Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------214------------------------------------ 
 

 
Sistemin 
reallaşdırılması 
üçün 
adekvat 
instrumentariyanın seçilməsi. Lakin burada yuxarıda qeyd 
edilən bir neçə vacib mərhələ yoxdur.  
 Qeyd  edildiyi  kimi,  işlərin  quruluşu,  intellektual 
sistemlərin  layihələşdirilməsi  mərhələlərinin  sayı,  onların 
icrasının  ardıcıllığı  bir  çox  obyektiv  və  subyektiv 
amillərdən  asılıdır.  Lakin  işlərin  bir  çox  mərhələ  və 
quruluşu,  demək  olar ki, bütün tip intellektual sistemlər 
üçün ümumi və zəruridir. 
Aşağıda  belə  mərhələlərin  və  onların  quruluşunun 
siyahısı sadalanır: 
1.Predmet  oblastının  təsviri: bütün təşkiletmə 
prosesi üçün problemin vacibliyini göstərən predmet 
oblastının  təyini;  biliklər  bazasına  ekspertizaları  (bilikləri) 
ötürməyi arzulayan problemli ekspertlərin təyini;  inkişaf 
planının hazırlanması və elan edilməsi.  
2.İşçi  heyəti: layihələşdirmə  qruplarının  və  uyğun 
tapşırıqların  təyini;  layihəyə  təcrübəli rəhbərin təyini; 
idarəetmənin düzgün yolunun müəyyən edilməsi və 
həyata keçirilməsi.  
3.Layihənin qəbulu: təşkilati  iclasın  keçirilməsi; 
problemə  yanaşmanın  müzakirəsi;  xüsusi  inkişaf  planının 
hazırlanması;  lazımi  texniki  alət və  vasitələrin  quraşdırıl-
masına hazırlıq.  
4.Sistemin 
prototipi 
(ilkin modeli): 
sistem 
prototipinin  inkişafı  və  yoxlanılması  (testləşdirilməsi); 
yoxlanışın nəticəsi olaraq predmet oblastı haqqında əlavə 
informasiyanın toplanması.  
5.Bitkin sistemin inkişafı: prototipin biliklər bazasının 
genişlənməsi; 
istifadəçi interfeysinin 
quruluşunun 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------215------------------------------------ 
 
qiymətləndirilməsi; istifadəçilərin öyrədilməsi və 
sənədləşmə vasitələrinin birləşdirilməsi.  
6.Sistemin  verifikasiyası  (yoxlanışı):  ekspert  və 
potensial istifadəçilərin  yoxlanış  prosesinə  cəlb edilməsi; 
layihə ilə uyğun sistemin işləməsinin təminatı.  
7.Sistemin 
inteqrasiyası: 
bitkin 
sistemin 
planlaşdırıldığı  kimi  yerinə  yetirilməsi; fəaliyyətdə  olan 
sistemlə uyğunluq və qarşılıqlı əlaqənin təminatı.  
8.Sistemin 
dəstəklənməsi: sistemə 
dəstək 
verilməsinin  fasiləsizliyinin təminatı;  yeni  informasiyanın 
qəbulu  zamanı  biliklər  bazasının  modernləşdirilməsi; 
sistemə görə cavabdehliyin saxlanılması.  
9.Sənədləşdirmə: sistemin tam sənədləşdirilməsinə 
hazırlıq;  istifadəçi üçün idarə  etmənin  hazırlanması; 
istifadəçilərə məsləhətlərin hazırlanması.  
İntellektual sistemlərin yaradılması mərhələləri dəqiq 
və nizamlanmış deyildir.  
İntellektual sistemlərin (və ya sistemin həyati dövrü) 
mövcudluq mərhələləri instrumentari (bir ixtisasda işlənən 
alətlər  komplekti)  ilə  reallaşan  sistemin  hazırlıq 
səviyyəsinə, 
onun 
funksional 
bacarıqlarının 
tamamlanmasına  uyğundur.  İntellektual  sistemlərin 
mövcudluğunu  müəyyən  edən  növbəti  mərhələlər  isə 
bunlardır:  nümayiş  etdirilən  prototip;  tədqiqat  prototipi; 
fəaliyyət  göstərən  prototip;  sənaye  sistemi;  kommersiya 
sistemi. 
Nümayiş  etdirilən  prototip  –  bu, sistemin problemli 
tapşırıqlarının  bir  hissəsini  həll  edən  zaman  hazırlanmış 
vəziyyətidir.  Nümayiş  etdirilən  prototipin  hazırlanması 
zamanı  ziddiyətli  məqamları  həll  etməyə  səy  göstərirlər: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------216------------------------------------ 
 
bir  tərəfdən  nümayiş  etdirilən  prototip  mərhələsində 
sistem  onun  qabiliyyətlərini  dolğun  xarakterizə  edən 
tapşırıqları  yerinə  yetirməyə  məcburdur,  digər  tərəfdən 
isə  sistem  bu  mərhələni  mümkün  qədər  tez  keçməyə 
çalışır.  Nümayiş  etdirilən  prototipin  işi,  əgər  bir  neçə 
tapşırığın həlli üçün kifayət olan minimal qaydalar toplusu 
ilə  əməliyyat  aparırsa,  qənaətbəxş  hesab  edilə  bilər. 
Hazırlanma vaxtı iki aydan bir ilə qədər çox ola bilər. 
Tədqiqat  prototipi  1,5  -  2  il  ərzində  layihələşdirilir. 
Sistemin  inkişafının  bu  mərhələsində,  sistemin  biliklər 
bazası  predmet  oblastına  kifayət  qədər  adekvat  təsvir 
edən  yüzlərlə  qaydanı  özündə  saxlayır.  Fəaliyyətdə  olan 
intellektual  sistemlərin  prototipi  genişlənmiş  qaydalar 
(təxminən 1000-ə yaxın) mühitində nəticələrin keyfiyyətli 
çıxarılışını  yerinə  yetirir.  Buna  görə  də  çətin  tapşırıqların 
çıxarılışı daha çox vaxt və yaddaş resursu tələb edir.  
Sənaye  sistemləri  həll  müddətinin  və  tələb  olunan 
yaddaşın  əhəmiyyətli  dərəcədə  azalması  şəraitində  də 
predmet oblastının probleminin həllinin yüksək səviyyəsini 
təmin  edir.  Qaydaların  miqdarı  fəaliyyətdə  olan 
prototiplərlə  müqayisədə  elə  də  nəzərəçarpan  dərəcədə 
artmır. Bu mərhələdə qaydaların sayının genişləndirilməsi 
və  intellektual  sistemlərin  daha  effektiv  alət  vasitələri  ilə 
təkmilləşdirilməsi  hesabına  fəaliyyətdə  olan  prototipin 
şəklinin dəyişməsi baş verir. Bu təxminən 3-4 il tələb edir. 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------217------------------------------------ 
 
 
PREDMET OBLASTI VƏ 
BİLİKLƏRİN ƏLDƏ OLUNMASI 
METODLARININ TƏHLİLİ 
 
 
 
Predmet  oblastı  dedikdə,  seçilmiş  meyarlarla  təyin 
edilmiş  insan  fəaliyyətinin  təsvir  sferası  başa  düşülür. 
Təsvir  olunan  anlamlara  onun  fəaliyyətinin  müxtəlif 
aspektlərini  əks  etdirən  elementlər,  hadisələr,  münasibət 
və  proseslər  daxildir.  Predmet  oblastının  təsvirində  onun 
element  və  hadisələrinə  ətraf  mühitin  mümkün  təsiri, 
həmçinin  də  bu  element  və  hadisələrin  ətraf  mühitə  əks 
təsiri  də  olmalıdır.  Predmet  oblastının  təhlili  və  tədqiqi 
üzrə  işi:  intellektual  sistemlərin  layihələşdirilməsi  onun 
işinin səmərəliliyinə həlledici təsir göstərir. 
Predmet  oblastının  xüsusiyyəti  layihələşdirilən 
intellektual  sistemlərin  fəaliyyət  xarakterinə,  biliklərin 
təqdim olunma metodunun seçilməsinə, biliklər haqqında 
müzakirə  üsullarına  və  s.  mühüm  dərəcədə təsir  göstərə 
bilər.  Eyni  zamanda  belə  bir  misal  gətirmək  olar  ki, 
müəyyən  predmet  oblastında  istifadə  olunmağa 
yönəldilmiş süni intellekt sistemi tamamilə başqa sahənin 
problematikasına uyğun gəlmişdir. 
Problem  oblastı  haqqında  danışarkən  predmet 
oblastı,  həll  olunacaq  tapşırıqlar,  məqsədlər,  mümkün 
strategiya  və  evristikalar  nəzərdə  tutulur. Predmet 
oblastını  onun  fəaliyyətinin  bütün  bilik  və  anlam 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə