Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------181------------------------------------ 
 
Universal  arxitekturalı  MKMD  kompüterləri ümumi 
şinli  və  bütün proseslər  arasında  əlaqə  təmin edən 
kommunikasiyalı şəbəkəyə malik arxitekturalı sistemlərdir. 
Xüsusi 
əlaqələri 
olan 
arxitekturalı 
MKMD 
kompüterləri isə ikiölçülü, üçölçülü və s. şadara (iri qəlbir) 
tipli ağacşəkilli arxitekturaya malikdir.  
Əlaqələrin təşkili  baxımından,  bu  arxitekturaları  2 
növə ayırmaq olar: 

 
Bilavasitə universal əlaqələri olan sistemlər; 

 
Tranzitiv universal əlaqələri olan sistemlər. 
 
Makrokonveyerli  hesablayıcı  kompleks.  Bu, 
paylanmış yaddaşı və universal rabitə sistemi (“hər birinin 
hər biri ilə” paralel informasiya mübadiləsini təmin edən 
kommunikasiya şəbəkəsi nəzərdə tutulur) olan MKMD tipli 
çoxprosessorlu 
hesablayıcı 
sistemdir. 
Maksimal 
konfiqurasiyada  (Hər biri saniyədə  0,5 milyon əmr icra 
edə bilən 256 prosessor və hər prosessora 0,5 Meqabayt 
yaddaş cəmləşdirilmiş hesablayıcı sistem nəzərdə tutulur) 
bu sistem saniyədə 100 milyon əmr icra edə bilir. 
Makrokonveyer  hesablamalarının  mahiyyəti ondan 
ibarətdir ki, biliklərin prosessorlar  arasında  paylanması 
zamanı hesablamaların növbəti addımında hər prosessora 
elə tapşırıq verilir ki, onun icrası prosessorlararası qarşılıqlı 
fəaliyyət olmasını tələb etməsin. 
 
QEYD:  Makrokonveyr  -  proqram  və  aparat 
dəstəyinə  malik  olan,  makrokonveyr  prinsipinə 
əsaslanaraq  hesablamanın  təşkil  olunmasını  yerinə 
yetirə  bilən  bölüşdürülmüş  çoxprosessorlu  sistemdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------182------------------------------------ 
 
Prinsip 1978-ci  ildə  sovet  riyaziyyatçısı  V.M.Qluşkov 
tərəfindən təklif olunmuşdur.
 
 
Hesablamaların makrokonveyer təşkili məsələnin həll 
alqoritmini həyata keçirən 
proqramların 
dövri 
strukturlarının  təhlili nəticəsində  mümkün olur. Yəni, 
informasiya emalının paralelləşdirilməsinin əsas obyektləri 
proqramlardakı dövrlər, xüsusilə də iç-içə olan dövrlərdir. 
Həm də  bu  zaman  iş  elə  təşkil  edilir  ki,  dövrlərin  emalı 
nəticələri bir prosessordan digərinə  yubanmadan 
ötürülsün. Beləliklə, burada işin təşkili xətti konveyerdəki 
təşkiletməyə  bənzəyir. Bu sözdəki “makro” onu göstərir 
ki,  işin  paralelləşdirilməsi mikro əmrlər səviyyəsindəki 
dövrlərdə deyil, xarici dövrlərdə baş verir. 
İkiqat 
və 
ya üçqat dövrlərin 
icrasının 
paralelləşdirilməsi müvafiq olaraq ikiölçülü və ya üçölççülü 
makrokonveyer sistemlərinin təşkilinə gətirib çıxarır. 
Makrokonveyerli 
hesablayıcı 
sistemdə 
hesablamaların idarə edilməsi paylanmış əməliyyat sistemi 
(PƏS)  tərəfindən həyata keçirilir ki, bu da müxtəlif tip 
makrokonveyer  hesablamalarının  təşkilini  və  həll edilən 
məsələdən asılı 
olaraq 
sistemin 
dinamik 
rekonfiqurasiyasını təmin edir. 
Kompleksin tərkibinə  idarəedici prosessorlar, 64 və 
128 mərtəbəli üzən vergüllü, vektor əməliyyatlı  hesabi 
prosessorlar  daxildir.  Bunların  sonrakı  inkişafı  real  vaxt 
prosessorları  və  məntiqi nəticəçıxarma  prosessorlarına 
keçidlə bağlı olacaqdır.  
Makrokonveyerli 
hesablayıcı 
kompleks 
üçün 
ümumsistem və  tətbiqi  proqramların  işlənib  hazırlanması 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------183------------------------------------ 
 
paralel  proqramlaşdırmadan  ötrü  yaradılmış  MAYAK  adlı 
xüsusi dildən istifadə edilir. Bu, paylanmış çoxprosessorlu 
sistemlər  üçün  yaradılmış  yüksək səviyyəli alqoritmik 
dildir. MAYAK dili FORTRAN və  ya PASKAL kimi ənənəvi 
ardıcıl  proqramlaşdırma  dilləri ilə  yaxşı  uyuşan  dildir.  Bu 
dil müxtəlif prosessorlarda icra edilən proqram 
modullarının hazırlanmasında istifadə edilir. 
 
Dinamik  arxitekturalı  maşın.  Hesablamalar 
modelləri  baxımından  yüksək intellekt səviyyəsinə  malik 
bu  hesablayıcı  struktur  obyekt-istinad modelləri sinfinə 
aiddir ki, bunun da təməlində dinamik avtomat şəbəkələr 
durur. Həmin şəbəkələr ixtiyari məsələni dinamik struktur 
kimi, başqa sözlə, bir-biri ilə müəyyən münasibətlər üzrə 
əlaqəli olan və  informasiya mübadiləsi edən obyektlər 
çoxluğu şəklində təqdim edir. 
Həm obyektlər, həm də  münasibətlər özlərini 
struktur kimi təqdim edə  bilirlər. Strukturun dinamizmi 
odur ki, o, özünü dəyişdirmək qabiliyyətinə  malikdir, 
başqa  sözlə, strukturun tərkibində  elə  elementlər  vardır 
ki, onu dəyişdirə bilir.  
İlkin  proqrama  müəyyən  başlanğıc  struktur 
uyğundur  ki,  bunu  da  məsələ  həlli transformasiyaya 
uğradır.  Yəni məsələ  o halda həll  edilmiş  sayılır  ki, 
proqram  strukturunda  başlanğıc  strukturu  dəyişdirə 
biləcək heç bir element qalmasın. 
Baxılan  bu,  dinamik  arxitekturalı  maşın  modelində, 
həm verilənlərdən  çıxış  edərək idarəetmə  sxemindən, 
həm də  sorğuların  köməyi ilə  idarəetmə  sxemindən 
istifadə  edilir. Bu  arxitektura tərkibinə  hesablayıcı  və 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------184------------------------------------ 
 
kommutasiya modulları daxil olan kommutasiya sistemləri 
əsasında qurulmuş universal rabitəli arxitektura tipidir. 
Dinamik  avtomat  şəbəkədə  strukturun hər bir 
elementinə bir müvafiq sonlu avtomat vardır. 
Sonlu avtomat digər  avtomatların  çıxışındakı 
siqnalları özünün giriş siqnallarına çevirməklə yanaşı, həm 
də  avtomatlararası  rabitəni təmin edən kommutasiya 
mühitinə  təsir edərək  bu  avtomatın  digər avtomatlarla 
mövcud olan əlaqələrini dəyişdirə  bilir, bütün mövcud 
əlaqələri ləğv  edə  bilir,  başqa  sözlə,  avtomatın  özünü 
məhv edə  bilir,  şəbəkəyə  yeni avtomatlar daxil edə  bilir, 
yəni şəbəkənin inkişafını təmin edə bilir. 
İxtiyari  dinamik  avtomat  şəbəkəni  virtual  maşın 
saymaq  olar.  Çünki  virtual  maşının  arxitekturası  da 
məsələnin həlli gedişində şəbəkədəki struktur dəyişikliyinə 
müvafiq olaraq dinamik dəyişikliyə məruz qalır. 
Texnologiyanın  bugünkü  inkişaf  mərhələsində 
gerçək  hesablayıcı  modulu  tək bir avtomat kimi deyil, 
avtomatlar 
çoxluğu 
kimi 
təsəvvür etmək 
məqsədəuyğundur.  Məsələn,  əməliyyat  avtomatları 
çoxluğu  hesablayıcı  modulda  yerləşdirildiyindən, hər bir 
modul özünü prosessoru, operativ və  xarici  yaddaşı, 
həmçinin  giriş-çıxış  kanalları  olan  hesablayıcı  maşın  kimi 
təqdim edir. Yəni burada əməliyyat  avtomatı  prosessor 
kimi,  avtomatın  daxili  və  xarici təsvirlərinin  saxlanması 
operativ və xarici yaddaş kimi, avtomatın öz ətraf mühiti 
ilə qarşılıqlı fəaliyyəti periferiya qurğularının idarə edilməsi 
kimi nəzərə  gəlir.  Kommutasiya  avtomatları  çoxluğu 
kommutasiya modulunun təşkilediciləridir ki, bu modulun 
da özünəməxsus  prosessoru  vardır  və  bu prosessor icra 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə