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------228------------------------------------ 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------229------------------------------------ 
 
 
TƏLƏB VƏ TƏKLİFİN 
ÖYRƏNİLMƏSİNDƏ İNTELLEKTUAL 
SİSTEMLƏRDƏN  
İSTİFADƏ İMKANLARI 
 
 
 
Tutaq  ki,  telefon  distribüterliyi  sahəsində  fəaliyyət 
göstərən  firmanın  öz  məhsullarına  olan  tələbi  öyrənmək 
və  buna  uyğun  təklifini  qurmaq  üçün  ekspert  sistemə 
ehtiyacı var. 
Bu  istəyi  həyata  keçirmək  üçün  ekspert  sistemi 
qurulmazdan  əvvəl  marketinq  sahəsində  tədqiqat 
aparmaq  lazımdır.  Bu  isə  marketinq  tədqiqatının  bir  aləti 
olan  sorğu  ilə  həyata  keçirilə  bilər.  Belə  hesab  edək  ki, 
telefon  distribüterliyi  sahəsində  fəaliyyət  göstərən  firma 
hansı  telefon  şirkətinin  markasına  və  hansı  qiymətdə 
telefona daha  çox  tələbat  olduğunu  aydınlaşdırmaq 
istəyir. Bunun üçün müəyyən formada anketlər hazırlanır 
və bu anketlərin əsasında mini sorğu aparılır. 
50  nəfər  arasında  aparılan  mini  sorğunun 
nəticələrinə  görə  soruşulanların  54%-i  qadın,  46%-i  isə 
kişi  olmaqla,  94%-i 18-40  yaş  arasında  olmuşdur. 
“Telefonunuzu  dəyişmək  fikriniz  varmı?”  sualına  cavab 
olaraq  soruşulanların  29-u (58%-i)  “Bəli”,  17-si (34%-i) 
“Xeyr” və 4-ü (8%-i) “Bilmirəm” cavabını vermişlər.  
“Telefonunuzu  dəyişmək  fikriniz  varmı?”  sualına 
“Bəli”  deyənlərin  16-sı  “Nokia”,  1-i “Sony Ericsson”, 7-si 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə