N. C əfərov, M. Ç obaııov, Q. P a şa yeva
“Haçan görsə, o tiirkdür,
Xalq ona deyəcəkdir:
“Buna ululuq yaraşır!”
Onda hər iş bitəcəkdir”
M. Kaşğarlı
V BÖLMƏ
ÜMUMİ TÜRKOLOJİ PROBLEMLƏR
TÜRKLÜYÜMÜZÜN YENİDƏN OYANIŞI
Şumerlərdən üzü bəri Şumerlər və Türklər Bəşəriyyət tarixində
mədəniyyətin əsas özül və təməl daşım cilalamış və beləliklə də, ilk
yazmı - əlifbanı yaratmışlar. Onların bu "Böyük mədəniyyət ağacı"
sonrakı minilliklərdə yeni - yeni budaqlar atmış, şaxələnmiş və
müasir əlifbaların - yazı sisteminin yaradılması üçün ilk cığırlar
olmuşdur... Bu baxımdan, dünya xalqlarının əksəriyyəti qədim
Şumerlərə və Türklərə borcludurlar...
Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl,
türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə,
türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə
qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm
də, maddi və mənəvi, etik və elmi baxımdan, müəyyən qədər
çətinliklərlə, türk xalqları arasında düşüncə və fikir birliyi, güc və
qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə
hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu
sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə,
iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün
302
A zərb a yca n şü n a slığ ın əsasları
tələbləri baxımdan əlaqələndinnəklə, qədim soy ənənələrini
dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.
Bu baxımdan, türklüyümüzə qayıdışın və türklüyün oyanışı, ilk
növbədə, vahid türkşünaslığın, həmçinin, azərbaycanşünaslığın
(eləcə də, ayrı-ayrı türk xalqlarının bu yönümlü fəaliyyətinin) əsas
atributlarını və ya tərkib hissəsini, onun mahiyyətinə və
məzmununa görə üç sahəyə bölmək olar:
1. Xalqımızın tarixən təşəkkül tapmış milli sərvəti - Ana
dilimiz (Ana dillərimiz. Bütün Türk dilləri nəzərdə tutulur). Bu
yönümdə, Ana dilimizin gələcəkdə yenidən təşəkkül tapmasına
ümid bəslənən vahid türk ədəbi dilinin yaranması və öz mənşəyi və
tipologiyası üzərində inkişaf etdirilməsi;
2. Xalqımızın tarixi (eləcə də, bütün türk xalqlarının)
ünvanının müəyyən edilməsi, Azərbaycan türklərinin tarixi
ərazisini təşkil edən Azərbaycan torpaqlarının tarixi ətraflı
öyrənilməlidir. Ümummilli liderimiz Heydər Əliyev xalqımızın
tarixi ilə maraqlanıb, müəyyən araşdırmalar apararkən demişdir ki,
Azərbaycan Respublikası da, Cənubi Azərbaycan (İran tabeliyində
qalan Azərbaycan - M.Ç) da, Dərbənd də, Kərkük də, Borçalı da
bir bütövün parçalarıdır. Odur ki, tarixi Azərbaycan ərazisi
gənclərimizə bu yönümdə bütövlükdə aşılanmalıdır.
Bu mənada. Türk xalqlarının tarixi qədim dövrlərdən üzü bəri
xalqlarımızın açıq səma altındakı etnoqrafik muzeylərin (qəbiristan
lıqların-kurqanların), xalqlarımızın tarixi möhürü olan tarixi
toponimlər və xalqlarımızın ümumi folklor (şifahi xalq ədəbiyyatı,
xalq musiqisi,
xalq rəqsləri) materialları
əsasında
ətraflı
araşdırılmalı və geniş mənada təbliğ olunmalıdır...
3. Xalqımızın tarixi tərcümeyi-halı və ya həyatnaməsi həm
milli etnik tariximiz əsasında, həm türk xalqlarının tarixi çərçivə-
303
N. C əfərov, M . Ç o b a n o v, Q. P a şa yeva
sində, həm də bütün türk xalqlarının ümumi tarixi çərçivəsində
dərindən araşdırılmalı, ümumiləşdirilməli və ümumtəhsil və ixtisa
sından asılı olmayaraq, ali məktəblərin bütün fakültələrində geniş
miqyaslı tədris olunmalıdır ki, gənclərimiz xalqımızın, eləcə də,
türk xalqlarının tarixi həqiqətləri ilə yaxından tanış ola bilsinlər.
Əlbəttə, bunlardan başqa türklüyün oyanışı üçün mədəni və
mənəvi birlik, din birliyi də zəruri hesab olunan sahələrdəndir.
Həmçinin, siyasi və iqtisadi əlaqələr birliyi, siyasi və təhlükəsizlik
baxımdan həmrəylik də əsas şərtlərdəndir.
Bu da, şübhəsiz ki, Heredotun yazdığı kimi, «Skiflərin
(quz/oğuz) öz ənənələrinə sadiq» olmaları kimi müsbət insani
keyfiyyətlərin gənclərimizə aşılanmasında əhəmiyyətli rol oynaya
bilər. Burada yeri gəlmişkən, tarixə bir qısa ekskursiya etmək olar.
Eramızdan əvvəl Çin tarixçisi Sma Syan əsərində yazmışdır:
«Hunlar ona görə mövcuddurlar ki, öz çörəkləri və paltarları
ilə kifayətlənirlər və heç kimdən yardım istəmirlər». Buradan
göründüyü kimi, hunlar və onların varisləri olan müasir türklər də
bu ənənəyə sadiq qalır, heç kəsdən maddi yardım umub, ondan asılı
vəziyyətə düşmək istəmirlər. Orxon-Yenisey kitabələrində qeyd
olunmuş Bilgə xaqanın türklüyün Ilimni kimi səslənən bir
kəlamını xatırlamaq yerinə düşərdi: "Ey Türk, titrə və özünə
dön, sən özünə dönəndə güclü və basılmaz olarsan!"...
304
Л zərb a yca ıtşü n a slığ ııt ə sa sla n
"Tarix Şumerdən başlanır"
S.N Kramer
TARİXƏ Ö Z İM ZASINI A TM IŞ QƏDİM XALQ LAR:
ŞU M ERLƏ R , TÜ R K LƏ R
Amerikanın məşhur Şumcroloq alimi S.N.Kramer dünyada
geniş yayılmış tədqiqat əsərini - kitabını "Tarix Şumerdən başlanır"
(M. 1965) adlandırmışdır. Bu, heç də, təsadüfi deyil. Çünki uzun
əsrlərin tarixi araşdırmaları göstərir ki, əsl həqiqət, tarixə obyektiv
baxışın, hələlik, ilkin nəticələri belə bir qənaətə gəlməyə imkan
verir. Başqa sözlə desək, bəşəriyyət tarixində, insanlıq tarixində,
ictimaiyyət tarixində ilk intibahın, ilk sivilizasiyanın yarandığı və
dünyaya yayıldığı məkan İkiçayarası - Şumerdə ilk qığılcımlarını
saçmış və tezliklə min illər boyu söndürülməyən bir oda-alova
çevrilmişdir. Aradan bir neçə minilliklər keçsə də həmin od-alov
indi də dünya alimlərinin diqqət mərkəzindən yayınmayıb, bizə
belə gəlir ki, bundan sonra da Şumer mədəniyyəti, Şumer
sivilizasiyasının araşdırılması daim diqqət mərkəzində olacaqdır...
"Tarix Şumerdən başlanır" ifadəsinin arxasında isə, "Hər şey
şumerdən başlanır" kimi insan təfəkkürünün və düşüncəsinin çox
geniş məzmunlu və çox əhatəli ümumiləşdirilmiş məntiqi nəticələr
gizlənir: İlk insan cəmiyyətinin də, ilk dövlət qanunlarının və
dövlətçilik ənənələrinin yaradılması da, yaşadılması da və əsrlərlə
ilk rəsmi Dövlət dilinin - ədəbi dilin də, ilk mədəniyyət
nümunələrinin də, ilk yazının da, ilk məktəblərin də, ilk elmi və
305
Dostları ilə paylaş: |