Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
130
cinayət hesab olunması yanlışdır. Genosid və insanlıq əley-
hinə cinayətlər müstəqil tərkibli beynəlxalq cinayətlərdir.
Genosiddən fərqli olaraq insanlıq əleyhinə cinayətlərdə hər
hansı spesifik niyyət yoxdur və hər hansı etnik qrupa qar-
şı yönəlməyib. Lakin insanlıq əleyhinə cinayətlər genosid-
dən fərqli olaraq geniş miqyasda həyata keçirilir. Genosid
cinayəti müharibə vəziyyəti ilə məhdudlaşmayaraq bütöv-
lükdə hər hansı milli, etnik və ya dini qrupun tamamilə və
ya qismən məhvinə yönəlmiş fəaliyyəti əks etdirdiyi halda,
insanlıq əleyhinə cinayətlər dövlət siyasəti və fəaliyyəti nə-
ticəsində dinc mülki əhaliyə qarşı yönəlmiş siste matik hücu-
mun tərkib hissəsi hesab olunur
1
. İnsanlıq əley hinə cinayət-
lərə aid olan əməllər geniş miqyaslı və ya sistematik şəkildə
hər hansı milli, etnik və ya dini qrupa qarşı deyil, ümumiy-
yətlə, mülki şəxsə və ya şəxslərə qar şı törədilmiş olduqda
BCM-nin yurisdik siyasına aid edil miş olur.
İnsanlıq əleyhinə cinayətlərlə digər oxşar beynəlxalq
cinayətləri fərqlən dirən əsas cəhətlərdən biri də məsuliyyət
məsələləridir.
İnsanlıq əleyhinə cinayətlərə görə məsuliyyət məsələ-
si xüsusi əhəmiyyət kəsb edir. Genosiddən fərqli olaraq bu
cinayəti törədən şəxsin spesifik niyyəti olmur, eyni za-
manda, yuxarı səviyyədə qəbul olunmuş qərarların qə-
bulu prosesində iştirak etmir, sadəcə onun icraçısı və ya
iştirakçısı olur. Lakin bununla yanaşı, insanlıq əleyhinə
cinayətlərdə kollektiv şəkildə qəbul olunmuş qərara və
həm də onun icrasına rəhbərlik etdiyinə görə şəxslər fərd
olaraq məsuliyyət daşıyırlar.
Uzun müddət beynəlxalq aləmdə belə bir fikir forma-
laşmışdı ki, dövlət orqanında çalışan və xidməti funksiya-
1
Bassиounи M. Cherif. Crиmes agaиnst humanиty иn
İnternatиonal Crиmиnal
Law