Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------230------------------------------------ 
 
“Siemens”, 4-ü  “Samsung”  və  1-i  digər  markalı  telefon 
almaq  arzusunda  olduğunu  bildirmişdir.  Buradan  belə 
nəticə  alınır  ki,  istifadəçilərin  və  telefon  almaq  istəyən 
istehlakçıların  əksəriyyəti  “Nokia”  markalı  telefona 
üstünlük verirlər. 
Sonuncu suala –  “Təxminən  qiyməti  nə  qədər  olan 
telefon  almağa  imkanınız  çatar?”  sualına  cavab  olaraq 
soruşulanlardan  4  nəfəri  (8%-i) “100$-dan  aşağı”,  9 
nəfəri (18%-i) “100-150$ arası”, 12 nəfəri (24%-i) “150-
200$  arası”,  8  nəfəri  (16%-i) “200-250$  arası”  və  17 
nəfəri (34%-i) “250$-dan yuxarı” cavabını vermişlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------231------------------------------------ 
 
 
EKSPERT SİSTEMLƏRİNİN 
QURULMASI TEXNOLOGİYASI 
 
 
 
Artıq  qeyd  edildiyi  kimi,  ekspert  sistemlər  -  konkret 
sahənin  mütəxəssislərinin  biliklərinin  məcmusu  əsasında 
yaradılan  və  nisbətən  az  təcrübəli  istifadəçilər  üçün 
nəzərdə tutulan mürəkkəb proqramlar toplusudur. 
Ekspert  sistemlərinin  əsas  üstünlüyü  bilik  və 
məlumatların  yığılması  və  uzun  müddət  saxlanmasıdır. 
İnsandan  fərqli  olaraq  ekspert  sistemləri  istənilən 
informasiyaya  obyektiv  yanaşırlar  ki,  bu  da  aparılan 
təcrübənin  keyfiyyətini  artırır.  Böyük  həcmli  biliklərin 
emalını  tələb  edən  məsələlərin  həllində  səhvlərin 
başvermə ehtimalı çox aşağıdır. 
Ekspert  sistemləri  biliklər  bazasından,  çıxarış 
altsistemindən  (məsələlərin  həll  olunması  üçün  istifadə 
olunan  qaydalar  məcmusudur), izahat  altsistemindən, 
biliklərin  mənimsənilməsi  altsistemindən  və  dialoq 
prosessorundan  ibarətdir.  Çıxarış  altsistemini  yaradarkən 
süni intellekt məsələlərinin həlli metodlarından da istifadə 
olunur. 
Ümumilikdə  ekspert  sistemlərinin  işləmə  prosesini 
belə  təsvir  etmək  olar:  lazımi  informasiyanı  almağı 
arzulayan  istifadəçi  ekspert  sisteminə  istifadəçi  intefeysi 
vasitəsilə  sorğu  göndərir;  həlledici,  biliklər  bazasından 
istifadə  edərək  müvafiq  tövsiyəni  hazırlayır  və  izahat 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------232------------------------------------ 
 
altsisteminin köməyi ilə öz fikirlərinin gedişini istifadəçiyə 
çatdırır. 
Ekspert sistemlərinin yaradılmasında bir çox əngəllər 
meydana  çıxır.  Bu,  ilk  öncə  onunla  bağlıdır  ki,  sifarişçi 
hazırlanan  sistemə  öz  tələblərini  həmişə  dəqiq  olaraq 
ifadə edə bilmir. Bundan əlavə, psixoloji bir çətinlik də var 
ki,  bu  da  mütəxəssislərin  sistemin  məlumat  bazalarını 
yaradarkən maşının onları “əvəz” etməsindən qorxaraq öz 
biliklərini  maşına  bilərəkdən  az  ötürürlər.  Lakin  bu 
qorxunun  heç  bir  əsası  yoxdur,  çünki  ekspert  sistemləri 
öyrənmək  qabiliyyətinə  malik  deyillər,  onların  ağlı  və 
intuisiyası  yoxdur.  Hal-hazırda  isə  yuxarıda  bəhs 
etdiyimizə, yəni ekspert sistemlərinin özü-özünə öyrənmə 
qabiliyyətini kəşf etmək üçün təcrübələr və işlər aparılır.  
Bununla  belə,  ekspert  sistemləri  hələ  də  bir-çox 
sahələrdə və ekspert işləməyən sahələrdə tətbiq olunmur. 
Ümumiyyətlə  ekspert  sistemlərinin  hazırlanması 
sahəsində  terminologiya  öz  şəklini  tez-tez  dəyişir,  lakin 
buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək.  
İstifadəçi  –  predmet  sahəsinin  mütəxəssisidir. 
Yaradılan  ekspert  sistemi  onun  üçün  nəzərdə  tutulub. 
Adətən onun ixtisas səviyyəsi o qədər də yüksək olmur və 
o ekspert sistemlərinin köməyinə ehtiyac duyur. 
Biliklər üzrə mühəndis – ekspert və biliklər bazası 
arasında aralıq bufer kimi çıxış edən süni intellekt sahəsi 
üzrə  mütəxəssis.  Sinonimlər: 
koqnitoloq,  mühəndis-
interpretator, analitik.  
İstifadəçi  interfeysi  –  informasiyanın  daxil 
edilməsi  və  nəticənin  alınması  mərhələsində  ekspert 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------233------------------------------------ 
 
sistemləri  ilə  istifadəçilər  arasında  dialoqu  yaradan 
proqram kompleksi.  
Biliklər  bazası  –  ekspert  sistemlərin  əsas 
komponenti olub, onun “intellektual bacarığını” təşkil edir. 
Ekspert sistemlərin digər komponentlərindən fərqli olaraq 
biliklər  bazası  sistemin  “dəyişilən”  hissəsidir.  Bu, 
məsləhətlərarası  (bəzi  sistemlərdə  elə  məsləhət  zamanı) 
təcrübə  mübadiləsi  və  biliklər  mühəndisinin  istifadəsi 
zamanı  dola  və  modifikasiya  oluna  bilər.  Ekspert 
sistemlərinə  biliklərin  təqdim  olunmasının  bir  neçə  üsulu 
var,  lakin  onların  hamısının  ortaq  cəhəti  biliklərin 
simvol 
formasında  (biliklərin  təqdim  olunmasının  elementar 
komponentləri mətn, siyahı və digər simvol strukturlarıdır

təqdim  olunmasıdır.  Bununla  da  ekspert  sistemlərində 
mühakimələr  prosesi  ardıcıl  simvol  dəyişmələri  kimi 
təqdim  olunan  mühakimələrin 
simvol  təbiəti  prinsipi  ilə 
həyata keçir.  
Həlledici – biliklər bazasında olan biliklər əsasında 
ekspertin  fikirlərinin  gedişini  modelləşdirən  proqramlar. 
Sinonimlər: 
deduktiv  maşın,  çıxarış  maşını,  məntiqi 
nəticəçıxarma bloku.  
İzahat  altsistemi  –  istifadəçiyə:  “Bu  və  ya  digər 
məsləhətlər necə alınmışdır?” və “Nəyə görə sistem məhz 
belə  nəticə  qəbul  etmişdir?”-suallarına  cavab  verən 
proqram.  “Necə”  sualına  cavab  –  məlumat  bazasında 
istifadə  olunan  fraqmentlərin  nəticənin  alınması  üçün 
bütün  prosesin,  yəni  bütün  addımların  zəncirvari  nəticəsi 
kimi istiqamətlənməsindən  ibarətdir.  “Nəyə  görə”  sualına 
cavab  verərkən  sistem  bir  addım    əvvəldə  alınmış 
nəticəyə qayıdır, yəni geri bir addım atır. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə