Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
-“milli (ümummilli) lider olaraq həmin ideologiyanın nəzəri-meto­
doloji  baxımdan  inkişafına,  zənginləşməsinə  əhəmiyyətli  töhfələr 
verdi”.
-  “ən başlıcası, azərbaycançılığı  Müstəqil  Azərbaycan  Dövləti­
nin ideologiyasına çevirdi”.
Yuxanda  qeyd  olunan  azərbaycançılıq  problemlərini  uğurla 
həyata keçirən Heydər Əliyev məhz bu mərhələdə Ümummilli  lider 
mövqeyinə yüksələ bildi.
-  Heydər  Əliyev  və  Azərbaycançılıq  ideologiyasının  yeni 
perspektivləri. Xalqımızın tarixinə tarixilik və müasirlik baxımdan 
dərindən  nəzər  saldıqda  məlum  olur  ki,  yüz  illər  boyu 
mənəvi-mədəni  (etnoqrafik),  on  illərlə  siyasi  mübarizə  həyatı 
yaşamış  bir  ideologiya,  nəhayət,  qalib  gəlir  və  öz  varisliyinin  yeni 
mərhələsinə daxil  olur.  Bu mərhələdə  Ümummilli  liderin birinci ta­
rixi xidməti  həmin missiyanı reallaşdırmaq, ikinci xidməti  isə Azər- 
baycançılıq  ideologiyasının  yeni  perspektivlərini  müəyyənləşdir­
mək olmuşdur...
Həmin perspektivlər aşağıdakılardan ibarətdir:
“ 1.  Azərbaycan  Respublikası -  Azərbaycan  xalqının  əsrlər bo­
yu daşıdığı  mənəvi, siyasi-ideoloji  idealların  məhsuludur.  Azərbay­
can  Respublikası  ərazisində  yaşayan  digər  xalqlarla  birgə 
azərbaycanlılar  öz  müstəqil  dövlətlərinin  təəssübkeşi  olaraq  siyasi 
müqəddəratlarını təmin etmişlər”.
Bu mənada,  “həm öz tarixi  vətənlərində yaşayan, həm də dün­
yanın  müxtəlif  yerlərinə  səpələnmiş  azərbaycanlılar  Azərbaycan 
Respublikasını  özlərinin  ata  yurdu  saymalı,  məskun  olduqları 
dövlətin qayda-qanunlarına riayət etməklə yanaşı, öz milli kimliklə­
rini  unutmamalıdırlar.  Nəinki,  unutmamalı,  mənsub  olduqları  xal­
qın  tarixi  idealları  uğrunda  mübarizə  aparmaqdan  çəkinməməlidir-
68
A zərbaycan şü n aslığın   əsasları
lər”.  Bu  baxımdan,  ABŞ-da  Tomris  Azərinin başçılığı  ilə  fəaliyyət 
göstərən Azərbaycan diaspor təşkilatının işi təqdirə layiqdir...
“2. Azərbaycan xalqı türk xalqlarından biridir. Türk dünyasının 
üzvü tərkib hissəsidir.
Bununla  belə,  Azərbaycan  xalqının  tarixən  müəyyənləşmiş 
özünəməxsusluqları  vardır  ki,  həmin  özünəməxsusluqlar  heç  bir 
halda türklüyü istisna etmir, əksinə, zənginləşdirir.
Müasir türk  xalqlarının  (və  dövlətlərinin)  inteqrasiyası  onların 
kökcə birliyindən  və orta əsrlərdən  etibarən  meydana çıxmış,  sabit­
ləşmiş özünəməxsusluqlara qarşılıqlı hörmətdən keçir.
“3.  Türk  xalqlarının  əksəriyyəti  kimi  azərbaycanlılar  da  islam 
dinini  qəbul  etmiş,  müsəlman  dünyasına  daxil  olmuşdur.  Azərbay­
can  xalqı  öz dini-mənəvi  dəyərləri  ilə  fəxr etməklə  bərabər dünya­
nın bütün humanist dini dəyərlərinə də hönnətlə yanaşır”.
4. 
“Azərbaycan xalqı bütün tarixi boyu müasir dünya mədəniy­
yətinə,  modern  texnologiyalara,  beynəlxalq  münasibətlərə  maraq 
göstərmişdir,  özünü  dünyadan  heç  zaman  təcrid  etməmişdir”.  İndi 
də  Azərbaycan  Respublikası-xalqı  dünya  ölkələrinin  əksəriyyəti  ilə 
siyasi,  iqtisadi,  mədəni  və  sair  sahələrdə  əməkdaşlıq  etməkdədir. 
Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  indi  Azərbaycan  müstəqillik 
dövründə  qazandığı  nailiyyətlər  dünya  ölkələri  və  beynəlxalq 
təşkilatlar tərəfindən etiraf olunur.

İllıam 
Əliyev  və  Azərbaycançılıq 
ideologiyasının 
müvəffəqiyyətlə  davam  etdirilməsi.  Ümummilli  lider  Heydər 
Əliyevin  azərbaycançılıq konsepsiyası  Azərbaycan  Respublikasının 
prezidenti  İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 
Azərbaycanın yeni  lideri  İlham Əliyev Azərbaycançılıq  ideologiya­
sının əsas üç məqamına xüsusi diqqət yetirir:
69


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
“ 1.  Azərbaycanı  iqtisadi,  ictimai  və  mədəni  inkişafına  görə, 
dünyanın  nüfuzlu  ölkələri  səviyyəsinə  qaldırmaqla  Azərbaycan 
insanına  zaman-zaman  təlqin  edilmiş  ikinci,  üçüncü....  dərəcəlilik 
kompleksini aradan qaldırmaq,
2.  Vətənpərvərlik hisslərini  gücləndirməklə xalqın  tarixi  ideal­
larının  tam  miqyasda  həyata  keçirilməsi  üçün  mənəvi  potensiya 
hazırlamaq,
3.  Nəhayət,  azərbaycançılığı  müdafiə  olunan  ideyadan  hücum 
edən ideyaya çevirmək”.
Yuxanda  qeyd  olunanları  ümumiləşdirdikdə  belə  qənaətə 
gəlmək  olur  ki,  azərbaycançılığı  tam  mənası  ilə  inkişaf etdirmək 
üçün,  hər  şeydən  əvvəl,  ölkənin  iqtisadi,  ictimai  və  mədəni 
səviyyəsini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldınnaqla 
yanaşı,  Azərbaycan  xalqının  ayn-ayn  dövrlərdəki  ikinci-üçüncü 
dərəcəlik  kompleksinin  fərqini  ləğv  etməli;  ikincisi,  xalqın 
vətənpərvərlik  hisslərini  dövrün  tələbləri  səviyyəsinə  qaldırmaq 
üçün  tarixi  idealların  həyata  keçirilməsini  təmin  etməklə,  yanaşı, 
əhalinin  mənəvi-psixoloji  hazırlığının  gücləndirilməsinin  ön  plana 
çəkilməsi;  üçüncüsü, azərbaycançılığı  inkişaf etdirmək üçün bütün 
sahələrdə  müdafiə  olunma  taktikasından  hücum  taktikasına 
keçilməsi daim gündəmdə olmalıdır...
Deməli,  bizim  azərbaycançılığımızın  əsasında  türkçülüyümüz 
və türklüyümüz,  müsəlmançılığımız  və müsəlmanlığımız, müasirli­
yimiz  və  beynəlmiləlçiliyimiz  daim  diqqət  mərkəzində  olmalıdır. 
Bizim  inkişaf yolumuz  bu  prinsiplərə  əsaslanmandır...  Başqa  bir 
yolumuz yoxdur...
- Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin inkişaf fəlsə­
fəsi.  “XX  əsrdə  Azərbaycan  dövlətçiliyinin  inkişaf fəlsəfəsini  üç 
determinat-milli  ideyanın formalaşması, tarixdə şəxsiyyətin rolunun
70
A zərbaycan şü n aslığın   ə sa sla n
artması və millətin məqsədyönlü fəaliyyətinin dəstəklənməsi  müəy­
yən  edilir.  Azərbaycançılıq  ideyası  ətrafında  sıx  birləşən  Azər­
baycan  xalqı  XX  əsrdə  iki  dəfə -  əsrin  əvvəlində  və  sonlarında  öz 
dövlət  müstəqilliyini  əldə  etdi.  Azərbaycan  xalqının  Ümummilli 
lideri,  dünya siyasətində özünəməxsus yeri olan  Ulu Öndər Heydər 
Əliyev müdrik, uzaqgörən siyasəti  ilə müstəqilliyimizi, azadlığımızı 
müdafiə  etdi,  davamlı  və  məqsədyönlü  siyasəti  ilə  daha  da 
möhkəmləndirdi,  dönməz  etdi  .  Müstəqil  Dövlətimizin  inkişafına 
təminat  verdi.  Dahi  şəxsiyyət  dünya  azərbaycanlılarını  monolit, 
vahid bir millət kimi məqsədyönlü fəaliyyətə yönəltdi...”
Onu  da  qeyd  edək  ki,  Ümummilli  lider  Heydər Əliyev  Azər- 
baycançılıq  ideologiyasına geniş bir prizmadan baxırdı.  O, bu  priz­
mada yalnız Tarixi  Azərbaycan ərazisindəki (Azərbaycan Respubli­
kası,  Güney  Azərbaycan  (İran),  Dərbənd  (Rusiya  Federasiyası), 
Borçalı  (Gürcüstan),  həmçinin,  Qərbi  Azərbaycanı  -   indiki  Er­
mənistan...)  azərbaycanlıları  yox,  xalqımızın  bütün  dünyaya  səpə­
lənmiş  “  nümayəndələrinin,  soydaşlarımızın  həyatı,  məişəti,  mü­
barizəsi,  düşüncələri,  fəaliyyəti  ilə  maraqlanmış,  xaricdə  yaşayan 
həmyerlilərimizin  mütəşəkkil  diaspor  halında  birləşməsini  arzula­
mışdır.  Ulu  Öndər  Azərbaycan  dövlətçiliyinin  möhkəmləndirilmə­
sində,  onun  taleyüklü  problemlərinin  həllində xaricdə yaşayan  soy­
daşlarımızın  qüvvəsindən  səmərəli  istifadəni  çox  mühüm  amil,  ak­
tual  bir  vəzifə  kimi  irəli  sürmüş,  özü  də  bu  sahədə  konkret  işlər 
görmüşdür”.
Azərbaycançılıq  ideologiyasından  bəhs  edərkən  bir  məsələni 
də  qeyd  etmək  yerinə  düşərdi.  Ümummilli  lider  Heydər  Əliyev 
1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin 
sədri  vəzifəsində  işlədiyi  zaman  onun  şəxsi  təşəbbüsü  ilə  bir  sıra
4
həyati  vacib  qərarların  layihəsi  hazırlanmış  və  həyatda  tətbiq
71


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə