Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
347
3.  Məqsədli  Fond  iştirakçı  dövlətlər  Assambleyasının 
müəyyən  etdiyi  kriteriyalara  uyğun  olaraq  idarə  olunur. 
Maddə  80.  Milli  qanunlara  və  milli  səviyyədə  cəza 
tədbirlərinin  tətbiq  edilməsinə  ziyan  vurulmaması
Statutun bu hissəsində heç bir şey dövlətlərin milli qa-
nunvericiliklə  müəyyən  edilmiş  cəza  tədbirlərini,  yaxud 
dövlətlərin  bu  hissədə  müəyyən  edilmiş  cəza  tədbirlərini 
nəzərdə  tutmayan  qanunlarını  tətbiq  etməsinə  toxunmur. 
8-Cİ HİSSƏ. 
ŞİKAYƏT VƏ TƏKRAR BAXIŞ
Maddə 81. Bəraət haqqında qərardan, təqsirli bilinmə 
haqqında qərardan və hökmdən şikayət
1. 74-cü maddəyə uyğun olaraq qəbul edilmiş qərardan 
Sübutetmə  və  prosedur  Qaydalarına  uyğun  olaraq  aşağıda 
nəzərdə tutulmuş qaydada şikayət verilə bilər:
a)  Prokuror aşağıdakı əsaslardan hər hansı birinə əsasən 
apellyasiya verə bilər:
İ) prosessual səhv;
İİ) faktda səhv; və ya
iii) hüquqda səhv;
b)  təqsirli bilinmiş şəxs yaxud bu şəxsin adından pro-
kuror aşağıdakı əsaslardan hər hansı biri ilə apellyasiya verə 
bilər:
i) prosessual səhv;
ii) faktda səhv;
iii) hüquqda səhv; və ya
iv)  məhkəmə  baxışının  və  ya  qərarın  ədalətli  olma-
sına, yaxud bu baxışa və ya qərara inama təsir edən istə-
nilən digər əsas. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
348
2.  a)  Sübutetmə  ve  Prosedur  Qaydalarına  uyğun  ola-
raq prokuror və ya təqsirli bilinmiş şəxs çıxarılmış hökmün 
törədilmiş cinayətlə uyğun olmaması əsasına görə hökmdən 
şikayət verə bilər. 
b)  əgər  Məhkəmə  hökmə  şikayət  qaydasında  yenidən 
baxarkən  təqsirli  bilinmə  haqqında  qərarın  qismən  və  ya 
tamamilə  ləğv  edilməsinə  əsasların  olması  qərarına  gələr-
sə, prokurora və təqsirli bilinmiş şəxsə 81-ci maddənin 1-ci 
bəndinin (a) və (b) yarımbəndlərinə əsasən əsasları təqdim 
etməyi təklif edə bilər və 83-cü maddəyə uyğun olaraq təq-
sirli bilinmə haqqında qərar çıxara bilər;
c)  şikayət qaydasında yalnız təqsirli bilinmə haqqında 
qərara baxıldıqda Məhkəmə hökmünün 2(a) bəndinə əsasən 
yüngülləşdirilməsi üçün əsaslar olması qərarına gələrsə, belə 
hallarda eyni prosedura tətbiq edilir;
3.  a)  Məhkəmə  Palatası  başqa  sərəncam  vermədikdə 
apellyasiyaya baxılmasına qədər təqsirli bilinmiş şəxs həbs-
də qalır;
b)  prokurorun  apellyasiya  ilə  əlaqədar  azadetmənin 
aşağıdakı  9  (c)  yarımbəndində  nəzərdə  tutulmuş  şərtlərə 
əməl etməklə həyata keçirdiyi hallar istisna olmaqla, təqsir-
li bilinmiş şəxsin həbsdə qalma müddəti ona təyin olunmuş 
azadlıqdan  məhrumetmə  müddətini  aşırsa  o  azad  edilir;
c)  bəraət haqqında qərar çıxarıldıqda, müttəhim aşağı-
dakılara  əməl  edilməklə  dərhal  azad  edilir:
i) müstəsna hallarda konkret qaçma təhlükəsi, verilmiş 
ittihamın  ciddiliyi  və  apellyasiyanın  müvəffəqiyyətlə  başa 
çatması  ehtimalını  nəzərə  almaqla  prokurorun  xahişi  ilə 
apellyasiyaya baxılana qədər müqəssirin həbsdə saxlanılma-
sı müddətini uzada bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
349
ii)  Məhkəmə  Palatasının  (c)  (i)  yarımbəndinə  əsasən, 
çıxardığı qərardan Sübutetmə və prosedur Qaydalarına uy-
ğun olarq şikayət verilə bilər. 
4) 3(a) və (b) yarambəndlərinə əməl etməklə qərarın və 
ya hökmün icrası apellyasiya verilməsi və şikayət qaydasın-
da icraatın aparılması üçün nəzərdə tutulmuş müddətdə da-
yandırıla bilər. 
Maddə 82. Digər qərarlardan şikayət
1. Hər bir tərəf Sübutetmə və prosedur Qaydalarına uy-
ğun  olaraq  aşağıdakı  qərarların  hər  hansı  birindən  şikayət 
verə bilər:
a)  yurisdiksiyaya və yaxud münasiblik şərtinə aid qə-
rarlar; 
b)  istintaq altında olan yaxud haqqında məhkəmə baxışı 
keçirilən şəxslərin azad edilməsinə icazə verən, yaxud bunu 
qadağan edən qərarlar;
c)  İlkin icraat Palatasının 56-cı maddəsinin 3-cü bən-
dinə  əsasən,  öz  təşəbbüsü  ilə  hərəkət  etmək  qərarları;
d)  məhkəmə baxışınm ədalətli və tez aparılmasına, onun 
nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək, yaxud İl-
kin icraat Palatası və ya Məhkəmə Palatasının mövqeyincə, 
Apellyasiya Palatasının təxirəsalınmaz qərar qəbul edilməsi 
ilə əlaqədar olaraq işin təhqiqatında əhəmiyyətli irəliləyişə 
səbəb ola biləcək məsələlərə aid qərarlar, 
2. İlkin icraat Palatasının 57-ci maddəsinin 3(d) bəndinə 
əsasən,  çıxardığı  qərardan  İlkin  icraat  Palatasının  razılığı 
ilə prokuror yaxud maraqlı dövlət şikayət verə bilər. Bu cür 
apellyasiyaya  təxirəsalınmaz  qaydada  baxılmalıdır. 
3.  Əgər  Apeliyasiya Palatası Sübutetmə və prosedur 
Qaydalarına müvafiq olaraq, xahişə əsasən, bu barədə qərar 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
350
çıxarmırsa, şikayət öz-özlüyündə baxışın dayandırılmasına 
səbəb  olmur. 
4.  Zərərçəkmişin nümayəndəsi, məhkum edilmiş və ya 
73-cü maddəyə uyğun olaraq qəbul edilmiş qərar nəticəsində 
ziyan çəkmiş bona fide mülkiyyətçi Sübutetmə və prosedur 
Qaydalarında nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsi 
haqqında qərardan şikayət edə bilər. 
Maddə 83. Apellyasiya icraatı
1.  İcraatın 81-ci maddəyə və bu maddəyə uyğun olaraq 
aprılması məqsədi ilə Apellyasiya Palatası Məhkəmə palata-
sının bütün səlahiyyətlərinə malikdir. 
2.  Əgər Apellyasiya Palatası şikayət verilən məhkəmə 
baxışının qərar və ya hökmə inamı şübhə altına qoya biləcək 
dərəcədə  ədalətsiz  olması  yaxud  şikayət  verilmiş  qərar  və 
ya hökmün çıxarılması zamanı faktda, yaxud hüquqda ciddi 
səhvlər, yaxud prosessual pozuntulara yol verilməsi qənaə-
tinə gəlirsə, o, aşağıdakıları edə bilər:
a)  qərarı və ya hökmü dəyişdirə və ya ləğv edə bilər;
b)  başqa Məhkəmə palatasında yeni Məhkəmə baxışı-
nın  aparılması  haqqında  sərəncam  verə  bilər. 
Bu  məqsədlərlə Apellyasiya  Palatası  işin  faktiki  tərəfı 
ilə əlaqədar məsələni aydınlaşdırmaq və sonradan Apellya-
siya Palatasına müvafiq rəy təqdim etmək məqsədi ilə ilkin 
Məhkəmə Palatasına qaytara, yaxud məsələnin aydınlaşdı-
rılması üçün özü sübutlar tələb edə bilər. Əgər qərar və ya 
hökmdən yalnız məhkum edilmiş və ya bu şəxsin adından 
prokuror şikayət edirsə, onda bu qərar və ya hökm şəxsin 
ziyanına  dəyişdirilə  bilməz. 
3.  Əgər  hökmdən  şikayət  verilən  zaman  Apellyasiya 
Palatası çıxarılmış hökmün törədilmiş cinayətə müvafiq ol-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə