Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
355
7. İştirakçı dövlətin bu Statutun müddəalarına zidd ola-
raq məhkəmənin əməkdaşlıq haqqında xahişini yerinə yetir-
mədiyi, bununla da Məhkəməyə onun funksiyalarını və bu 
Statuta uyğun olaraq səlahiyyətlərini yerinə yetirməyə im-
kan vermədiyi hallarda Məhkəmə bu barədə rəy çıxara və 
məsələni  iştirakçı  dövlətlər  Assambleyasına  yaxud  həmin 
məsələnin Təhlükəsizlik Şurası tərəfindən Məhkəməyə ve-
rildiyi hallarda - Təhlükəsizlik Şurasına verə bilər. 
Maddə 88. Milli hüquqla nəzərdə tutulan prosedur-
ların mövcudluğu
İştirakçı  dövlətlər  bu  hissədə  göstərilmiş  bütün  əmək-
daşlıq formaları üçün proseduraların onların milli hüququn-
da nəzərdə tutulmasını təmin edirlər. 
Maddə 89. Şəxsin Məhkəməyə verilməsi
1. Məhkəmə şəxsin həbs edilməsi və verilməsi haqqında 
xahişi 91-ci maddədə göstərilmiş bu xahişi əsaslandıran ma-
teriallara birlikdə bu şəxsin ərazisində ola biləcəyi hər hansı 
dövlətə göndərə bilər və bu dövlətə həmin şəxsin həbs edil-
məsi və verilməsinin icra edilməsində əməkdaşlıq haqqında 
xahişlə  müraciət  edir.  İştirakçı  dövlətlər  bu  hissənin  müd-
dəalarına və onların milli qanunvericiliyində nəzərdə tutul-
muş  prosedurlara  uyğun  olaraq  həbsin  və  verilmənin  icra 
edilməsi haqqında xahişi yerinə yetirir. 
2. Verilmə üçün axtarılan şəxsin 20-ci maddədə nəzər-
də tutulduğu qaydada ne bis in idem prinsipi əsasında milli 
məhkəməyə protestlə müraciət etdiyi hallarda sorğu verilən 
dövlət  dərhal  qəbul  edilə  bilmə  haqqında  müvafiq  qərarın 
olub-olmamasının  müəyyən  edilməsi  üçün  Məhkəmə  ilə 
məsləhətləşir. Əgər iş qəbul edilə bilən hesab edilirsə sor-
ğu verilən dövlət xahişin icrasına başlayır. Əgər qəbul oluna 
bilmə haqqında qərar qəbul edilmişdirsə, sorğu verilən döv-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
356
lət Məhkəmənin qəbul oluna bilmə haqqında qərarının qəbul 
edilməsinə qədər şəxsin verilməsi haqqında xahişin yerinə 
yetirilməsini təxirə sala bilər. 
3.  a)  İştirakçı  dövlət  öz  prosessual  qanunvericiliyinə 
uyğun olaraq digər dövlətin məhkəməyə verdiyi şəxsin onun 
ərazisindən keçməsi verilməyə mane olduğu və ya verilmə-
nin gecikməsinə səbəb olacağı hallar istisna olmaqla öz əra-
zisindən aparılmasına icazə verir. 
b)  Məhkəmənin tranzit haqqında xahişi 87-ci maddəyə 
uyğun olaraq göndərilir. Tranzit haqqında xahişdə aşağıdakı-
lar əks olunur:
i)  keçirilən şəxsin təsviri;
ii)  işin  hallarının  və  onların  hüquqi  tövsifinin  qısa 
şərhi;  və
iii) həbs və vermə orderi;
c)  Tranzitlə keçirmə zamanı keçirilən şəxs həbsdə sax-
lanılır. 
d)  keçirmə  hava  nəqliyyatı  ilə  həyata  keçirildiyi  və 
tranzit dövlətin ərazisində enmə nəzərdə tutulmadığı halda 
heç  bir  icazə  tələb  olunmur. 
e)  Əgər  tranzit  dövlət  ərazisində  planlaşdırılmamış 
enmə baş verirsə, bu dövlət Məhkəməyə ona (b) yarımbən-
dinin  müddəalarına  uyğun  olaraq  tranzit  haqqında  xahişin 
göndərilməsi tələbi ilə müraciət edə bilər. Tranzit dövlət gə-
tirilən şəxsi tranzit haqqında xahişin alınmasına və tranzitin 
yenidən başlamasına qədər saxlayır, lakin bununla belə, bu 
yarımbəndin məqsədləri üçün saxlama əgər bu müddətdə bu 
cür xahiş alınmamışdırsa, planlaşdırılmamış enmə anından 
96 saatdan artıq davam edə bilməz. 
4.  Əgər  axtarılan  şəxs  sorğu  verilən  dövlətdə  Məh-
kəməyə  verilmək  üçün  vəsatət  qaldırıldığından  başqa  ci-
nayətə görə Məhkəmə təqibinin obyektidirsə və ya cəza çə-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
357
kirsə, sorğu edilən döviət xahişin təmin edilməsi haqqında 
qərarının çıxarılmasından sonra Məhkəmə ilə məsləhətləşir. 
Maddə 90. Kolliziya yaradan xahişlər
1. 89-cu maddəyə uyğun olaraq Məhkəmədən şəxsin təh-
vil verilməsi haqqında xahiş almış iştirakçı dövlət hər hansı 
digər dövlətdən də elə həmin şəxsin məhz Məhkəmənin bu 
şəxsin təhvil verilməsi haqqında vəsatət qaldırdığı cinayətin 
əsaslarını  təşkil  edən  hərəkətlərə  görə  verilməsi  haqqında 
xahiş aldığı hallarda Məhkəməni və tələb edən dövləti bu 
fakt barədə xəbərdar edir. 
2. Əgər tələb edən dövlət iştirakçı dövlətdirsə, tələb olu-
nan dövlət Məhkəmənin xahişinə üstünlük verir:
a)  əgər Məhkəmə 18 və 19-cu maddələrə uyğun olaraq 
şəxsin verilməsi barədə vəsatət qaldırdığı işin icraata qəbul 
edilməsi haqqında qərar çıxarırsa və bu qərarda tələb edən 
dövlətin onun vermə haqqında xahişi ilə bağlı apardığı istin-
taq və ya Məhkəmə təqibi nəzərə alınarsa; yaxud
b)  əgər Məhkəmə tələb edən dövlətin 1-ci bəndə uyğun 
bildirişi  əsasında  (a)  yarımbəndində  nəzərdə  tutulan  qərar 
çıxararsa. 
3.  2-ci  bəndin  (a)  yarımbəndinə  müvafiq  olaraq  qərar 
çıxarılmadığı hallarda tələb olunan dövlət Məhkəmənin 2-ci 
bəndin (b) yarımbəndinə əsasən, qərar çıxarmasına qədər öz 
mülahizəsinə  əsasən,  tələb  edən  dövlətin  vermə  haqqında 
xahişinə baxmağa başlaya bilər, lakin Məhkəmənin işin qə-
bul edilə bilməməsi haqqında qərar çıxarmasına qədər şəxsi 
vermir. Məhkəmənin qərarı tezləşdirilmiş qaydada çıxarılır. 
4.  Əgər tələb edən dövlət, bu Statutun iştirakçısı deyil-
sə, tələb olunan dövlət şəxsin tələb edən dövlətə verilməsin-
də beynəlxalq öhdəliklə bağlı deyilsə, Məhkəmə bu işi qəbul 
edilə bilən hesab etmişdirsə, Məhkəmədən daxil olmuş təh-
vil vermə haqqında xahişə baxa bilər. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə