Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
355
7. İştirakçı dövlətin bu Statutun müddəalarına zidd ola-
raq məhkəmənin əməkdaşlıq haqqında xahişini yerinə yetir-
mədiyi, bununla da Məhkəməyə onun funksiyalarını və bu
Statuta uyğun olaraq səlahiyyətlərini yerinə yetirməyə im-
kan vermədiyi hallarda Məhkəmə bu barədə rəy çıxara və
məsələni iştirakçı dövlətlər Assambleyasına yaxud həmin
məsələnin Təhlükəsizlik Şurası tərəfindən Məhkəməyə ve-
rildiyi hallarda - Təhlükəsizlik Şurasına verə bilər.
Maddə 88. Milli hüquqla nəzərdə tutulan prosedur-
ların mövcudluğu
İştirakçı dövlətlər bu hissədə göstərilmiş bütün əmək-
daşlıq formaları üçün proseduraların onların milli hüququn-
da nəzərdə tutulmasını təmin edirlər.
Maddə 89. Şəxsin Məhkəməyə verilməsi
1. Məhkəmə şəxsin həbs edilməsi və verilməsi haqqında
xahişi 91-ci maddədə göstərilmiş bu xahişi əsaslandıran ma-
teriallara birlikdə bu şəxsin ərazisində ola biləcəyi hər hansı
dövlətə göndərə bilər və bu dövlətə həmin şəxsin həbs edil-
məsi və verilməsinin icra edilməsində əməkdaşlıq haqqında
xahişlə müraciət edir. İştirakçı dövlətlər bu hissənin müd-
dəalarına və onların milli qanunvericiliyində nəzərdə tutul-
muş prosedurlara uyğun olaraq həbsin və verilmənin icra
edilməsi haqqında xahişi yerinə yetirir.
2. Verilmə üçün axtarılan şəxsin 20-ci maddədə nəzər-
də tutulduğu qaydada ne bis in idem prinsipi əsasında milli
məhkəməyə protestlə müraciət etdiyi hallarda sorğu verilən
dövlət dərhal qəbul edilə bilmə haqqında müvafiq qərarın
olub-olmamasının müəyyən edilməsi üçün Məhkəmə ilə
məsləhətləşir. Əgər iş qəbul edilə bilən hesab edilirsə sor-
ğu verilən dövlət xahişin icrasına başlayır. Əgər qəbul oluna
bilmə haqqında qərar qəbul edilmişdirsə, sorğu verilən döv-
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
356
lət Məhkəmənin qəbul oluna bilmə haqqında qərarının qəbul
edilməsinə qədər şəxsin verilməsi haqqında xahişin yerinə
yetirilməsini təxirə sala bilər.
3. a) İştirakçı dövlət öz prosessual qanunvericiliyinə
uyğun olaraq digər dövlətin məhkəməyə verdiyi şəxsin onun
ərazisindən keçməsi verilməyə mane olduğu və ya verilmə-
nin gecikməsinə səbəb olacağı hallar istisna olmaqla öz əra-
zisindən aparılmasına icazə verir.
b) Məhkəmənin tranzit haqqında xahişi 87-ci maddəyə
uyğun olaraq göndərilir. Tranzit haqqında xahişdə aşağıdakı-
lar əks olunur:
i) keçirilən şəxsin təsviri;
ii) işin hallarının və onların hüquqi tövsifinin qısa
şərhi; və
iii) həbs və vermə orderi;
c) Tranzitlə keçirmə zamanı keçirilən şəxs həbsdə sax-
lanılır.
d) keçirmə hava nəqliyyatı ilə həyata keçirildiyi və
tranzit dövlətin ərazisində enmə nəzərdə tutulmadığı halda
heç bir icazə tələb olunmur.
e) Əgər tranzit dövlət ərazisində planlaşdırılmamış
enmə baş verirsə, bu dövlət Məhkəməyə ona (b) yarımbən-
dinin müddəalarına uyğun olaraq tranzit haqqında xahişin
göndərilməsi tələbi ilə müraciət edə bilər. Tranzit dövlət gə-
tirilən şəxsi tranzit haqqında xahişin alınmasına və tranzitin
yenidən başlamasına qədər saxlayır, lakin bununla belə, bu
yarımbəndin məqsədləri üçün saxlama əgər bu müddətdə bu
cür xahiş alınmamışdırsa, planlaşdırılmamış enmə anından
96 saatdan artıq davam edə bilməz.
4. Əgər axtarılan şəxs sorğu verilən dövlətdə Məh-
kəməyə verilmək üçün vəsatət qaldırıldığından başqa ci-
nayətə görə Məhkəmə təqibinin obyektidirsə və ya cəza çə-
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
357
kirsə, sorğu edilən döviət xahişin təmin edilməsi haqqında
qərarının çıxarılmasından sonra Məhkəmə ilə məsləhətləşir.
Maddə 90. Kolliziya yaradan xahişlər
1. 89-cu maddəyə uyğun olaraq Məhkəmədən şəxsin təh-
vil verilməsi haqqında xahiş almış iştirakçı dövlət hər hansı
digər dövlətdən də elə həmin şəxsin məhz Məhkəmənin bu
şəxsin təhvil verilməsi haqqında vəsatət qaldırdığı cinayətin
əsaslarını təşkil edən hərəkətlərə görə verilməsi haqqında
xahiş aldığı hallarda Məhkəməni və tələb edən dövləti bu
fakt barədə xəbərdar edir.
2. Əgər tələb edən dövlət iştirakçı dövlətdirsə, tələb olu-
nan dövlət Məhkəmənin xahişinə üstünlük verir:
a) əgər Məhkəmə 18 və 19-cu maddələrə uyğun olaraq
şəxsin verilməsi barədə vəsatət qaldırdığı işin icraata qəbul
edilməsi haqqında qərar çıxarırsa və bu qərarda tələb edən
dövlətin onun vermə haqqında xahişi ilə bağlı apardığı istin-
taq və ya Məhkəmə təqibi nəzərə alınarsa; yaxud
b) əgər Məhkəmə tələb edən dövlətin 1-ci bəndə uyğun
bildirişi əsasında (a) yarımbəndində nəzərdə tutulan qərar
çıxararsa.
3. 2-ci bəndin (a) yarımbəndinə müvafiq olaraq qərar
çıxarılmadığı hallarda tələb olunan dövlət Məhkəmənin 2-ci
bəndin (b) yarımbəndinə əsasən, qərar çıxarmasına qədər öz
mülahizəsinə əsasən, tələb edən dövlətin vermə haqqında
xahişinə baxmağa başlaya bilər, lakin Məhkəmənin işin qə-
bul edilə bilməməsi haqqında qərar çıxarmasına qədər şəxsi
vermir. Məhkəmənin qərarı tezləşdirilmiş qaydada çıxarılır.
4. Əgər tələb edən dövlət, bu Statutun iştirakçısı deyil-
sə, tələb olunan dövlət şəxsin tələb edən dövlətə verilməsin-
də beynəlxalq öhdəliklə bağlı deyilsə, Məhkəmə bu işi qəbul
edilə bilən hesab etmişdirsə, Məhkəmədən daxil olmuş təh-
vil vermə haqqında xahişə baxa bilər.
Dostları ilə paylaş: |